Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adyuvant
Farmakologiyada adyuvant müəyyən bir dərmanların effektivliyini və ya potensialını artırmaq üçün istifadə olunan bir dərman və ya başqa bir maddə və ya maddələrin birləşməsidir.
Adiant
Adiant (lat. Adiantum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin pteriskimilər fəsiləsinə aid bitki cinsi. == Etimologiya == Latın adı yunan dilindən (αδιαινειν) nəmlənməyən mənasını verir. Belə ki, bitkinin üzərinə düşən su dərhal axıb tökülür və beləliklə o quru qalır. == Yayılması == Əsasən tropik cinsdir. Növ müxtəlifliyinə görə iki əsas bölgədə yayılıb — Cənubi Amerikanın And dağları və Şərqi Asiyada (xüsusilə Çin florası 39 növü əhatə edir) Bu cinsin növləri rütubətli torpaqlarda bitir və qayalıqlar və şəlalələrin kənarları üçün xarakterikdir. == Sinonimləri == === Heterotipik sinonimləri === Hewardia J.Sm.
Mutant
Mutasiya (lat. mutatio — dəyişiklik) — dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm forması. Mutant təbii seçmədə ilk material sayılır. Məhsuldarlığın artırılmasında və süni mutagenezin nəzəri məsələlərinin həllində mutantlardan geniş istifadə edilir. Mutasiya orqanizmin istər somatik, istərsə də cinsiyyət hüceyrələrində əmələ gəlir. Mutasiya terminini ilk dəfə biologiyaya daxil edən Huqo-de Friz olmuşdursa, lakin bu haqqda olan anlayışa ondan da əvvəlki alimlərin əsərlərində rast gəlirik. Hələ Ç. Darvin öz əsərində bu cür gözlənilmədən, qəflətən baş verən irsi və xırda dəyişmələr haqqında yazırdı. Darvin bədəni uzun, ayaqları qısa “ankon” qoyunları, tükləri incə və uzun “moşan” qoyunları haqqında məlumat verir və bu cür dəyişilmələri “sport” və ya tək-tək baş verən dəyişkənlik adlandırırdı. Q.Friz 1880-cı ildən başlayaraq təcrübə apardığı Enotera Lamarkiana adlanan bitkilərin içərisində mutasiya baş vermiş formalar aşkar etdi. Bəzi bitkilər öz əlamətləri ilə enotera növündən elə kəskin fərqlənmişdir ki, hətta de Friz onları yeni növ adlandırmışdı.
Akutan adası
Akutan adası (ing. Akutan Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı ərazisinə daxildir. == Etimalogiya == "Akutan" adı aleut mənşəllidir. Belə bir deyim vardır ki, bu isim "hakuta" adından törəmiş və mənası "Mən səhvlər edirəm" mənasını verir. == Coğrafiya == Adada aktiv olan akutan vulkanı vardır. Adanın sahəsi 334,13 km²-dir. Adada 713 nəfər yaşayır (2000). Əhali eyni adlı qəsəbədə yaşayır. ada müasir adı ilə ilk dəfə 1768-ci ildə Pyotr Kuzmiç və Mixail Levaşkov tərəfindən xəritəyə salınmışdır.
Kevin Durant
Kevin Ueyn Durant (ing. Kevin Wayne Durant; 29 sentyabr 1988) — Amerikalı peşəkar basketbol oyunçusu. Milli Basketbol Asossasiyası komandalarından olan Foniks Sansda forma geyir. "Durantula" və "KD" kimi ləqəbləri olan Durant, yaxın hücumçu və uzaq hücumçu mövqelərində oynayır. Karyerası dövründə bir NBA Çempionu, bir NBA Finalları Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA Ən Dəyərli Oyunçu Mükafatı, bir NBA All-Star oyunu Ən Dəyərli Oyunçu Mükafatı, dörd NBA basket sayı Lideri, bir NBA İlin Gənc Oyunçusu və iki "Olimpiya Oyunları qızılı" mükafatları var. Durant həmçinin səkkiz dəfə "All-Star" heyətinə düşüb və bunların yeddisində də NBA İlin ən yaxşı beşliyinə seçilib. Lisey karyerasının ardından Texas Universitetində bir mövsüm forma geyən Durant, buradakı gənclər liqasında "İlin kollec liqası" oyunçusu seçildi. Universitet karyerasının ardından 2007 NBA Seçmələrinə qatıldı və Sietl Supersoniks tərəfindən seçildi. Bundan sonra Durantın komandası olan Supersoniks Oklahoma şəhərinə daşındı və adı Oklahoma-Siti Tander olaraq dəyişdirildi. 2012-ci ildə komandası ilə bərabər karyerasında ilk dəfə NBA Finallarına yüksəldi, ancaq Mayami Hitə beş oyun sonrası 4–1 məğlub oldular.
Uill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Vill Dürant
Vill Dürant(5 noyabr 1885 – 7 noyabr 1981)—Amerika yazıçısı, tarixçisi, filosofu. Vill Dürant (1885–1981) Massaçusetsdə anadan olmuşdur. Valideynləri onu din xadimi olmaq üçün hazırlayırdılar. Onun müəllimələri rahibələr idilər. Vill dini elə bir həvəslə öyrənirdi ki, heç kəs onun ruhani olacağına şübhə etmirdi. 1900-cü ildə o, müqəddəs Pyotr Akademiyasına daxil oldu. Amma Burada Dürant fəlsəfəyə üstünlük verdi. 1917-ci ildə fəlsəfə doktoru adını almaqdan ötrü ilk kitabını yazdı Bu kitab Fəlsəfə və Sosial Problem adlanırdı. O, elmi dərəcəni aldıqdan sonra Kolumbiya Universitetində dərs verməyə başladı. Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar olaraq o, nəzakətlə olmuş olsa belə universitetdən uzaqlaşdırıldı.
Zöhrətüklü adiant
Zöhrətüklü adiant (lat. Adiantum capillus-veneris) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin pteriskimilər fəsiləsinin adiant cinsinə aid bitki növü. Məhəmməd Möminə (1697) görə adiant həlimi ilə sarğı saç tökülməsinə, qızılcaya və babasilə qarşı xeyirlidir. Xarici vasitə kimi istifadə olunduqda adiant otu keçəlləşmədə və yeni saçın çıxması üçün kömək edir. Adiantın qurumuş "saçı"nın həlimi ishala qarşı xeyirlidir. Bu bitkinin yarpaqlarındın hazırlanan mərhəm irinli yaraları müalicə edir, həşəratlar dişləyərkən xeyirlidir. Həlimini içmək və həmçinin yarpağının tozu ilə inək sümüyünün iliyini qarışdırıb başa kompres qoymaq və məlhəm sürtmək baş ağrısına xeyirlidir. Adiantın yanmış tozu irinli yaralarda və qoturda istitfadə olunur. Adiantın həlimi astmada, ürək döyüntüsü, sinədə ağrılarda, sarılıqda, daşlarda və doğuşdan sonrakı qanaxmada xeyirlidir. Həddindən artıq qəbul etdikdə dalağa ziyan gətirir, bunu mastika ağacının kitrəsi tarazlaşdırır.
Qədəhvari adiant
Qədəhvari adiant (lat. Adiantum pedatum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin pteriskimilər fəsiləsinin adiant cinsinə aid bitki növü.
Azərbaycan milli amputant futbol komandası
Azərbaycan milli amputant futbol komandası – Azərbaycanı beynəlxalq arenada təmsil edən amputant futbol komandası. == İdarəetmə və heyət == Milli komanda Rövşən Quliyevin prezidenti olduğu və Avropa Amputant Futbol Federasiyasının üzvü olan Azərbaycan Amputant Futbol Federasiyası tərəfindən idarə olunur. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Minatəmizləmə Agentliyi komandaya dəstək göstərirlər. Komandanın hazırkı heyəti əsasən Ermənistanın Azərbaycanda yerləşdirdiyi minaların partlaması nəticəsində xəsarət alan futbolçulardan ibarətdir. Komandaya "Qarabağ" amputant futbol klubunun kapitanı Elnur Sadiqov rəhbərlik edir. == Tarixi == Milli komanda ilk olaraq 2023-cü ildə Avropa Amputant Futbol Federasiyası tərəfindən Şotlandiyada keçirilən Millətlər Liqasında iştirak etmişdir. Turnirin D divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo milliləri ilə qarşılaşan komanda 2-ci yeri tutaraq gümüş medalları qazanmış və 2024-cü ildə Fransada keçirilmiş amputant futbol üzrə Avropa çempionatına vəsiqə əldə etmişdir. Milli komanda turnirin C qrupununda Türkiyə, İrlandiya və İsrail milliləri ilə mübarizə aparmışdır. Komanda ilk matçında İrlandiyaya (0-1), daha sonra isə Türkiyəyə (1-12) uduzmuş, sonuncu oyunda İsrail (1-1) ilə heç-heçə edərək mübarizəni dayandırmışdır.