Qurduqulu rayonu (1935–1992-ci illərdə Oktemberyan rayonu, 1992–1995-ci illərdə Armavir rayonu) — Ermənistan SSR və Ermənistan Respublikasının ərazisində mövcud olmuş keçmiş rayon. Mərkəzi Sərdarabad şəhəri olmuşdur.
Rayon | |
Qurduqulu rayonu | |
---|---|
İnzibati mərkəz | Sərdarabad |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 sentyabr 1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi | 84 314[1] (1989) nəfər |
|
Qurduqulu rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Toponim "qurd" türk etnonimi ilə Qulu şəxs adı əsasında əmələ gəlib "qurd tayfasından olan Qulunun saldığı, inşa etdiyi kənd" mənasını ifadə edir.[2]
1948-ci ilə dair rəsmi statistikaya əsasən rayonun ərazisi 677 km² olmuşdur.[3] Onun inzibati mərkəzi respublika tabeli Sərdarabad şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 48 km-dir.
Rayonun ərazisi tarixi İrəvan xanlığının Sərdarabad mahalını, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Eçmiədzin qəzasını əhatə etmişdir. Bura Ağrı vadisində yerləşir və onun Türkiyə ilə sərhədi boyu Araz çayı axır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1935-ci il tarixli Fərmanı ilə rayonun adı dəyişdirilərək "Oktemberyan" qoyulmuşdur. 1992-ci ildən 1995-ci ilə, yəni ləğv edilənə qədər isə "Armavir" adlandırılmışdır. 1983-cü ildə rayonun ərazisi iki yerə bölünmüş və yeni Bağramyan rayonu təşkil olunmuşdur.[4]
1988-ci ildən rayonun azərbaycanlı sakinləri yaşadıqları yerlərdən deportasiya edilmişlər.
1995-ci ildə Qurduqulu rayonu ləğv edilmiş və onun ərazisi Ermənistanın Armavir mərzinin inzibati ərazisinə daxil edilmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Keçili | Mraqaşat | 4. IV. 1946 |
Bədəl | Bədəl | … |
Bədəl | Yeğeknut | 04.04.1946 |
Bağçalar | Bağçalar | 03.01.1935 |
Bağçalar | Bağaran | 03.07.1968 |
Sərdarabad | Armavir | 03.01.1935 |
Kərimarx | Sovetakan | 03.01.1935 |
Sərdarabad | Hoktemberyan | 03.01.1935 |
Molla Bəyazid | Bambaşakat | 03.01.1935 |
Ağcaarx | Arevik | 04.04.1946 |
Armudlu | Tandzut | 04.04.1946 |
Ərtik | Voroşilov | 27.07.1940 |
Köçərli | Mrqaşat | 04.04.1946 |
Kələkarx | Şenavan | 04.04.1946 |
Cəfərabad | Getaşen | 04.04.1946 |
Təpədibi | Haykavan | 04.04.1946 |
Çubuqçu | Vardanaşen | 04.04.1946 |
İydəli | Pştavan | 10.04.1947 |
Uzunoba | Arqavand | 10.04.1947 |
Quzugedən | Haygeşad | 19.04.1950 |
Quru Araz | Yerasxaun | 19.04.1950 |
Böyük Şəhriyar | Nalbandyan | 19.04.1950 |
Evcilər | Arazap | 10.04.1947 |
Xeyirbəyli | Yervandaşat | 25.05.1967 |
Şalıbulaq | Uşakert | 03.07.1968 |
Kiçik Şəhriyar | Nor Araqes | 03.07.1968 |
Goran | Nor Kesaria | 14.01.1969 |
Qamışlı | Zartonk | 25.01.1978 |