Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İndekslənmiş ardıcıl erişmə üsulu
İndekslənmiş ardıcıl giriş üsulu (ing. indexed sequential access method (ISAM)) – böyük verilənlər bazasında yazının axtarış müddətini azaltmaq üçün hər bir yazıya qarşı qoyulan unikal açardan istifadə edilməsi üsulu. Açar, yazıya müraciət etmək üçün onun istifadə olunan sahəsidir. Məsələn, firmanın əməkdaşlarının cədvəl siyahısında indeks olaraq sosial sığorta sisteminin fərdi nömrələrini istifadə etmək olar. ISAM-a uyğun olaraq, hər bir yazının açarı və yazıda digər verilənlərin göstəricisi ayrıca indeks faylında saxlanılır. Müəyyən yazını açarına görə tapmaq üçün proqram öncə çox da böyük olmayan açarların indeksli faylına baxır, sonra isə tapılmış açarın göstəricisindən istifadə etməklə digər verilənlərə keçir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet-məlumatlara erişmə protokolu
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.