Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Adagan
Adaqan
Aldama
Aldama (lat. Aldama) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Aliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Ağdara
Ağdara — (gürc. აღდარა), — Gürcustanın Abxaziya bölgəsinin Suxumi ərazisində (yuxarı eşeri icması), Qumista çayının sağ sahilində, Abxaziyanın dağətəyi ərazisində. Dəniz səviyyəsindən 360 m, Qara dənizdən 7 km, Suxumidən 18 km. yuxarı eşerdən 7 km məsafədə yerləşən kəntdir. Sovet dövründə sitrus meyvəçiliyi inkişaf etmişdir. Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 261.Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh.
Əjdaha
Əjdaha (yun. δράκων — drakon) — mifik varlıq. Əjdaha obrazı birmənalı şəkildə bəlaların, quraqlığın, aclığın, xəstəliklərin səbəbkarı kimi təsvir edilir. O, həmişə yaşayış məntəqələrinə gələn şirin suların mənbəyində durur, su əldə etmələrinə imkan verir. Qarşısını kəsdiyi su dolub daşanda, yatağına sığmayıb özünə axmaq üçün yol tapanda, daha doğrusu, qollara ayrılanda əjdahanın çoxlu sayda başları əmələ gəlir (3, 7, 9, 40). == Azərbaycan mifologiyasında == Qanadlıdır, qorxunc bir görünüşü vardır. Bəzən nəhəng bir ilandır. Yeraltındakı mağarada yaşar və orada olan xəzinəni qoruyur. Sularda və ya meşədə yaşadığı da izah edilər. Bəzən atəşin içində sığınar.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2018-ci ilin məlumatlarına görə 2.220.125 əhalisi vardır. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni məzrkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Adata
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Ajuga
Dirçək, sığırdili (lat. Ajuga) – dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Ağdağ
Ağdağ (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Ağdağ (Zəncan ostanı) — İranda dağ. Ağdağ (Marağa) — İranda kənd. Ağdağ (Göyçə) — İrəvan xanlığının Göyçə mahalında, indi Kəvər (Kamo) rayonunda dağ. Ağdağ — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda dağ. Ağdağ — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda dağ. Ağdağ (Ordubad rayonu) — Ordubad rayonu ərazisində dağ. Ağdağ (Culfa rayonu) — Culfa rayonu ərazisində dağ. Aqtau — Qazaxıstanın Manqıstau (Manqışlaq) vilayətində liman şəhəri.
Adağan (Maku)
Adağan (fars. اداغان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,043 nəfər yaşayır (198 ailə).
Addala-Şuxqelmer
Addala-Şuxqelmer — Böyük Qafqazın şərq hissəsində, Boqos silsiləsi sistemində, Dağıstanda dağ zirvəsi. Dağıstanın üçüncü ən yüksək dağ zirvəsidir, hündürlüyü dəniz səviyyəsindən 4151 metr hündürlüyə çatır. Yerlilər dağa Kabbala dağı deyirlər. == Təsviri == Dağın forması zirvəyə doğru uzanan silsilələri xatırladır, buna görə də, Adalla-Şuxqelmer ulduz kimi görünür.Dağın cənub-qərbində Boçek dağı (4116 m) massivi var, qərbdən Addalaya qədər buzla örtülmüş, Belyakov (Belenqi-mer, 4053 m), Baydukov (Kosaraku-mer dağı, 4097 m), Çkalov (Anchobala-anda, 4150 m) zirvələrinin olduğu bir silsilə yüksəlir. Yarım kilometr şərqdə Tunsada (4013 m) və İjinamer (4025 m) zirvələri yüksəlir. Çoxlu dırmanma marşrutları Adallaya aparır.Avar və Andi Göysu çaylarının çoxsaylı qolları Addala buzlaqlarından başlayır, dağ bu çayların hövzələrini ayırır.Addala yaxınlığında Dağıstanın Tsumada rayonunun kəndləri: Honox, Xvarşi, Tindi vardır. == Tarixi == Dağa ilk dəfə 1892-ci ildə Belenqi dərəsindən Alman alpinist Qotfrid Mertsbaxer olmuşdur. Addala-Şuxqelmerin fəthi Mertsbaxerin ekspedisiyasında sonuncu kəşf idi, bundan əvvəl onlar Qafqazın Alazani vadisinə qədər bir sıra dağ silsilələrini araşdırmışdılar. Dağa qalxmaq onun hündürlüyünün ölçülməsi ilə müşayiət olunurdu. Adallaya qalxan zaman onun hündürlüyü məsələsi aydın deyildi.
Ajdaak vulkanı
Ajdaak (Qızıl Dağ) (erm. Աժդահակ) — Ermənistan ərazisində sönmüş vulkan. Geqam silsiləsinin ən yüksək nöqtəsi. Dəniz səviyyəsindən 3597,3 metr yüksəklikdədir. Ermənistanın ərazisində və sərhədlərində yerləşən Alagöz, Qapıcıq və Ağdaban dağlarından sonra dördüncü ən yüksək dağ. Dağın başında, kraterdə adsız göl yerləşir. Vulkanın yuxarı hissəsindən Ararat, Hatis, Ara dağlarına, Sevan gölünə, həmçinin Qeqam silsiləsini və Kotyak Geqama silsiləsi yamaclarını və Kotayk bölgəsini görmək olar. vadisini görmək olar. Qeqam silsiləsində, vulkanın yaxınlığında Akna gölü (erm. Ակնալիճ) var.
Asdağı (Mərənd)
Asdağı (fars. اُسداغي‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 576 nəfər yaşayır (185 ailə).
Astaga.com
Astaga.com — İndoneziya mərkəzli internet markası. Marka 2000-ci ildə internet investisiya şirkəti olan İndonesia Online şirkətinin bir qolu kimi yaradılmışdır. 7 milyon ABŞ dolları məbləğində sərmayə qoyduqdan sonra, 2001-ci ildə marka Cənubi Afrika media konqlomeratı hesab edilən M-Web provayderinə satılmışdır. Marka illər ərzində inkişaf elədi. 2004-cü ildə 300-dən çox işçiyə sahib olan marka İndoneziya səviyyəsində zirvəyə yüksəldi. 2004-cü ilin sonunda M-Web provayderi İndoneziya ilə əlaqələri kəsdi. Provayder Astaga.com və Kafegaul.com markalarının fəaliyyət göstərən aktiv hissələrini xarici və İndoneziya investorlarının konsorsiumuna satdı. 2012-ci ildə Astaga.com Fil Rikard və Sandi Qunavan tərəfindən idarə olunan beynəlxalq investisiya şirkəti tərəfindən satın alınmışdır. 2013-cü ilin sonundan etibarən marka beta versiyada fəaliyyət göstərir. == İstinadlar == == Mənbə == "Slank Cyber Virus Serbu Astaga.com".
Beta Əjdaha
Beta Draconis — ikili bir ulduz və Draco şimal dairəvi plitələrində üçüncü parlaq ulduzdur. 2.79-da görülə bilən vizual ölçülüdür, Adi gözlə asanlıqla görülə bilən parlaqdır. Hipparcos astrometri peykindən parallax ölçmələrinə əsasəndir. Günəşdən təxminən 380 işıq ili (120 parsek) məsafəsində yerləşir. == Xüsusiyyətləri == İkili sistem hər dörd minillikdə və ya bir dəfə cırtdan bir yoldaş tərəfindən yaradılan parlaq nəhəngdən ibarətdir. Günəşlə müqayisədə, Beta Draconis A altı dəfə kütləsi və təxminən 40 qat radiuslu böyük bir ulduzdur. Bu ölçüdə Günəşin parlaqlığını 950 dəfə xarici zərfdən effektiv 5,160 K temperaturda, isə G tipli bir ulduzun sarı hündürlüyünə verir. Spektri II parlaq parlaqlıq göstərən II parlaqlıq sinfi ilə G2 II, -nin mükəmməl təsnifatına uyğun gəlir. Bu təxminən 67 milyon yaşındadır.
Ölümə qadağa
Ölümə qadağa — xüsusi ərazilərdə ölümə qoyulan hüquqi qadağa. Qadağa ölmüş insanın ailəsinə cərimə formasında tətbiq olunur. Tarixdə bu tip qadağaya e.ə. V əsrdə Yunanıstanda rast gəlinir. Müqəddəs Delos adasında dini inanclar zəminində ölümə qadağa qoyulmuşdu. Böyük Britaniyada ehtimal olunur ki, parlamentin Vestminster sarayında ölərək oranı murdarlamaq qəbul edilməzdi. Əgər bu baş verərsə kralın hesabına dəfn edilərək təmizlənmə həyata keçirilir. Müasir dövrdə bir çox yaşayış məntəqələri ölümə qadağa qanunu qəbul etmiş. Buna səbəb ərazidə qəbiristanlıq yerinin dolması olur və aidiyyatı qurumlardan bu yolla yeni ərazinin ayrılmasına nail olmaqdır. Belə qanun İspaniyanın Əndəlus vilayətinə aid olan Lanjaronvə Fransanın cənubunda yerləşən üç yaşayış məntəqəsində — Kyuno, Le-Lavandu və Sarpurans, eləcədə Norveçin Şpitsbergen adalarında yerləşən Lonqyirbyuen şəhərində güvvədədir.
Əjdaha (bürc)
Əjdaha (lat. Draco) — göyün şimal yarımkürəsində bürc. Yunan mifologiyasına görə əjdaha Heranın bağında qızıl almaları qoruyurdu. Herakl əjdahanı öldürür və almaları oğurlayır. Əjdaha isə göydə bürcə çevrilir.
Əjdaha (dəqiqləşdirmə)
Əjdaha (yun. δράκων - drakon) — mifik varlıq. Əjdaha (bürc) — bürc. Əjdaha dağı — Sədərək rayonu ərazisində dağ. Əjdaha dağı — Şərur rayonunda dağ. Əjdaha qayası — Qubadlı və Kəlbəcər rayonlarında qaya. Əjdaha yalı, Əjdaha kahası — Laçın rayonunda yerləşən coğrafi obyekt.
Əjdaha adamı
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü. == Taksonomiya == === Kəşfi === Növün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir.Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.Fosilin digər əhəmiyyəti isə bu Əjdaha adamının Homo sapiensə Neandertal insandan daha yaxın ola biləcəyi ehtimalını ehtiva etməsidir. === Yaşı === Fosilin əvvəlcə 200-400 min yaşında olduğu təxmin edilirdi.
Əjdaha dağları
Əjdaha dağları (ing. Dragon's mountain, afrik. Drakensberg, zulu uKhahlamba, soto Maluti или Maloti) — CAR, Esvatinidə, Lesotoda yerləşən dağ sistemi. Ən hündür zirvəsi 3482 m. olan Tabana Ntlenyana sayılır və Lesoto ərazisində yerləşir. Dağ əlçatmaz olduğu üçün, burı milləti ona "Əjdaha" (afrik. Drakensberge) adını vermişdi. Dağın şərq, külək tutmayan, qərb və külək döyən yamaclarının iqlimi və orada bitdiyi bitkiləri ilə biri birindən kəskin fərqlənir. Şərq yamaclarda bol yağışlar yağır (əsasən yayda, ildə 2000 m. qədər), elə buna görədə bura tropik "yağışlı" meşələrlə örtülürüb.
Əjdaha dağı
Əjdəkan(Ajdanakan) dağı — Azərbaycanın Sədərək rayonu ərazisində dağ. Sədərək kəndindən 750 m. şimalda yerləşir. Dağ konusvari formadadır, sıldırım yamaclıdır. ƏJDAHA dağı Daşburun dağının el arasında digər adıdır.
Əjdaha meyvəsi
Pitaya və ya Pitahaya — Kaktus növü olub, ekzotik meyvəsi (Əjdaha meyvəsi) var. Meyvəsi tropik superqida hesab edilir. == Coğrafiyası == 100 ildən çoxdur ki, bu meyvə Vyetnamda, eləcə də dünyanın bir çox bölgəsində – Kamboca, Tailand, Filippin, Malayziya, İndoneziya, Kolumbiya, Ekvador, Meksika və İsraildə yetişdirilir. Son illərdə isə Türkiyədə də yetişdirilməkdədir. == Adlandırılması == Kaktus meyvəsi kimi tanınan bu meyvənin müxtəlif adları vardır. Bu meyvə türkcə “ejder meyvesi”, ingilis dilində “draqun fruit” adlandırılır. Əslində isə bu sözlər şərq ölkələrindəki mənalarından yaranmışdır. Belə ki, onu görünüşünə görə Çin dilində “od əjdahası meyvəsi” və “əjdaha ləl-cəvahiratı meyvəsi”, Vyetnam dilində “yaşıl əjdaha”, İndoneziyada isə “əjdaha meyvəsi” olaraq adlandırılır. == Növləri == Əsasən üç növ Əjdaha meyvəsi vardır: Qırmızı ətli qırmızı qabıqlı Ağ ətli qırmızı qabıqlı Ağ ətli sarı qabıqlı. == İstehlakı == Ədədlə satılan əjdaha meyvəsinin qiyməti ölçüsündən asılı olaraq dəyişir.
Əjdaha rəqsi
Əjdaha rəqsi— ənənəvi çin rəqsi.Bu rəqs Şir rəqsdən kimi müxtəlif bayramlarda və festivallarda kifayət qədər tez-tez istifadə olunur. Ənənəvi əjdaha Çində gücü və üstünlüyü simvollaşdırır,çinlilər özləri bəzən özünü "əjdahanın nəsili" adlandırırlar.Hesab edilir ki, əjdaha insanlara uğur gətirir. Əjdaha rəqsi — bütün dünyada Çin icmasıyla bayram edilən Çin Yeni ilinin vacib anıdır. == İcrası == Nəticə ondan ibarətdir ki, insanların xüsusi komandası, hansı ki, bəzən 50 insana çatır, əjdahanın şüvüllərində saxlayaraq, hərəkət edir, beləliklə əjdaha dalğavarı hərəkətləri edir.Komandanın əsas məqsədi-cansız bədənli əjdahaya həyat verməkdir.İlanabənzər bədən seksiyalara bölünür, hansılardan ki, hər birinə şüvülləri bərkidilir, qabaqdan və dalından bədənlər dekorativ baş və quyruğu birləşdirirlər.Ənənəvi əjdahalar ağacdan və bambuk halqalardan hazırlanırlar, və sonra parçalarla örtülürlər. Müasir əjdahaların istehsalı üçün daha yüngül materiallardan istifadə olunur — plastik kütlə və alüminium.. Əjdahanı idarə etmək kifayət qədər çətindir, bu xüsusi bacarıq tələb edir. İştirakçılardan birinin istənilən səhvi bütün işi korlaya bilər.Uzunluğu təxminən 34 m bədən adətən 9 əsas seksiyaya bölünür, halqaların sayı bu halda 81-ə çatır, və halqaların arasında məsafələr — 35 santimetr olur.Əjdahanın başının çəkisi bəzən 14 kq-a çatır, bədənlə, quyruq vaxtında başla hərəkət etməlidir.Əjdahanın uzunluğu adətən 25 — 35 metr təşkil edir, amma ayrıca böyük festivallar üçün daha uzun modellərdən istifadə olunur.Miflərə əsasən, hesab edilir ki, əjdaha nə qədər uzun olsa, o qədər daha çox uğur gətirəcək.
Adaq
Adaq - türk ve altay mifologiyasında və xalq mədəniyyətində əhd və ya nəzir deməkdir. Azərbaycan dilində əhd və ya nəzir anlayışına bənzəsə də daha geniş əhatəlidir, çünki Şamanlık ənənəsindəki qansız qurban (saçı) və azad qurbanı (ıdık) anlayışları da "Adak" anlayışı içərisində iştirak edər. Hər hansı bir dilək yerinə gəldiyində qarşılığında ediləcəyi və ya veriləcəyi deyilən şey və bunun nəticəsində insanın özünü Tanrıya qarşı öhdəçilikli etdiyi vəziyyət. Osmanlıca nəzir sözünün Türkçe qarşılığıdır. Müqəddəs varlıqlardan kömək istəmək məqsədiylə qurban kəsmək, saçı vermə, şam yandırma, pul bağışlamaq kimi hərəkətlərdə iştirak etmək taahhüdü. Bu yüklenim yerinə yetirilmədiyi təqdirdə adamın başına mənfiliklər, hətta fəlakətlər gələcəyinə inanırlar. Çünki bu söz Tanrıya qarşı verilmişdir. Əhd anlayışına hər dində rast gəlinməkdədir. Anadoluda "Adamak" (Həsr etmək) sözü ilə də istifadə edilər. Türk mədəniyyətində ən məşhur olanı, əhd qurbanı və əhd sədəqəsidir.