Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sant Albans
Sant Albans (ing. St Albans) — İngiltərədə şəhər.
Birinci Sant Albans döyüşü
Birinci Sant Albans döyüşü (ing. First Battle of St Albans) — 22 may 1455-ci ildə Londonun 35 km şimalında ayerləşən Sant Albansda baş tutan və İngiltərə tarixində Güllər Müharibəsini başladan ilk döyüş. York hersoqu Riçard və müttəfiqləri Somerset hersoqu Edmond Byufort idarəsindəki kral birliklərini məğlub etdilər. Əsasən Sant Albans qəsəbəsinin küçələrində gedən döyüşdə bir çox Lankaster tərəfdarı əsilzadə öldürüldü və VI Henri əsir alındı. Nəticədə York hersoqu Riçard taxt naibi və Qoruyucu Lord seçildi. == Mənbə == Sadler, John (2011). Towton: The Battle of Palm Sunday Field 1461. Pen & Sword Military. p. 60.
Albanca
Alban dili (gjuha shqipe) — Hind-Avropa dilləri ailəsinə aiddir. Balkan yarımadasında, Kosovo, İtaliya və Yunanıstan ərazisində yayılmışdır. Alban dili iki əsas dialektə bölünür: cənub (tosk) və şimal (qek). Alban dilinin fonoloji sistemi 7 sait və 29 samit fonemdən ibarətdir. Qrammatik quruluşuna görə sintetik-flektiv dillərə aiddir. Sintaktik baxımdan sərbəst söz sırası üstünlük təşkil edir.
Kabanes
Kabanes (fr. Cabanès, oks. Cabanas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Nosel kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12041. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 95 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 237 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 123 yaşda olan (15-64 yaş arasında) 90 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 73,2%, 1999-cu ildə 63.0%) idi.
Valkaneş
Valkaneş (mold. Vulcănești, Вулкэнешть, qaq. Valkaneş) — Moldovada Kaqul çayı üzərində yerləşən, Qaqauziyaya aid bir şəhər. 1940-cı ilin noyabrında Valkaneş bir rayon mərkəzinə çevrilir. 1965-ci ildə kənd şəhər tipli qəsəbə, 1995-ci ildən isə şəhər statusu almışdır. 23 dekabr 1993-cü ildə Vulkaneş şəhəri Qaqauziyanın Muxtar Ərazi Birliyinin bir hissəsinə çevrilir. Valkaneş Moldovanın paytaxtından 180 km, Ukrayna sərhədindən 7 km və Rumıniya sərhəddindən 35 km məsafədə yerləşən, 15.26 km² bir əraziyə sahib şəhərdir. 2004-cü il siyahıyaalınmasına əsasən, Valkaneşin əhalisi 15 462 nəfərdir: 47,69% kişilər, 52.31% qadınlardır. 2014-cü il siyahıya alınmasına görə isə şəhəedə 12 185 nəfər yaşayırdı. Etnik tərkibi: 70.25% - qaqauzlar, 11.31% - moldaviyalılar, 7.67% - ruslar, 5.46% - ukraynalılar, 4.13% - bolqarlar, 0.08% - qaraçılar, 0.01% - yəhudilər, 1,06% digər millətlərin nümayəndələridir almanlar, yunanlar, serblər, belaruslar, albanlar, azərbaycanlılar və s.).
Albana
Albana — Azərbaycanda, qədim dövrlərdə mövcud olmuş şəhər. Yunan coğrafiyaşünası Ptolemey "Coğrafi təlimnamə" əsərində Albananın Kas çayı mənsəbində olduğunu göstərmişdir. Bir sıra alimlər buranı Qax rayonundakı Torpaqqala, Rusiyadakı Dərbənd və Zərdab rayonundakı Əlvənd kəndi ilə eyniləşdirirlər. Albananın Bakı yaxınlığında olması da güman ediliir. Lakin Quba rayonundakı indiki Alpan kəndinin Albana olması ehtimalı alimlər arasında daha inandırıcı qəbul edilmişdir.
Albyes
Albyes (fr. Albiès) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Le-Kaban kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09004. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 139 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 73 yaşda (15-64 yaş arasında) 52 nəfər iqtisadi fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,2%, 1999-cu ildə 61.6%). Fəal 52 nəfərdən 50 nəfər (29 kişi və 21 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. 21 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 7 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Alrans
Alrans (fr. Alrance, oks. Alrança) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sal-Kyuran kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12006. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 26 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 393 nəfər təşkil edirdi. == İdarəetmə == == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 204 nəfər (15-64 yaş) arasında 148 nəfər iqtisadi fəal, 56 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 72.5%, 1999-cu ildə bu 62.3%).
Alyans
İttifaq və ya Müttəfiqlik xalqlar, qruplar və ya suveren dövlətlər arasında ümumi fayda təmin edəcək qarşılıqlı maraqlara əsaslanan münasibətlərdir. Bu əlaqələr gizli və ya açıq formada həyata keçirilə bilər. Hər bir ittifaq üzvü müttəfiq adlandırılır. Müxtəlif növ ittifaqlar, o cümlədən də hərbi ittifaqlar, kommersiya ittifaqları və siyasi ittifaqlar yaratmaq mümkündür. Müharibə və hərbi döyüş məsələlərində terminoloji olaraq ittifaq sözü istifadə edildiyi zaman, Müttəfiq qüvvələri, həm də bu qüvvələrin bölmələrini ifadə edir. I Dünya müharibəsi və eyni zamanda da İkinci dünya müharibəsindən bəhs edən hekayələr zamanı bu terminologiyadan istifadə olunur. Rəsmi olaraq hər hansısa bir hərbi ittifaq yaratmaq üçün ümumi bir düşmənə qarşı birgə döyüşəcək müttəfiqlərə ehtiyac yoxdur, bunlardan birinin yanında müharibəyə girməkdə kifayətdir. Müttəfiqlik sözünün hərbi mənada istifadəsi zamanı müharibə başlamamışdan əvvəlki müttəfiqlik münasibətləri deyil, münaqişə nəticəsində bir ittifaqın yaradılması əsasdır. Cümlə daxilində böyük "i" hərfi ilə yazılan ittifaq (İttifaq) sözü ümumiyyətlə Birinci Dünya Müharibəsində Müttəfiq Dövlətlərlə müharibə aparmış olan İttifaq dövlətlərini ifadə edir. Eyni məna ilə nəzərdən keçirildiyi zaman, böyük "m" hərfi ilə yazılan müttəfiq (Müttəfiq) sözü də İkinci Dünya Müharibəsi zamanı Berlin-Roma-Tokio oxu dövlətlərinə qarşı mübarizə aparmış olan Müttəfiq qüvvələrini ifadə edir.
Alban
Albanlar (alb. Shqiptarët) və ya Arnaudlar ― Albaniyanın əsas əhalisi, həmçinin Adriatik dənizi sahillərində, Balkan yarımadasında yaşayan Avropanın ən qədim xalqlarından biri. Ümumi sayları 9 milyon nəfərdir. Təxminən 70%-i müsəlmanlardır. Müsəlmanların əksəriyyəti sünni, azı isə bəktaşidir. Qalan hissəsi katolik və paroslav xristianlarıdır. Ənvər Xocanın dövründə Albaniyada ateizm təbliğ edilirdi. Kommunist hökmranlığın mirası olaraq, müsəlman və ya xristian olan albanların əksəriyyəti dindar deyil və əhəmiyyətli bir qismi dinsizdir. == Tarixi == Albanların əcdadları Avropanın ən qədim avtoxton xalqı olan illiriya tayfaları, xüsusən dardanlar hesab edilir. Albanlar haqqında ilk tarixi qeydlər XI əsrə aiddir.
Ablabes triangulum
Lampropeltis triangulum (lat. Lampropeltis triangulum) — lampropeltis cinsinə aid heyvan növü.
Achillea albinea
Achillea albinea (lat. Achillea albinea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Albanca Vikipediya
Albanca Vikipediya — Vikipediyanın alban dilində olan bölməsidir. Bu günə qədər 100.048 məqalə yaradılıb.
Arbanus (Bükan)
Arbanus (fars. اربنوس‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (37 ailə).
Luis Alvares
Luis Valter Alvares (ing. Luis Walter Alvarez; 13 iyun 1911[…], San-Fransisko, Kaliforniya[…] – 1 sentyabr 1988, Berkli, Kaliforniya) — ABŞ eksperimental fiziki, ixtiraçısı və professoru, "Nobel" mükafatı laureatı (1968) == Həyatı == Luis Valter Alvares 13 iyun 1911-ci ildə ABŞ-də, Kaliforniyanın San-Fransisko şəhərində anadan olmuşdur. O, 1940–1943-cü illərdə Massaçusets Texnologiya İnstitutunda, 1944–1945-ci illərdə Los-Alamos laboratoriyasında işləmişdir. Alvares 1945-ci ildən Kaliforniya Universitetinin professorudur. Əsərləri radiolokasiya və elementar zərrəciklər fizikasına aiddir. Alvaresin rəhbərliyi ilə ilk dəfə qabarcıqlı ən böyük kamera, həmçinin borularında dreyf yaranan xətti sürətləndirici qurulmuşdur. 1968-ci ildə "Nobel" mükafatına layiq görülmüşdür. O, 1 sentyabr 1988-ci ildə Kaliforniyanın Berkli şəhərində vəfat etmişdir. == Seçilmiş əsərləri == "Two-element variable-power spherical lens", Patent US3305294A (December 1964) == İstinadlar == == Əlavə ədəbiyyat == Alvarez, L. W. Alvarez: Adventures of a Physicist. Basic Books.
Qreqorio Alvares
Qreqorio Alvares — Uruqvayın keçmiş prezidenti. General Qreqorio Alvares Uruqvayda hakimiyyəti ələ keçirən xuntaya rəhbərlik edib. 1981-ci ildə isə ölkənin faktiki prezidenti elan olunub. Onun başçılıq etdiyi rejim 1975-ci ildə Çili, Argentina, Uruqvay, Braziliya, Paraqvay və Boliviyanın diktator rejimlərinin tətbiq etdikləri "Kondor" planının reallaşdırılmasında aktiv iştirak edib. Qreqorio Alvares 1973-1985-ci illərdə hakimiyyətdə olduğu dövrdə törətdiyi cinayətlərə görə 2009-cu ildə 25 il həbs cəzası alıb. Məhkəmə Alvaresi 37 nəfərin öldürülməsində, eləcə də bəşəriyyətə qarşı çoxsaylı cinayətlərdə günahkar bilib. 2007-ci ilin dekabrından həbsdə olan 83 yaşlı Alvares səhhətinə görə məhkəmədə iştirak edə bilməyib.
İzabella Alvares
İzabella Alvares (1 mart 2004, Kaliforniya) — ABŞ aktrisası. Əsasən "Shameless", "Westworld" "Walk the Prank" teleşouları ilə tanınır.
Eucalyptus albens
Ağ evkalipt (lat. Eucalyptus albens) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii arealı Tasmaniyadır. Avstraliyanın şərq və cənub-şərqini, Yeni Cənubi Uels mərkəzinin qərb yamacları, şərq düzənliklərini, şimaldan Kvinslendə qədər, Viktoriya ştatının cənubundan şimalına doğru və Cippslendin yuxarı rayonlarını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 25 m, gövdəsinin diametri isə 25 sm-ə çatan həmişəyaşıl ağacdır. Gövdəsi pulcuqla örtülmüş, ağ rəngli qabıq əmələ gətirir. Oduncağı açıq rəngli, sərt və möhkəm, zoğları hamardır. Cavan yarpaqları qarşı-qarşıya yerləşmiş, sayı 4-5 cüt, saplağı qısa, neştərvari və ya dairəvi, uzunluğu 4-7 sm, eni 3-9 sm-dir. Yetkin fərdlərdə yarpaqları növbəli düzülmüş, geniş neştər formasında olub, uzunluğu 10-17 sm, eni 2-3 sm, sərt və boz rənglidir. Çiçək çətiri qınlı olub, süpürgəvaridir.
Stachys albens
Stachys albens (lat. Stachys albens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü.
Anemone albana
Alban güləbətini (lat. Pulsatilla albana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.
Hamosa albens
Astragalus albens (lat. Astragalus albens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Hamosa albens Rydb.
Myobroma albana
Astragalus pinetorum subsp. declinatus (lat. Astragalus pinetorum subsp. declinatus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinin astragalus pinetorum növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR A2c+3c; B1ac(i)+2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. Hündürlüyü 30 sm-ə qədər, gövdəsiz, ağ tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları ellipsvari və ya neştərşəkillidir, yarpaqcıqları hər iki tərəfdən sıx olmayan tükcüklüdür, uc hissəsi sivriləşmişdir. Tacı sarı rəngdədir, nəzərə çarpacaq dərəcədə kasacıqdan uzundur, qanadı enlidir, tərs-yumurtaşəkillidir, uc hissəsi oyuqludur. Yumurtalığı və dişiciyi sıx ağ tükcüklərlə örtülüdür.
Pulsatilla albana
Alban güləbətini (lat. Pulsatilla albana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.
Aranes dili
Aranes dili (Qaskon dilində: Aranés; ispan dilində: Aranese; katalan dilində: Aranès; Fransız dilində: Aranais) Kataloniyanın Val-d'Aran regionunun rəsmi dilidir. Bu dil təxmini olaraq 7000 insan tərəfindən ana dili kimi istifadə edilir. Fransada danışılan qaskon dilinin bir ləhcəsi hesab edilir. 1984-cü ildən bəri isə bu dil məktəblərdə tədris olunur.
Hypericum albens
Hypericum glandulosum (lat. Hypericum glandulosum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Hypericum albens Hoffmanns. Hypericum glandulosum var. vestitum Christ Hypericum milleporum Willd. ex Spreng.
Bellevalia albana
Dağ bellevaliyası (lat. Bellevalia montana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı iri, dəyirmi, 4-5 sm uzunluğunda və 3 sm enindədir. Gövdənin hündürlüyü 20—40 sm arasında dəyişir. Yarpaqları rozet, enli neştərvari, 25—30 sm uzunluğunda, 2-3 sm enindədir. Salxım uzunsov, çoxçiçəkli, enli-piramidavari çiçək saplağı çox uzundur. Çiçəkyanlğı 10 mm uzunluğunda, uzunsov boruşəkillidir, solğun-bənövşəyi, qonur, qurudulduqda sarımtıl-qırmızı, üçkünc-yumurtavari olub, sivriləşmiş, uzunluğu çiçəkyanlığından qısadır.