BLOK₂

[ ing. ] tex.
1. Ağır şeyləri qaldırmaq üçün sadə maşın, mexanizm və onun fırlanan diskdən (çarxdan) ibarət olan hissəsi.
Vışkanın təpəsindən, bucurqada sarınan kanatı … keçirmək üçün bir blok asılır. Quliyev.

2. Özü bir sıra element və hissələrdən ibarət olan qurğunun və s.-nin ayrı-ayrı hissəsi. Pəncərə və qapı blokları. Boruları bloklar halında quraşdırmaq.
3. Betondan hazırlanan iri kərpiclər şəklində süni tikinti daşı. Beton bloklar.
4. Böyük binada mənzillər qrupu. Mənzilim sol blokdadır.

Omonimlər

  • BLOK BLOK I is. [ fr. ] Dövlətlərarası, partiyalararası ittifaq; birlik. BLOK II is. [ ing. ] tex. Ağır şeyləri qaldırmaq üçün sadə mexanizm
BLOK₁
BLOKÁDA

Digər lüğətlərdə