Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsməra
Əsməra (tiqr. ኣስመራ, Asmera) — Eritreyanın paytaxtı və ən böyük şəhəri. Adı əvvəllər "Asmara" kimi tələffüz edilirdi. Toxuculuq, tikiş, ayaqqabı, yeyinti, keramika sənayesi müəssisələri vardır. Şəhərdə yerli universitet, aeroport və dəmiryol vağzalı vardır. Şəhər italyan memarlığı əsasında inşa olunduğu üçün "Kiçik Roma" ləqəbinə malikdir. Əhalisi 2009-cu ilin hesablamalarına görə 649 000 nəfərdir. Əsas etnik qruplar tiqrai (77 %) və tiqredir (15 %). Əhalinin 60 % Eritreya pravoslav kilsəsinin inancları, 15 % — katoliklər, 25 % — müsəlmanlardır (sünnülər). Fransa Never Dəniz səviyyəsindən hündürlüyü 2325 metrdir.
Əsməhan (müğənni)
Əsməhan (ərəb. أسمهان‎, əsl adı Amal əl-Ətrəş آمال الأطرش; 25 noyabr 1912, Aralıq dənizi – 14 iyul 1944) — Suriya əsilli müğənni. Fərid əl-Ətrəşin bacısı idi.
Əsməhan Sultan
Əsməhan Sultan (1545, Manisa – 8 avqust 1585, Konstantinopol) — 11. Osmanlı sultanı II Səlimin qızı. Əsməhan Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nikahlandı. Bu evlilikdən iki uşağı olmuşdu. Bunlar Sultanzadə İbrahim və Gülruh Sultandır. Bir il sonra Sədrəzəm Səmiz Əli Paşa vəfat etdi və beləliklə sədrəzəm xanımı oldu.
Əsməra Universiteti
Əsməra Universiteti (ing. University of Asmara) — Eritreyanın paytaxtı Əsməra şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1958-ci ildə qoyulmuşdur.
Əsməhan Qaya Sultan
Əsməhan Qaya Sultan (d. 1633, İstanbul — ö. 28 fevral 1659, İstanbul) — Osmanlı padşahı IV. Murad'ın Aişə Hasəki Sultandan doğulan üçüncü qızı. Tarixi mənbələrdə haqqında çox az məlumat olan Əsməhan Sultan 1633-cü ildə IV. Murad və Aişə Hasəki Sultanın üçüncü qızları olaraq İstanbulda dünyaya gəldi. Hələ 7 yaşındaykən atası vəfat etmiş, bundan sonrakı illərini əmisi I. İbrahimin himayəsində böyüdülmüşdür. 1644-cü ildə əmisinin istəyi ilə vəzir Mələk Əhməd Paşa ilə evləndirilmişdir. Əsməhan Sultana aid bəzi əşyalar hal-hazırda Topqapı Sarayında sərgilənir. Uzun müddət övlad sahibi olmayan Əsməhan Sultan 1659-cu ildə Afifə Sultan adında bir qız uşağı dünyaya gətirdi ancaq doğum əsnasında vəfat etdi. Məzarı Ayasofyadakı Sultan İbrahim türbəsindədir.
Emesa
Hüms (ərəb. حمص‎) — Suriyada şəhər. Hüms mühafəzəsinin mərkəzidir. == Tarixi == Hüms bizim eradan əvvəl 2300-cü ilə aid salnamələrdə çəkilir. Şəhər Emesa adlanırdı. Bir müddət Roma imperiyasından asılı olmuşdu.
Əmsal
Əmsal (lat. co (cum) — "birgə" və lat. efficients — "edən") — dəyişənin qarşısında duran və dəyişənə vurulan ədəd (və ya hərf). Məsələn: 5a, 2d, 6t və s. Burada 5, 2, 6 əmsallardır. Başqa bir nümunə: a x 2 + b x + c {\displaystyle ax^{2}+bx+c} -kvadrat tənlik forması burada a , b {\displaystyle a,b} əmsal, x {\displaystyle x} dəyişən, c {\displaystyle c} isə sərbəst həddir.
Esmehan Sultan
Əsməhan Sultan (1545, Manisa – 8 avqust 1585, Konstantinopol) — 11. Osmanlı sultanı II Səlimin qızı. == Həyatı == Əsməhan Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nikahlandı. Bu evlilikdən iki uşağı olmuşdu. Bunlar Sultanzadə İbrahim və Gülruh Sultandır. Bir il sonra Sədrəzəm Səmiz Əli Paşa vəfat etdi və beləliklə sədrəzəm xanımı oldu.
Altay əsməsi
Anemonoides altaica (lat. Anemonoides altaica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone altaica Fisch. ex C.A.Mey. Anemone nemorosa subsp. altaica (Fisch. ex C.A.Mey.) Korsh. === Heterotipik sinonimləri === Anemone altaica var. latiloba Popov Anemone nemorosa Schangin Anemone salesovii Fisch. ex Pritz.
Meşəlik əsməsi
Anemonoides sylvestris (lat. Anemonoides sylvestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü.
Radde əsməsi
Anemonoides raddeana (lat. Anemonoides raddeana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin anemonoides cinsinə aid bitki növü. Anemone raddeana Regel Anemone maximowiczii Juz. Anemone raddeana subsp. glabra Ulbr. Anemone raddeana var. glabrata Nakai Anemone raddeana subsp. villosa Ulbr.
Yuxu əsməsi
Adi güləbətin (lat. Pulsatilla vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. Anemone pulsatilla L. Pulsatilla pulsatilla (L.) H.Karst.
Çələng əsməsi
Çələng əsməsi (lat. Anemone coronaria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü. Pulsatilla coronaria (L.) Borkh.
Şmeral Boqumir
Şmeral Boqumir — (25.10.1880, Trşebiç-8.05.1941, Moskva) Çexoslovakiya və beynəlxalq fəhlə və komunist hərəkatı xadimi. Hüquq doktoru (1904). 1897 ildən Çexoslovakiya S.-D. Fəhlə Partiyasının (ÇSDFP) üzvü; 1914-1917 illərdə ÇSDFP-nin sədri olmuşdur. Çex torpaqlarında Oktyabr ümumi siyasi tətilinin (1918) təşkilatçılarından biri idi. 1920 ildə Sovet Rusiyasında olmuş, V.İ.Leninlə görüşmüşdür. “Sovet Rusiyası haqqında həqiqət” kitabında (1920, Praqa) Böyük Oktyabr sosialist inqilabının beynəlxalq əhəmiyyətini göstərmişdir. Ş. Çexoslovakiya Kommunist Partiyasının (ÇKP;1921) bani və rəhbərlərindəndir. 1920-1929 illərdə Milli məclisin deputatı, 1935-1938 illərdə senator olmuşdur. 1922-1935 illərdə Kominternin İçraiyyə Komitəsinin və onun Rəyasət Heyətinin, 1935 ildən isə Kominternin Beynəlmiləl Nəzarət Komissiyasının üzvü idi. 1938 ildə ÇKP MK-nın qərarı ilə ÇKP-nin rəhbər mərkəzində işləmişdir.
Əmsal (ədəbiyyat)
Əmsal (ərəb. أَمْثَال) və ya təkdə Məsel (ərəb. مَثَل), əslində ərəb dilində atalar sözlərini təsvir etmək üçün istifadə olunan ədəbi termindir. Ərəb ədəbiyyatında bu atalar sözlərinin toplandığı Kitâbu'l-Əmsal adlı əsərlər yazılmışdır. Bu səbəbdən də ilkin cəm söz olan əmsal termininin terminologiya kimi işləndiyi müşahidə edilir. Qədim ərəb ədəbiyyatında atalar sözü və idiom anlayışlarını fərqləndirmək üçün konkret meyarlar müəyyən edilməmişdir. Buna görə də məsəl termini qədim zamanlarda həm atalar sözləri, həm də idiomlar üçün işlədilirdi. Hesab olunur ki, mədəniyyətlərarası qarşılıqlı əlaqə nəticəsində türk dilinə xas olan bəzi atalar sözləri ərəb xalq şivələrinə keçib. Məsələn; "Ayağını yorğanına görə uzat" türk atalar sözü ərəb xalq ləhcələrinə "على قد لحافك مد رجليك" kimi keçmiş ola bilər. Əslində sözügedən atalar sözü qədim türkcədə belə işlənir: Yogurkanda artuk aḍak kösülse üşiyür.
Əmsal (Ərəb Atalar Sözləri)