Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aladin
Aladin – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Aladin kəndi Dağlıq ərazidədir. 1826-28-ci illər, Rusiya-İran müharibəsindən sonra Cənubi Azərbaycanın Aladin kəndindən gəlmiş azərb. ailələr tərəfindən salınmışdır. Şərur r-nunda Aralıdağ yaxınlığındakı kənd xarabalığı da Aladin adlanır. Tədqiqatçılar bu oykonimin alan və dən sözlərindən ibarət olub, "hamar, düz yer" və "vilayət, dairə" mənasını ifadə etdiyini söyləyirlər. Lakin əslində bütün türkdilli xalqların toponimiyasında geniş yer tutan ala topokomponenti "müxtəlif rəngli; qonur rəng; böyük, geniş" mənalarını bildirir. 1917-ci ildə Lənkəran qəzasında Alabin kəndi qeydə alınmışdır. Bin sözü Azərb.
Alanin
Alanin (Ala, A) (HO2CCH(NH2)CH3) eyni zamanda 2-aminopropanoik turşusu olaraq adlandırılır. Ən çox istifadə olunan aminturşulardandır. Proteinlərin təxminən %7.8'i alanin özülündən ibarətdir. D-alanin, bəzi bakteriyaların hüceyrə divarlarında və peptid antibiotiklərin formullarında da vardır.
Alakin (Çaroymaq)
Alakin (fars. الاكين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (24 ailə).
Anakin Skayvalker
Ulduz müharibələri obrazı.
Şamil Aladin
Şamil Aladin (d. 12 iyul 1912, Bağçasaray, Rusiya imperiyası – 21 may 1996, Simferopol, Ukrayna) – Krım tatarı olan yazıçı, şair, tərcüməçi və insan haqları aktivisti. Şeirlə başladığı ədəbiyyat həyatına daha sonra nəsr və qurğusal olmayan əsərlərlə davam etmişdir. == Həyatı == Kamil Şamil Aladin 12 iyul 1912-ci ildə Rusiya imperiyasına tabe olan Bağçasarayın Mahuldur adlı tatar kəndində anadan olmuşdur. 21 may 1996-cı ildə Ukraynaya aid olan Simferopolda vəfat etmiş və Simferopoldakı Abdal məzarlığında dəfn edilmişdir. === Təhsili === Baxçasarayda 7 illik təhsil görmüşdür. Ağməsciddə (Simferopol) Pedoqogika Tenxikomunu bitiridkdən sonra, Pedinstitutda təhsil almışdır. 1932-ci ilin sonunda Qırmızı Orduya çağırılmış, Qızıl Kazak Atlılar bölüyündə xidmət etmişdir. == Fəaliyyəti == 1935-ci iıdə Qızıl qazaxın yırları adlı ikinci şer kitabı nəşr edilmişdir. 1937-ci ildə SSRİ Yazıçılar Birliyinə üzv kimi qəbul edilmişdir.
Alain Ço Çoy
Alain Ço Çoy (28 oktyabr 1968) — Mavrikini təmsil edən stolüstü tennisçi. == Karyerası == Alain Ço Çoy Mavrikini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub.
Qvardiya ölür, lakin təslim olmur!
"Qvardiya ölür, lakin təslim olmur!" (fr. La Garde meurt mais ne se rend pas!) — Birinci Fransa İmperiyası imperator qvardiyasının I piyada polkunun komandiri Pyer Kambrona aid edilən məşhur ifadə. Hesab olunur ki, o bu ifadəni 1815-ci il 18 iyun tarixində baş vermiş Vaterloo döyüşündə ingilislərin təslim olmaq təklifinə cavab olaraq söyləmişdir. == İfadənin tarixi == 1815-ci il 20 mart tarixində Napoleon Bonapart ona sadiq qalan tərəfdaşı Kambrona diviziya generalı rütbəsini vermək istəyəndə, o bu vəzifədən ciddi şəkildə imtina etmişdir. Onda 13 aprel tarixində imperator onu İmperator qvardiyasının I piyada polkunun komandiri vəzifəsinə yenidən qaytarır. Məhz bu polkla o tarixə düşmüşdür. Lakin bəzi mənbələr onu səhvən diviziya komandiri adlandırırlar. 1815-ci il 18 iyun gününün sonunda Blüxerin başçılığı altındakı Prussiya ordusunun döyüş meydanına gəlib çatması ilə fransızlar üçün döyüşün taleyi artıq həll olundu. Kambron hər tərəfdən düşmən qüvvələri ilə əhatə olunduqdan sonra o, düşmənin təslim olmaq təklifindən qəti imtina etmiş və öz polkunun II batalyonu üçün kare düzülüşünü əmr edir. İngilis toplarının və batalyon silahlarının atışları ilə fransız qoşunu demək olar tamamilə məhv edilir.
Abadin
Abadin — İspaniyanın Qalisiya muxtar bölgəsinin Luqo vilayətində bələdiyyə. == Əhalisi == Abadin bələdiyyəsinin əhalisi 2005-ci ilin əhali siyahıyaalmasına görə 3201 nəfərdir.
Abakan
Abakan (xak. Ағбан) — Rusiya şəhəri, Xakasiya Respublikasının paytaxtı. Şəhər Abakan şəhər dairəsini təşkil edir. Əhalisi 167,4 min (2002) nəfərdir. Minusa çökəkliyinin mərkəzində, Abakan çayının Yeniseyə töküldüyü yerdədir. Dəmiryolu və avtomobil yolları qovşağıdır. Çay portu və aeroport yerləşir. Xakasiyanın iri sənaye, mədəniyyət və elm mərkəzidir. Ağır maşınqayırma, yüngül və yeyinti sənayesi, meşə və ağac emalı, tikinti materialları istehsalı müəssisələri; 11 ali məktəb (filialları ilə birlikdə), 4 kitabxana, muzeylər, 5 teatr, filarmoniya var. Abakan şəhəri 18 əsrin axırlarında salınmışdır.
Adamin
Adamin — mineral, Zn2[OH|AsO4]. == Haqqında == Rombik. Habitus prizmatik, bəzən lövhəcikvari, yaxud izometrik. Ayrılma: {101} üzrə -mükəmməl, {010} üzrə - qeyri-mükəm­məl. Aqreqat: - kristallik qabıqcıqlar. Rəng­siz, bənövşəyi, yaşıl. Parıltı şüşəli. Sərtlik 3,5. Xüsusi çəkisi 4,48 . Zn və As-lə zəngin olan yataqların oksidləşmə zonasında tapılır.
Alagir
Alagir (oset. Алагир deyilişi) — Rusiyanın subyekti olan Şimali Osetiya respublikasında yerləşən Alagirski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Vladiqafqazın 55 km qərbində yerləşən Alagir şəhərinin şərqindən Ardon, qərbindən Tsraudon çayları axır. Osetiya maili düzənliyində, Alagir dərəsinin girişində qurulan şəhərin sahəsi təxminən 27 km²-dır. Alagirin ətəklərin sulfid-sulfat-maqnezium-kalsium sularıyla zəngin Tamisk balneoloji kurortu var. == Etimologiyası == Şəhərin adı osetin dilindəki "Ullaq İr" (Ullaq - yuxarı, İr - Osetiyanın milli adı) söz birləşməsindən əmələ gəlib, Yuxarı Osetiya mənasını verir. == Tarixi == 1824-cü ildə (bəzi mənbələrə görə - 1781) müasir Alagir ərazisində daha sonra Alagirlə birləşək olan Saluqardan kəndi quruldu. 1850-ci ildə Ardon çayının sağ sahilində 1897-ci ilə qədər fəaliyyət göstərən gümüş qurğuşun zavodu tikildi. 1863-cü ildə kəndin adı Qornaya olaraq dəyişdirildi.19-cu əsrin sonlarına gəldikdə Alagir Vladiqafqaz bölgəsinin Terek mahalında bir yaşayış yeri idi. Tolmaçova görə bu dövrdə burada 1975 nəfər yerli sakin, 736 nəfər imeretiyalı, 949 nəfər osetiyalı yaşayırdı.
Alahçın
Alakol
Alakol — Azərbaycan Respublikasının Tovuz rayonunun Alakol kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yerli əhalinin məlumatına görə, toponim "seyrək bitkili yer, addabudda kollu sahə" mənasındadır. Oykonim ala (böyük, geniş) və kol (vadi, dərə, hamar, duz, aran yeri) sözlərindən düzəlib, "geniş düzən, böyük aran yeri" deməkdir. Bəzi mənbələrdə Alagöl şəklində qeydə alınmış bu inzibati ərazi vahidində 1917, 1933, 1961-ci illərə aid məlumat kitablarına görə, Alagöl adı ilə bağlı 3 kənd olmuşdur: Alagöl, Alagöl Mülkülü, Alagöl Qırıqlı. Sonralar rayonun ərazisində gedən əsaslı planlaşdırma nəticəsində həmin kəndlər Alakol, Mülkülü və Düz Qırıqlı şəklində sabitləşmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Zəyəmçayın sol sahilindən bir qədər aralı, Mamırtı (Kicik Qafqaz) dağının ətəyində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Aşıq Zülfiyyə — ifaçı-aşıq. Məhərrəm Qasımlı — mədəniyyət və incəsənət işçisi. Nəsir Əhmədli — Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru, professor.
Alarix
Alarix bunlara aid olunur: == Ad == Alarix (ad) — german dillərində ad. I Alarix — vestqotların kralı. II Alarix — vestqotların kralı. Alarix və Erik — İsveçin əfsanəvi kralları. == Digər == HMS Alaric (P441) — Britaniya Kral Donanmasının sualtı qayığı.
Alaxçın
Alazan
Qanıxçay və ya Alazan çayı (gürc. ალაზანი, avar. Алазан, çeç. Алаз, sax. Дур) – Kürün ən böyük sol qoludur. Mingəçevir su anbarına tökülür. Uzunluğu 391 km, hövzəsinin sahəsi 12.080 min km²-dir (7.325 km²-i Gürcüstanda, 4.755 km²-i isə Azərbaycanda olmaqla).Çayın 177 km-i Gürcüstan-Azərbaycan dövlət sərhədi boyunca axır. == Ümumi məlumat == Başlanğıcını Gürcüstan ərazisində Baş Qafqaz silsiləsinin Didi Borbalo dağından (2837 m) götürür. Çay Pankisi dərəsindən çıxdıqdan sonra Kaxeti düzənliyinə daxil olur və bu hissədə sol tərəfdən bir çox qollar qəbul edir. Aşağı axımında, sağ tərəfdən 100 km-dən artıq məsafədə isə heç bir qol qəbul etmir.
Alaçıq
Alaçıq — Azərbaycanda yarımköçərilərin, el əhlinin istifadə etdiyi müvəqqəti olacaq. Əsasən yaylaqda istifadə olunur. Digər türk xalqlarında alaçıq yurt adlanır. == Alaçığın növləri == Üst bölmə qara çadır adlanır və keçi tükündən olur. Yan divar çıq ya çit adlanır, qamış və keçi tükündən olur. Muxuru alaçıq-çubuqlardan hazırlanır. Dəyə - üstüörtülü, yanları açıq olan alaçıq.
Alaşan
Alaşan — Mərkəzi Asiya ərazisində (Çin), Qobi səhrasının bir hissəsini təşkil edir ("Alaşan Qobisi"). Səhra cənub-qərbdən Nanşan dağları, şimaldan Çin, Monqolustan sərhədi, cənub-şərqdən Xuanxe çayı əhatələnir. Burada Badln-Caran, Holalis, Tenqer və Ulanpuxo adlı qumlu massivlər yerləşir. Səhra ərazisində dünyanın ən hürndur barxanı yerləşir (39°53′09″ şm. e. 102°26′52″ ş. u.). Barxanın hündürlüyü 405 metr təşkil edir.
Aldaşın
Aldaşın (fars. الداشين‎) — İranın Ərdəbil ostanının Sərein şəhristanı, Ab-e Garm kəndistanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 695 nəfər yaşayır (146 ailə).
Aleksin
Aleksin — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Abakan silsiləsi
Abakan silsiləsi — Rusiya Federasiyasında Xakas Respublikası ərazisindədir.. Qərbi Sibirin cənub-şərqində, Kuznetsk Alatausunun cənub davamı və Abakan və Tom çaylarının suayrıcıdır. Tom çayının mənbəyindən Teles çayınadək təqribən 300 km məsafədə uzanır. Hündürlüyü 1894 metrədəkdir. Yamacları 1700-1800 metrədək iynəyarpaqlı tayqa meşələri ilə örtülüdür; yuxarıları dağlıq tundra və Alp çəmənlikləridir.
Abakan çayı
Abakan çayı — Xakasiya ərazisindənn axan, Yenisey çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 327 km təşkil edir. Ümumi su toplayıcı hövzəsinin sahəsu 32000 km² təşkil edir. == Axın == Abakan çayı Xaxasiya ərazisində mövcud olan səkkiz inzibati rayondan beşının ərazisindın axır: Askiz, Altaysk, Beysk, Taştıpsk, Usr-Abakan. Abakan çayını əmələ gətirən ısas Çaylar olan Böyük Abakan və Kiçik Abakan çayları öz başlançıqlarını Qərbi Sayan və Altay dağlarından götürür. Çay Samoxval dağları önündə Krasnoyarsk su anbarına tökülür. Yixarı axarlarda çay dərin ensiz yataqla axır. Böyük Monok kəndi yaxınlığında yatağı birdən genişlənir. Butadan Minusinski novuna axır. Burada çay çoxlu qollara ayrılır.
Abakan çölü
Abakan çölü — Rusiya Federasiyasında, Xakas Respublikası ərazisində düzənlik. Abakan və Yenisey çaylarının sol sahilləri boyu Minusa çökəkliyinin qərb hissəsini əhatə edir. Hündürlüyü 500 metrədəkdir. Relyefi, əsasən düzənlik, qərb hissəsi təpəlikdir. Abakan çölündə çoxlu xırda göllər var. Ərazisi qismən şumlanır və dənli bitkilər əkilir..
Abazin dili
Abaza dili — abazaların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Qaraçay-Çərkəzdə yayılmışdır. Bu dildə 30 mindən çox adam danışır. İki əsas dialektə bölünür: tapanta və aşxaraua (şkaraua). 1932–33-cü illərdə latın qrafikası əsasında yazısı hazırlanmışdır. 1938-ci ildən isə kiril əlifbasına keçmişdir. == Orfoqrafiya == 1938-ci ildən bəri abaza dilində aşağıda göstərilən kiril əlifbasından istifadə eolunur.
Abazin rayonu
Abazin rayonu (abq. Абаза район, kab.-çərk. Абазэ район / Абазэ куей, qaraç.-balk. Абаза район, noq. Абаза район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi İnjiç-Çuqun auludur. == Coğrafiyası == Abazin rayonu Qaraçay-Çərkəz Respublikasının mərkəzi hissəsində yerləşir. Rayonun sahəsi 300,19 km²-dir. Qərbdə Xabez rayonu, şimalda Adıge-Xabl rayonu, şərqdə Çerkessk şəhər rayonu və Ust-Cequtin rayonu ilə həmsərhəddir. Rayon şərqdə Kuban çayı, qərbdə onun sol qolu olan Kiçik Zelençuk çayı ilə sərhədlənir.
Alacıq (Çaroymaq)
Alacıq (fars. الاچيق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 152 nəfər yaşayır (36 ailə). == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında,Qaraağac qəsəbəsindən 28,5 km şimal-qərbdədir.