Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ətyeyən böcəklər
Ətyeyənlər böcəklər-(lat. Adephaga) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Arxa ayaqların çanaqları dala yönəlib qarıncığın birinci sternitindən geriyə çıxaraq yalnız onun yan kənarlarını sərbəst buraxır. Bütün ayaqların pəncələri əksərən 5 buğumludur. Maksillərin xarici pərləri ayrılmışdır və üçüncü, əlavə qısqac cütü kimi görünür. == Təsnifatı == Gyrinoidea fəsiləüstü Gyrinidae fəsiləsi Haliploidea fəsiləüstü Haliplidae fəsiləsi Dytiscoidea fəsiləüstü Noteridae fəsiləsi Dytiscidae fəsiləsi Caraboidea fəsiləüstü Amphizoidae fəsiləsi Karabidlər (Carabidae) fəsiləsi Hygrobiidae fəsiləsi Rhysodidae fəsiləsi == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh.
Toyen
Toyen əsl adı Mariya Çerminova(çex. Toyen, Marie Čermínova 21 sentyabr 1902[…] – 9 noyabr 1980[…], Parisin 7-ci dairəsi[d]) — Həm təsvir, həm də qrafika ilə məşğul olan çex rəssamı. Poetizm (Çexiyada) və sürrealizm nümayəndəsi. == Bioqrafiyası == Mariya 1902-ci ilin 21 sentyabrında praqada anadan olmuşdur. 1919-1922-ci illərdə Mariya Çerninova Praqa Rəssamlıq Akademiyasında sənət təhsili alır. 1920-ci illərin ortalarında Parisə gəlir, orada 1920-ci illərin sonlarında Andre Breton və Pol Eluardın dairəsindən olan sürrealistlərə qoşulur. 1923-cü ildə Mariya Çerminova Toyen professional təxəllüsünü qəbul edir. Toyen adı, vətəndaş mənasını verən fransızca "citoyen" sözündən yaranmışdır. 1923-cü ildə Praqa avanqard qrupu Devyatisil qrupuna qoşulur. Əvvəlcə o, kubizm, purizm, sonra erotizmlə maraqlanır.
Endogen proseslər
Endogen proseslər "Hipogen" proseslər olaraq da bilinən, daxili mənşəli proseslərdir. Başqa sözlə, bunlar yer qabığından əmələ gələn və buna görə də endogen adlandırılan proseslərdir. Bu proseslər planet daxilində baş verir və Yerə xas olan və xarici təsirlərdən az təsirlənən qüvvələr tərəfindən idarə olunur. Bu proseslər zəlzələ, qitələrin, okean vadilərinin və dağ zirvələrinin yüksəlməsi və inkişafı, vulkanik aktivliyin yaranması, əvvəlcədən mövcud olan süxurların metamorfizmi, yer qabığının deformasiyası və yer dəyişdirməsi kimi hadisələrə və daha çoxuna səbəb olur. Bu proseslərin yaratdığı geomorfik xüsusiyyətlər ekzogen proseslərin işləmə mərhələsini təmin edir. Mənşəyini endogen bir prosesə borclu olan bütün xüsusiyyətlər ekzogen proseslər tərəfindən daim dəyişdirilir. Endogen proseslərə əsasən qabığın istilik enerjisi səbəb olur. Bu istilik enerjisi radioaktiv elementlərin çürüməsindən və cazibə fərqliliyindən qaynaqlanır. Ən vacib endogen proseslərdən bəziləri bunlardır: === Zəlzələlər === Dalğaların hərəkətindən qaynaqlanan və yerin səth təbəqələrindən ötürülən, zəif bir titrəmədən binaları silkələməyə və yerdəki çatlar yaratmağa qadir olan vəhşi bir hərəkətə qədər ötürülən bir enerji növüdür. === Tektonik hərəkətlər === Yer qabığının tektonik hərəkəti müxtəlif formalara malikdir və böyük mürəkkəbliyi ilə xarakterizə olunur.
Etyen Brül
Etyenn Brüle (fr. Étienne Brûlé; 1592, Şampinyi-sür-Marn, Paris, Fransa - iyun, 1643, Ontario, Kanada) — Fransız tədqiqatçı səyyah. Hal-hazırda Kanadada yerləşən Müqəddəs Lavrenti çayını bütün ərazi boyu keçən ilk avropalı olaraq tanınır. == Həyatı == Kanada yerlilərinin yaşayışı ilə maraqlanan Brüle, 1608-ci ildə Yeni Fransaya səyahət etdi.Burada səlahiyyətli Samuel de Champlain tərəfindən Huron tayfası ilə yaşaması üçün şimala göndərildi. Burada bir il yaşayıb Huronların dilini və mədəniyyətini öyrəndikdən sonra,bugünkü Ontario və Miçiqanın əksər bölgəsini kəşf etdi. Fransanın avtoritet rejimindən qaçaq düşən Brüle xəz ticarəti ilə məşğul olmuş, yerlilərlə yaşayaraq fransız tacirlər və yerlilər arasında əlaqə qurmuşdur. Seneca tayfası ilə döyüşdə əsir düşən və işgəncəyə uğrayan Brüle, ölümdən qurtulub Huron torpaqlarına geri qayıtdığında Brüleün başına gələn hadisələr inanmayan yerlilər onun Senecalılarla ticarət əlaqəsi olduğunu düşünərək onu işgəncə ilə öldürmüşlər.
Etyen Brüle

Etyen Laspeyres
Etyen Laspeyres (alm. Ernst Louis Étienne Laspeyres‎; 28 noyabr 1834, Halle, Saksoniya[d] – 4 avqust 1913, Gissen, Hessen) — alman iqtisadçısı. == Fəaliyyəti == 1871-ci ildə Laspeyres indeksini elmə daxil etdmişdir. Bu qiymət indeksində yalnız baza ilə aid əmtəə və xidmət miqdarları - standart miqdar səbətinə qoyulur və cari ilin qiymətləri ilə qiymətləndirilir, sonra isə baza ilin qiymətləri ilə qiymətləndirilir. Bu iki dəyərin nisbəti Laspeyres qiymət indeksi adlanır. I L = ∑ ( p n , 1 ⋅ q n , 0 ) ∑ ( p n , 0 ⋅ q n , 0 ) {\displaystyle I_{L}={\frac {\sum (p_{n,1}\cdot q_{n,0})}{\sum (p_{n,0}\cdot q_{n,0})}}} == Həmçinin bax == Qiymət İndeksləri == Ədəbiyyat == Spoerer, M. (2008). "The Laspeyres-Paradox: tax overshifting in nineteenth century Prussia". Cliometrica. 2 (3): 173–193. CiteSeerX 10.1.1.555.5920.
Etyen Mahçupyan
Etyen Mahçupyan (9 mart 1950, İstanbul) — erməni əsilli Türkiyə jurnalisti, Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş məsləhətçisi. == Həyatı == Etyen Mahçupyan 1950-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Mahçupyan 1972-ci də Boğaziçi Universitetinin kimya mühəndisliyi fakültəsinin məzunu olub və eyni universitetdəki elmi fəaliyyəti sayəsində yüksək dərəcə alıb. Ankara Universiteti siyasi məlumatlar fakültəsinin iqtisad bölməsində də yüksək dərəcə alan Mahçupyan "Radikal" qəzeti və ermənilərin "Aqos" mətbu orqanında çalışıb. Türkiyənin baş naziri Əhməd Davudoğlu Mahçupyana "Aqil İnsanlar"ın yığıncağında məsləhətçilik təklifini irəli sürüb, Mahçupyan "məmnuniyyətlə" deyərək, təklifi qəbul etdiyini bildirib. Mahçupyan Türkiyə hakimiyyətində ilk müsəlman olmayan məsləhətçi kimi tarixə düşəcək. == Fəaliyyəti == Təyinatından az sonra Etyen Mahçupyan ölkə müxalifətini hədəfə alan açıqlamalar verib. Baş müşavir "Axşam" qəzetinə müsahibəsində bildirib ki, Türkiyənin dünyəvilik ideyası ilə yaşayan siyasi çevrələri özlərini ölkənin əsl sahibi hesab edirlər. Türkiyə hökumətinin erməni rəsmisi hakim Ədalət və İnkişaf Partiyasının da (AKP) məsələnin bu yerə çatmasındakı rolundan danışaraq tənqid edib: "Rəcəb Tayyib Ərdoğanın dili, fikirləri onları bir az da qızışdırdı. Bu kəsim bir az da özünə qapandı.
Sent-Etyen
Sent-Etyen — Fransada şəhər və kommuna, Ron-Alp bölgəsi Loire departamentinin inzibati mərkəzidir. == Tarixi == XVI əsrdən etibarən Sent-Etyen şəhərində silah sənayesi inkişaf etmişdir. Böyük Fransa inqilabı əsnasında Sent-Etyen qısa olaraq Arm-Vill (fr. Armeville olaraq dəyişdirildi. Daha sonra kömür mədəninin mərkəzi olan Sent-Entyen kommunu və son dövrlərdə velosiped istehsalı ilə daha da məşhurlaşmışdır. XIX əsrin ilk yarısında Sent-Etyen təxminən 33 min nəfərlik (1832-ci ildə) əhalisi olan kiçik bir şəhər idi, ancaq 1880-ci ildə sənaye inqilabı və sənayenin sürətli böyüməsi sayəsində əhalinin sayı 110 minə çatdı. == Mədəniyyəti == Şəhərdə - Jana Monne adına Universitet, mədənçilər məktəbi, incəsənət məktəbi, Milli mühəndislər məktəbi və Ali Ticarət məktəbi kimi tanınmış təhsil mərkəzləri vardır.
Etyen Dekru
Etyen Dekru' (19 iyul 1898[…], Parisin 17-ci rayonu[d] – 12 mart 1991[…], Bulon-Biyankur) — Fransa pantomima aktyoru, "mime pur" aktyor hazırlığı sisteminin yaradıcısı. == Həyatı == == "Mime pur" aktyor hazırlığı sistemi == Dekru teatrda sözdən imtina etməyi təklif edir. Onun tərəfindən işlənilmiş dramatik aktyorun hazırlanması sistemi "mime pur" adlanır. Fransız dilindən "pur" təmiz deməkdir. Dekru tələbələrindən kostyum və dekorasiyalardan, həmçinin də qeyri-maddi aksessuarlar olan söz və musiqidən imtina etməyi tələb edir. O, təmiz aktyor ifadəliliyi vasitələrinin işlənilməsini özünə məqsəd qoymuşdur. İncəsənətin sintezindən imtina edən Dekru mim janrını yenidən dirçəltmişdir.Qərb teatrında pantomima definisiyası mövcud deyildir. Pantomima anlayışı sovetlər məkanının məhsulu idi. Postsovet məkanında inkişaf tapan pantomima qərb mim teatrının təqlidi və Marsel Marsonun davamçıları hesab olunur. Holland və belçika alimlərinin qənaətinə görə, Marso teatr aləmində cinayət işlətmişdir.
Anna-Sofie Doyen
Anna-Sofie Doyen (27 noyabr 1983) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Anna-Sofie Doyen Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Jan Etyen Liotar
Jan Etyen Liotar (fr. Jean-Étienne Liotard, Fransızca tələffüz: [ʒan‿etjɛn ljɔtaʁ]; 22 dekabr 1702,Cenevrə — 1789, Cenevrə) — isveçrəli rəssam, dequstator və satıcı. == Fəaliyyəti == Liotar Cenevrədə anadon olub. Atası 1685-ci ildə Cenevrəyə qaçan bir zərgər idi. Jan Etyen Liotar ilk təhsilini professor Qardel və professor Lui Petitodan alır və onların miniatürlərinin və rəsm əsərlərinin surətlərini çox böyük keyfiyyətlə köçürür. 1725-ci ildə Fransua Lemuan və Jan-Batist Massedən təhsil almaq üçün Parisə gəlir. Buradan Lui Filojen Brulart, Puysye qrafı və hersoqunun təklifləri əsasında Neapola getməyə qərar verir. 1735-ci ildə Romada papa XII Klementin və bir neçə kardinalların rəsm əsərlərini çəkir. 3 il sonra Konstantinopolda Lord Dunkannon ilə tanış olur. Jan Etyen Liotar İstanbulu ziyarət edir və burada türklərin daxili həyatlarından pastellər vasitəsilə bir neçə rəsmlər çəkir.
Sent-Etyen (rayon)
Sent-Etyen (fr. Saint-Étienne) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luara (departament). Suprefektura — Sent-Etyen. Rayon əhalisi 2006-cı ildə 413 329 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 397 nəf / km². Rayon sahəsi — 1041 km².
Sent-Etyen AS
Sent-Etyen AS (fr. Association Sportive de Saint-Étienne Loire) - Fransız futbol klubu. Klub 1919-cu ildə Fransanın Sent-Etyen şəhərində yaradılıb və öz adını təmsil etdiyi şəhərdən götürüb. Hal-hazırda Fransa Liqa 1 çempionatından mübarizə aparan kluba fransız mütəxəssis Kristof Qaltye rəhbərlik edir. Komanda ev oyunlarını Sent-Etyen şəhərində yerləşən və 40 minlik azarkeş tutumu olan Stade Geoffroy-Guichard stadionunda keçirir. Komandanın kapitanlığıni isə 1996-cı ildən klubun formasını geyinən Loïc Perrin yerinə yetirir. Sent-Etyen futbol klubu 10 qat Fransa Çempionu, 5 qat Fransa Kubokunun qalibi və 1 dəfə Fransa Liqa Kubokunun qalibi olmaqla Fransa futbol tarixinin ən titullu klublarından hesab olunur. Klub Fransa Liqa 1 də ən çox çempion olan klub titulunu özündə saxlamağa davam edir. Fransa Çempionatında əldə edilən uğurlarla yanaşı klub müxtəlif vaxtlarda 6 dəfə də Fransa kubokuna sahib çıxmışdır. Bu nəticə ilə Sent-Etyen AS Fransa Kubokunu ən çox qazanan 3 klubdan biri ünvanını hələdə qoruyur.
Sent-Etyen FK

Etyen Dekru sistemi
Etyen Dekru' (19 iyul 1898[…], Parisin 17-ci rayonu[d] – 12 mart 1991[…], Bulon-Biyankur) — Fransa pantomima aktyoru, "mime pur" aktyor hazırlığı sisteminin yaradıcısı. == Həyatı == == "Mime pur" aktyor hazırlığı sistemi == Dekru teatrda sözdən imtina etməyi təklif edir. Onun tərəfindən işlənilmiş dramatik aktyorun hazırlanması sistemi "mime pur" adlanır. Fransız dilindən "pur" təmiz deməkdir. Dekru tələbələrindən kostyum və dekorasiyalardan, həmçinin də qeyri-maddi aksessuarlar olan söz və musiqidən imtina etməyi tələb edir. O, təmiz aktyor ifadəliliyi vasitələrinin işlənilməsini özünə məqsəd qoymuşdur. İncəsənətin sintezindən imtina edən Dekru mim janrını yenidən dirçəltmişdir.Qərb teatrında pantomima definisiyası mövcud deyildir. Pantomima anlayışı sovetlər məkanının məhsulu idi. Postsovet məkanında inkişaf tapan pantomima qərb mim teatrının təqlidi və Marsel Marsonun davamçıları hesab olunur. Holland və belçika alimlərinin qənaətinə görə, Marso teatr aləmində cinayət işlətmişdir.
Etyen Pyer Vantena
Etyen Pyer Vantena (fr. Étienne Pierre Ventenat, 1 mart 1757[…], Limoj[d] – 13 avqust 1808[…], Paris) — fransız bonatiki və mikoloqu. == Həyatı == 1 mart 1757-ci ildə doğulub. 13 avqust 1808-ci ildə vəfat edib. == Elmi əsərləri == 1792: Dissertation sur les parties des Mousses qui étaient regardées comme fleurs mâles et comme fleurs femelles.1792: Mémoire sur les meilleurs moyens de distinguer le calice de la corolle.1794: Principes de botanique, expliqués au Lycée républicain par Ventenat.1798: Tableau du règne végétal selon la méthode de Jussieu.1799: Description des plantes nouvelles et peu connues, cultivées dans le jardin de J.-M. Cels.1803: Jardin de La Malmaison.1812: Histoire des champignons de la France, ou Traité élémentaire, renfermant dans un ordre méthodique les descriptions et les figures des champignons qui croissent naturellement, en France.Flore de la région parisienne. == İstinadlar == == Xarici keçidlər == Etyen Pyer Vantenanın işləri Biodiversity Heritage Library saytında (ing.) William B. Ashworth. "Scientist of the Day — Etienne Ventenat" (ingilis). Linda Hall Library. 2019.
Jan-Etyen-Mari Portalis
Jan-Etyen-Mari Portalis (fr. Jean-Étienne-Marie Portalis; 1 aprel 1746[…] – 25 avqust 1807[…], Paris) — fransız hüquqşünası.
Sent-Etyen-an-Devolyui
Sent-Etyen-an-Devolüi (fr. Saint-Étienne-en-Dévoluy, oks. Sant Estève de Devolui) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05139. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 573 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı və heyvandarlıq (qoyun) təşkil edir. Qış turizmi inkişaf edir (xizək kurortu).
Sent-Etyen-an-Devolüi

Sent-Etyen-de-Krose
Sent-Etyen-de-Krose (fr. Saint-Étienne-de-Crossey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38383. Kommunanın 2007-ci il üçün əhalisi 2 528 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 370 ilə 883 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 23 km şimalda yerləşir.
Sent-Etyen-de-Vik
Sent-Etyen-de-Vik (fr. Saint-Étienne-de-Vicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03230. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 495 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 280 nəfər (15-64 yaş) arasında 208 nəfər iqtisadi cəhətdən fəal, 72 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 72.8%). Fəal 208 nəfərdən 185 nəfər (99 kişi və 86 qadın), 23 nəfəri işsiz (19 kişi və 4 qadın) idi. Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sent-Etyen-le-Lo
Sent-Etyen-le-Lo (fr. Saint-Étienne-le-Laus, oks. Sant Estève lo Laus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05140. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 297 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 169 nəfərdən (15-64 yaş) 123-ü iqtisadi cəhətdən fəal, 46-ı fəaliyyətsizdir (fəaliyyət göstərici 72.8%, 1999-cu ildə 74.1%). Aktiv olan 123 nəfərdən 115 nəfəri (70 kişi və 45 qadın), 8 nəfəri işsizdir (4 kişi və 4 qadın).
Sent-Etyen-lez-Orq
Sent-Etyen-lez-Orq (fr. Saint-Étienne-les-Orgues, oks. Sant Estève deis Òrgues) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Sent-Etyen-lez-Orq kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04178. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1222 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 663 nəfər (15-64 yaş) arasında 421 nəfər iqtisadi cəhətdən, 242 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63.5%, 1999-cu ildə bu 62.9%). Fəal olan 421 nəfərdən 340 nəfəri (174 kişi və 166 qadın), 81 nəfəri işsiz (36 kişi və 45 qadın) idi.
Sent-Etyen-syur-Resuz
Sent-Etyen-syur-Resuz (fr. Saint-Étienne-sur-Reyssouze) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-de-Vo kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01352. == Coğrafiyası == Kommuna Paris şəhərinin 340 km cənub-şərqində, Lion şəhərindən 75 km şərqdə və Burk-an-Bres şəhərindən 29 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 531 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 311 nəfər (15-64 yaş arasında) 240 nəfər iqtisadi fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77,2%, 1999-cu ildə 71,8%). Aktiv olan 240 sakindən 217 nəfəri (122 kişi və 95 qadın), 23 nəfəri işsizdir (8 kişi və 15 qadın).
Sent-Etyen-syur-Şalaron
Sent-Etyen-syur-Şalaron (fr. Saint-Étienne-sur-Chalaronne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01351. == Coğrafiyası == Kommuna Paris şəhərinin 360 km cənub-şərqində, Lion şəhərindən 45 km şərqdə və Burk-an-Bres şəhərindən 30 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1468 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 914 nəfər (15-64 yaş arasında) arasında 706 nəfər iqtisadi cəhətdən fəal, 208 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77,2%, 1999-cu ildə 71.6%). Fəaliyyət göstərən 706 sakindən 645 nəfər (353 kişi və 292 qadın), 61 (35 kişi və 26 qadın) işsizdir.