ƏMMƏK

f.
1. Dodaq və dilin müvafiq hərəkəti vasitəsilə döşdən südü soraraq içmək. Quzular qoyunları əmirdilər. Uşaq anasını əmir.
– Südünü əmmişəm mən qanaqana; Ana, mən yazığı nə dindirirsən? Aşıq Qərib”.
Aslan gah əmir, gah da döşdən ayrılıb hıçqırırdı. Ə.Vəliyev.

// Bir şeyi ağzına salıb sormaq, sümürmək. Barmağını əmmək.
2. məc. Qidalanmaq, qüvvət almaq.
Daşlar yarılanda günün telindən; Əmərsən dağların qarlı selindən. S.Vurğun.
Bahar çağı güllər günəş əməndə; Görüş təyin eləmişəm çəməndə. M.Rahim.

◊ Anadan əmdiyi süd burnundan (burnunun dəliklərindən) gəlmək – olmazın əziyyət və əzablara məruz qalmaq, əziyyət və əzab çəkmək. Zeynəb Xudayar bəyin evində altı ay yarım qaldı.
Və bu altı ay yarımın ərzində Zeynəbin anadan əmdiyi süd burnunun dəliklərindən gəlib töküldü. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏMMƏK ƏMMƏK [Şəndə:] Əmziyi ver, qoy doyunca əmsin, paltarını da dəyiş (B.Bayramov); SORMAQ Dilin soran baxmaz nabatə, qəndə; Ləbin əmən şəhdü şəkkər istəmə
  • ƏMMƏK sormaq
  • ƏMMƏK qidalanmaq

Etimologiya

  • ƏMMƏK Sözün mənası “sormaq” deməkdir. Əmcək, əmzik, məməcik, əmi, əmə, mama (yəni bibi) sözləri kökdaşdır. Güman etmək olar ki, əmmək və yemək eyni kökdən t
ƏMMƏ₁
ƏMN

Digər lüğətlərdə

непого́да озорство́ поро́тный скля́ный тормози́льщик уто́пленница дру́жба опу́шечный подзапусти́ть прегреше́ние пререка́ние пропа́шка тва́рный хлёстче соболетка devest equiponderancy non-reproducible party politics two-shilling piece umbrella tree unpresentable костюмированный огорчиться рыжебородый