Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abraziv material
Abraziv material abraziv alətlərin kəsici hissəsini təşkil edirlər. Kəsici dənəciklər şəklində istifadə edilən bu materiallar kifayət qədər bərk, istiyədavamlı, çoxlu tillərə malik olurlar. Onlar iki qrupa bölünürlər: təbii materiallar (kvars, sumbata, korund, təbii almaz) və süni abraziv materiallar (normal və az elektrokorund, monokorund, silisum karbidi, bor karbidi, bor nitridi və sintetik almaz). Abraziv materiallar əsasən maşın hissələrinin təmiz emalında istifadə edilirlər. Məqsədi pardaqlamada, honalamada, cilalamada emal olunan səthin kələkötürlüyünü azaltmaqdır. == Növləri == === Təbii abraziv materiallar === Təbiətdə rast gələn süxurlar və minerallar (kvars, sumbata, korund və almaz) aiddir. Kvars iri kristallı silisium 4-oksiddən ibarət olub aşağı kəsmə xassələrinə malikdir. Qum itiləyiciləri, bülöv daşları və pardax sumbata kağızı hazırlanmasında istifadə olunur. Sumbata və təbii korund alüminium oksidi kristallarından və (AL2O3) qatqılardan (sumbatada 25-30%, korundda 95%-ə qədər) ibarətdir. Sumbata qara və qara-boz, korund isə qəhvəyi rəngdədir.
Abraziv materiallar
Abraziya
Abraziya (geomorfologiya)
Abrazion düzənlik
Abrazion düzənlik — dalğaların və ləpədöyənin abrazion fəaliyyəti nəticəsində əmələ gəlmiş düzənlik. Sahillərin qalxması, çöküntü çatışmazlığı şəraitində və abraziya zamanı çoxlu miqdarda çöküntü əmələ gətirməyən ana suxurların əlverişli litoloji tərkibə (əhəngdaşı, mergel və s.) malik olduğu halda formalaşır. Eni, adətən, bir neçə kilometr, uzunluğu onlarla kilometr olur. Səthi xırda heykələbənzər relyef formaları ilə mürəkkəbləşir. Abrazion düzənliklər Şimal Buzlu okeanı sahillərində daha geniş inkişaf etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild.
Abrazion proses
Abraziya (geomorfologiya)
Abraziya (geomorfologiya)
Abraziya və ya abrazion proses — dəniz dalğaları və axınların köklü süxurları mexaniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir. Abraziya dalğavə ləpədöyənin ölçülərindən, suyun və süxurların xassələrindən aslıdır və əsasən hövzənin 10-20 metr dərinliynə qədər təzahür edir. == İstinadlar == == Ədəbiyyat == Геологический словарь, М: Недра, 1978 В. Б. Караулов, М. И. Никитина. Геология.
Abraziya sahil tipi
Abraziya sahil tipi- Abraziya dedikdə,dənizin dağıdıcı fəaliyyəti nəzərdə tutulur. Dənizin abraziya fəaliyyəti, akademik D. V. Nalivkinə görə, əsasən küləyin təsirindən əmələ gələn dalğaların dağıdıcı fəaliyyəti ilə əlaqədardır. V. P. Zenkoviçin fikrinə görə, abraziya prosesi uzun müddət dəniz sahilinə təsir edirsə, həmin proses nəticəsində abrazion terras və ya sahil əmələ gəlir və olduqca geniş sahəni əhatə edir. Abrazion sahil tipinin eni maksimum 200–250 metr ola bilər. Abraziya sahil tipinə misal olaraq Qara dənizin şərq sahilini və bəzi başqa sahilləri göstərmək olar.