Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bunsen (mətbəəçilik)
Bunsen (文選) – yapon tipoqrafik çap üsulu. Rəqəmsal dövrə qədər Yaponiyada qəzet və kitab çapında geniş istifadə olunurdu. İş masası nəşrinin standartlaşmasından sonra sıradan çıxmışdır. == Tarixi == Bunsen XIX əsrin ikinci yarısında Avropa texnologiyasının Yaponiyaya gəlişindən sonra yaranmışdır. 1877-ci ildə "Shuiesha" nəşriyyatı tərəfindən Yaponiyada bunsen üsulu ilə ilk kitab çap olunmuşdur. 1970-ci illərdə kompüterlə hərf düzmə metodunun ortaya çıxmasından sonra bunsen öz əhəmiyyətini itirməyə başlamışdır. 1990-cı illərdə iş masası nəşrinin yayılması bunsenin ortadan qalxmasına səbəb olmuşdur. Bəzi şirkətlər 2003-cü ilə qədər bunsen ilə kitab çap etməyə davam etmişdir. Hazırda Yaponiyada estetik məqsədlər üçün bu üsulla kitab çap edən sadəcə bir neçə şirkət var. == Proses == Tipoqrafik çap üsulunda qurğuşun çubuqlardan hazırlanmış, yeri dəyişdirilə bilən şriftlərdən istifadə olunur.
Estetçilik
Estetçilik — fəlsəfədə qədimlərdə gözəllik haqqında elm sayılmış estetika (yunanca hiss, duyğu) sözündəndir. == Ümumi məlumat == Estetçilik ədəbiyyatı gözəlliyik kateqoriyası ilə bağlayan bir termin kimi işlənir. Sosiologizm kimi estetçilik də qanlı Qərbi Avropa inqilablarının təsiri ilə yaranıb. Birinci termin bu inqilabçılara tərəfdar olanları, estetçilik isə bu inqilabların əleyhinə olan, onlardan qorxan varlı ədəbiyyat adamlarını nəzərdə tuturdu. Sənətdə ancaq gözəllik axtaranlar varlı siniflərin nümayəndələri, Burjua ziyalıları idilər. İnqilabları doğuran səbəblər onlar üçün, onların maddi durumu üçün maraqlı deyildi. Estetlər sənəti ali təbəqə üçün bar əyləncə hesab edir və onun sosial, idraki, tərbiyəvi və s. funksiyalarına laqeyd yanaşırlar. Çünki estetlərin çoxu yaxşı maddi təminatı olan, maraqlı və gözəl yaşamaq istəyən insanlardılar. Ona görə onlar sənəti öz ehtiyacları üçün uyğunlaşdırır və subyektivləşdirirdilər.