Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Corcio Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri. == Məlumat == Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir. == Sport == "Olimpia Milano" basketbol yığımın prezidentidir.
Corco Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri. == Məlumat == Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir. == Sport == "Olimpia Milano" basketbol yığımın prezidentidir.
Jorjio Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri. == Məlumat == Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir. == Sport == "Olimpia Milano" basketbol yığımın prezidentidir.
Xosrov xan Armani
Xosrov xan kimi də tanınan Xosrov sultan Armani (vəfatı 1653) — XVII əsrdə Səfəvi rəsmisi, hərbi sərkərdə və erməni əsilli qulam. Müxtəlif vaxtlarda çox sayda vəzifə tutmuşdur. Əvvəlcə uzun müddət Bəxtiyari qəbiləsinin uzun müddət darğası (daruğah-ye il-e Baxtiyar) olmuşdur. Sonra Qarabağdakı Cavanşir qəbiləsinin idarəçisi (hakem-e il-e Cavanşir) vəzifəsini icra etdi. Daha sonra "ov ustası" (mir shekār-bashi) vəzifəsini tutdu və Əbhər (Sultaniyə) qubernatorluğuna (bəylərbəyi) təyin olundu. Nəhayət, 1643-1653-cü illərdə Şirvan qubernatoru (bəylərbəyi) vəzifəsini də icra etdi. Şirvanda qubernatorluğu dövründə Xosrov 1651-1653-cü illərdə Səfəvi-Rusiya müharibəsi zamanı Terek çayının Səfəvilərin ərazisindəki rus qalasının dağıdılması və qarnizonun qovulması ilə nəticələnən Səfəvilərin uğurlu hücumunda iştirak etdi. Dini qəbul etdiyini bildirmək üçün o dövrdəki mənbələrdə Xosrovu "İslam üçün yeni" (jadid ol-eslam) adlandırırdılar. Oğulları Allahverdi xan (gürcü Allahverdi xanla səhv salmasaq) və İmamverdi bəy bir neçə nüfuzlu mövqe tutacaqdılar. == Mənbələr == Baghdiantz-McCabe, Ina.
Əmir bəy Armani
Əmir bəy Armani — 17-ci əsrdə Səfəvilərdə olan erməni mənşəli qulam. I Şah Səfi (1629-1642) və II Şah Abbasın (1642-1666) şahlıq etdiyi dövrdə xidmət etmiş və bir neçə il şah somelyesi (şirehçi başı), habelə Qaskar bəylərbəyi (1633-1643) kimi fəaliyyət göstərmişdir. Əmir bəy Armani sələfi Mənuçöhr xan bir müddət əvvəl taxt-taca çıxan şah Səfinin təmizlənmə siyasətinin qurbanı olandan sonra Qaskar bəylərbəyliyinə təyin olundu. Şirehçi başı kimi onun yerinə gələn Səfiqulu adlı bir oğlu var idi. == Mənbələr == Baghdiantz-McCabe, Ina. Caucasian Elites and Modern State-Building in Safavid Iran // Chaudhury, Shushil; Kévonian, Kéram (redaktorlar). Les Arméniens dans le commerce asiatique au début de l'ère moderne. Maison des Sciences de l'Homme. 2008. səh.
Almanın günahı (film, 2014)
Almanın günahı qısametrajlı sənədli filmi rejissor İdris Heydərov tərəfindən 2014-cü ildə çəkilmişdir. İzmediada istehsal edilmişdir. Film Almaniyada baş verən siyasi hadisələri araşdırır. == Məzmun == Avropanın mərkəzində 40 min nümayişçi amansızlıqla dağıdılıb. Polis heç kimə rəhm etmir: nə qocalara, nə qadınlara, nə də uşaqlara...Min nəfərdən çox fəal həbs edilib, bloqqerlərə, jurnalistlərə qarşı cinayət işi açılıb, hətta parlamentin deputatları da təqib olunurlar. Söz, toplaşmaq azadlığının pozulması...Eynulla Fətullayevə müsahibə verən alman hüquq müdafiəçiləri təsdiq edirlər ki, liberal Almaniya amansız avtoritarizmə qayıdır.Film Almaniyada baş verən siyasi hadisələri araşdırır.
Yük açmanın xüsusi avtomatikası
YAXA (Yük açmanın xüsusi avtomatikası) — yük açmanın xüsusi avtomatikası. == Ümumi məlumat == İki enerji sistemi və enerji sistemin hissələrini əlaqələndirən xətlərdən birinin qəza açılması zamanı yerdə qalan xətlərdə aktiv gücün yolverilməz artımı baş verə bilər. Enerji sistemi bölmədən və generasiya olunan gücü açmadan dayanıqlığı qorumaq üçün enerji sistemin qəbuledici hissəsində yüklərin qısamüddətli avtomatik açılması effektiv vasitələrdən biridir. Bu funksiyanı YAXA yerinə yetirir. == YAXA-nın işi == YAXA-nın işəsalıcı faktoru onun quraşdırıldığı 110–220 kV-luq obyeklərin şinlərində gərginliyin aşağı düşməsidir. Əlavə faktorlar kimi, bir və ya bir neçə xəttin açılması nəzərdə tutula bilər (əvvəlki gücə nəzarət etməklə və ya etmədən). Əlavə işəsalıcı faktorların seçilməsində çətinlik olduğu istisna hallarda, YAXA-nın işi qısaqapanma səbəbindən gərginliyin azalması zamanı bloklanmaqla yerinə yetirilir (qısaqapanma zamanı təsir etmir). Qaydalara görə, YAXA-nın təsirindən daha çox güc tələb edən, lakin texnoloji prosesin xarakterinə və dərəcəsinə görə az əhəmiyyətli yüklər açılır. YAXA işləyən zaman ATQ-yə qadağa qoyulmalıdır. Qidalanmanın sonrakı bərpası operativ personal tərəfindən həyata keçirilir.
Almandin
Almandin - mineral == Haqqında == Almandin piralspit seriyasından qranat. Fe2+3Al2[SiO4]3. Adətən pirop və spessartin qatışıqları olur. Rəngləri çəhrayı, qırmızı, qonurdan qarayadək. Xüsusi çəkisi 3,9-4,3, a=11,526 Å, p=1,77-1,83. Xlorit, epidot, amfibol və hematitə çevrilir. Regional metamorfizmə uğramış gil süxurları üçün səciyyəvidır, həmçinin termik metamorfizm süxurlarında və skarnlarda rast gəlir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Ardanış
Ardanış — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalının Çəmbərək rayonunda kənd. == Tarixi == Ardanış Göyçə mahalının şimal-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin ətəyində Göyçə gölünün şimal sahilində, İrəvan-Basarkeçər dəmir yolunun və Basarkeçər-Qazax avtomobil yolunun üstündə yerləşən Çəmbərək rayonunun böyük və qədim kəndlərindən biridir. Şərqdən Cil, qərbdən Şorca kəndləri ilə həmsərhəddir. Çəmbərək (indiki Krasnoselo) rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 1954 metr hündürlükdə yerləşir. Ərazisi 45.5 kv. km-dir. 1986-cı ildə 2500 nəfər əhalisi olub. Kəndin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub (Bu dövrdə Bakıda və SSRİ-nin müxtəlif şəhərlərində Ardanış əsilli 7 mindən çox insan yaşayırdı). Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib.
Arginin
ARGİNİN – 2-amin-5-quanidinvalerian turşusu. Əsas aminturşulardan biridir. (NH=C(NH2)NH(CH2)3CH(NH2)-COOH). Əsasi xassəlidir. Zülalların tərkib hissəsidir; protaminlərdə (85%-ədək) və histonlarda daha çoxdur. Arginin xeyli miqdarda bitkilərdə (qırmızı yosunlar, qabaqkimilər), xüsusilə ehtiyat və rüşeym orqanlarında mövcuddur. Yetkin heyvanlarda və insanda Arginin əvəzolunan aminturşular qrupuna aiddir, cavan orqanizmlərdə isə onun biosintezi kifayət qədər deyildir. Arginin sidik turşusıu ornitin (bax Ornitin tsikli), kreatin və bir sıra digər birləşmələrin sintezində iştirak edir və ondan bioloji fəal azot (II) oksidi əmələ gəlir.
Armavia
Armavia (erm. Արմավիա;ing. Armavia) — Ermənistanda hava daşımalarına həyata keçirən şirkət; beynəlxalq hava daşınmaları sahəsində erməni inhisarçısı. Şirkətin əsası 1996-cı ildə qoyulmuşdur. "Aviafin" MMC və "Mik Ermənistan Treydinq" MMC erməni təşkilatları tərəfindən təsis edilmişdir. Əsas aeroportu İrəvanda yerləşən "Zvartnos" hava limanıdır. Aviaşirkət 48-dən çoxda müntəzəm reysləri yerinə yetirir (Yaxın Şərq, Avropan, Asiya və Şimali Afrikanın şəhərləri). Əsas reys və çarter beynəlxalq uçuşları Zvartnos aeroportundan həyata keçirilirlər. 29 mart 2013 tarixində şirkətin müflis olduğu bəyan edildi. Ermənistandan, ən çox Rusiya, MDB həmçini Yaxın Şərq və Avropanın şəhərlərinə marşrutlar həyata keçirilirdi.
Armavir
Armavir — 1932-ci ildə Sərdarabad şəhərinin dəyişdirilmiş adı. Armavir rayonu — 1932-ci ildə Sərdarabad rayonunun dəyişdirilmiş adı. Armavir mərzi — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Armavir (qədim şəhər) — Qədim erməni Ararat çarlığının paytaxtı və dini mərkəzi.
Alanin
Alanin (Ala, A) (HO2CCH(NH2)CH3) eyni zamanda 2-aminopropanoik turşusu olaraq adlandırılır. Ən çox istifadə olunan aminturşulardandır. Proteinlərin təxminən %7.8'i alanin özülündən ibarətdir. D-alanin, bəzi bakteriyaların hüceyrə divarlarında və peptid antibiotiklərin formullarında da vardır.
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Armini
Armini (təq. e.ə. 17[…] – təq. 21) — germanların Xerusk tayfasının başçısı. == Həyatı == Qədim german tayfalarının qəhrəmanı. Xerusk tayfaları ordularının komandanı Siqimerin oğlu Armini idi. O, dövrün ənənələrinə uyğun olaraq Romada tərbiyə alıb gənc yaşlarından imperator Avqustun qoşununda qulluq etmişdi. Üzdə özünü imperiyaya sadiq göstərsə də, imperatorun şəxsən ona yaxşı münasibətinə baxmayaraq, Romada döyüş qaydalarının və hərbi taktikanın bütün sirlərini öyrənəndən sonra Germaniyaya qaçmışdı. Germaniyada bu zaman Roma legionlarına əslən suriyalı prokonsul Kvintali Var başçılıq edirdi. Daha doğrusu, o, Reynin o biri sahilindəki tayfa və xalqları itaətdə saxlamaq vəzifəsini icra edən general-qubernator idi.
Amandin Burjua
Amandin Burjua — 12 iyun 1979-cu ildə anadan olan Fransız müğənni. Amandin Burjua 2013 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "L'Enfer Et Moi" mahnısı ilə təmsil edib.
Andrey Arşavin
Andrey Arşavin (rus. Андре́й Серге́евич Арша́вин; d. 29.5.1981, Sankt-Peterburq, Rusiya SFSR, SSRİ) — futbol üzrə Rusiya yığmasının keçmiş kapitanı, Rusiyanın Zenit Sankt-Peterburq klubunun oyunçusu. == Həyatı == Andrey Arşavin Sankt Peterburqda doğulub. Atası həvəskar futbolçu olub. == Ailəsi == Alisa evli olub və iki uşağı var. Cütlük Londonda hələ Arşavin Arsenalda oynadığı vaxtda tanış olublar. Onlar birgə basketbol oyununda paparazzilərin kamerasına tuş gəliblər. May ayının sonlarında futbolçu yeni sevgilisi ilə birgə Mayaminin tanınmış çimərliklərindən birində görünüb. Arşavin həyat yoldaşı ilə boşanıb.
Ardanış yarımadası
Ardanış yarımadası — Qərbi Azərbaycan ərazisində (İndiki Ermənistan), Göyçə gölünün şərqində (mərkəz hissədə) yerləşir. Tarixi Göyçə mahalı və Qaraqoyunlu mahalı kimi mahalların Çəmbərək rayonu ərazisinə daxil idi. Yarımada boyunca dağ silsiləsi uzanır və onun şərqində körfəz, qərb qutaracağında isə burun yerləşir. Yarımadanın sahəsi 25 km² təşkil edir. == Flora və faunası == Yarımada hal-hazırda Sevan milli parının ərazisinə daxildir. Ümumilikdə yarımadanı bu baxımında uç yerə bölmək olar: Sahilyanı (meşələr əsasən şam ağacı, ərik kimi ağaclar və bir sıra giləmeyvə kollarından təşkil olunub) Orta hündürlük bölgəsi (20–100 m) (ardıc və qızılgül). Alp bölgəsi (100 m yüksək ərazi) (əsasən alp çəmənlikləri yayılmışdır.Yarımadada boz qaz, ağqanad turpan, qırmızıbaş qaraördək, ağqanad ördək, ala ördək, çöl ördəyi, qu quşu, adi qaşqaldaq, Ermənistan qağayısı, böyük qarabatdaq, kiçik qarabatdaq, ibis və flaminqo kimi quşları qarşılayır. Burada ümumilikdə 250 növ quşa rast gəlinir.
Armando Manzanero
Armando Manzanero Canché (7 dekabr 1935, ci Mérida, Meksika təvəllüdlü — 28 dekabr 2020, Mexico) geniş Premyer Meksika romantiki və Müharibədən sonrakı dövrün bəstəkarı və Latın Amerikasının ən uğurlu bəstəkarlarının biri hesab edilən Maya mənşəli bir Meksika musiqiçi və bəstəkardır.
Armando Merodio
Armando Merodio Peskuera (isp. Armando Merodio Pesquera; 23 avqust 1935, Barselona – 21 iyun 2018, Bilbao, Basklar ölkəsi) ― hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. == Futbolçu karyerası == Kataloniyanın Barselona şəhərində anadan olan Merodionun atası pelota oyunçusu idi. O, 3 yaşındaykən ailəsi ilə Basklar ölkəsinə köçdü. Peşəkar karyerasına "Barakaldo" klubunda başlasa da, tezliklə "Atletik Bilbao" ilə müqavilə bağladı. 11 mart 1956-cı ildə Merodio ev meydanında 2–1 qələbə hesabı ilə bitən "Atletiko Madrid" klubuna qarşı oyunda La Liqa debütunu etdi və qol vurdu. Mövsüm ərzində o, daha iki dəfə meydana çıxdı və klubu liqa və ölkə kubokunun çempionu oldu; 16 yanvar 1957-ci ildə Çempionlar Kubokunun 1/4 finalında "Mançester Yunayted"ə qarşı keçirilən və 5–3 məğlubiyyət hesabı ilə bitən oyununda o, fərqlənməyə bacardı, iki oyunun nəticəsində ümumi hesab ingilislərin xeyrinə 5–6 oldu.İspaniya çempionatının 1958–59 mövsümündə o, ard-arda dörd oyuna 11 qol vurdu ("Atletik" oyunlarda 9–0, 9–0, 8–1 və 7–0 hesabları ilə qalib gəlmişdir). Bilbao klubunda 104 oyuna 39 qol vuran Merodio 1963-cü ildə həmçinin yüksək divizyonda çıxış edən "Real Mursiya"ya transfer olundu və burada iki mövsüm keçirərək sonuncuda aşağı liqaya düşdü."Rekreativo" və "İndauçu" klublarında aşağı divizyonda 2 il keçirəndən sonra Merodio karyerasını 1967-ci ildə demək olar ki 32 yaşında bitirdi. 21 iyun 2018-ci ildə 82 yaşında Bilbaoda vəfat etdi.
Armando Obispo
Armando Obispo (5 mart 1999) — Erediviziya təmsilçilərindən olan PSV Eyndhoven klubunda müdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === PSV === Obispo PSV Eyndhoven akademiyası vasitəsilə inkişaf etmişdir. Obispo öz peşəkar karyerasında debütünü 16 sentyabr 2016-cı ildə Dordrext klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq PSV rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir.
Armavir (Rusiya)
Armavir — Rusiya Federasiyasının cənubunda, Krasnodar diyarında şəhər. Şəhər Krasnodar diyarının cənubunda, Krasnodar şəhərindən 202 km məsafədə yerləşir. Moskvadan isə 1400 km-lik məsafə ayırır. Şəhər ətraf kəndlərlə birgə Armavir şəhər dairəsinə daxildir. Önəmli dəmiryol qovşağı hesab olunur. Şəhərdə Armavir-Rostov və Armavir-Tuapse Şimali Qafqaz dəmiryol stansiyasiyaları fəaliyyət göstərir. == Ümumi məlumat == 1839-cu ildə çərkəz erməniləri (çerkesoqaev) Urup çayının mənsəbinə yaxın ərazidə yerləşdirildi. Bu tarix rəsmən Armavir şəhərinin əsasının qoyulması ili hesab olunur. Aul üç tərəfdən eni 2,5 metr olan dərin yarğanla əhatələnmişdir. Digər tərəfdən ərzini Kuban çayı əhatə edir.
Armavir mərzi
Armavir mərzi (erm. Արմավիր) — Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü olan 10 mərzindən (əyalətindən) biri. Ölkənin qərbində Ağrı və Alagöz dağları arasındakı dərədə yerləşir. Mərkəzi Armavir şəhəri olan mərz şimaldan Araqatsotn, cənub-şərqdən Ararat mərzləri ilə, şərqdən İrəvan şəhər-mərzi ilə, qərbdən və cənubdan isə Türkiyə Respublikası ilə həmsərhəddir. Türkiyə ilə sərhədin uzunluğu 50 km-ə yaxındır.
Armavir rayonu
Qurduqulu rayonu (1935–1992-ci illərdə Oktemberyan rayonu, 1992–1995-ci illərdə Armavir rayonu) — Ermənistan SSR və Ermənistan Respublikasının ərazisində mövcud olmuş keçmiş rayon. Mərkəzi Sərdarabad şəhəri olmuşdur. == Haqqında == Qurduqulu rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Toponim "qurd" türk etnonimi ilə Qulu şəxs adı əsasında əmələ gəlib "qurd tayfasından olan Qulunun saldığı, inşa etdiyi kənd" mənasını ifadə edir.1948-ci ilə dair rəsmi statistikaya əsasən rayonun ərazisi 677 km² olmuşdur. Onun inzibati mərkəzi respublika tabeli Sərdarabad şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 48 km-dir. Rayonun ərazisi tarixi İrəvan xanlığının Sərdarabad mahalını, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Eçmiədzin qəzasını əhatə etmişdir. Bura Ağrı vadisində yerləşir və onun Türkiyə ilə sərhədi boyu Araz çayı axır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1935-ci il tarixli Fərmanı ilə rayonun adı dəyişdirilərək "Oktemberyan" qoyulmuşdur. 1992-ci ildən 1995-ci ilə, yəni ləğv edilənə qədər isə "Armavir" adlandırılmışdır.
Armenia 1
Ermənistanın İctimai Televiziyası (erm. Հայաստանի հանրային հեռուստաընկերություն) ya da Ermənistanın birinci kanalı — 1956-ci ildə qurulmuş Ermənistanın ilk dövlət kanalı. 2004-ci ildən Avropa Yayım İttifaqının üzvü olub, Eurovision-a qatılmaq hüququ qazanmışdır. == Tarixçə == === Ermənistan SSR Radiokomitəsi və Radioskopiyası (1957-ci ilədək) === 1926-cı il sentyabrın 1-də Xəbərlər və Teleqraflar üzrə Xalq Komissarlığı Soveti Ermənistanın Radio stansiyasını işə saldı. 1933-cü ildə Ermənistan SSR Xalq Komissarlığı Soveti Radio Yayım Komitəsinə qayıtdı və 1953-cü ildə Ermənistan SSR Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi yaradıldı. 5 sentyabr 1955-ci ildə SSRİ Nazirlər Soveti Sovet İttifaqı respublikalarında 27 kanal yaratmağı qərara aldı. Ermənistanın İctimai Televiziyasının ilk evi və mənzili olan İrəvan televiziya studiyası ilk dəfə 29 noyabr 1956-cı ildə yayıma başladı. İlk verilişdə teleaparıcı Narı Şlepyan "Göstərir İrəvan!" sözü ilə tamaşaçıları salamlayır. 9 fevral 1957-ci il Ermənistan SSR-in radiokanalına 1 ədəd Mərkəzi Televiziya proqramının təkrar ötürülməsi başladı və "Ermənistan Televiziyası" kanalını buraxdı. İlk xəbər proqramı 6 avqust 1957-ci ildə xəbər verilişləri yayımlandı və "Həftə Xəbərləri" adlandırıldı.
Armenia Airways
Armenia Airways — 25 noyabr 2015 tarixində qurulan və 21 aprel 2016 tarixində fəaliyyətə başlayan sərnişin daşıyıcısıdır. == Tarixi == Ermənistan hava kompleksi 25 noyabr 2015-ci ildə Tamaz Qaişvili və Robert Hovannisyan tərəfindən təsis edilib. Gaişvili şirkətin 25% -nə sahibdir, Robert Hovannisyan 24% mülkiyyətə malikdir və Aşot Torosyan 51% mülkiyyətə malikdir.
Armenia TV
Armenia TV (erm. Արմենիա հեռուստաընկերություն, translit. Armeniya herustayonkerutyun) — Ermənistan özəl telekanalı. Ermənistan, Rusiya, Avropa və ABŞ-də yayım edir. Telekanalda məlumatlandırıcı, satirik, idman, musiqi və siyasi verilişlər yayımlanır. Armenia TV Ermənistanın ən böyük və ən çox izlənən telekanallarından biridir.Armenia TV 2015-ci ildə Ermənistanın ilk kabel telekanalını təsis etmişdir.
Betula ermanii
Erman tozağacı (lat. Betula ermanii) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin tozağacı cinsinə aid bitki növü.
Bulbophyllum arminii
Bulbophyllum arminii (lat. Bulbophyllum arminii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum arminii növü Papua-Yeni Qvineya üçün endemik növdür.