Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arxeoloq
Arxeologiya (yun. arxayos — qədim, loqos — bilik "köhnə haqqında bilik") deməkdir. Arxeologiya qədim maddi mədəniyyət nümunələrini öyrənən elm olub, tarix fənninə kömək edir. İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir. Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları vasitəsilə öyrənir. Arxeoloji abidələr və qədim əşyalar əsas arxeoloji mənbələr olub tarixi proseslərin araşdırılmasında mühüm rol oynayır və tarixin digər tədqiqat obyektlərindən, o cümlədən yazılı mənbələrdən öz spesifikliyi ilə fərqlənir. Arxeoloji mənbələr. Arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə uyğun olaraq xüsusi qrupa aid edilir və aşağıdakı növlərə bölünür: Əmək alətləri Silahlar Məişət əşyaları Dini-inanc xarakterli əşyalar Bəzək əşyaları Arxeoloji abidələrə qədim yaşayış məskənləri, qəbirlər, qayaüstü rəsmlər- petroqliflər aid edilir. == Azərbaycanda arxeologiyanın tarixi == Azərbaycan tarixinin öyrənilməsində, xalqın təşəkkülü və formalaşması prosesinin izlənilməsində arxeologiya elminin rolu son dərəcə böyükdür. Bəşər cəmiyyətinin bütün dövrlərinə aid zəngin abidələr diyarı olan Azərbaycan hələ kecən əsrdən dünyanın müxtəlif ixtisas sahiblərinin diqqətinin cəlb etmişdir.
Arif Məmmədov (arxeoloq)
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Nəsib Muxtarov (arxeoloq)
Nəsib Mirsaleh oğlu Muxtarov — Azərbaycan arxeoloqu. Nəsib Muxtarov 3 oktyabr 1951-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Əsgəri xidmətdən sonra Bakı şəhərindəki 21 saylı tikinti idarəsində fəhlə işləyir, 1974-1979-cü ilərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində əyani ali təhsil alır. Bundan sonra Şəkidəki R.b.Əfəndiyev adına Diyarşünaslıq muzeyində baş fond mühafizəçisi, daha sonra bu muzeyin direktoru, 1982-ci ildən isə Şəki rayon Mədəniyyət şöbəsində tarixi abidələrin baş mühafizi vəzifəsində işləyir. Şəki rayon Mədəniyyət şöbəsində işləyərkən, “Biz diyarı öyrənirik” adlı könüllülər qrupunu yaradır (Daha sonra bu qrupun bazasında “Ocaq” ədəbi-ictimai birliyi təşkil edilmişdir). Nəsib Muxtarov 1981-ci ildən Yevlax-Balakən dəmir yolunun çəkilişi ilə əlaqədar rayon ərazisində arxeoloji qazıntı işləri aparan ekspedisiyanın işini yaxından izləmiş və bu iş onun üçün o qədər maraqlı görünmüşdür ki, bundan sonra həyatını arxeologiyaya həsr etməyə qərar vermişdir. O, 1990-cı ildən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki arxeologiya-folklor qrupunun baş elmi işçisidir. Onun iştirakı, yaxud rəhbərliyi altında fəaliyyət göstərən arxeoloji ekspedisiyalar Respublikanın şimal-qərb bölgəsində çoxlu sayda arxeoloji qazıntı işləri həyata keçirmiş və keçirməkdədirlər. 2015-ci il 17 apreldə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində təşkil olunmuş “Milli irs-2015” mükafatının təqdimat mərasimində Nəsib Muxtarov diplom və pul mükafatı ilə təltif olunmuşdur. Şəkillər: 1, 2, 3.
Ələsgər Ələkbərov, arxeoloq
Ələsgər Kazım oğlu Ələkbərov — Azərbaycan sovet arxeoloqu və etnoqrafı, ölkəşünas və folklorşünas. Ələsgər Ələkbərov 1895-ci ildə Bakı şəhərində, xırda sənətkar ailəsində anadan olmuşdu. Uşaq yaşlarında ata-anasını itirir. Əvvəlcə mollaxanada, sonra Bakı rus-tatar məktəbində, 1906–1914-cü illərdə isə Bakı realnı məktəbinin pansionunda təhsil alır. 1914-cü ildə Kiyev Ticarət İnstitutuna daxil olur, lakin xəstəliyi səbəbindən, orada təhsilini başa vura bilmir. Sonralar təhsilini Azərbaycan Dövlət Universiteti Tarix və lisanə (filologiya) fakültəsinin Şərq şöbəsində davam etdirir. 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Universitetdə oxuyarkən V.V.Bartold, N.Y.Marr və İ.Meşaninov kimi görkəmli şərqşünas alimlərin mühazirələrini dinləmiş, sonuncunun rəhbərlik etdiyi etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmişdi. 1927-ci ildən isə özü ekspedisiyalara rəhbərlik edir (1928-ci ildə Talışda və Gəncə rayonunda, 1931-ci ildə Qarabağda və Kürdüstanda, 1935–1937-ci illərdə Naxçıvanda). Örənqala qazıntılarının ilk təşkilatçılarından və tədqiqatçılarından biri olur, – qazıntıların nəticələri sonralar onun "Örənqala qazıntıları" adlı məqaləsində geniş şərh edilmişdi.
Ələsgər Ələkbərov (arxeoloq)

Firuzə Muradova (arxeoloq)
Firuzə Məmmədrza qızı Muradova (19 noyabr 1934, Bakı – 16 yanvar 2024) — tarix üzrə fəlsəfə doktoru, Azərbaycanın ilk qadın arxeoloqlarından biri. == Həyatı == Firuzə Muradova 1934-cü il noyabr ayının 19-da Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhəri 190 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1958-ci ildə universiteti bitirərək AMEA Tarix İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb. 1965-ci ildən Qobustan ərazisində arxeoloji tədqiqatlar aparan Firuzə xanım 1974-cü ildə "Qobustan tunc dövründə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1979-cu ildə işıq üzü görən "Qobustan Tunc dövründə" monoqrafiyası arxeoloqlar tərəfindən yüksək qiymətləndirilib. F. Muradova Qobustanın maddi-mədəniyyəti problemi üzrə tədqiqatlarını davam etdirərək ərazinin üst paleolitdən orta əsrlər dövrünədək aktual məsələlərini tədqiq edib. Üç kitab və 100-dən artıq məqalənin müəllifidir. 16 yanvar 2024-cü il tarixində vəfat edib.