Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əlövsət Abdullayev
Əlövsət Abdullayev (17 fevral 1920, Şamaxı rayonu – 28 may 1993, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1963), professor (1964), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). == Həyatı == Əlövsət Zakir oğlu Abdullayev 1920-ci il fevral ayının 17-də Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olmuşdur. İlk təhsilini Şamaxının Məlikçobanı və Ucarın Yuxarı Şilyan kənd məktəblərində almışdır. 1936-cı ildə Şamaxı Pedaqoji Texnikumuna daxil olub, 1939-cu ildə həmin müəssisədə təhsilini əla qiymətlərlə başa vurmuş, bir il kənddə müəllim işləmiş, sonra Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Böyük Vətən müharibəsi başlananda Əlövsət müəllim təhsilini yarımçıq qoyaraq çəbhəyə yola düşmüş, döyüşlərdə iştirak etmiş, yaralandığı üçün ordudan tərxis olunmuşdur. 1943–1946-cı illərdə Məlikçobanı kəndində məktəb direktoru vəzifəsində çalışmışdır. Faşist Almaniyası məğlub edildikdən sonra yenidən universitetə qayıtmış, 1950-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Yüksək hazırlığını və elmə olan dərin marağını nəzərə alaraq onu aspiranturaya qəbul etmişlər. Ə. Z. Abdullayev 1954-cü ildə "Müasir Azərbaycan dilində xüsusiləşmələr" mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə müasir dilçiliyimizin ən qaranlıq, ən az tədqiq olunmuş sahəsindən-tabeli mürəkkəb cümlələrdən doktorluq dissertasiyası müdafiə etmişdir. Əlövsət müəllimin 50 illik əmək fəaliyyətinin təxminən 40 ili universitetlə bağlıdır, burada tələbəlikdən professorluğadək şərəfli bir həyat yolu keçmişdir.
Əlövsət Ağalarov
Əlövsət İbrahim oğlu Ağalarov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Əlövsət Ibrahim oğlu Ağalarov 1954-cü ilin yanvar ayının 20-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində dünyaya gəlmişdir. == Təhsili == Qılınclı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsine daxil olmuş, sonra Univertsitet rəhbərliyi tərəfindən Leninqrad Dövlət Universitetinin jurnalistika fakültəsinə göndərilmiş, ali təhsilini bu universitetdə başa vurmuş və təyinatla Azərbaycan Dövlət Nəşriyyatına redaktor vəzifəsinə təyin olunmuşdur. == Fəaliyyəti == Bu nəşriyyatda iki il işlədikdən sonra Azərbaycan Dövlətnəşrkomunda Tərcümə Ədəbiyyatı Idarəsində redaktor vəzifəsinə təyin edilmişdir. 4 il bu vəzifədə çalışdıqdan sonra yenidən Azərbaycan Dövlət Nəşriyyatında Bədii Ədəbiyyat redaksiyasına şöbə müdiri vəzifesinə göndərilmişdir. Sonralar Baş redaktorun müavini 1992-ci ildən bu günədək isə Nəşriyyatın Baş redaktoru vəzifəsində çalışır. 1995-ci ildə Birinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilmişdir. SSRI Jurnalistlər Ittifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Kitabları == 20-dən çox kitabı Azərbaycan dilinə tərcümə etmişdir (Turgenevin povestlerini, N. Nosovun trilogiyasini, A. Kuleşovun povestlərini, O. Şestinskinin hekayələrini, M. Paviçin "Xəzər lüğəti" tarixi əsərini, Əhmədxan Əbu Bəkirin povestini və s.). 500-dən çox kitabin redaktoru, iki yüzdən çox elmi-publisistik məqalə müəllifi.
Əlövsət Baxışov
Əlövsət Məmmədşah oğlu Baxışov (3 mart 1923, Amsar, Quba rayonu – 3 iyun 2013) — tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Əlövsət Baxışov 1923-cü il martın 3-də Quba rayonunun Amsar kəndində anadan olub. 1942-ci ildə orta məktəbi və müəllimlik kurslarını bitirdikdən sonra bir müddət Qubanın Xanəgah kənd məktəbində dərs deyib. O, 1943-cü ildə hərbi xidmətə çağırılıb, İkinci Dünya müharibəsindən sonra 1950-ci ilin mart ayınadək ordu sıralarında qulluq edib. Əlövsət Baxışov 1952-ci ildə Müəllimlər İnstitutunun tarix fakültəsini, 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, 1958-ci ildə Bakı Ali Partiya Məktəbini, 1978-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Ordudan tərxis olunduqdan sonra Əlövsət Baxışov 1950–1951-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində çalışıb. 1951–1952-ci illərdə Quba Rayon Komsomol Komitəsinin birinci katibi olub. Sonrakı dövrlərdə o, partiya və sovet orqanlarında müxtəlif vəzifələr tutub. 1952–1953-cü illərdə Quba Rayon Partiya Komitəsinin katibi, 1953–1954-cü illərdə Quba Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı və məsul təşkilatçısı olub. O, 1959–1979-cu illərdə Dəvəçi, Şamaxı, Masallı və Gədəbəydə Rayon Partiya Komitəsinin birinci katibi seçilib.
Əlövsət Baxşıyev
Əlövsət Qəzənfər oğlu Baxşıyev (22 iyun 1956, Kərimbəyli, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikasının Baş naziri. (2000–2020) == Həyatı == Əlövsət Qəzənfər oğlu Baxşıyev 1956-cı il iyun ayının 22-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. 1963-cü ildə kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1973-cü ildə orta məktəbi bitirmişdir. Həmin il D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakultəsinə daxil olmuş və 1977-ci ildə institutu iqtisadçı ixtisası üzrə bitirmişdir. Ə.Baxşıyev əmək fəaliyyətinə 1977-ci ildə İliç rayon Kommunal Təsərrüfatı Şöbəsində mühasib köməkçisi kimi başlamışdır. 1977–1979-cu illərdə sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. 1979-cu ildən 1986-cı ilə kimi Şərur rayonundakı "Naxçıvan MSSR-nin 50 illiyi" adına üzümçülük sovxozunda hüquq məsləhətçisi, iqtisadçı, baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışmışdır. 1986-cı ildə İliç Rayon Aqrar Sənaye Biriyində aparıcı iqtisadçı-maliyyəçi, 1992-ci ilin yanvar ayınadək İliç Rayon Xalq Deputatları Sovetində sədr müavini, 1992–1994-cü illərdə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsində sədrin birinci müavini və sədr vəzifələrində işləmişdir. 1994-cü ilin avqust ayından 1998-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə naziri, 1998-ci ildən 2000-ci ilin fevral ayınadək Naxçıvan Muxtar Respublikasının maliyyə-iqtisadiyyat naziri vəzifələrini icra etmişdir. 2000-ci il fevralın 11-dən 2020-ci ilədək Naxçıvan Muxtar Respublikasının Baş naziri olmuşdur.
Əlövsət Məmmədov
Əlövsət Əli oğlu Məmmədov (28 fevral 1988; Goranboy rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlövsət Məmmədov 1988-ci il fevralın 28-də Goranboy rayonunun Muzdurlar kəndində anadan olub. Ailəli idi, üç övladı yadigar qaldı. == Hərbi xidməti == Əlövsət Məmmədov 2009-cu ildə Hərbi Akademiyanın məzunu olub. Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təhsil aldıqdan sonra hərbi vəzifəsinə başlayıb. Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2013-cü ildən Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Əlövsət Məmmədov rabitə rəisinin köməkçisi kimi döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Əlövsət Osmanlı
Əlövsət Cəlal oğlu Osmanlı (9 iyun 1956, Dəmirli, Bolnisi rayonu – 7 sentyabr 2013, Bakı) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan SSRnin Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifidir. Təhsilin məzmunu ilə bağlı geniş tədqiqat işləri aparıb. 7 sentyabr 2013-cü ildə Bakıda Milli Parkda gəzişərkən anidən ürək tutması nəticəsində vəfat etmişdir. Bakıda - Hövsan yaxınlığındakı qəbirstanlıqda dəfn olunmuşdur. Ailəli idi. 1 oğlu və 1 qızı var. == Kitabları == Riyaziyyatdan qəbul imtahanlarında təklif olunmuş məsələlər.
Əlövsət Quliyev
Əlövsət Quliyev (Əlövsət Gülüş oğlu Quliyev) (10 iyul 1947, Sisian rayonu) — AMEA-nın müxbir üzvü (2017), aqrar elmlər üzrə elmlər doktoru, professor, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru. == Elmi nailiyyətləri == Azərbaycanın suvarılan torpaqlarında təkrar şorlaşma və onlara qarşı mübarizə yolları, şoran torpaqların yuyulması, irriqasiya eroziyası, meliorativ hidrogeologiya, torpaqların ekomeliorativ qiymətləndirilməsi sahəsində eksperimental tədqiqatlar apararaq torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasına nail olmuşdur. O, Naxçıvan Muxtar Respublikasının mürəkkəb geoloji quruluşa malik Duzdağ və Böyük düz torpaqlarında təkrar şorlaşmaya məruz qalmış torpaqların qısa müddətdə zərərli duzlardan azad edilməsi və yenidən əkin dövriyyəsinə qatılması yollarını ilk dəfə olaraq təcrübi yolla sübut etmiş, torpaqlarda su-duz balansı elementlərinin təyin edərək, təkrar şorlaşmanı doğuran səbəbləri və onların qarşısının alınması yollarını işləmişdir. Muxtar Respublikada torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi və mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi işlərini yerinə yetirmişdir.İlk dəfə olaraq Azərbaycanda qədim su mənbələri-kəhriz sistemləri, onların konstruktiv elementləri, iş prinsipi, plana alınması, sərflərinin ölçülməsi, morfometrik ölçülərinin təyini və coğrafi yayılması işlərini elmi prinsipdə tədqiq etmişdir. Eyni zamanda quyu və kəhrizlər sistemləri üzərində olan qədim memarlıq abidələrin (qırxpilələrin) qeydiyyata alınması və bərpasının həlli yollarını elmi əsaslarla işləmişdir.Böyük İpək Yolu üzrə vaxtı ilə istifadə edilmiş qədim su sistemləri, kəhriz, ovdan, quyu və karvansaraylar sahəsində maraqlı tədqiqatlar aparmış, 2014-cü ilin noyabr ayında UNESCO-nun İranın Yəzd şəhərində keçirdiyi 6-cı dövlətlərarası idarə heyətinin konqresində diqqətin bu sahəyə istiqamətləndirilməsinə dair məruzə etmişdir.2010-cu ildə Qazaxıstan EA-nın dəvəti ilə Cənubi Qazaxıstanın Tür-küstan şəhəri ətrafında yerləşən Sav-ran ( Sauran), Karatobe, Otrar qala şə-hərciklərin su sistemlərinin tədqiqi ilə məşğul olmuşdur. Daha sonra Türkmənistanda 2011 -2012-ci illərdə “Böyük İpək Yolu” üzrə qədim şəhərsalma və su sistem-ləri sahəsində tədqiqat işləri aparmış-dır. 2013-cü ildə Qırğızıstanda keçiri-lən Beynəlxalq konqresdə “Orta Asiya torpaqlarının ekoloji vəziyyəti və deq-radasiya prosesləri” mövzusundakı məruzəsinə görə “Manas” mükafatına layiq görülmüşdür. Böyük İpək Yolu üzrə vaxtı ilə istifadə edilmiş qədim su sistemləri, kəhriz, ovdan, quyu və karvan saray¬lar sahəsində maraqlı tədqiqatlar apar¬mışdır. Özbəkistanda 2014-cü ildə Beynəlxalq ekspedisiyanın tərkibində qədim su mənbələrinin tədqiqində iş-tirak etmişdir. Buxara, Nəvai vilayət-lərində qədim kəhriz sistemləri üzrə tədqiqatlar aparılmışdır.
Əlövsət Sadıqov
Əlövsət Sadıqov (30 mart 1941, Qasım İsmayılov rayonu – 25 dekabr 2020, Bakı) — tanınmış tutçu, genetik, seleksiyaçı, biologiya elmləri üzrə fəlsəfə doktoru, baş elmi işçi, yüzdən artıq elmi əsərin və yeni yaradılmış Baxça-tut sortunun müəllifi. == Həyatı == Əlövsət Həsən oğlu Sadıqov 30 mart 1941-сi ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1958-сi ildə Faxralı kənd orta məktəbini qurtarmış, 1960-сı ildə isə Dəliməmmədli texniki-peşə təhsili məktəbini bitirərək "traktorçu" və çilingər" ixtisaslarına yiyələnmişdir. 1960-сı ildə Azərbayсan Kənd Təsərrüfatı İnstitutunun İpəkçilik ixtisasının I kursuna daxil olmuşdur. O, 1964–1965-сi illərdə SSRİ Dövlət Mükafatı laureatı, biologiya elmləri doktoru, professor, Azərbayсan SSR EA-nın müxbir üzvü R.A.Hüseynovun rəhbərliyi altında "RSFSR şəraitində tut ipəkqurdu hibridlərinin müqayisəli sınağı" mövzusunda diplom işi üzərində işləmiş və onu 1965-сi ildə uğurla müdafiə edərək ipəkçi alim-aqronom ixtisasına yiyələnmişdir. Ə.H.Sadıqov institutu qurtardıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin sərənсamı ilə Qasım İsmayılov rayonuna göndərilmiş və 1965–1968-сi illərdə Dimitrov adına kolxozda (Əzizbəyov (indiki Kəhrizli), Səmədabad (Goranboy) və Xəsədərli kəndlərini əhatə edirdi) baş aqronom, sonra isə rayon K/t idarəsində böyük aqronom vəzifələrində çalışmışdır. Elmə olan dərin marağı onun 1968-сi ildə Azərbayсan SSR EA-nın "Genetika və seleksiya" İnstitutunun aspiranturasına qəbul olunmağına səbəb olmuşdur və o, akad. I.K.Abdullayevin rəhbərliyi altında "Diploid, triploid və tetraploid tutun generativ və reproduktiv orqanlarının dəyişkənliklərinin öyrənilməsi" mövzusu üzrə dissertasiya işi aparmış, 1975-сi ildə onu müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəсəsi almışdır. 1980-сi ildə ona "Genetika" ixtisası üzrə "baş elmi işçi" alimlik rütbəsi verilmişdir. Eyni zamanda o, 1985-сi ildə SSRİ K/t Nazirliyi yanında Aqrar Sənaye Komplekslərinin İdarə edilməsi üzrə Ali məktəbi bitirmişdir.
Əlövsət Vəliyev
Əlövsət Cəfərxan oğlu Vəliyev — Qarabağ müharibəsi Əlövsət Cəfərxan oğlu Vəliyev 1968-ci il dekabrın 15-i Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olur. 1987-ci ildə hərbi xidmətə yola düşən Əlövsət vətənə dönəndə ermənilərin torpaq iddiaları artıq başlamışdı. 1992-ci ilin may ayında milli ordu sıralarına daxil olan Əlövsət ilk gündən özünün təcrübəli tankçı kimi göstərir. Əlövsət Vəliyevin həm də qorxmaz və cəsarətli bir igid olması döyüş yoldaşlarına onu bir daha sevdirdi. Bu cəsarətli insanın təkcə özünü deyil, hətta onun tankını belə Qubadlının bütün sərhəd kəndlərində çox gözəl tanıyırdılar. Onun tankı sonralar Zəngilan, Laçın, Cəbrayıl və Füzuli rayonlarına qədər gedib çıxdı. Bu bölgələrdə uğurlu döyüş əməliyyatları keçirən Əlövsət Vəliyevi bir müddət sonra tankçılar arasında komandir kimi qəbul edənlər günü-gündən çoxalırdı. 1993-cü il may ayının 26-sında Əlövsət Cəfərxan oğlu Vəliyev 706 saylı hərbi hissənin 3-cü taborunun taqım komandiri təyin edildi. 706 saylı hərbi hissəsinin kəşfiyyat rotasından Əlövsət Vəliyev haqqında verilən arayışda yazılır: “1992-ci il may ayında Laçın işğal olunandan sonra Aşağı və Yuxarı Cicimli, Səfiyan, Aşağı və Yuxarı Fərcan, Suarası, Mazutlu kəndlərinin müdafiəsində Əlövsət öz tankı ilə bütün döyüşlərə birinci atılmış, düşmənin 25-30 may hücumları zamanı onun 30-a qədər canlı qüvvəsini, bir PDM-I məhv edib.“ 1993-cü il 15 avqust tarixində Qubadlı rayonu ağır günlərini keçirir.
Əlövsət İbrahimov
Əlövsət Seyidxan oğlu İbrahimov (21 aprel 1995; Şamaxı, Azərbaycan — 2 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlövsət İbrahimov 1995-ci il aprelin 21-də Şamaxı şəhərində anadan olub. == Hərbi xidməti == Əlövsət İbrahimov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Əlövsət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əlövsət İbrahimov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlövsət İbrahimov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlövsət Əbdülrəhimov
Əlövsət İbrahim oğlu Əbdülrəhimov (dekabr 1912, Salyan, Cavad qəzası – dekabr 1986) — Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin əvvəlcə sədrinin birinci müavini, sonra isə sədri, Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, inşaatçı-mühəndis və dövlət xadimi. == Həyatı == Əlövsət Əbdülrəhimov 1912-ci ildə fəhlə ailəsində olmuşdur. Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1934–1940-cı illərdə Azərneft Birliyinin mədənlərində, Azərbaycan Neft Layihə Trestində, Azərneft kombinatının tikinti şöbəsində mühəndis və baş mühəndis işləmişdir. 1940–1952-ci illərdə Azərbaycan Neft-Qaz Layihə Trestinin, Neft-Qaz Qurğuları Tikintisi Trestinin, Neft Layihə Trestinin, Neft Zavodları Tikintisi Trestinin müdiri, Azərneft Birliyinin rəis müavini olmuşdur. Əlövsət Əbdülrəhimov 1955–1960-cı illərdə Azərbaycan Dəniz Neft Qurğuları Tikintisi Trestində rəhbər vəzifədə çalışmış, Xalq Təsərrüfatı Şurası Tikinti İdarəsi 4 nömrəli trestinin müdiri olmuşdur. 1961-ci ildən isə Bakı Tunel Tikinti İdarəsinin rəisi olmuşdur. == Siyasi fəaliyyəti == Əlövsət Əbdülrəhimov 1952–1954-cü illərdə Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, sonra isə sədri vəzifələrində çalışmışdır. O, III, IV, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Mənbə == Әбдүлрәһимов Әлөвсәт Ибраһим оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары.
Zamiq Əlövsətoğlu
Zamiq Əlövsətoğlu (2 dekabr 1984, Füzuli) — Azərbaycanlı rejissor, prodüser. == Həyatı == Zamiq Əlövsətoğlu (Baxşəliyev) 2 dekabr 1984-cü ildə Füzulidə anadan olub. ADMİU-nun rejissorluq fakültəsində təhsil alıb (2003-2007). “Cavad Xan” filmi haqqında çəkilmiş “Cavad Xan: Filmin Filmi” silsilə verilişlərdən bir neçəsinə rejissor asissentliyi edib. == Filmoqrafiya == Cavad xan. Filmin filmi (film, 2007) Yuxu yaddaşı (film, 2008) 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV) Muğamat var olan yerdə...
Əliövsət Quliyev
Əliövsət Nəcəfqulu oğlu Quliyev (23 avqust 1922, Salyan, Salyan qəzası – 6 noyabr 1969, Bakı) — tarix elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın müxbir üzvü, 1953–1958-ci və 1967–1969-cu illərdə Azərbaycan SSR EA Tarix İnstitunun direktoru. == Həyatı == Əliövsət Nəcəfqulu oğlu Quliyev 1922-ci il avqustun 23-də Salyan rayonunun Qızılağac (Salyan) kəndində anadan olmuşdur. 1930-cu ildə Əliövsət Quliyev Qızılağac kənd orta məktəbinə daxil olur. Yaxşı oxuduğuna görə Ə.Quliyevi birinci sinifdən birbaşa üçüncü sinifə keçirirlər və o, altı illik məktəbi beş ilə bitirərək 1935-ci ildə Salyan pedaqoji məktəbinin tarix fakültəsinə daxil olur. Pedaqoji məktəbdə oxuya-oxuya Salyandakı 4 №-li orta məktəbdə tarixdən dərs deməyə başlayır. 1939-cu ildə Salyan pedaqoji məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olur. Eyni zamanda, Bakıdakı 172 №-li orta məktəbdə tarix dərsi deyir. 1943-cü ildə ADU-nun həmkarlar ittifaqı komitəsinin sədri seçilir.1944-cü ildə ADU-nu fərqlənmə diplomu ilə bitirir, Azərbaycan tarixi kafedrasının tövsiyəsi ilə həmin kafedrada müəllim kimi saxlanılır və «Azərbaycan tarixi» ixtisası üzrə aspiranturaya daxil olur. 1945-ci ilin dekabrında ali məktəb və elmi idarə işçiləri həmkarlar ittifaqının sədri seçilir və 1950-ci ilədək həmin vəzifədə çalışır. == Elmi fəaliyyəti == 1948-ci ildə Əliövsət Quliyev «1903-cü ildə Bakıda iyul ümumi tətili» mövzusunda namizədlik dissertasiyasını müdafiə edir və ADU-nun tarix fakültəsinin dekanı olur.
Əliövsət Sadıqov
Əliövsət Şirəli oğlu Sadıqov (21 dekabr 1906 – 17 noyabr 1970) — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956). == Həyatı == 21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur. Əliövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir. Yaradıcılıq nailiyyətlərinə görə Əliövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb. 17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.
Əliövsət Sadıxov
Əliövsət Şirəli oğlu Sadıqov (21 dekabr 1906 – 17 noyabr 1970) — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956). == Həyatı == 21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur. Əliövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir. Yaradıcılıq nailiyyətlərinə görə Əliövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb. 17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.
Övsət Abdinov
Ovsət Bəhram oğlu Abdinov (23 fevral 1944, Balakən – 29 oktyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014). == Həyatı == Ovsət Abdinov 23 fevral 1944-cü ildə Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. == Əmək fəaliyyəti == Ovsət Abdinov müxtəlif illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1973–1975-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim vəzifəsini icra edib. 1975-ci ildən AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri olub.1993–2002-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna şəh., Rusiya) baş elmi işçi vəzifələrində çalışıb. === Üzv olduğu şuralar === Ovsat Abdinov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, həmçinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi Şurasının üzvü olub. O, AMEA Fizika İnstitutunun Elmi Şurasının, habelə AAK-ın Fizika üzrə Ekspert Şurasının üzvü olub.
In The Closet
In The Closet — Maykl Ceksonun bir mahnısı.