Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paphos
Pafos (yun. Πάφος türk.Baf) - Kipr adasının cənub-qərb hissəsində yerləşən bir şəhər.Şəhər eyniadlı inzibati rayon mərkəzidir. (Kipr Respublikasının 6 rayonlarından biri). Mifologiyaya görə, Pafos yunan sevgi tanrısı Afroditanın vətənidir.51 ildə(e.ə)şəhərdə Kiprin məşhur natiqi Mark Tulliy Çiçero yaşayırdı. Pafos UNESCO Ümumdünya mədəni və təbii irs siyahısına əlavə edilir.Şəhərin yaxınlığında Beynəlxalq hava limanı yerləşir. Pafos şəhəri noyabr və mart aylarında yüksək yağıntı ilə müşahidə olunan, Aralıq dənizi iqliminə malikdir. Yayda,xüsusilə iyul və avqust aylarında yağış yağmır.Orta rütubət 85%-dir. Təxminən hər 10 ildə bir qar yağır. Qar tez əriyir. Sonuncu dəfə güclü qar yağıntısı şəhərin mərkəzində 2001-ci ilin qışında müşahidə olunub.
Papiros
Siqaret (fr. cigarette – kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr. Siqaretlərin əksəriyyəti eyni ölçüdə — uzunluğu 84 mm, diametri 7–8 mm olmaqla hazırlanır və ziyanverici qatranı tutmaq üçün xüsusi filtrə malik olur. Hər biri 20 ədəd olmaqla kiçik qutularda buraxılır. 10–25 və s. sayda xüsusi siqaretlər qutusu da ola bilər. Siqaret kağızının əksəriyyəti kətandan hazırlanır. Onun tərkibinin 20–30%-ni ağardıcı effekt verən kalsium-karbonat təşkil edir. İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. Siqaret Avropada Krım müharibəsindən (1853–1856) sonra yayılmağa başlayıb.
Aphos
Aphos (lat. Aphos) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin batraxkimilər dəstəsinin batraxlar fəsiləsinə aid heyvan cinsi.
Megupsilon aporus
Paralio Astros
Paralio Astros (yun. Παράλιο Άστρος) – Yunanıstanda şəhər.
Spiros Papalukas
Spiros Papalukas (yun. Σπύρος Παπαλουκάς; 1892, Desfina – 3 iyun 1957, Afina) — Yunanıstan rəssamı. Yunanıstan rəssamlığının "1930-cu illər nəsli" adlandırılan generasiiyanın "sələfi" kimi xarakterizə olunur. == Qəbulu == Fotis Kondoğlu Papalukası Parisdən tanıyırdı. O, yazırdı ki, Papalukas Parisdə yaşadığı bütün vaxtlarda gəncləri maqnit kimi özünə cəlb edən, onları məst edən bu şanlı şəhərin heç bir sevincini hiss etməmişdir. Papalukas ətrafında qaynayan həyata fikir verməyərək, öz "qalasında" bağlı qaldı. Onu maraqlandıran yeganə şey sənəti idi. Rəssam və yazıçı Nikos-Qavriil Pendzikis yazır ki, qədimliyin ağırlığını daşıyan bugünkü ellinizm rəngarəngliyində Papalukasın mənşəyi özünü tacir kimi aparanlardan fərqli kəndli şüuru ilə onu yeniliklərdən ehtiyatlı olmağa vadar edir.
Aspos (Təbriz)
Aspos (fars. اسپس‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 552 nəfər yaşayır (142 ailə).
Apios sinensis
Çin filbaharı (lat. Wisteria sinensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin filbahar cinsinə aid bitki növü. == Arealı == Şərqi Çində geniş yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü 20 m-ə, çətirinin diametri 4 m-ə çatan, dırmaşan, kolvari liandır. Yarpaqları mürəkkəb, təklələkvari olub, qışda tökülən, uzunluğu 30 sm-ə çatır. Yarpaqcıqları 7-13 ədəd, ovalvari uzunsov, təzə yarpaqları qırmızımtıl rəngə çalır. Ucu şiş çıxıntılıdır. Çiçəkləri mavi – bənövşəyi, zəif ətirli, çoxçiçəkli, uzunluğu 25-40 sm, eni 6-10 sm-ə qədər olan salxımlarda yerləşir. Çiçək oxu və çiçək saplaqları zəif tüklüdür. Tacı göyümtül-bənövşəyi, solğun bənövşəyi və ya mavi-göydür.
Andros (Baham adaları)
Andros (ing. Andros Island) Baham adalarının ən böyük adası. Sahəsi 5,957 kv. metkilor (2,300 kv. mil), uzunluğu 167 kilometr (104 mil) və eni 64 kilometr (40 mil) qədərdir. == Əhali == 2010-cu ilin məlumatına görə, Andros adasının əhalisi 7,386 nəfərdir. Ada bütün Baham adalarında əhalinin ən aşağı sıxlığa malikdir.