Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Areometr
Areometr — (yun. άραιός – zəif, sıx olmayan; burada – maye + metr) – maye (bəzən də bərk) cismlərin sıxlığını, məhlulların qatılığını (konsentrasiyasını) təyin edən cihaz. Areomet ölçmə üçün mayeyə daldırılan üzgəc tipli sıxlıq ölçənlərə aiddir. İş prinsipi Arximed qanununa əsaslanır. Şkalalı borucuq şəklində olan üzgəc ölçmə aparmaq üçün tədqiq olunan mayeyə daldırılır. Üzgəcin dalma dərinliyinə (onun sıxışdırıb çıxardığı mayenin həcminə) və çəkisinə görə mayenin sıxlığı təyin edilir; mayenin sıxlığı az olduqca dalma dərinliyi böyük olur. Təcrübədə sabit çəki areometri daha çox işlədilir və sabit həcm areometri tətbiq edilir. Sabitçəki areometrlərinə şkalası sıxlıq vahidləri ilə dərəcələnmiş densimetrlər və məhlulun konsentrasiyasını ölçmək üçün şkalası həcm, yaxud kütlə %-inə dərəcələnmiş areometrlər aid dir. Bir çox mayelərin sıxlığının temprdan asılılığını nəzərə alaraq bəzi areometrlərin termometri də olur. Maye və qatışıq məhlullarda sıxlığı və qatılığı ölçən areometrlərə müxtəlif adlar verilir: məs, laktodensimetr südün yağlılığını, spirtölçən suda olan spirtin miqdarını, şəkərölçən şirələrdəki şəkərin miqdarını təyin edir.
Anemometr
ANEMOMETR – küləyin və qaz axınlarının sürətini ölçən cihaz. Küləyin sürəti fırlanğıcın dövrlər sayı ilə (Fuss Anemometri), manometrik (Pito borusu) və termoelektrik üsulla ölçülür. Əl Anemometrindən, anemoqrafdan və anemorumbometrdən daha cox istifadə edilir. Anemoqraf küləyin sürətini fasiləsiz qeyd etmək, anerorumbometr isə küləyin istiqamətini təyin etmək üçundur. Anemometrin əsas növləri qanadlı, fincanlı və manometrik Anemometrdir. Qanadlı Anemometr ventilyasiya sisteminin boru və kanallarında havanın istiqamətlənmiş axın sürətini; fincanlı Anemometr küləyin orta (müəyyən zaman intervalında) sürətini; manometrik Anemometr küləyin ani sürətini təyin etmək üçündür. Külək sürətinin təhlükəli təsirini və ani şiddətinin davametmə müddətini müəyyənləşdirmək və bununla əlaqədar gözlənilən qəzaya qarşı uyğun qurğuları işə salmaq üçün siqnal qurğulu avtomatik Anemometrlərdən də istifadə edilir. Ölçmə xətası 0,05–0,1 m/saniyyədir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Barometr
Barometr (q.yun. βάρος) – atmosfer təzyiqini ölçən cihaz. Mayeli, qazlı və metal (aneroid) Barometrlər olur. Hipsotermometrlər də Barometrlərə aiddir. Mayeli Barometrlərin əksəriyyəti civəlidir. Atmosfer təzyiqi dəyişdikdə borudakı civə sütunu da atmosfer təzyiqinə uyğun olaraq dəyişir. Civəli barometr 1644-cü ildə italyan fizik və riyaziyyatçı Evangelista Torriçelli tərəfindən kəşf edilmişdir.
Taxeometr
Taxeometr(ing. Total station; mənası: yığılmış duracaq) — ən çox topoqrafiya işlərində işlənən optik cihazdır. Əski ölçü cihazların avtomatlaşdırılmışıdır. Taxeometr iki əsas bölməyə bölünür: Elektronik teodolit, elektronik ara ölçən(electronic distance meter). Proqram - bu bölmə alınmış məlumatları yoxlayır. bu proqram kompüter tərəfindən yoxlanır. Taxeometr iş üstündə avtomat şəkildə ara və bucaqları ölçüb alınan məlumatları yaddaşında saxlayarkən onların koordinatlarını hesablayıb istifadə etməyə hazırlayır. Bəzi modellər GPS ilə təchiz edilmişdir, bu cihazdan çoxluca tuşlamaq üzrə istifadə edilir. Tikinti işlərində işlənən taxeometrlər - bu model taxeometrlərin ara ölçü səviyyələri azdır. Ellilik modellər - bu modellərin ara ölçü səviyyələri orta səviyyədədir və bu modellərdən geniş istifadə edilir.