Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konstantin Adamov
Konstantin Haykoviç Adamov (15 avqust 1923, Bakı – 11 may 1990, Moskva) — erməni-sovet aktyoru, Azərbaycan SSR xalq artisti (1972), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). == Həyatı == 15 avqust 1923-cü ildə Bakıda anadan olmuşdur. 1946-cı ildə Moskva Şəhər Teatr Məktəbini bitirmişdir. 1947-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. K.Adamovun yaradıcılığına təbiilik, səmimiyyət, obrazı dərindən duymaq və s. xasdır.
Adamava ştatı
Adamava ştatı (ing. Adamawa State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Modimmo Adamanın adından gəlir. O, 1809-cu ildə bu ərazidə Adamava Əmirliyinin əsasını qoyan, Osman dan Fodio tərəfindən təşkil onunan Fulani cihadın yerli başçısı idi.
Aldis Adamovis
Aldis Adamovis (latış. Aldis Adamovičs‎; 1970) — Latviya dövlət və siyasi xadimi, Latviya Seyminin XII (2014—2018) və XIII (2018—) çağırış üzvü. == Həyatı == Aldis Adamovis 1977-ci il fevralın 1-də anadan olub. Aldis Adamovis ali təhsilini Latviya Universitetində alıb. == Fəaliyyəti == Aldis Adamovis «Vahid» Partiyanın üzvüdür. === Deputatlığı dövrü === 2014-cü ildə XII çağırış Latviya Seyminə seçkilər baş tutdu. «Vahid» Partiyanın üzvü olan Aldis Adamovis, Latqale ərazisindən Latviya Seyminə üzv seçildi. 2018-ci ildə XIII çağırış Latviya Seyminə seçimlər baş tutdu. Yenə «Vahid» Partiyanın üzvü olan Aldis Adamovis, Latqale ərazisindən Latviya Seyminə üzv seçildi.
Azər Badamov
Azər Camal oğlu Badamov (18 avqust 1968, Düztahir, Qusar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış deputatı. == Həyatı == Azər Badamov 18 avqust 1968-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olub. 1985-ci ildə Bakı şəhəri 5 saylı kimya təmayüllü orta məktəbini bitirdikdən sonra D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İki il ordu sıralarında xidmət edib, 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1988–2009-cu illər ərzində "Azərittifaq"ın tikinti briqadasında fəhlə, şəhər mərkəzi xəstəxanasında mühasib-müfəttiş, DSMF rayon şöbəsində birinci dərəcəli müfəttiş, "Şahdağ" firmasında iqtisadçı vəzifələrində işləyib. Azər Badamov sahibkarlıq fəaliyyətilə də məşğul olub. Həmçinin, 2009–2010-cu illərdə Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyib. == Siyasi fəaliyyəti == Azər Badamov Milli Məclisinin IV, V və VI çağırış deputatıdır. 2010, 2015, 2020-ci illərdə parlament seçkilərində 51 saylı Qusar Seçki Dairəsindən millət vəkili seçilib. İctimai birliklər və dini qurumlar komitəsi və Aqrar siyasət komitəsinin tərkibindədir.
Pavel Adamoviç
Pavel Adamoviç (tam adı: Pavel Boqdan Adamoviç, pol. Paweł Bogdan Adamowicz; 2 noyabr 1965, Qdansk – 14 yanvar 2019, Qdansk Universiteti Klinik Mərkəzi[d], Qdansk, Polşa) — Polşa siyasətçisi və hüquqşünası. O, 1998-ci ildən 2019-cu ildə sui-qəsdə uğramasına qədər Qdansk şəhərinin meri olmuşdur. Adamoviç 1988-ci ildə gerçəkləşən fəhlə tətilinin öndərlərindən biri və tətil komitəsinin sədri idi. O, 1990-cu ildə 1990 Qdansk Şəhər Şurasının üzvü seçilmiş, 1994–1998-ci illərdə isə şuranın sədri olmuşdur. Adamoviç 1998-ci ildə Qdansk şəhərinin meri seçilmiş və 10 noyabr 2002-ci ildə səslərin 72%-ni əldə edərək ikinci dəfə mer seçilmişdir. O, 2018-ci ildə partiyasız olaraq üçüncü dəfə mer seçilmişdir. Adamoviç populist və sağçı hökumətdə tərəqqipərvər bir siyasətçi kimi tanınırdı. O, LGBT hüquqlarını, immiqrantları və etnik azlıqları dəstəkləyirdi. 13 yanvar 2019-cu il tarixində Adamoviç Qdansk şəhərində keçirilən xeyriyyə konsertində bıçaqlı hücuma məruz qalmışdır.
Vladimir Adjamov
Vladimir Kasumoviç Adjamov ( 24 aprel 1955, Tbilisi, GSSR) — rus balet artisti və rejissoru. Rusiyanın əməkdar artisti (1995) klassik rəqqas. 24 aprel 1955-ci ildə Tbilisidə yezidi ailəsində anadan olub, orada müəllimləri D. Metreveli və S. Vekua ilə balet təhsilinə başlayıb., Sonra Leninqrad Xoreoqrafiya məktəbində təhsilini davam etdirdi. Kolleci bitirdikdən sonra Adjamov Oleq Vinoqradovun dəvəti ilə Malı Teatrını seçdi. Vladimir Adjamov 19 yaşında dünya səviyyəsində tanınıb və artıq 30 ildir məşhur rəqqasdır. Rəqqasın repertuarında həm klassik, həm də müasir tamaşalarda 40-dan çox baş rol var. Partilərin ilk ifaçısı: Romeo; Şahzadə ("Zoluşka"), Florindo ("İki Ağanın qulluqçusu"), Orfey ("Orfey və Evridis", Karl ("Oğurlar"), Mankurt ("Dönenbay quşu haqqında əfsanə"), Qu ("Çirkin ördək balası") və s. 1974-cü ildən mütəmadi olaraq dünya turnelərinə çıxıb, müxtəlif festivallarda həm ifaçı, həm də münsiflər heyətinin üzvü kimi iştirak edib. Yaradıcılıq həyatı boyu Vladimir Adjamov O.Vinoqradov, N.Boyarçikov, N.Dolquşin, B.Eifman, Q.Aleksidze, L.Lebedev, V.Karelin, Q.Kovtun, E.Smirnov və bir çox məşhur xoreoqraflarla işləmişdir. Onun demək olar ki, hər bir əsəri həm tamaşaçıların, həm də balet tənqidinin marağına səbəb olub.
Şahin Atamov
Şahin Atamov (d. 30 iyun 1986 Bakı, Azərbaycan SSR) — Ümumi Dünya Karate Çempionatının Bürünc mükafatçısı (2013) Şahin Atamov 1986-cı ildə, 30 iyulda dünyaya göz açmışdır. Gələcək çempion 8 yaşından karate ilə məşğul olur. 10 yaşından etibarən ölkə çempionatında qalib olan Şahin, qısa müddət sonra beynəlxalq turnirlərdə qızıl və bürünc medalara sahib çıxır. Şahin Atamov karate üzrə dünya çempionu və Dünya Kubokunun sahibidir. Bununla yanaşı, 2013-cü ildə Sankt-Peterburqda keçirilən 2-ci Döyüş Növləri üzrə Dünya Oyunlarının qalibidir. 2010-cu ildə Belqradda keçirilən dünya çempionatında fərdi şəkildə bürünc medalın sahibi və 2012-ci ildə Parisdə keçirilən dünya çempionatında fərdi şəkildə gümüş mükafatçısıdır. Ən əlamətdar uğurlardan biri isə 2013-cü ildə İndoneziyada keçirilən İslam Oyunlarındakı gümüş hesab edilə bilər. Ailəlidir,iki övladı var.
Krasuskiy Konstantin Adamoviç
Krasuski Konstantin Adamoviç (2 (14) sentyabr 1867 və ya 14 (26) sentyabr 1867, Ryazan quberniyası[d] və ya Zaraysk, Ryazan quberniyası[d] – 7 aprel 1937, Bakı) — Professor, SSRİ EA-nın müxbir üzvü (1933). == Həyatı == Krasuski Konstantin Adamoviç 1867-ci il sentyabrın 14-də Moskva vilayətinin Zaraysk şəhərində anadan olub. 1891-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1902-ci ildə kimya üzrə magistr alimlik dərəcəsi, 1903-cü ildə professor elmi adı almışdır. 1902-1907-ci illərdə Varşava Universitetində professor kimi çalışıb, 1911-ci ildə Kiyev Universitetində kimya üzrə doktorluq dissertasiyası müdafiə edib, 1926-cı ildə Ukrayna SSR EA-nın, 1933-ci ildə isə SSRİ EA-nın müxbir üzvü seçilib. 1907-1912-ci illərdə Kiyev Politexnik İnstitutunda, 1913-1916-cı illərdə Kiyev Universitetində, 1916-1919-cu illərdə Xarkov Universitetində işləyib. 1929-cu ildə Azərbaycana dəvət olunub. 1929-30-cu illərdə Bakı Dövlət Universitetində, 1930-1937-ci illərdə Azərbaycan Sənaye İnstitutunda “Üzvi-kimya” kafedrasına rəhbərlik edib. 1935-1937-ci illərdə SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunun təşki¬latçısı və ilk direktoru olub. == Elmi fəaliyyəti == K.Krasuskinin elmi fəaliyyətinin əsasını hipoxlorit turşusunun olefinlərə birləşmə qaydasının müəyyən edilməsi, üzvi oksidlərin iştirakı ilə gedən izomerləşmə reaksiyalarının öyrənilməsi, ammonyak və aminlərin üzvi oksidlərə təsirinin araşdırılması məsələləri təşkil edib.
Raisa Adamovna Kudaşeva
Raisa Adamovna Kudaşeva (3 (15) avqust 1878 və ya 15 avqust 1878, Moskva – 4 noyabr 1964, Moskva) — Sovet şairi və yazıçısı. Məşhur "В лесу родилась ёлочка" Yeni il mahnısının sözlərinin müəllifidir. Litvanın Gedroyts sülaləsinin zadəgan ailəsində anadan olub. Atası - Adam Gedroyts, məsləhətçi rütbəsinə yüksəlmiş Moskva Poçt İdarəsinin rəsmisi olub. Həyatı haqqında az şey məlumdur. M. B. Pussel qadın gimnaziyasını bitirib. Qohumlarının dediyinə görə pedaqoji bacarığa sahib idi. Müəllim olaraq da, Sovet dövründə isə bir neçə onilliklər ərzində kitabxanaçı kimi də işləyib. Moskvada Pyatnitskoye qəbiristanlığının 11-ci hissənin ikinci məhəlləsində dəfn edilib. Uşaqlıqdan şeir yazırdı.
Salvatore Adamo
Salvatore Adamo (it. Salvatore Adamo; 1 noyabr 1943[…], Komiso[d], İtaliya krallığı[…]) — italyanəsilli belçikalı şansonye, romantik balladaları ilə tanınan müğənni və bəstəkar. Adamo İtaliyanın Siciliya əyalətinin Komiso şəhərində anadan olub və üç yaşından Belçikada yaşayıb, buna görə də onun ikili vətəndaşlığı var. 1964-cü ilə qədər o, dünyada albomların satışına görə yalnız "The Beatles" qrupundan geri qalırdı. Karyerası ərzində o, dünya üzrə 80 milyondan çox albom və 20 milyon sinql satmaqla ən populyar belçikalı sənətçi və dünyada kommersiya baxımından ən uğurlu musiqiçilərdən biridir. O, əvvəlcə bütün Avropada, daha sonra isə Yaxın Şərq, Latın Amerikası, Yaponiya və ABŞ-də populyarlıq qazandı. Adamo əsasən fransız dilində ifa edir, eyni zamanda italyan, holland, ingilis, alman, ispan, yapon və türk dillərində də oxuyub. "Tombe la neige", "La nuit", "Vous permettez, Monsieur?", "Inch'Allah" və "C'est ma vie" onun ən məşhur mahnıları olaraq qalır. 2001-ci ildə Adamo Belçikanın cəngavər titulu sayılan Ridder tituluna layiq görülmüşdür. == Həyatı == 1947-ci ildə Salvatorenin atası Antonio Adamo Belçikanın Mons şəhərində mədəndə işə düzəldi və həyat yoldaşı Konçita və ilk oğulları Salvatore ilə İtaliyadan mühacirət etdi.
AMOKO
Amoco — Dünyanın ən böyük neft və qaz istehsalçılarından biri. 1889-cu ildə yaradılmışdır. Müxtəlif ölkələrdə 42.000 işçisi var. "AMOKO" Şimali Amerikada ən böyük təbii qaz istehsalçısıdır. Şirkət energetika, neft və qaz emalı, kimya və neft-kimya sahələrində də fəaliyyət göstərir.
Abako
Abako adaları — Baham adalarının şimal hissəsində adalar qrupu. Cənubi Abako — Baham adalarının 32 rayonundan biri.
Aleko
Moskviç-2141 — Moskviç markasının yeni adı olaraq 1986-cı ildə bazara çıxan Rus avtomobilidir. İstehsalı 1988 və 2000 illəri arasında davam etmişdir. Bu anda müflisləşmiş vəziyyətdədir.
Bioko
Bioko (1973-cü ilədək Fernando-Po,1979-cu ilədək Masias-Ngema-Biyoqo) — Atlantika okeanının Qvineya körfəzində ada. Afrika sahilləri yaxınlığındadır; Ekvatorial Qvineyanın ərazisidir. == Sahəsi == Sahəsi 2017 km2 . Uzunluğu 70 km, eni 30 km-ədək. == Əhalisi == Əhalisi təqribən 258 min (2005). Bioko ölkənin daha çox məskunlaşmış hissəsidir. == Xüsusiyyətləri == Bir neçə vulkan konusunun (hündürlüyü 3007 m-ədək) birləşməsindən yaranmışdır. Dağ yamacları rütubətli tropik meşələrlə örtülüdür. Piko-de-Santa-İsabel qoruğu Bioko ərazisindədir. Kakao, qəhvə plantasiyaları var; maniok, yerfındığı, şəkər qamışı becərilir.
Cez Alboro
Cez Alboro (ing. Jez Alborough; 13 noyabr 1959 və ya 12 noyabr 1959) — ən azı 15 dilə tərcümə edilmiş və çoxsaylı mükafatlar almış uşaq şəkilli kitabların ingilis yazıçısı və illüstratorudur və çoxsaylı mükafatlar alıb. Alboro, Londonun cənub-qərbində Temza üzərindəki Temza Kinqston şəhərində anadan olub. Məcburi məktəbdə oxuduqdan sonra Albro, Norviç İncəsənət Məktəbində bir dərəcə qazandı və burada ilk kitabını "Bun ilə rəqs et" kitabını nəşr etdi. Daha sonra "Dinləyici" nin Uels nəşrində çalışdı və burada Nöqtə təriflərini nəşr etdi. Bir illüstrator olmaq istedadı üçüncü tərəf bir nəşriyyat tərəfindən kəşf edildikdə, 1985-ci ildə nəşr olunan ilk uşaq kitabını, Çılpaq Ayını yazmaq təklifi aldı. O vaxtdan bəri Alboro sərbəst bir müəllif və illüstrator olaraq çalışdı. İndi Danimarkalı həyat yoldaşı ilə birlikdə Londonun Riçmond şəhərində yaşayır.
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
Abako adaları
Abako adaları (ing. Abaco Islands) — Baham adalarının şimal hissəsində adalar qrupu. Əsas adalar Böyük Abako və Kiçik Abakodur. Sahəsi 1,681 km2, əhalisi 16,692 nəfərdir.
Kommunist bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Mühərrik bloku
Mühərrik bloku — daxili yanma mühərriklərində porşen-sürüngəc, dirsəkli val və silindrlərin daxili olduğu mühərrik hissəsidr. Aşağı hissədən mühərrik bloku yağ vannası-karterlə örtülür. Mühərrik bloku yaxarı hissədən silindr başlığı ilə qapanır. Mühərrik bloku mühərrikin böyük sayda hissələrini daşıdığına, yüksək temperaturda işləyən yanma kamerasına malik olduğuna, həmçinin enerji çevrilməsi üçün məsuliyyətli olan ötürmə mexanizmlərinin yaratdıqları reaksiya qüvvələrini götürdüyünə görə, onun hazırlanmasına xüsusi tələbatlar qoyulur. Mühərrik blokları həmişə tökmə yolu ilə hazırlanır. Material kimi çuqun və aluminiumdan (yüngül mühərriklər üçün) isifadə olunur. Hava ilə soyudulan mühərriklərdə adətən silindr bloku mühərrik blokunun üzərinə qoyulur. Dizel mühərriklərində isə bloku asan montaj və demontaj edəbilmək üçün onu bir neçə hissədən hazırlayırlar. Rezo Əliyev. Maşınqayırma leksikonu.
Qida bloku
Qida bloku- (ing. power supply unit) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğu. Qida blokunun bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Sərinkeş vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Qida blokunun əsas texniki xarakteristikası onun gücüdür. Gücün (görülən işin bu işin görülməsinə sərf olunan zaman müddəti) vahidi vattdır. Sistem blokunun daxilinə nə qədər çox qurğular quraşdırılarsa, (yaddaş qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b.) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150–200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir. Kompüter çalışarkən əsasən çıxan səs mənbəyi məhz qida blokunun səsidir, daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış sərinkeşdir.
Qərb bloku
Qərb bloku (ing. Western Bloc) — Soyuq müharibə dövründə Şərq blokuna qarşı ABŞ və NATO ilə müttəfiq olan ölkələrə verilən ad. Şərq blokuna SSRİ və ÇXR rəhbərliyindəki Varşava Müqaviləsi Təşkilatı ölkələri daxil idi. Qərb bloku ölkələrinin hökumətləri və mətbuatlarını özlərinə "Azad dünya" və "Qərb dünyası", Şərq bloku ölkələrinə isə "Kommunist dünyası" və ya "İkinci dünya" deyirdilər. Belçika Kanada Danimarka Fransa Almaniya (1990-cı ildən) Qərbi Almaniya (1955-ci ildən) Yunanıstan (1952-ci ildən) İslandiya İtaliya Lüksemburq Niderland Norveç Portuqaliya İspaniya (1982-ci ildən) Türkiyə (1952-ci ildən) Böyük Britaniya ABŞ Avstraliya Yeni Zelandiya ABŞ Avstraliya Fransa (1965-ci ilə qədər) Yeni Zelandiya Pakistan (1972-ci ilə qədər) Filippin Tailand Cənubi Vyetnam (1975-ci ilə qədər) Böyük Britaniya ABŞ Antanta İttifaq dövlətləri Antihitler koalisiyası Berlin-Roma-Tokio oxu Şərq bloku Matloff, Moris. Makers of Modern Strategy. Ed. Peter Paret. Prinston: Princeton UP. 1971. 702.
Seçki bloku
Seçki bloku — dövlət seçkili orqanlarına seçki dövründə bir neçə siyasi partiyaların ümumi proqramla vahid namizədlərin irəli sürülməsi üçün yaratdığı birlik.
Sosialist bloku
Şərq bloku, Kommunist bloku və ya Sosialist bloku — Soyuq Müharibə dövründə SSRİ tərəfindən marksizm və leninizmi dəstəkləyən dövlətləri aid etdirmək üçün termin. Baxmayaraq ki, SSRİ sovet blokunun qeyri rəsmi idarə edirdi, bir sıra sosialist dövlətlər (Yuqoslaviya, Çin və Albaniya) 1975–1990-ci illərdə SSRİ ilə ideoloji və siyası qarşıdurmalar peyda olmuşdur. ABŞ-də və ona ittifaq olan ölkələrdə sosialist blokuna aid ölkələri tez-tez kommunist ölkələri kimi də adlandırılar.
Xalq bloku
Xalq bloku (və ya Xalq ittifaqı) (malay dilində: Pakatan Rakyat) — Malayziyada 2008-cü il seçkilərində vahid cəbhədə çıxış edən 3 müxalifət partiya - Demokratik Hərəkat Partiyası, Panmalayziya İslam Partiyası və Xalq Ədalət Partiyası tərəfindən yaradılmış təşkilat. Saravaka Milli Partiyası da Saravak ştatı səviyyəsində bu blokun üzvüdür. Xalq bloku 2008-ci il seçkilərində parlamentdə olan 222 yerdən 82-ni əldə edərək parlamentdə iqtidarda olan Milli Cəbhəninin mövqelərini əhəmiyyətli surətdə sıxışdırdı. (Əvvəli seçkilərdə müxalifətin cəmi 21 yer var idi) və Kedah, Kelantan, Selanqor və Pinanq ştatlarında yeni hokumətlər təşkil etdilər. İlk dövrdə blok hökuməti Perakda təşkil olunmuşdur, lakin federal hökumətin və Perak sultanının təzyiqi nəticəsində blok ştat üzərində nəzarəti itirdi. Xalq bloku Kuala-Lumpurda da ustünlük qazansa da, mövcud olan qanunvericiliyə əsasən mer də daxil olmaqla, paytaxtın inzibati orqanlarının rəhbərləri federal hökumət tərəfindən təyin olunurdu . 5 may 2013-cü ildə keçirilən seçkilərdə blok parlamentdə 89 yer aldı və Kelantan, Pinanq və Selanqor ştatları üzərində öz nəzarətini saxladı . Müxalifətdə olan 3 partiyanın koalisiyasının yaranması Malayziyada ikipartiyalı sistemin meydana çıxmasına səbəb oldu. Bir tərəfdən blok təşkilatı kimi Malayziyanın milli təşkilatlarının aparıcı qüvvələrini təmsil edən və 13 partiyanı əhatə edən Milli Cəbhə, digər tərəfdən Xalq bloku Malayziyada hakimiyyət uğrunda mübarizənin fəal iştirakçılarına cevrilmişlər. Partiyalardan təşkil olunan Milli Cəbhədən fərqli olaraq milli prinsiplər əsasında təşkil olunan Xalq bloku formal olaraq çoxmillətli partiyalar (sol, liberal və islam istiqamətli) və Malayziyanın bütün vətəndaşları üçün açıq idi .
Aliko Danqote
Aliko Danqote (ing. Aliko Dangote; 10 aprel 1957) — Nigeriya biznesmeni və sənayeçisi. O, daha çox Qərbi Afrikanın ən böyük sənaye konqlomeratı olan "Dangote Group"un qurucusu, sədri və baş direktoru kimi tanınır. "Bloomberg" Milyarderlər İndeksi 2024-cü ilin may ayında onun xalis sərvətini 15,3 milyard ABŞ dolları dəyərində qiymətləndirir və bu onu Afrikanın ən zəngin insanı, dünyanın ən zəngin qaradərili insanı və dünyanın 132-ci ən varlı insanı edir.