ƏZƏMƏTLİ

sif. Böyük, möhtəşəm. Əzəmətli qala. Əzəmətli dağlar.
– Ta o dərəcəyə kimi ki, hətta İstanbul kimi bir əzəmətli paytaxtda telefon çəkməyi Sultan Əbdülhəmid qadağan etmişdi. C.Məmmədquluzadə.
Təyyarəmiz başdan-başa qarla örtülmüş bu əzəmətli şəhər üzərində uçur. M.Hüseyn.
Misirli özü çəkdi; Qədim Memfis şəhərinin; Əzəmətli səddini. O.Sarıvəlli.

// Dəbdəbəli, təmtəraqlı, möhtəşəm, calallı.
Vaxtı ilə bir qismi miskin və fəqir, bir qismi də möhtəşəm və əzəmətli qəbirlərdən bir əsər və əlamət qalmamışdı. S.Hüseyn.
Böyük, əzəmətli bir saray çilçıraq içərisində yanırdı. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏZƏMƏTLİ ƏZƏMƏTLİ Təyyarəmiz başdan-başa qarla örtülmüş bu əzəmətli şəhər üzərində uçur (M.Hüseyn); BÖYÜK Həmin insanlar; böyük binalar diqqətlə bax! (S
  • ƏZƏMƏTLİ böyük — möhtəşəm — dəbdəbəli — təmtəraqlı — cəlal
ƏZƏMƏT
ƏZƏMİ₁
OBASTAN VİKİ
Əzəmətli gövdəyarpaq
Əzəmətli gövdəyarpaq (lat. Caulophyllum robustum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin gövdəyarpaq cinsinə aid bitki növü.
Əzəmətli vaxsızçiçək

Digər lüğətlərdə