SƏYRİŞMƏK

f.
1. bax sayrışmaq 1-ci mənada.
Böyük əgər desə gündüzə gecə; De, göydə ulduzlar səyrişir necə! Q.Zakir.
Şəhər elektrik içində səyrişir, göyün qübbəsindən təyyarələrin gurultusu gəlirdi. S.Rəhimov.

2. Titrəmək, xəfif-xəfif əsmək, səyrimək.
…Sarayın darvazası açıldı, orada qaraltılar səyrişdi, cəsarətsiz qırıq səslər gəldi. Çəmənzəminli.
Baxdıqca adama elə gəlir ki, [dağlar] xəfif-xəfif səyrişir. R.Rza.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏYRİŞMƏK titrəmək — sayrışmaq
  • SƏYRİŞMƏK parıldamaq — işıldamaq
SƏYRİŞMƏ
SƏYYAD

Digər lüğətlərdə