Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əliqırıq
Əliqırıq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Qəmərli rayonuna daxil olan Böyük Gilanlar kəndindən 10 km cənub-qərbdə, Əliqırıq bulağının yanında, Pirdağı dağının ətəyində yerləşir. 1930-cu ilin əvvəllərində Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Erməni mənbələrində Əliqrağı, Əlikrık formalarında qeyd edilir. Kəndin adı XX əsrin 30-cu illərində Əliqoıx kimi rəsmiləşdirilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Blraşen qoyulmuşdur. Toponim əfşar türk tayfasına məxsus qırıqlı etnonimi əsasında formalaşıb, «Qırıqlı tayfasından olan Əliyə məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.