Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baldır əzələsi
Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat.
Plantaris əzələsi
Plantaris əzələsi — insanlarda proprioseptif funksiyalar üçün xüsusiləşmiş bir əzələdir. Xarici əzələlərdən biridir və qamış sinirinə birləşir. == Haqqında == Heyvanlar tərəfindən əşyaları ayaqları ilə tutmaq və nəzarət etmək üçün istifadə olunur (meymunlar ayaqlarını əlləri qədər uğurlu şəkildə istifadə edə bilirlər) və əsas funksiyası budur, başqa hər hansı bir prosesə dəstək təmin etmir. Bu əzələ insanlarda da eynən mövcuddur, lakin funksiyasını itirdiyindən bədənin digər hissələrindən hər hansı birinin yenidən formalaşdırılmasında toxumaya ehtiyac olduğunda, həkimlər tərəfindən yerindən alınaraq istifadə edilirlər. İnsan bədəni üçün o qədər əhəmiyyətsiz və lazımsızdır ki, insanların 9%-ı buna sahib olmadan doğulur.
Qalça əzələsi
Qalça əzələsi (lat. musculus iliacus) daxili qrup çanaq əzələlərindən olub, qalça çuxurundan başlanğıc götürüb, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Üzəngi əzələsi
Üzəngi əzələsi (lat. m. stapedius) təbil boşluğunun dal divarında yerləşir və lat. eminentia pyramidalis adlanan hündürlüyün içəri tərəfindən başlayaraq üzəngi sümükcüyünün dal ayaqcığına bağlanır. Vəzifəsi üzəngini dartmaqla daxili qulağı şiddətli vurğulardan mühafizə etməkdir.
Baldırın ikibaşlı əzələsi
Baldırın ikibaşlı əzələsi ya Baldır əzələsi (lat. musculus gastrocnemius) insan baldırının arxa səthində iki başdan ibarət əzələ. Baldırın üçbaşlı əzələsinin hissəsi olan kambalayabənzər əzələnin (lat. m. soleus) üzərində yerləşərək birlikdə Axilles vətəri vasitəsilə daban sümüyünə birləşir. Baldırın ikibaşlı əzələsi iki içəri və bayır güclü və ətli əzələ başlarından təşkil olunmuşdur. Daha qüvvətli içəri başcıq (lat. caput mediale) bud sümüyünün lat. condylus medialis üzərindəki qabarcıqdan, bayır başcığı isə (lat. caput laterale) simmetrik olaraq amma birqədər aşağıdan lat.
Bazunun ikibaşlı əzələsi
Biseps və ya bazu (lat. musculus biceps brachii) — çiyin və dirsək arasında qolun qabaq hissəsində yerləşən əzələ. İnkişaf etmiş biseps əzələsi bütün xalqlarda gücün göstəricisi hesab olunur.
Bazunun üçbaşlı əzələsi
Triseps - qolun arxasında yerləşən əzələ. Qolun üç başı əzələsi olaraq da adlanır. Triseps dirsəyə bağlı əzələdir və dirsəyin hərəkət etdirilməsində böyük rola sahibdir.
Budun dördbaşlı əzələsi
Budun düz əzələsi
Böyük bel əzələsi
Böyük bel əzələsi (lat. Musculus psoas major) çanağın daxili qrup əzələlərinə aid olub, XII döş - V bel fəqərələrinin köndələn çıxıntılarından və müvafiq fəqərələrarası disklərin yan kənarlarından başlanğıc götürərək, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Böyük sağrı əzələsi
Dimdik-bazu əzələsi
== Həmçinin bax ==
Kiçik bel əzələsi
Kiçik bel əzələsi (lat. Musculus psoas minor) çanağın daxili qrup əzələlərinə aid olub, Onurğa sütununun XII döş və I bel fəqərələrinin yan səthindən, fəqərələrarası diskdən başlanğıc götürərək qalça fassiyasında tamamlanır.
Kiçik sağrı əzələsi
Kiçik sağrı əzələsi (lat. Musculus gluteus minimus) — çanağın xarici qrup əzələlərindən olub, qalça sümüyündən başlayıb, bud sümüyünün böyük qabarcığına bağlanır. Kiçik sağrı əzələsinin yığılmasından bud bud-çanaq oyanağından açılır.
Orta sağrı əzələsi
Orta sağrı əzələsi (lat. Musculus gluteus medius) — çanağın xarici qrup əzələlərindən olub, qalça sümüyündən başlayıb, bud sümüyünün böyük qabarcığına bağlanır və böyük sağrı əzələsinin altında yerləşir. Orta sağrı əzələsinin yığılmasından bud bud-çanaq oyanağından açılır. Əzələnin ön lift dəsti ayrılıqda yığılaraq budu daxilə, arxa lift dəsti isə xaricə fırladır.
Qalça-bel əzələsi
Qalça-bel əzələsi (lat. musculus iliopsoas) daxili qrup çanaq əzələlərindən olub, böyük bel əzələsi və qalça əzələsinə aid əzələ liflərinin birləşməsindən təşkil olunmuşdur.
Vastus lateralis əzələsi
Vastus lateralis əzələsi (/ˈvæstəs ˌlætəˈreɪlɪs, ˈræ-/) və ya vastus externus — budun anterolateral hissəsində yerləşən səthi və palpasiya olunan bir əzələ. Hər bir alt əzada (ayaqda) olduğu üçün bir cüt əzələdir. Quadriseps qrupunun digər əzələləri ilə birlikdə diz oynağını uzatmağa, aşağı ayağı irəli aparmağa xidmət edir. Bud sümüyünə bağlanmış bir sıra düz, geniş vətərlərdən əmələ gəlir və diz qapağının üst kənarında olur. Vastus lateralis əzələsi virelessus lateralis, vastus medialis, vastus intermedius və rectus femoris ilə birlikdə insan vücudunda dördbucaqlı adlanan ən güclü əzələni əmələ gətirir. Vastus lateralis isə dördün ən böyüyüdür.Vastus lateralis, 7 aydan az olan və yeriyə bilməyən, əzələ tonusunun itməsi olan körpələrdə əzələdaxili inyeksiya üçün tövsiyə edilən yerdir. == Mənşəyi == Bu əzələ daha böyük trokanterin alt hissəsindən və intertrokanterik xəttin yuxarı hissəsindən əmələ gəlir və bütün sümüyün xarici səthində aşağıya doğru hərəkət edir. Lifləri maili olaraq xaricə düzülmüşdür və uzanmalarının 3/4 hissəsi ərzində daha çox trokanterdən qaynaqlanan aponevroz adlanan lifli kollagen membrana möhkəm yapışdırılır. == Funksiyası == Vastus lateralis əzələsi diz qapağının arxasında bir qüvvə yaratdığından, büküldükdə, onun stabilliyində iştirak edir. Bu hərəkətdə quadriseps və patellar tendonun bütün əzələləri iştirak edir.
Rektus abdominis əzələsi
Rektus abdominis əzələsi və ya qarın əzələsi (lat. rectus abdominis) — insan qarnının ventral tərəfində yerləşən bir cüt seqmentli skelet əzələsi. Rektus abdominis əzələsi qasıq sümüyündən yaranır və döş sümüyündə bitir. Qarın nahiyəsində yerləşir.Rektus abdominis əzələsi 5-7 qabırğaların qığırdaqlarının xarici səthindən və xiphoid prosesindən başlayır, qasıq sümüyünə güclü bir vətərlə bağlanır.Əzələ qabırğaları və çanaq sümüyünü içəriyə doğru çəkib arxaya əyildiyi üçün xırıltı zamanı aktivləşir. Hər bir rektus abdominis əzələsi onu fərdi əzələ qarınlarına bölən vətər zolaqları adlanan birləşdirici toxuma zolaqları ilə kəsişir. Bu əzələ qarın konturlarına 2-dən 12-yə qədər dəstlər xaricdən baxıla bilər. Bunlardan ilk 6-sı adətən kəmər xəttinin üstündə görünür, buna görə də ona bəzən "altı-paket" deyirlər. == Strukturu == Rektus abdominis çox uzun düz əzələdir, qarın ön hissəsinin bütün uzunluğu boyunca uzanır və qarşı tərəfdəki əzələdən qarnın ağ zolağı ilə ayrılır. Vətər kəsişmələrin (intersectiones tendineae) hər biri rektus abdominis əzələsini daha kiçik qarın əzələlərinə bölür. Rektus abdominisin gərginliyi əzələnin hər bir vətər kəsişməsi arasında genişlənməsinə səbəb olur.Əsasən 5-ci qabırğanın qığırdaqına bağlanan yuxarı hissə, adətən qabırğanın özünün ön ətrafına daxil olan bəzi liflərə malikdir.
Biləyi açan dirsək əzələsi
== Həmçinin bax ==
Biləyi bükən dirsək əzələsi
== Həmçinin bax ==
Qalxan-qırtlaq qapağı əzələsi
Qalxan-qırtlaq qapağı əzələsi (lat. musculus thyreoepigloticus) — qırtlaq əzələsi.
Çalov-qırtlaq qapağı əzələsi
Çalov-qırtlaq qapağı əzələsi (lat. musculus aryepigloticus) — qırtlağın əzələsi.
Əzələlər
Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır.
Dələli
Dələli — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Dələli (oyk.), (düz.) - Cəlilabad rayonunun Qarakazımlı inzibati ərazi vahidində kənd. Burovar/Buravar dağ silsiləsinin ətəyindədir. Oykonim ehtimalən türk mənşəli tele tayfasının fonetik dəyişikliyə uğramış adından və mənsubiyyət bildirən "-li" şəkilçisindən ibarətdir. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 640 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Lələli
Lələli — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Lələli kəndində milli tərkibi muğallardan ibarət 105 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik muğallardan ibarət hər iki cinsdən toplam 231 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 128 təsərrüfatda hər iki cinsdən toplam 492 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Kənd Qanıxçayın sahilində yerləşir. Tədqiqatçılara görə, yaşayış məntəqəsi burada ilk dəfə məskən salmış lələli nəslinin adım daşıyır. Güman etmək olar ki, bu oykonim ərazidəki Lələpaşa kəndinin adı ilə bir mənbədəndir. Torpaqqalanın yaxınlığında olan bu kəndin adı XVIII əsrin birinci yarısına aid tarixi hadisələrlə bağlı mənbələrdə qeyd olunmuşdur.
Zəlili
Zəlili (ən tezi 1779 və ən geci 1780 – 1836) — Görkəmli türkmən şairi. == Həyatı == 1780-ci ildə doğulmuşdur. Zəlili ilk dərslərini kənd məktəbində Məxtumquludan almışdır. Zəlilinin anası Xurma Məxtumqulunun bacısı qızıdır. Zəlili Seydulla Seydi iiə bir bölgədə yaşamış, onlar dost olmuş və şeirləşmişlər.1836-cı ildə vəfat etmişdir.
Əzələ
Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır.
Dilin əzələləri
Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir.
Məməyəbənzər əzələlər
Məməyəbənzər əzələlər (lat. musculus papillaris) mitral qapaq və üçtaylı qapağın yerdəyişməsini məhdudlaşdırma rolunu oynayır.
Seləli
Seləli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Seləli kəndi Həkəri çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə Cənubi Azərbaycanın Seləli kəndindən gəlmiş ailələr salmışlar. Keçən əsrin əvvəllərində kəndin adı Siləli, Siləyli kimi də qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində silə içərisində dəri aşılanan ağac kötüyündən düzəlmiş novçaya deyilir. == Əhalisi == 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd Mahrızlı kənd cəmiyyəti tərkibinə daxil olan Seləli kəndində 48 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 238 nəfər (139 nəfəri kişilər, 99 nəfəri qadınlar) əhali yaşayırdı.Qiyasəddin Qeybullayevə görə, kəndin əhalisi kürd mənşəli seləli tayfasına mənsub olmuşdur.