Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Apofeoz
Apofeoz — Yunan dilindən tərcümədə "ilahiləşdirmə" kimi tərcümə olunur. Operalarda, xüsusən, baletlərdə təntənəli və ya coşğun, şən xarakterli son səhnənin adı və ya hər hansı bir musiqi pyesinin təntənəli sonu.
Müharibənin apofeozu
Müharibənin apofeozu (rus. Апофеоз войны) — 1871-ci ildə Rusiya rəssamı Vasili Vereşşagin tərəfindən çəkilmiş tablo. Ən əvvəl bu şəkil "Teymurləngin təntənəsi" adlanırdı. Onun ideyası Teymurləng ilə bağlı idi, qəsbkar qoşunlarının keçdiyi yerlərdə öz arxasınca bu kimi kəllələr yığını qoyub gedirdi, lakin əsər konkret surətdə tarixi səciyyə daşımırdı. Tarixi rəvayətlərə görə, Bağdad və Dəməşq qadınları Teymurləngə müraciət edərək, günah və pozğunluqlar içərisində batıb qalmış ərlərindən ona şikayət etmişdir. Onda Teymurləng 200 minlik ordusunun hər bir döyüşçüsünə əmr etmişdi ki, hər biri pozğunluqla məşğul olan bir kişinin başını kəsərək gətirsin. Onun əmri yerinə yetirildikdən sonra kəsilmiş kəllələrdən yeddi piramida ucaldılmışdı. Digər versiyaya görə isə, məşhur "Müharibənin sonu" şəkli Vereşşagin tərəfindən onun üçün danışılmış bir hekayətin əsasında yaradılmışdı. Deyilənə görə, o, Kaşqar hakimi Vəlixan-Tövrə avropalı səyahətçini qətlə yetirdikdən sonra, onun kəlləsini başqa qətl olunanların kəllələrindən düzəldilmiş piramidanın zirvəsinə yerləşdirməyi əmr etmişdi.
Apoptoz
Apoptoz (yun. άπóπτωσις – yarpaq tökümü, ləçəklərin tökülməsi), proqramlaşdırılmış hüceyrə ölümü (PHÖ) – hüceyrənin öz-özünü məhv etməsi prosesi. Apoptoz konsepsiyası ümumi bioloji proqram kimi 1972-ci ildə ingilis alimləri C.Kerr, A.Villi və A.Kyurri tərəfindən işlənib hazırlanmışdır. Apoptozun mexanizmi heyvanlarda daha yaxşı öyrənilmişdir. Onlarda hüceyrə ölümünün iki mümkün variantı var: Apoptoz və nekroz. Apoptoz zamanı hüceyrənin həcmi kiçilir, onun nüvəsi və sitoplazması kondensasiya edir və DNT zənciri qırılır. Məhv olan hüceyrə membranla əhatə olunmuş apoptoz cismciklərə parçalanır və sonra faqositoza məruz qalaraq, makrofaqlar, yaxud qonşu hüceyrələr tərəfindən həzm edilir. Hüceyrənin məhv olmasının proqramlaşdırılmamış patoloji forması olan nekroz sitoplazmatik və hüceyrədaxili membranların parçalanması ilə xarakterizə olunur. Bu, fiziki və kimyəvi zədələnmələr (mexaniki zədə, donma, yanıq, oksigen çatışmazlığı, zəhərlənmə) nəticəsində baş verir. PHÖ-nün üç əsas fizioloji funksiyası var: 1) orqanizmin fərdi inkişafının və hüceyrənin diferensiasiyasının proqramlarla təmin edilməsi; 2) hüceyrə homeostazının saxlanması; 3) patogenlərdən müdafiə.