Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Animalia
Heyvanlar (lat. Animalia və ya lat. Metazoa) — orqanizmlər toplusu, bioloji məkan, zoologiya elminin tədqiq obyekti. Ənənəvi olaraq heyvanlar hazır üzvi birləşləmələrlə qidalalanlar və daima hərəkət edənlər olaraq iki qrupa ayrılır. Heyvanlar həm də xarici və daxili quruluşuna, çoxalma və inkişafına, davranışına görə müxtəlifdir. Bu müxtəlifliyi aydın təsəvvür etmək üçün fili, tısbağanı, köpəkbalığı və ağcaqanadı müqayisə etmək kifayətdir. Heyvanlar hər yerdə – Yer üzərində, torpaqda, suda, havada yaşamağa uyğunlaşmışdır. Bir çox heyvanlar bitkilərdə, digər heyvan orqanizmlərində, hətta insan orqanizmində yaşayır. Bütün heyvanlar yaşadıqları mühit şəraitinə uyğunlaşmışdır. Hava həyat tərzi (uçmaq həyatı) ilə əlaqədar quşlarda, yarasalarda, cücülərdə qanadlar inkişaf etmişdir, su həyatı ilə əlaqədar olaraq sürüşkən bədən forması, üzgəclər (balıqlarda) və ya kürəkşəkilli ətraf (balinada, suitidə) inkişaf etmişdir.
Animalistik janr
ANİMALİSTİK JANR – heyvanlar aləmini təsvir edən incəsənət növü. Janr kimi Çində yaranmışdır (8 əsr). Heyvanın təsvirində onun vərdişləri və yaşadığı mühit animalist rəssamın diqqət mərkəzində olur. İbtidai incəsənət nümunələrindəki heyvan və quş təsvirləri rəssam ovçuların yüksək müşahidəçilik qabiliyyətini göstərir. “Heyvani üslub”da, o cümlədən skif mədəniyyəti abidələrindəki stilizə edilmiş heyvan fiqurları çox həyatidir; belə nümunələrə Qədim Şərq, Afrika, Okeaniya, qədim Amerika və bir çox dünya xalqlarının incəsənətində – qədim vazalar üzərində, antik heykəltəraşlıqda, mozaikalarda təsadüf edilir. Qobustan qayaları üzərində də heyvan təsvirləri var. Antik dövr, orta əsrlər, həmçinin İntibah dövrü incəsənətində bu janrda əsərlər yaradılmışdır. 16-cı əsrdən müstəqil janra çevrilmiş Animalistik janr 17-ci əsrdə Flandriya və Niderlandda, 18-ci əsrdə Fransada, 19-cu əsrdə isə Almaniya (A. Qaul), Rusiya (P.K. Klodt və Y. Lansere), ABŞ (C. Odübon) və başqa ölkələrdə daha da inkişaf etdirilmişdir. Orta əsr Azərbaycan miniatür rəssamları da bir çox heyvan təsvirinə (at, ceyran, pələng, əjdaha, quş və s.) müraciət etmişlər (Mir Müsəvvir – “Ənuşirəvan və bayquşların söhbəti”, Ağamirək İsfahani –“Məcnun vəhşi heyvanlar arasında”, Sultan Məhəmməd –“Bəhram-Gurovda” və s.). Azərbaycan sənətkarlarından M.Mirqasımov, Q.Xalıqov, Ə.Kazımov və başqa Animalistik janrda əsərlər yaratmışlar.
The Animals
The Animals (həmçinin Animals & Friends və Eric Burdon and the Animals kimi tanınır) — 1963-cü ildə Nyukasl apon Taynda yaradılmış ingilis rok qrupudur. == Tarixi == The Animals rok qrupu 1963-cü ildə Nyukasl apon Taynda yaradılmışdır. 1960-cı illərin ortalarında qrupun tərkibi çoxsaylı kadr dəyişikliyinə məruz qaldı və 1966-cı ildə qrupun ilkin orijinallığının, yaradıcılıq təcəssümunün parçalanmasına səbəb olan zəif biznes idarəçiliyindən əziyyət çəkdilər. Bördon daha sonra Eric Burdon və "The Animals" adı altında əsasən yeni musiqiçilər qrupunu topladı. Çox dəyişmiş tərkibdə qrup Kaliforniyaya köçür və onilliyin sonunda dağılmazdan əvvəl "San Franciscan Nights", "When I was Young" və "Sky Pilot" kimi hitləri ilə psixodelik və mütərəqqi rok qrupu kimi kommersiya uğuru qazandı. Bördon, Prays, Çandler, Valentin və Stilin orijinal qrupu 1968-ci ildə Nyukaslda birdəfəlik xeyriyyə konserti üçün yenidən birləşdi. Daha sonra, 1975 və 1983-cü illərdə qısa geri dönüşlərə başladılar. O vaxtdan bəri müxtəlif adlar altında orijinal dövrün üzvlərinin bir neçə dəfə qismən yenidən qruplaşması baş verdi. Ümumilikdə qrup həm UK Singles Chart-da həm də ABŞ Billboard Hot 100-də 10 ən yaxşı 20 hit əldə etmişdir. "The Animals"ın ilkin orijinal tərkibi 1994-cü ildə Rock & Roll Şöhrət Zalına daxil edilmişdir.