Əliqırıq

Əliqırıqİrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd.

Tarixi Azərbaycan əraziləri
Əliqırıq
Ümumi məlumatlar
Ölkə Qərbi Azərbaycan
Bölgə Gərnibasar mahalı
İndiki adı Blraşen
Adının dəyişdirilmə tarixi 1948

Qəmərli rayonuna daxil olan Böyük Gilanlar kəndindən 10 km cənub-qərbdə, Əliqırıq bulağının yanında, Pirdağı dağının ətəyində yerləşir. 1930-cu ilin əvvəllərində Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur[1].

1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir[2]. Erməni mənbələrində Əliqrağı, Əlikrık formalarında qeyd edilir[3].

Kəndin adı XX əsrin 30-cu illərində Əliqoıx kimi rəsmiləşdirilmişdir[4].

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Blraşen qoyulmuşdur.

Toponim əfşar türk tayfasına məxsus qırıqlı etnonimi[5] əsasında formalaşıb, «Qırıqlı tayfasından olan Əliyə məxsus kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir[6].

Kənddə 1873-cü ildə 110 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 251 nəfər, 1904-cü ildə 202 nəfər, 1914-cü ildə 253 nəfər, 1916-cı ildə 355 nəfər[7], 1918-ci ilin yanvarında 202 nəfər[8] yalnız azərbaycanlı yaşamışdır.

Azərbaycanlılar 1918-ci ilin fevralında ermənilər tərəfindən qırğınlarla qovulmuşdur[9]. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.

Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 55 nəfər azərbaycanlı yaşamışdır[10]. 1929-30-cu illərdə xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. 1931-ci ildə 46 nəfər azərbaycanlı, 79 erməni[11], 1959-cu ildə 90, 1962-cı ildə 62 nəfər əhali (əksəriyyətini azərbaycanlılar təşkil etmişdir) yaşamışdır[12]. 1962-cı ildən sonra azərbaycanlılar kənddən köçürülmüş və kənd ləğv edilmişdir. İndi ölü kənddir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  • Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
  • B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
  • Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
  1. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.84
  2. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996,s.171
  3. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986, s.84
  4. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.154
  5. Əhmədov T.M. El-obamızın adları, Bakı, «Gənclik>, 1984, s.46
  6. "Qərbi Azərbaycanın türk mənşəli toponimləri". 2010-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-16.
  7. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.84-85, 154-155
  8. История Азербайджана по документам и публикациям,Баку, «Элм», 1990, s.216
  9. История Азербайджана по документам и публикациям,Баку, «Элм», 1990, s.216
  10. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.84, 155
  11. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.155
  12. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986, s.703