HACIAĞA

Hacı Ağa; Həccə getmiş seyid.
HACIABBAS
HACIBABA
OBASTAN VİKİ
Hacıağa
Hacıağa (Aralıq) — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Hacıağa (Bostanabad) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd.
Hacıağa (Bostanabad)
Hacıağa (fars. حاج اقا‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1.376 nəfər yaşayır (359 ailə).
Hacıağa Abbasov
Hacıağa Mütəllib oğlu Abbasov (16 iyun 1888, Maştağa, Bakı qəzası – 7 may 1975, Bakı) — Azərbaycan teatr aktyoru və təşkilatçısı, dramaturq, Azərbaycan SSR xalq artisti (1932). == Həyatı == Hacıağa Abbasov 16 iyun 1888-ci ildə Bakının Maştağa kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini doğulduğu kəndindəki rus-tatar (rus-türk) məktəbində alıb və sonra Bakıda oxuyub. 1906–1909-cu illərdə Petrovsk-Portda (indiki Mahaçqala) pedaqoji təhsilə yiyələnib. Burada oxuyarkən azərbaycanlılardan ibarət teatr dəstəsi yaradıb və həmin truppa ilə Teymurxanşurada (sonra Bunyaksk adlandırıldı) teatr açıb. Təhsilini başa vurduqdan sonra müəllim diplomu ilə Bakıya qayıdıb. Balaxanı kəndində Mirzə Ələkbər Sabirlə birlikdə uşaqlara dərs deyib. Eyni zamanda "Müsəlman artistləri cəmiyyəti"nin, "Nicat", "Həmiyyət" teatr truppalarının fəal üzvü olub. Sonralar "Səfa" cəmiyyətinin teatr truppasında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə aktyorluq edib. 1920-ci ildə bugünkü Akademik Milli Dram Teatrına üzv olan Hacıağa Abbasov bir müddət burada çalışıb.
Hacıağa Nemətov
Hacıağa Əlipaşa oğlu Nemətov (1919, Bakı – 1942, Bakı) — azərbaycanlı bəstəkar, SSRİ-Finlandiya müharibəsi (1939–1940) və Böyük Vətən müharibəsi iştirakçısı. == Bioqrafiyası == Hacıağa Nemətov Bakı şəhərində neftçi ailəsində anadan olmuşdur. Qardaşı — Zəfər Nemətov Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. === Erkən illəri === Uşaqlıqdan musiqiyə qarşı coşğun həvəsi özünü büruzə verir. Onun çalmağa başladığı ilk alət qarmon idi və ilk pyeslərini də həmin alət üçün bəstələyirdi. Öz sevimli alətində çalmaqdan yorulmayaraq, xalq melodiyaları əsasında improvizasiyalar edirdi. Sonralar orta məktəbdə oxuduğu illərdə isə o, truba alətində çalmağı öyrənir və məktəb orkestrilə müxtəlif klublarda çıxış edir, lakin Hacıağanın artan musiqi marağı onu digər alətlərdə də çalmaq həvəsinə salır, belə ki, onun xahişi ilə atasının aldığı klarnet alətini də asanlıqla mənimsəyir. Onu Əli Bayramov adına klubun orkestrində çalmağa dəvət edirlər və bu orkestrlə o, konsertlərdə, şənliklərdə, bədii gecələrdə çıxış edir. Həmin vaxtlar o, qarmonda çalmaq vərdişləri sayəsində fortepianoda da çalmağı öyrənir. === Təhsili === 1939-cu ildə o, müfəffəqiyyətlə orta məktəbi bitirərək, musiqi texnikumunun nəzəriyyə-bəstəkarlıq fakültəsinə daxil olur.
Hacıağa Nəzərli
Hacıağa Məmmədcavad oğlu Nəzərli (d. 17 mart 1923, Bakı, Azərbaycan SSR, SSRİ - ö. 18 may 2002, Bakı, Azərbaycan Respublikası) — Azərbaycanın ilk plaktaçı rəssamı, respublikanın əməkdar rəssamı (1982). == Həyatı == Hacıağa Məmmədcavad oğlu Nəzərli 1923-cü il mart ayının 17-də Bakı şəhərində dövrünün qabaqcıl ziyalarından olan, mətbəə işçisi Məmmədcavad Nəzərlinin ailəsində dünyaya göz açıb. 1930-1937-ci illərdə keçmiş Kayegin rayonunda (indiki Füzuli rayonu) 1937-1940-cu illərdə Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) rayonundakı Cəfər Cabbarlı adına orta məktəbdə təhsil alıb. 1940-ci ildə Bakı rəssamlıq məktəbinə daxil olan H. Nəzərli müharibənin başlaması ilə əlaqədar oradakı təhsilini yarımçıq qoyur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. 1948-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsilini davam etdirir. H.Nəzərlinin rəssamlığa gəlməsinə atasının əmisi, Peterburq təhsilli rəssam Nəcəf Rasimin (Nəcəfqulu Nəzərli) təsiri olub. Bir müddət Azərbaycan Musiqili Komediya teatrında rəssam kimi çalışmışdır.
Hacıağa İbrahimbəyli
Hacıağa Məmmədəli oğlu İbrahimbəyli (8 dekabr 1890, Salyan, Cavad qəzası – bilinmir, Bakı) — azərbaycanlı hərbçi-mayor. == Həyatı == Hacıağa Məmmədəli oğlu İbrahimbəyli 1890-cu ilin dekabr ayının 8-də Salyan rayonunda anadan olmuşdur. Bakıda kommersiya məktəbini və 1913-cü ildə Tiflis hərbi məktəbini bitirmişdir. Əli bəy Hüseynzadənin qardaşı qızı Böyükxanım Hüseynzadə ilə ailə həyatı qurmuş, bu evlilikdən Hacımurad və Həyat adlı iki övladı dünyaya gəlmişdir. O, 1914–1915-ci illərdə Birinci Dünya Müharibəsində iştirakçısıdır. Bundan başqa Zaqafqaziya Hərbi Hazırlıq Məktəbinin rəisi vəzifəsində çalışmışdır. Hacıağa İbrahimbəyli 1920-ci il 27 aprel işğalının qurbanı olmuşdur. == Əsərləri == Atları hesaba almaq üçün müvəqqəti qanun və arabaların səfərbərliyə dair hesabatının dəstur əl əmə. Bakı: Azərbaycan hərbi kolleci, 1925. Методика военной подготовки учащихся: в помощь военруку и преподавателю гражданского учебнего заведения (Şagirdlərin hərbi hazırlığı metodikası: mülkü məktəblərin hərbi dərs rəhbərlərinə və müəllimlərinə kömək).
Hacıağa İbrahimov
Hacıağa Xəlil oğlu İbrahimov (22 mart 1923, Quba – 27 may 1992, Bakı) — Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın katibi. == Həyatı == 1923-cü ildə anadan olub. 1992-ci ildə vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub. == İctimai-siyasi fəaliyyəti == 1948-ci ildən Ümumittifaq Kommunist Partiyasının üzvü idi. 1941–1946-cı illərdə Fəhlə Kəndli Qırmızı Ordusunda xidmət edib. 1946-cı ildən 1952-ci ilə qədər Bakı dənizçilik məktəbinin Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) komitəsinin katibi, Azərbaycan LKGİ rayon komitəsinin birinci katibi olub. 1952-ci ildə Azərbaycan LKGİ-nin Bakı şəhər komitəsinin 1-ci katibi vəzifəsini icra edib. 1952-ci ildən 1961-ci ilə kimi Azərbaycan Kommunist bolşevik Partiyasının şəhər komitəsində şöbə müdiri, Azərbaycan KP-da Mərkəzi Komitənin şöbə müdiri müavini vəzifəsinə təyin edilmişdir. 1961-ci il mart ayının 10-dan 1970-ci ilin mart ayına kimi Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi olmuşdur. 1961-ci il sentyabrın 9-da Azərbaycan KP MK-nin üzvü, 1970-ci il mart ayının 20-dən 1981-ci il yanvar ayına kimi Azərbaycan KP-nın MK-nin katibi olmuşdur.
Hacıağa (Aralıq)
Hacıağa — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. == Tarixi == Kənd 1928-ci ildən eyni addadır. == Coğrafiya == Kənd İğdır şəhər mərkəzinə 38 km, Aralıq qəsəbəsinin mərkəzindən 7 km məsafədədir. Hacıağa kəndi ilə Ağbulaq yaylası arasında təqribən 65 km məsafə var və bu kəndin ailələri buradan gəlir.
Hacıağa Hacılı
Hacıağa Hacılı (30 yanvar 1998, Azərbaycan) — Azərbaycanlı futbolçu. Zirə futbol klubunda yarım müdafiəçi kimi çıxış edir. == Karyerası == === Klub === Hacıağa Hacılı futbola Qəbələ futbol klubunun akademiyasında başlayıb. 2017-ci ildə "Qəbələ"nin əsas komandasına dəvət edilir. Futbolçunun "Qəbələ2 klubunda rəsmi debütü, 29 noyabr 2017-ci ildə, Azərbaycan kubokunda "İmişli" klubuna qarşı oyunda baş tutur. Debüt etdiyi oyunda komandası 8–0 qələbə qazanır və qollardan birinin müəllifi Hacıağa olur. 2018-ci il fevralın 24-də Səbail klubu ilə oyunda Hacılı Azərbaycan Premyer Liqasında "Qəbələ"nin heyətində debüt edir. 2018-ci ilin yayında futbolçu Qarabağ klubuna icarəyə verilir. 2019-cu ilin yanvarında, Hacılını tam transfer edən, "Qarabağ" onunla 4 illik müqavilə imzalayır. Bu tansfer üçün "Qarabağ" klubu "Qəbələ"yə 100 min avro ödəyir.
Çiçəkli Hacıağa (Urmiya)
Çiçəkli Haçıağa (fars. ‎چيچكلوی حاجی اقا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (39 ailə). Urmiya şəhristanının Ətraf bölgəsinin Nazlı kəndistanında, Ətraf qəsəbəsindən 8 km şimal-şərqdədir.
Cabbarxan Hacıağayev
Hacıağabəyli
Hacıağabəyli — Azərbaycan Respublikasının Göyçay rayonunun Yeniarx inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-qərbdə, Göyçay-Ucar avtomobil yolu kənarında, Ərəbşahverdi və Müskürlü kəndlərin qonşuluğunda, Şirvan düzündə yerləşən kənd. == Tarixi == == Toponimikası == Hacıağabəyli Göyçay rayonunun Yeniarx inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsini XIX əsrdə Şirvanda yaşayan ağabəyli elatına mənsub və başçısı hacı olan ailələr saldığına görə belə adlandırılmışdır. Oykonim "ağabəylilərin hacıya mənsub hissəsi" mənasındadır. Yaşayış məntəqəsi XIX əsrdə Şirvanda yaşayan ağabəyli elatına mənsub və başçısı Hacı olan ailələr saldığına görə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 249 nəfər əhali yaşayır. == Məşğuliyyəti == Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq və meyvəçiliklə məşğul olur. == Din == Kənddə Hacağabəyli kənd məscidi dini icması fəaliyyət göstərir.
Hacıağakəndi (Biləsuvar)
Hacıağakəndi (fars. حاجي اقاكندي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 189 nəfər yaşayır (35 ailə).
Hacıağalar
Hacıağalar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Hacıağalar oyk, sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndi XIX əsrin ortalarında Hacıağa adlı bir nəfər saldığı üçün onun adı ilə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 693 nəfər əhali yaşayır.
Hacıağaməlikəndi (Biləsuvar)
Hacıağaməlikəndi (fars. حاجي اقامعلي كندي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (9 ailə).
Qışlaq-i Hacıağanəsiroğlu (Biləsuvar)
Qışlaq-i Hacıağanəsiroğlu (fars. قشلاق حاج اقانصيراوغلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (4 ailə).
Qışlaq-i Hacıağaqulu (Pərsabad)
Qışlaq-i Hacıağaqulu (fars. قشلاق حاج اقاقلي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 156 nəfər yaşayır (32 ailə).