Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəndək
Bəndək - Atropatena (qədim Azərbaycan), Parfiya və Sasanilər dövlətində qullara verilən addır. Bu ölkələrdəki quldarlıq sistemi haqqında məlumat verən ilk mənbələrdən biri "Madaktani hazar datasdan"dır. Orada bəndək və anşəhrik terminləri qul anlamında işlədilmişdir. Hər üç ölkədə də əkinçilikdə qul əməyindən geniş istifadə olunurdu. Lakin artıq III əsrdən quldarlıq sistemi getdikcə zəifləyərək dağlmağa başlayır. Sasanilərin hüquq məcəlləsinə görə, bir çox əyalətlərdə, o cümlədən Azərbaycanda başqasına tabe olan və ondan asılı olan şəxsə bəndək deyilirdi. İran tarixçiləri Parfiya və Sasanilər dövrünə aid olan bəndək terminini qul kimi tərcümə edirlər. Lakin istər bəndək, istərsə də anşəhrik hüquqi nöqteyi-nəzərdən Romada olan quldan fərqlənirdi. Quldarlıqdan feodalizmə keçid dövründə azat və dastakert terminlərinə də təsadüf edilir. "Madaktani hazar datasdan"da qul əməyi ilə becərilən torpaq sahəsinə dastakart və yaxud dastakord deyilir.
Xəndək
Xəndək — uzununa qazılmış dərin çuxur. İnşaatda və mədən işlərində boru kəməri, kabel xətti və s. basdırmaq, habelə su arxları və səngər üçün xəndəkdən istifadə olunur. Xəndək müasir dövrdə xəndəkqazan maşınla qazılır.
Ərdək
Ərdək (fars. اردک‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (101 ailə).
Xəndək (Qubadlı)
Xəndək — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Xəndək kəndi kəndin ərazisində yerləşən qədim mağaralardan bilinir ki, XVII-XVIII əsrdə müvcud olmuş kənddir. 2020 Noyabr ayının 9-u Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilib. == Toponimikası == Xandək kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Cənubi Azərbaycanın Xandək kəndindən gəlmiş Hacı Məmməd adlı şəxsin salması və hazırda kənddəki nəsillərdən birinin hacıməmməduşağı adlanması haqqında məlumat verilir. Tədqiqatçılar bu oykonimi X əsrdə Orta Asiyada Çu çayı vadisində və Talas Alatausu ərazisində yaşamış və sonralar Səlcuq oğuzlarına qoşulmuş türk mənşəli xandak tayfasının adı ilə bağlayırlar. XIX əsrin əvvəllərində Şəki əyalətində Kandak, Gürcüstan ərazisində Aşağı Xandək və Yuxarı Xandək kəndləri qeydə alınmışdır. Oykonim Xəndək variantında da işlənir. == Mədəniyyəti == Xəndək kəndi Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada toxunan xalçalar hər zaman məşhur olmuşlar və öz yüksək keyfiyyəti ilə seçilmişlər.
Xəndək (dəqiqləşdirmə)
Xəndək — boru kəməri basdırmaq üçün yerdə düzəldilən uzunsov qazma. Xəndək (Qubadlı) — Qubadlı rayonunda kənd. Xəndək (Siyəzən) — Siyəzən rayonunda kənd. Yuxarı Xəndək — Gürcüstanda kənd.
Xəndək (hərb)
Xəndək, xüsusi olaraq bir qala, bina və ya şəhəri əhatə edən böyük, dərin və əsasən su ilə doldurulmuş bir istehkamdır. Bəzi hallarda su maneəsi olaraq daha mürəkkəb süni göllərə çevrildiyi müşahidə edilmişdir. Müasir dövrdə xəndəklərin və ya su baryerlərinin qabaqlayıcı təsirləri itdiyindən vizual olaraq üstünlük verilməyə başlanmışdır.
Xəndək (qazma)
Xəndək — uzununa qazılmış dərin çuxur. İnşaatda və mədən işlərində boru kəməri, kabel xətti və s. basdırmaq, habelə su arxları və səngər üçün xəndəkdən istifadə olunur. Xəndək müasir dövrdə xəndəkqazan maşınla qazılır.
Xəndək döyüşü
Xəndək döyüşü — 31 mart 627-ci il tarixində reallaşmışdır. Məkkəli Müşriklərlə Müsəlmanlar arasındakı üçüncü və son müharibədir. Bu müharibə adını, müsəlmanların müdafiə üçün qazdıqları xəndəkdən alıb. Bu müharibədə müsəlmanların 3.000 döyüşçüsü, müşriklərin isə 10.000 döyüşçüsü və 600 atlısı vardı. Nəticədə qazanan müsəlmanlar oldu. == Səbəbləri == Məkkəli müşriklər Uhud döyüşündə qəti bir zəfər qazana bilməmişdi. Ayrıca Uhud müharibəsindən sonra Müsəlmanlar, Mədinənin şərqinə və şimalına bəzi yürüşlər edərək Məkkə karvanlarının Misir, Suriya və İraq yolunu bağlamışdılar. == Hazırlıqlar == Məkkəli müşriklər öz birliklərinin yanında, Ehabiş, Kinanə, Tihame, Qatafan, Fezare, Bəni Əsəd və Nəcd qəbilələrindən də pullu əsgərlər aldılar. Məkkəli müşriklər hərəkətə keçdiyini xəbər alan müsəlmanlar, əvvəlcə döyüş üçün strategiya təyin etdi. Buna görə açıq döyüşülməyəcək, müdafiə döyüşü aparılacaqdı.
Xəndək əməliyyatları
2015-16 Xəndək əməliyyatları — (türk. Hendek operasyonları) 2015-ci ilin 8 avqust tarixindən Türkiyə Silahlı Qüvvələri (TSK və Türk Təhlükəsizlik Ümumi Müdirliyi tərəfindən PKK-ya qarşı birgə başladılan hərbi əməliyyatlardır. Əməliyyatlar Sur, Silvan, Hakkari, Dargeçit, Silopi, Cizrə və Bitlisdə davam etməkdədir.
Mahmud Nədim Xəndək
Mahmud Nədim Xəndək (türk. Mahmut Nedim Hendek) (d. 1880, Qafqaz dağları - ö. 1920, Xəndək, Sakarya) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1901-ci ildə hərbi məktəbi bitirdikdən sonra 5-ci ordunun əmrinə verildi. 1914-cü ildə Hərbi Akademiyanı bitirdi. Birinci Dünya müharibəsində Şərq cəbhəsində mübarizə aparmışdı. “Müharibə” medalı və Məcidiyyə ordeni ilə təltif edilmişdi. 1919-cu ildə 24-cü bölmə komandirliyinə təyin edildi. 9 Avqust 1927-də Nazirlər Kabinetinin qərarı ilə "İstiqlaliyyət" medalı ilə mükafatlandırıldı.
Endər Günlü
Endər Günlü — Fransada yaşayan türk əsilli yarımmüdafiəçi 1984-cü il təvəllüdlü Endər Lion "Olimpik"inin yetirməsidir. Onun ilk peşəkar klubu İsveçrə çempionatının 2-ci dəstəsində mübarizə aparan "Etual" olub. 2003-2005-ci illərdə bu komandanın şərəfini qoruyan türk futbolçu sonra İspaniyaya üz tutub. O, bu ölkənin 2-ci dəstə təmsilçisi "Oruvela" komandasının şərəfini qoruyub. 2007-2008-ci illər ərzində isə Türkiyədə top qovub. "Adanadəmirspor"a (2-ci dəstə) transfer olunan Endər Tunisdə də legioner həyatı yaşamağa vaxt tapıb. Belə ki, yarımmüdafiəçi 2008-ci ildə Tunisin güclülər dəstəsində mübarizə aparan "Qafsa"nın heyətində çıxış edib. 2009-cu ilin yanvarında isə İsveçrəyə dönərək 3 ay ərzində aşağı dəstə təmsilçisi "Rasing Ceneve"də top qovub. Endər Günlü bundan sonra "Olimpik-Şüvəlan"ın formasını geyinəcək. Artıq onunla münasibətləri rəsmiləşdirən paytaxt təmsilçisi 2 il müddətində orta sahə oyunçusunun xidmətindən yararlanacaq.
Norm Ender
Ender Əroğlu və ya daha çox tanınan adı ilə Norm Ender (25 mart 1985, Bornova, İzmir) — Türk reper. == Həyatı == 10 yaşında, Alman-Türk rep qrupu Carteldən ilhamlanandan sonra rep ilə maraqlanmağa başladı. Məktəbi bitirdikdən sonra 2001-ci ildə rep deməyə başladı və sonra Atv telekanalının yayımladığı Akademi Türkiye musiqi yarışmasına qatıldı. Əvvəlcə Akademi Türkiye yarışmasında pop musiqisini ifa etməyi xahiş edən Ender, yarışmanın tələbini yerinə yetirməkdən imtina etdi. Sonda Akademi proqramına rep kursu təqdim etdi. Ender Erman Altınoğlu və digər 3 nəfər ilə 5 nəfərdən ibarət NORM qrupunu yaratdı. Əslində bu qrupun yaradıcısı Erman Altınoğludur. Hərbi xidmətini başa vurduqdan sonra, 2010-cu ildə İçinde Patlar adlı solo rep albomu hazırladı. 2012-ci ildə yeni bir albom buraxacağını açıqladı. Bu albomu tanıtmaq üçün İzmir, Diyarbakır və Ankarada konsertlər verdi və səhnə adı Norm Ender solo buraxılışları üçün istifadə etməyə başladı.
Bəndə
Bəndə — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 2008-ci ildən bu günəcən fəaliyyətdədir. == Qrupun tarixi == Qrup 2008-ci ildə Sumqayıt şəhərində Elçin Emin və Səttar Məhərrəmov tərəfindən qurulub. Müxtəlif problemlərlərə (maliyyə, məkan, musiqi təchizatları) baxmayaraq işinə davam eləyən qrup Şəhər Bağı (QorSad) Mədəniyyət Evini özünə məkan seçir. Bəzi təchizatlar isə İbrahim Emin (Yuxu, Sirr) tərəfindən təmin edilir. Zərbdə ifa üçün Şahin Şəmiyev dəvət olunsa da, Şahinin heç vaxt zərbdə ifa etməməsi səbəbindən bir az məşq etməsi lazım bilinir. Vokal və qrupa ad axtarışı qrupun vaxtını çox alır; Belə ki, öncə Kamran daha sonra Fərid vokal olaraq qrupa dəvət olunsa da, istənilən nəticə əldə olunmadığı üçün onlarla yollar ayrılır. Sumqayıtın yerli televiziyası olan Dünya TV-də Ramin Quliyevin çıxışını görən Elçin qrupun digər üzvləri ilə Ramin Quliyevin qrupa vokalist olaraq dəvət olunması üçün məsləhətləşir və beləcə Ramin qrupda vokalist kimi fəaliyyət göstərməyə başlayır. === İlk çıxış === İlk çıxış 15 mart 2008-ci ildə Half Way Inn-də Ozanla birlikdə olur. Bu konsertdə qrupun 6 ifası səslənir.
Bəndər
Bəndər — kişi adı. Bu adı olan tanınmış şəxslər Usta Bəndər — 1231-ci il Gəncə üsyanının rəhbəri. Yaşayış məntəqələri Bəndər (şəhər) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. Bəndər Abbas — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Gəz — İranın Gülüstan ostanında şəhər. Bəndər Mahşəhr — İranın Xuzistan ostanında şəhər. Bəndər Siraf — İranın Buşehr ostanında şəhər. Bəndər Dəyyer — İranın Buşehr ostanında şəhər. Bəndər-Kong — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Genave — İranın Buşehr ostanında şəhər.
Cəndəq
Cəndəq — İranın İsfahan ostanının Xur və Biyabanək şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,958 nəfər və 1,162 ailədən ibarət idi.
Dəvdək
Dəvdək və ya Davdax — VII əsr Qafqaz albanı şairi. Həyat və yaradıcılığı haqqında məlumat azdır. Musa Kalankatlının yazdığına görə, Dəvdək filosof, gözəl natiq və ustad şair olmuşdur. Uzun müddət Cavanşirin sarayında yaşamışdır. Cavanşirin xəyanət nəticəsində öldürülməsi münasibətilə yazdığı qəsidəni Musa Kalankatlı "Alban tarixi" əsərinin ikinci kitabına daxil etmişdi. "Alban tarixi"nin əsli hələlik tapılmamışdır, elm aləminə bu əsərin və qəsidənin XI–XII əsrlərdə qədim erməni dilinə tərcüməsi məlumdur. Təqribən 140 misralıq bu qəsidədə mədhiyyə və mərsiyə ünsürləri birləşmişdir. Qəsidə janr etibarı ilə qədim yunan, formaca isə şərq poeziyasında geniş yayılmış müvəşşəh şəklində yazılmışdır.
Fədək
Fədək (ərəb. فدك‎) — Hicaz məntəqəsində Mədinə şəhərinin 160 kilometrəliyində, keçmişdə su və bulaqları olan bir kənd. Fədəkin yaxınlığında Şəmrux adlı bir qala varmış ki, indi onun yerində Haet adlı Xurma palması dolu böyük bir kənd var. == Tarixi == Fədək xeybərin yaxınlığındadı və hicaz yəhudilərinə strategi baxımdan böyük önəm daşıyırdı. islam ordusu yəhudiləri xeybərdə məğlub etdikdən sonra yəhudilərin gücünün aradan aparilması üçün peyğəmbər Mohit adlı bir səfiri fədəkin başçılarına göndərdi. Fədək başçıları sülhü savaşdan üstün tutdular və təəhüd etdilər ki fədəkin məhsullarının yarısını ildə müsəlmanlara göndərib islam bayrağı altında yaşasınlar. == Strategiya önəmliyi == Fədəkin çoxlu Xurma ağacı coşan bulaqları habelə verimli yerləri onu hicazlılar üçün çox dəyərli qılmışidi. o zamanın ağacları kufənin 7-ci qərndəki ağaclarının dəyəri ilə birdi. ömər yəhudiləri ərəbistandan eşiyə ötürəndə 50-min dirhəm fədəkin qalan yarısı üçün onlara verdi. == Fədəkin Fatiməyə bağışlanması == === Əhli Şiə mənbələri === Bir çox Əhli Şiə alimləri öz təfsir (Qurani Kərimin İsra surəsinin 26-cı ayəsinin nazil olma səbəbində) və tarix kitablarında Fədəyin Xanım Fatiməyə peyğəmbər tərəfindən bağışlanmasını qeyd etmişlər.
Kənzək
Kənzək (fars. كنزق‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 868 nəfər yaşayır (207 ailə).
Mədək
Mədək çökəkliyi — Quba rayonu ərazisində çökəklik. Mədək (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Məzdək
Məzdək Bamdad oğlu (V əsr – 529 və ya 531) — yeni din yaradıcısı, islahatçı. == Fəaliyyəti == Zərdüşt və Maninin ideyalarını yenidən reform edən Məzdək Bəmdad oğlu klassik feodal cəmiyyətində indiyədək kimsənin cürət etmədiyi baxışlarla çıxış etdi. Nəyə görəsə, Qərb dünyasının hələ əsrlər sonra düşünəbiləcəkləri dəyərləri daha öncə qəbul etdirməyə çalışan Məzdəkin adı mənbələrdə yalnız "ümumi qadın" fikrini ön plana çəkən bir "zındıq" kimi çəkilib. Ümumiyyətlə, ərəb-fars tarixçiləri bu cür məsələlərə xüsusilə önəm verirdilər. Babəkin 20 ildən artıq apardığı azadlıq mübarizəsini detalları ilə yazmaqdansa, onların qadınlı kişili nə iləsə məşğul olduqlarını özlərinin elmlərinə daha çox layiq bilirdilər. Yəni kimi nə maraqlandırırsa, ondan yazmaq daha rahat olur. Ona görə də, Məzdək Bəmdad oğlunun teoloji, liberal və sosial baxışlarına xüsusi yer verəcəyik. Teoloji baxış-Məzdəkiliyə görə başlanğıc ikili xarakterlidir. Aydınlıq elmdir, Qaranlıq isə cəhalətdir. Hər ikisinin öz himayəçisi vardır.
Rəndə
Rəndə — taxtanın qatlarını siyirərək yonmaq üçün nəzərdə tutulmuş əl aləti. Rəndədən, taxta məmulatlarının üzərinin düzlənmə, ensizləmə, yumrulama və ümumiyətlə lazımı formaya salmaq və onlara lazımı hamarlıq vermək üçün yararlanırlar. Əl və mexaniki rəndələr olur.
Səndəl
Səndəl (lat. Santalum) — səndəlçiçəklilər sırasının səndəlkimilər fəsiləsinə aid bitki cinsi. == Təsnifatı == 20-yə yaxın növü var. Ən tanınmış növü ağ səndəldir.
Səngək
Səngək — çörək növü. == Tarix == Şimali Azərbaycanda səngək əvvəllər geniş şəkildə yayılmışdı, amma 1920-ci ildə Sovet işğalından sonra azalıb.
Tənək
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. == Ümumi yayılması: == Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. == Stаtusu: == Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. == Bitdiyi yеr: == Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Vənək
Vənək — İranın İsfahan ostanının Səmirom şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,509 nəfər və 653 ailədən ibarət idi.
Vərdək
Vərdək vilayəti, Vərdəg və ya Məydən-Vərdək (puşt. وردګ, dəri وردک) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin sahəsi 8.938 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 540.1 min nəfər, inzibati mərkəzi Meydanşəhr şəhəridir. == Əhalisi == Əhalisinin 70%-ni puştunlar, 20%-ni həzaralar və 10%-ni digər xalqların nümayəndələri (kuçilər, taciklər, qızılbaşlar və s.) təşkil edir. Vilayətdə puştunların böyük Vardak tayfası məskunlaşıb. Bu tayfa Mayar, Mirxel (və ya Mirel) və Nuri qəbilələrindən ibarətdir. Bu tayfaya mənsub insanlar Hisai-Əvvəli Behsud və Mərkəzi Behsud rayonlarında əhalinin əksəriyyətini təşkil etməklə yanaşı digər rayonlarda da yaşayırlar. Həmçinin vilayətdə puştunlarına Qılzay (Xəlci) İttifaqına daxil olan Hotak və Xaroti tayfaları da yaşayırlar. Qızılbaşlar Əfqanıstana Səfəvilər və Əfşarlar imperiyası zamanı Azərbaycandan köçürülmüşlər. Yüksək savadlılığı ilə seçilir və dövlət idarəsi orqanlarında çalışırlar.
Xandək
Xandək — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Siyəzən rayonunun Ərziküş kənd inzibati-ərazi vahidi tərkibindəki Xandək kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Ördək
Ördəklər (lat. Anatidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinə aid heyvan fəsiləsi. Ev quşları siyahısına daxildir. Fəsiləyə daxil olan 40-50 cinsə aid 150-yə yaxın növ məlumdur. Ördək su quşudur. Onlar suyun altında xeyli yem tapa bilirlər. == Yarımfəsilələri == Əsl ördəklər (Anatinae) Ağac ördəkləri (Dendrocygninae) Çil-çil ördəklər (Stictonettinae) Ala ördəklər (Tadorninae) ? Ağbel ördəklər, ?
Bendik
Bendik (erm. Բենդիկ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən Şamlıq şəhəri və Axtala kəndi ilə birlikdə "Şamlıq bələdiyyəsi"ni (erm. Շամլուղի քաղաքային համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən şəhərin (de–yuri) daimi əhalisi 101 nəfərdir.
Eldey
Eldey (isl. Eldey) — İslandiyanın cənub-qərbində, Reykyanes yarımadasından təxminən 10 mil (16 km) məsafədə yerləşən kiçik bir ada. Ada təxminən 3 hektar ərazini əhatə edir və hündürlüyü 77 metrə çatır. Adanın dik yamaclarında təxminən 16.000 cüt ilə dünyanın ən Şimal oluşası koloniyalarından biri də daxil olmaqla bir çox quş yaşayır. Adanın yuxarı hissəsində quraşdırılmış iki veb-kameradan istifadə edərək bu koloniyanı real vaxt rejimində müşahidə edə bilərsiniz. 1830-cu ildə vulkan püskürməsindən sonra Qeyrfuqlasker adasından quşlar buraya çoxlu sayda qanadsız qaqara populyasiyası köç edir. 1835-ci ildə kəşf edildikdən sonra koloniyanın sayı 50-yə yaxın olur. Kolleksiyalarında bu quşu görmək istəyən muzeylər tədricən quşları koloniyadan götürürlər. Balalarını yumurtadan çıxaran sonuncu cüt 1844-cü ildə öldürülür.
Endemik
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Əcrək
Sind topisi -— Sind milli baş geyimi. == Haqqında == Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.
Əlcək
Əlcək — əllər üçün nəzərdə tutulan geyim növü. == Tarixi == İlk əlcəklər Misir piramidaları dövrünə aid edilir. İlk əvvəllər əlcəkləri torba halında hazırlayırdılar, buna görə də onların barmaq üçün nəzərdə tutulmuş hissələri yox idi. Amma sonradan bir barmaq üçün yer tikildi. Misir xanımları bu üsulla öz əllərini işdən və yeməkdən qoruya bilirdilər. Bu əlcəklər oddan və əllərin bulaşmasından uzaqlaşmaq üçün istifadə edilirdi. Orta əsr dövrünə qədər bu proses davam etdi, lakin sonradan dəriyə bənzər çox nazik quruluşa malik olan və barmaqlara sıxlaşmış əlcəklər tikdilər. Keçən əsrin kişiləri əllərində əlcəklər daşıyırdılar, onlar bunu çox vaxt ətrafdakıları cəlb etmək üçün istifadə edirdilər. İspanların kübar təbəqəyə aid olan nümayəndələri papa və kralların yanında olarkən əlcək taxmırlar, həmçinin kilsə, dəfn mərasimində, faciəvi hadisələrdə və bayramlarda da əlcəyin taxılması xoş hal deyil. Əlcəklərin tikişinə xüsusi diqqət yetirilirdi, çünki onları sürətli taxmaq üçün bu mühüm əhəmiyyət kəsb edir.
Ənbər
Ənbər – Orta əsr mənbələrində adı müşklə birlikdə çəkilən qiymətli maddə. Mütəxəssisin bildirdiyinə görə, onu Hind okeanında yaşayan balinadan almaq olar. Balinanın ifrazatıdır. Onu ancaq okean və ya dənizin dibindən yığmaq mümkündür. Adıçəkilən maddə mumvari olur. Vaxtilə bu maddə İranda, Hindistanda, ərəb ölkələrində daha çox yayılmışdı. Hətta orta əsrlərdə onu ləl-cəvahirat qiymətinə satırdılar. == Təbabətdə == Orta əsr ədəbiyyatı ilə tanış olduqda bəlli olur ki, ənbəri şahların, xəlifələrin sarayında küplərdə saxlayardılar. Özünü pis hiss edən ondan bir az götürüb ağrıyan yerinə çəkərdi və bir qədər keçməmiş ağrı dayanardı. Və yaxud ənbərdən ətir kimi istifadə edərdilər.
Əncər
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Ənvər
Ənvər — kişi adı. Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Sadat — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970–1981) Ənvər Vəliyev — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ənvər Arazov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər paşa — 4 avqust 1922 Tacikistan) Osmanlı İmperiyası tarixində əhəmiyyətli Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əbluc — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor. Ənvər Həsənov — Azərbaycan aktyoru, ikinci rejissor, koordinator, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000). Ənvər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR əməkdar mühəndisi (1962). Əsgər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Ənvər Çingizoğlu — yazıçı, publisist, geneoloq Ənvər Xudiyev — Ənvər Şıxəlizadə — Kəndlər Ənvər Məmmədxanlı (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Endrik
Endrik (21 iyul 2006, Taquatinqa[d], Federal dairə, Braziliya) — Braziliya klubu olan Palmeyrasın Braziliyalı futbolçusu.
Bender
Bender Bendinq Rodriges (ing. Bender Bending Rodríguez) — "Futurama" cizgi serialının əsas personajlarından biri. Con Di Macio tərəfindən səsləndirilib. Bender alkoqolik olması, əxlaqsız davranışlar sərgiləməsi, çox siqaret çəkməsi və qumarbaz olması ilə bilinir.