Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ərməniyyə
Ərməniyyə (ərəb. إمارة أرمينيا‎‎‎, translit. imārat Arminiya) — Əməvilər sülaləsi dövründəki inzibati bölgü üzrə Xilafət sistemindəki IV əmirlik (canişinlik). "Azərbaycan tarixi: ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər" kitabında qeyd olunur:Yeni ərəb inzibati-bölgü sisteminə görə Cənubi Qafqazda ərəb işğal dairəsinə daxil edilmiş bütün torpaqları özündə birləşdirən “Ərminiyə” ərazisi vaxtilə Bizans imperatoru Yustinianın (527-565) “Qərbi Ermənistan”da həyata keçirdiyi inzibati islahata uyğun olaraq ənənəvi şəkildə I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünmüşdü. I və II Ərminiyə şimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, qərbdə Kiçik Qafqaz dağlarından şərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir və əsasən ərəblərin Aran adlandırdığı qədim Albaniya torpaqlarını özündə birləşdirirdi. Ərəb Arran vilayətinin tərkibinə Albaniyanın özündən başqa 644-cü ildən müsəlmanların tabeliyində olan Tiflis və onun civarları, eləcə də dağlıların yaşadıqları ərazi də daxil edilmişdi. Ermənistan özü isə III-IV Ərminiyə bölgüsünə aid idi.Bu ərazi Cənubi Qafqaz ölkələrini də əhatə edirdi. Mərkəzi Dəbil (Dvin) şəhəri idi; bu şəhərin xarabalıqları indiki Ermənistan ərazisindədir. Abbasilər sülaləsi dövründə III əmirlik olub və 789-cu ildən paytaxtı Bərdə idi. Ərəb müəllifləri (əl-İstəxri, ibn Havqəl, əl-Müqəddəsi və s.) çox vaxt Azərbaycan (indiki Cənubi Azərbaycan), Arran (indiki Azərbaycan Respublikası) və Ermənistanı (indiki Şərqi Türkiyə) bir inzibati vahiddə birləşdirərək Ərməniyyə və ya Azərbaycan adlandırırlar.
Əhmədiyyə
Əhmədiyyə və ya Qadiyanilik (ərəb. أحمدية‎, urdu احمدِیہ) — XIX əsrin sonlarında Hindistanda yaranmış İslami təriqət. Bəzi müəlliflərə görə müstəqil dindir. Təriqətin əsası 23 mart 1889-cu ildə Mirzə Qulam Əhməd Qadiyani tərəfindən qoyulmuşdur. Təriqətin əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər. Bu təriqət Pakistanda rəsmən qadağan edilsə də, əsas ardıcılları, təxminən 2 milyon nəfər məhz bu ölkədə cəmləşmişdir. Təriqət üzvləri son illərdə digər ölkələrdə də aktiv missionerlik fəaliyyəti həyata keçirirlər. İslam, Hindistan dinləri, mistika və xristian qnostisizminin dini təlimlərini özündə birləşdirən bu təriqət mənsublarını "Əhmədilər" də adlandırırlar. Lakin, İslam alimləri bu adlandırmanın əleyhinə çıxaraq onların Qadiyanilər adlandırılmasını daha düzgün hesab edirlər. Belə ki, Əhməd Məhəmməd peyğəmbərin adlarından biridir və hərəkatın nümayəndələri özlərini Əhmədi adlandırmaqla öz təriqətlərinin İslamla birbaşa əlaqəsini göstərməyə çalışırlar.
Əmiriyyə
Əmiriyyə — İranın Simnan ostanının Damğan şəhristanının Əmiriyyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,541 nəfər və 455 ailədən ibarət idi.
Əsədiyyə
Əsədiyyə — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Dərmiyan şəhristanının mərkəzidir.
Əzəliyyə
Əzəliyyə (fars. ازلی‎; azərb. Azali Bábí‎) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı Mirzə Yəhya Nurinin (Sübhi Əzəli) tərəfdarları olan dini icma. Babilik hərəkatından sonra inancın ardıcıları Mirzə Hüseyn Əli və Mirzə Yəhya Nurinin arasında iki hissəyə bölünmüşdür. Əksəriyyət Mirzə Hüseyn Əli tərəfindən təqdim edilən təlimin ardınca gedərək Bəhailik dinini qəbul etmiş, çox kiçik bir hissə isə Mirzə Yəhya Nurinin təlimlərində qalmışdılar. Əzəlilər bu gündə az sayda olmaqla İranda yaşayırlar.
Səməriyyə
Samariya (ivrit. שומרון Shomron; qədim yunan. Σαμάρεια; ərəb. السامرة as-Samira) Yəhudi dinində deyilir ki, qədim Fələstin ərazisində Samariya adlı bir şəhər olub və iki yüz il paytaxt kimi tanınan bu şəhər Suriya padşahı tərəfindən alınmış və dağıdılmışdır. == Populyar mədəniyyətdə yeri == Əfsanəyə görə Samariya şəhər sakinlərindən biri yolda quldurlar tərəfindən soyulub hər şeyi əlindən alınmış, bir səyyaha kömək etmiş və onun yaralarını sarmışdır. Bu əfsanəyə əsasən, Samariya sakinləri, ümumiyyətlə, xeyirxahlıq və şəfqət simvolu kimi məşhurlaşmışlar, bir sıra Avropa ölkələrində xeyriyyə, şəfqət cəmiyyətlərinə "Samariyalılar" adı verilirdi. (Almaniyada belə cəmiyyət XIX əsrin ikinci yarısında da mövcud idi). Yurdsuzlar evinin və xeyriyyə, şəfqət cəmiyyətlərinin möhürlərində başqasına yardım göstərən samariyalının silueti bir simvol kimi həkk olunurdu və bu bir ənənəyə çevrilmişdi.
Əhmədiyyə Cəbrayılov
Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov (22 sentyabr 1920, Oxud, Nuxa rayonu – 11 oktyabr 1994, Şəki) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri,Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası. == Həyatı == Əhmədiyyə Cəbrayılov 22 sentyabr, 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. İkinci dünya müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən "Hərbi medal"lar ilə təltif olunmuşdur.1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Xaçmaz zonası rayonlarında əmək fəaliyyətinə başlayır. 1940-cı ildə Kommunist partiyasına üzv olur. === Müharibədə iştirakı === Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir.
Əhmədiyyə Ulbaşov
Əhmədiyyə Ulbaşov (qaraç.-balk. Улбашланы Мусаны жашы Ахмадия; 10 mart 1905, Yuxarı Balkariya[d], Kabardino-Balkariya Muxtar Vilayəti[d] – 1965, Nalçik) – balkar şair və nəsr ustası, SSRİ Yazıçılar İttifaqının üzvü. == Həyatı == Əhmədiyyə Ulbaşov 1905-ci ilin mart ayında Yuxarı Balkariyanın Şaurdat aulunda Çegemdən olan imam Musa Ulbaşovun ailəsində anadan olub. Kənd məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə təhsil alıb. 1926-1930-cu illərdə Moskvada yerləşən İ.Stalin adına Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində təhsil alıb. Təhsilini bitirdikdən sonra Nalçikdə yerləşən Lenin təlim şəhərciyində müəllim kimi fəaliyyət göstərib. 1935-ci ildə haqqında yazılan donosa görə Stalin repressiyalarını tənqid edən silsilə şeirlərinə görə repressiyaya məruz qalaraq 20 il müddətində Kolımaya sürgün edilib. 1955-ci ildə öz cəza müddəti bitdikdən sonra 1944-cü ildə Orta Asiyaya sürgün edilmiş ailəsinin yanına qayıdır. Öz doğma vətəninə isə 1958-ci ildə qayıdıb. 1966-cı ildə Ulbaşovun işinə SSRİ Ali məhkəməsinin hərbi komissiyası tərəfindən baxılmış və o bəraət qazanmışdır.
Əhmədiyyə məscidi
Əhmədiyyə məscidi və ya Hacı Əhməd Paşa məscidi (gürc. აჰმედიეს მეჩეთი, türk. Ahmediyye Camisi) — Gürcüstanın Axısqa şəhərində, Axaltsix qalası daxilində, XVIII əsrin ortalarına aid dini ibadətgah. Məscidin əsas binasına birbaşa bitişik olan minarə məscidin günbəzi ilə eyni hündürlükdədir (təxminən 15 metr). Məscidin layihəsinin memarı Hacı Əhməd Paşa olub. Məscid binasında hazırda muzey fəaliyyət göstərir. == Tarixi == Bu dini bina uzun əsrlər boyu Osmanlı imperiyasının Mesxetiya və Çıldır əyaləti paşalığını idarə edən Cakeli sülaləsi nümayəndəsi, banisinin şərəfinə Hacı Əhməd Paşanın məscidi də adlanır. Bölgə Osmanlılar tərəfindən zəbt edildikdən sonra Cakeli sülaləsinin şahzadələri İslamı qəbul etdilər. 1747–1758-ci illərdə Axaltsixdə hökmranlıq edən Əhməd paşa məsciddə özü üçün islam qanunlarına zidd olan xüsusi uca yer təşkil etməyi əmr etdi. Belə bir hüquq yalnız sultanlara aid olduğu üçün İstanbul höküməti belə bir hərəkətdə sultanın ali hüquqlarının təhqirini görürdü.
Ələviyyə Babayeva
Babayeva Ələviyyə Hənifə qızı — nasir, tərcüməçi, ssenari müəllifi; 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Prezident təqaüdçüsü. == Həyatı == Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A. Qaydarın "Uzaq ölkələr" (1950), V. Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K. Paustovskinin "Oğru pişik" (1951), V. Q. Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y. Sotnikin "Əcaib quş" (1964), V. Astafyevin "Ulduz xəzanı" (1970), Y. Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. "Azərbaycan qadını" jurnalında məsul katib (1951–1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973–1976), sonra baş redaktor (1976–1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur.
Şərül-Əsmai-səmaniyyə
Şərhi-əsmayi-səmaniyyə və ümmül-əsma – Seyid Yəhya Bakuvinin yazdığı məsnəvilərdən biri. Məsnəvi 610 beytdən ibarətdir. Allahın həyat, elm, səmi (duyma), bəsər (görmə), qüdrət, kəlam, iradə, bəqa kimi ad və sifətlərin mənaları təsəvvüfi olaraq açıqlanır.