Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Anakonda
Anakonda, və ya Nəhəng anakonda, Adi anakonda, Yaşıl anakonda (lat. Eunectes murinus), — yatağanlar fəsiləsinə aid olan ilan növü. Köhnə ədəbiyyatda "su yatağanı" olaraq keçərlidir. == Tarixi == Anakondalar haqqında ilk yazılı məlumat Pedro Sesa de Leonun 1553-cü ildə "Peru Xronikası" kitabında əks olunmuşdur. == Xarici görünüş == ASnakonda müasir dünya faunasının ən əzələli ilanı kimi anılır. Gövdəsinin rəngi gümüş-yaşıldır və düzbucaqlı, dairəvi formalı, iki qəhvəyi şaxmat quruluşlu ləkələrə sahib olurlar. Bu formalı rəngi sayəsində suyun altında, sıx yarpaqların və yosunların işində asanlıqla gizlənə bilirlər. Zəhərsiz canlılardır. İnsanları dişləməsi böyük təhlükə törətməsə də, dişləmələr kifayət qədər ağrılı ola bilir. === Ölçüləri === Bu canlıların uzunluğunun 6 metrdən böyük olması barədə çoxlu şaiyələr gəzir.
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında (ing. Anacondas: The Hunt for the Blood Orchid) 2004-cü ildə Dwight H. Little tərəfindən çəkilmiş Amerika macəra qorxu filmidir. Bu, Anakonda (film,1997) filminin müstəqil davamı və Anakonda seriyasının ikinci hissəsidir. Film Cənub-Şərqi Asiyanın tropik adası Borneoya insanlara daha uzun və sağlam həyat gətirəcəyinə inandıqları müqəddəs çiçək üçün ekspedisiyaya gedən tədqiqatçılar qrupundan bəhs edir. Lakin tezliklə onları adada yaşayan anakondalar təqib edir və ovlayır. Sələfi kimi, bu film də mənfi rəylər aldı, lakin maliyyə sahəsində uğur qazandı. Filmin ardınca 2008-ci ildə Anakonda 3: Övlad adlı davam filmi çəkildi. == Məzmun == Dr. Cek Bayron, Qordon Mitçell, Sem Rocers, Qeyl Stern, Koul Börris ve Dr. Ben Duqlas da daxil olmaqla Nyu York dərman firması Wexel Hall tərəfindən maliyyələşdirilən bir tədqiqatçı qrupu Borneo'dakı bir meşəyə, perrinnia Immortalis adında bir çiçəyi tapmaq üçün yollanır.
Ankona
Ankona (it. Ancona) — İtaliyada şəhər. Marke vilayətinin və eyni adlı Ankona əyalətinin inzibati mərkəzi. == Ümumi məlumat == Adriatik dənizi sahilində (28.2.2010 etibarıyla) 102.477 əhalisi olan bir liman şəhəridir. Ancona, Adriatik dənizinin ən böyük ticarət limanıdır. Adriatik dənizi sahilində, Konero burnunun şimal sahilindədir. Mühüm dəniz portu. Aeroport. Dəmiryol stansiyası. Hərbi dəniz bazası.
Banksia anatona
Dryandra anatona (lat. Dryandra anatona) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Dryandra anatona
Dryandra anatona (lat. Dryandra anatona) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin dryandra cinsinə aid bitki növü.
Ananda Marqa
Ananda Marqa — qeyri-ənənəvi dini cərəyan. Sanskrit dilindən tərcümədə "səadət yolu" mənasını ifadə edən bu dini cərəyan 1955-ci ildə Hindistanda, Bihar ştatının Camalpur şəhərində Prabhat Rancan Sarkar (1921-1990) adlı hindli tərəfindən yaradılmışdır. Rancan Sarkar 1954-cü il noyabrın 7-də Camalpur şəhərində tərəfdarları qarşısında çıxış edərək, "Brahma İsta Marqa" (Brahmaya aparan yol) adlı yeni dini cərəyan yaratdığını elan etmişdir. Cərəyan 1955-ci ilin 9 yanvarında təşkilat kimi Bihar ştatında qeydiyyatdan keçmiş və həmin ilin 7 noyabr tarixindən etibarən Ananda Marqa adı ilə fəaliyyətə başlamış, meditasiya dərsləri üçün müəllimlər hazırlamışdır. Sarkar yaratdığı və rəhbərlik etdiyi təşkilatın üzvlərini moralistlər (əxlaq dərsi verənlər) adlandırmışdır. Onun təliminə görə, meditasiya vasitəsilə ali düşüncə əldə edən insanlar bir-birinə ruhən yaxınlaşaraq, indiki dünyanı tərk edir, yeni həyata daxil olurlar. Bu cərəyan özündə yoqaya məxsus psixotexniki meditasiyası ilə tantrizmin (sehrli dini ayinlər vasitəsilə fövqəltəbii enerji əldə etmək haqqında təlim) vəhdətini ehtiva edir. Sarkar deyirdi ki, "Mən ardıclılarımı tanrılara və müqəddəs varlıqlara çevirəcəyəm. Qalib olmaq üçün insan öz həyatını, mövcudluğunu unutmalıdır". Onun fikrincə, insanlar özlərini müxtəlif dil, din, millət qruplarına bölünmək əvəzinə, bütün bəşəriyyətin daxil olduğu vahid, böyük ailənin hissələri hesab etməlidirlər.