NƏZƏRALI
NƏZƏRXAN
OBASTAN VİKİ
Nəzərəli xan Mərəndi
Nəzərəli xan Məhəmmədəzim xan oğlu Mərəndi (?-1828) — Mərənd hakimi. == Həyatı == Nəzərəli xan Məhəmmədəzim xan oğlu Mərənd şəhərində anadan olmuşdu. Mükəmməl təhsil almışdı. Bəzi İran müəlliflərinə görə seyid əsillidir. O, Seyid Nəzərəli xan yüzbaşının nəvəsidir. Mir Qılınc xan Babanın törəməsidir. == İran Rus müharibəsi == Nəzərəli xan II rus-İran müharibəsində iştirak etmişdi. Əminə Pakrəvan yazır: Bu səbəbdən də dayısı Əmir xan Sərdarı gözləməkdə idi. Şuşanın fəthindən sonra ona qatılacaq olan dayısının başçılığındakı Xoydan gələn ordu ilə bərabər Gəncəyə hücum etməyi planlamışdı. Böyük oğlunu (Məhəmməd mirzəni-Ə. Ç.) səkkiz min nəfərlik piyadənin sərkərdəsi olan Əmir xanın yardımçılığına təyin etdi.
Nəzərəli xan Şahsevən
Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (1735, Ərdəbil – 1757, Ərdəbil) — Ərdəbil xanı (1763–1792). O qardaşı Nəsir xan Şahsevən ilə şərik hakimiyyətə malik idi. == Həyatı == Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımı ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu. Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi. Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı. Kərim xanın vəfatından sonra Şahsevən elinin igidləri Ənzəliyə hücum edib, Nəzərəli xanı xilas etdilər. Nəzərəli xan Pənahəli xan Sarıcalı-Cavanşirlə düz dolanmadığından başı bəlalar çəkdi. Tez bir zamanda Qarabağ qoşunu Arazı adlayıb, Muğanda düşərgə qurdu.
İmamqulu Nəzərəli oğlu
İmamqulu Nəzərəli oğlu (XVII əsrin sonu—XVIII əsr) — Orta əsrlərdə Naxçıvanda görkəmli sənətkar kimi yetişən və əhali arasında memar kimi tanınan ustalardan biri də İmamqulu Nəzərəli oğlu olmuşdur. Bu görkəmli memarın adı XX yüzilliyin 80-ci illərində Əlincəçay sahilindəki Şeyx Xorasan xanəgahında bərpa işləri aparılarkən aşkar edilmiş inşaat kitabəsi (şəkil 104) vasitəsi ilə elmə məlum olmuşdur.Hicri 1141-ci ilə (miladi 1728-29-cu il) aid olan bu kitabədən məlum olur ki, İmamqulu Nəzərəli oğlu xanəgah kompleksinə daxil olan tikililərdən birinin memarı olmuşdur. Kitabədə "memar" titulu ilə təqdim olunması onun öz peşəsinin mahir ustası olduğunu göstərir. Kitabənin tarixinə əsasən demək olar ki, memar İmamqulu Nəzərəli oğlu XVII yüzilliyin sonları–XVIII yüzilliyin birinci yarısında yaşamışdır. == İstinadlar == == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan:Əcəmi, 2017, 216 s.
Nəzərəli xan Sarıxanbəyli-Şahsevən
Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (1735, Ərdəbil – 1757, Ərdəbil) — Ərdəbil xanı (1763–1792). O qardaşı Nəsir xan Şahsevən ilə şərik hakimiyyətə malik idi. == Həyatı == Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımı ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu. Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi. Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı. Kərim xanın vəfatından sonra Şahsevən elinin igidləri Ənzəliyə hücum edib, Nəzərəli xanı xilas etdilər. Nəzərəli xan Pənahəli xan Sarıcalı-Cavanşirlə düz dolanmadığından başı bəlalar çəkdi. Tez bir zamanda Qarabağ qoşunu Arazı adlayıb, Muğanda düşərgə qurdu.
Abbasəli Nəzərəliyev
Abbasəli QaraGöz oğlu Nəzərəliyev - 20 yanvar şəhidi. 1962-cu ildə 25 noyabrda Babək rayonunun Əliabad kəndində anadan olub.Tikintidə dülgər işləyib. Şövkət adında bir qızı qaldı. Yanvarın 18—19-da kəndin müdafiəsində iştirak edib. 19-u gecə Qaraburun postunda İdris Məmmədovun qətlə yetirilməsi xəbəri Abbasəlini də sarsıdıb. Onun arxasınca gedib. Yolda ona da güllə dəyib. Dostunun dadına çatmamış Abbasəli də həlak olur.Abbasəli Nəzərəliyevin adı Babək rayonundakı Əliabad kənd məktəbinə verilmiş, "İzmir" kooperativi barelyefini düzəldib məktəbin qarşısına vurmuşdur.Anadan olduğu və yaşadığı Əliabad kəndində dəfn edilmişdir. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF).
Nəzərəlibulağı (Biləsuvar)
Nəzərəlibulağı (fars. نظرعلي بلاغي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 319 nəfər yaşayır (84 ailə).
Nəzərəlikəndi (Nəmin)
Nəzərəlikəndi (fars. نظرعلي كندي‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (6 ailə).
...со́тый балка́рский наркодо́ллары необъе́млемый отжи́мный пара́дная парцелли́ровать пересели́ть тра-ля-ля́ числи́тельность авторизо́ванный бреха́ловка воспали́ться истеса́ть сту́кнутый caution execrable perennially thirty-three tightlipped автомобилист изболеться навешивать перепой фотогеничный