Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spid-metal
Spid-metal (ing. Speed metal) — Soyuq müharibə vaxtı, heavy metalın anti-sosial və anarxist hardkor pank ilə birləşməsindən yaranıb. Qruplar adətən 1970-ci illərin proqressiv metal janrından bəhrələnərək, hardkor musiqisini dəyişərək daha sürətli, amma idarə edilə bilən, daha çox musiqi texnikası işlədərək ərsəyə gətirdilər. Mahnılar adətən müharibə, çirklilik, nüvə silahları və suverenlik haqqındadır. Spid-metal, treş-metal ilə qarışdırılsa da, daha melodik və daha az pank əlamətlərini özündə cəmləşdirən Heavy metal alt qoludur. İlk qrup Judas Priest sayılır. 1990-cı ildə çıxardıqları "Painkiller" albomundakı qısa, amma sürətli riffləri, uzun gitara soloları, gitara duelləri və Rob Halfordun əla vokalı Speed metal`ı tanıtdırmaq üçün əla nümunə ola bilər. Spid-metal, əksər insanlar tərəfindən metal musiqisinin sürətli növü kimi ağılda qalmışdı. Bir çox qruplar bu tərz üzərində işləyərək, özlərini tanıtdırmağa çalışırdılar. Motorhead bacarıqlı olanlardandır.
SPİD. Seks. Zdorovye
"SPİD. Seks. Zdorovye" (rus. СПИД. Секс. Здоровье) — 1991-ci ildən nəşr olunmağa başlayan elmi-populyar jurnal. == Haqqında == "SPİD. Seks. Zdorovye" jurnalı 1991-ci ildə — Rusiyada "seksual inqilab"ın ən pik dönəmində professor Aza Rəhmanova tərəfindən təsis edilmişdir. Ölkədə cinsiyyət problemləri haqqında danışan az saylı nəşrlərdəndir.Jurnalın əsas təyinatı – HİV/QİÇS sahəsində fundamental bilikləri, bu sferada dünya elminin son nailiyyətlərini işıqlandırmaq, HİV-infeksiyadan əziyyət çəkən insanların talelərindən danışmaq, onlara insansevər münasibət formalaşdırmaq, böyüyən nəsilə seksual mədəniyyət barədə biliklər aşılamaq və cəmiyyəti sağlam həyat tərzinə istiqamətləndirməkdən ibarətdir.Jurnal ildə 4 dəfə — mart, may, sentyabr və dekabr aylarında dərc edilir. == Mükafatları == "SPİD. Seks. Zdorovye" jurnalı UNICEF və Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin fəxri fərmanları da daxil olmaqla, dəfələrlə HİV profilaktikası sahəsində Rusiya və beynəlxalq müsabiqələrin laureatı olub. == İstinadlar == == Ədəbiyyat == Pçelin, V. A. А.Г. Рахманова: «Не представляю, как я могу быть за пределами своей работы» (PDF) (rus) (300).
Gəl-i Espid (Sərdəşt)
Gəl-i Espid (fars. گلاسپيد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (7 ailə).
Aspius aspius
Xəşəm (lat. Aspius aspius) — Xəzər dənizində bir növ və bir yarım növ şəklində mövcuddur. Əsas növ əsasən şimali Xəzərdə yaşayır və çoxalmaq üçün Volqa, Ural və Terek çaylarına girir. Yarım növ isə əsasən Xəzərin cənubunda yayılmışdır. Xəşəm keçici balıqdır, dənizdə yaşayır, cinsi yetişkənliyə çatdıqdan sonra (5–6 yaşında) çoxalmaq üçün oktyabrdan başlayaraq fevrala qədər (bəzən mart-aprelə qədər) əsasən Kür çayına, az miqdarda Qızılağac körfəzinə keçir. Kürü verməsi apreldə, suda temperatur 14 °C olduqda baş verir, kürülərini 0,5–1,5 m dərinlikdə xırda daşlar üzərinə tökür. Hər bir dişi balıq 46,8 mindən 342 min ədədədək kürü verir. Kürüdən çıxmış sürfələr bir müddət çayda qalır. Orada qidalanıb böyüyən balıq körpələri sonra dənizə miqrasiya edərək 30–40 m dərinlikdə yaşayır. Xəşəm yırtıcı balıqdır, artıq 6–9 sm uzunluğa çatmış körpələr başqa balıqların körpələri ilə qidalanır.
ASCII
1963-cü ildə mətn tipli informasiyanın kodlaşdırılması üçün ASCII standartı American Standard Code for Information Interchange qəbul edilmişdir. Bu standartdan 128 müxtəlif simvolun – ingilis əlifbasının baş və kiçik hərflərinin, 0-dan 9-a qədər rəqəmlərin, durğu işarələrinin və xüsusi idarəedici simvolların təsviri zamanı istifadə edilir. == ASCİİ çap oluna bilən simvollar == == Mənbə == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Ampir
Ampir (fr. Empire) — XIX əsrin birinci otuz illiyində, klassisizmin inkişafının sonunda memarlıq və dekorativ incəsənətdə üslub. Massivliyi ilə, qabarıq monumental formaları və zəngin dekoru ilə xarakterizə olunur. Öz inkişafında Qədim Romanın, Qədim Misirin və s. bədii irsinə arxalanırdı. Fransada I Napoleonun imperiyası dövründə yaranmışdır; o, memorial memarlığı və saray interyerlərinin parad möhtəşəmliyi ilə fərqlənirdi. == Tarixi == Ampir üslubunda Qədim Yunanıstan və Roma imperiyası dövrü bədii nümunələri təqlid edilmiş, həmçinin Qədim Misir incəsənəti motivlərindən istifadə edilmişdir. Klassizm zəmində yaranmış Ampir üslubunda forma və dekorların sadəliyi, zərifliyi tədricən onların yığcamlığı və monumental ifadəliyi ilə əvəz olunmuşdur. I Napoleon imperiyası dövründə ampir üslubunda əsas diqqət hakimiyyətin əzəmətini, hərbi möhtəşəmliyni, qüdrətini daha da dolğun ifadə edən memarlıq üsulları və detallarına verilirdi. Fransız memarlarından Ş.Persiye, P.Fonten və J.F.Şalqren ampir üslubunun görkəmli nümayəndələrindən hesab olunurlar.
Apsida
Apsis (yunanca “qövs”, “yay” mənasını verir) — əsasən xristianlığın dini ziyarətgahları olan kilsələrin mehrab otağını əhatə edən yarımdairəvi və ya çoxbucaqlı, nadir hallarda düzbucaqlı bir bina elementidir. Apsislər qədim bazilikalarda memarlıq elementləri kimi geniş istifadə edilmişdir. Apsislər binanın fasadında xaricdən bükülmüş bir quruluşda ola bilərlər və ya düzbucaqlı planlı divarlarda və ya binanın içərisində sarılmış vəziyyətdə ola bilər. Apsisin damı daha çox yarı günbəz şəklindədir, lakin düz damlı apsislərin olması da mümkündür. Əsasən kilsələrin yan neflərdən, yan şapellərindən və ya apsislərindən açılan kiçik apsislərə memarlıqda apsidiol deyilir. == Tarixi və formaları == Apsislər, Yunan və Qədim Roma memarlığında dini və mülki memarlıqda yayılmış bir elementdir. Divar nişləri binanın bir hissəsini qədim memarlıqda vurğulamaq üçün istifadə edilmişdir. Nişlər bəzək məqsədləri üçün və ya heykəlləri, abidələri ucaltmaq üçün istifadə edilmişdir. Roma imperiyası dövründə tikilmiş bazilikalarda apsisin sonunda çox vaxt bir imperator heykəli olurdu. Bu səbəbdən apsislər qədim dövr memarlığında nişlərin davamı kimi qəbul edilə bilər.
Apsis
Apsis (yunanca “qövs”, “yay” mənasını verir) — əsasən xristianlığın dini ziyarətgahları olan kilsələrin mehrab otağını əhatə edən yarımdairəvi və ya çoxbucaqlı, nadir hallarda düzbucaqlı bir bina elementidir. Apsislər qədim bazilikalarda memarlıq elementləri kimi geniş istifadə edilmişdir. Apsislər binanın fasadında xaricdən bükülmüş bir quruluşda ola bilərlər və ya düzbucaqlı planlı divarlarda və ya binanın içərisində sarılmış vəziyyətdə ola bilər. Apsisin damı daha çox yarı günbəz şəklindədir, lakin düz damlı apsislərin olması da mümkündür. Əsasən kilsələrin yan neflərdən, yan şapellərindən və ya apsislərindən açılan kiçik apsislərə memarlıqda apsidiol deyilir. == Tarixi və formaları == Apsislər, Yunan və Qədim Roma memarlığında dini və mülki memarlıqda yayılmış bir elementdir. Divar nişləri binanın bir hissəsini qədim memarlıqda vurğulamaq üçün istifadə edilmişdir. Nişlər bəzək məqsədləri üçün və ya heykəlləri, abidələri ucaltmaq üçün istifadə edilmişdir. Roma imperiyası dövründə tikilmiş bazilikalarda apsisin sonunda çox vaxt bir imperator heykəli olurdu. Bu səbəbdən apsislər qədim dövr memarlığında nişlərin davamı kimi qəbul edilə bilər.
Arpad
Arpad — Macar knyazı. Almosun oğlu idi, anası bilinmir. Arpad 10 Onoqur tayfasını idarə edirdi. Hakimiyyətə gəldikdən sonra Kurşanla birlikdə imperator VI Leo ilə Bulqarlara qarşı müqavilə imzaladı. 901-ci ildə Pannoniyaya qədər gedib çıxmışdı. == Övladları == Liüntika - vəliəhd şahzadə, Kəbərlərin tayfa başçısı. Tarxos - şahzadə. Üllö - şahzadə. Yutaş - şahzadə. Zoltan - növbəti knyaz.
Aspar
Flavi Ardabur Aspar (400 – 471, Konstantinopol) — Bizans generalı. Milliyyətcə Alan olmuşdur. Aspar imperator I Leonun zamanında Konstantinopolun əsl hakimi idi. Bizans İmperiyasının ən yüksək hərbi rütbəsi olan Magister militum idi. Aspar Ariçiləri dəstəkləməsi səbəbindən özü imperator ola bilmədi. Onun yerinə imperator Feodosinin bacısı Pulçeriya ilə evlənən və ondan daha aşağı rütbəli olan Marsian imperator oldu. Aspar ostroqotların kralı Böyük Teodorikin müəllimi olmuşdu. Oğlu Ardabur ilə birlikdə sui - qəsd nəticəsində öldürülmüşdür.
Aspius
Xəşəmlər (lat. Aspius) — Çəkikimilər fəsiləsi daxil olan balınq cinsi. Cinsə daxil olan balıqlar əsasən Şimal dənizi, Baltik dənizi, Qara dəniz, Azov dənizi və Xəzər dənizində yayılmışdır. Əsasəndə böyük və orta ölçülü göllərin açıq sularda yaşayırlar. == Növləri == Xəşəmlərə iki növ daxildir: Adi xəşəm, Aspius aspius (Linnaeus, 1758); Önasiya xəşəmi Aspius vorax Heckel, 1843.
Aspyr
Aspyr Media, Inc. – baş qərərgahı Ostin, Texasda yerləşən ABŞ videooyun nəşrçisi. 1996-ci ildə qurulan şirkət videooyunların, Microsoft Windows-dan MacOS və Linux-a daşınmasında ixtisaslaşıb.Aspyr'ın loqosu altında, daşınan məşhur seriyalar arasında Call Of Duty, Sivilizasiya, Ulduz Müharibələri, The Sims 2 və Borderlands iştirak edir. 2003-cü ildə Aspyr, Mac Əyləncə Bazarı'nın 60 faizinə sahib oldu. MacOS və Linux'dan, Aspyr, Game Boy Advance, Nintendo DS, Xbox, Xbox 360, PlayStation 2, IOS, Android və Windows Mobile'a da videooyun daşıyıb. Aspyr, videooyunlarının daşınmasından əlavə, Wideload Games'in 2005-ci ildə satışa çıxarılan Stubbs The Zombie in Rebel Without a Pulse adlı oyunu ilə məşhur hala gələn nəşriyyat xidmətləri də təqdim edir. Aspyr, 2014-ci ilin İyun ayında, Linux üçün, Sivilizasiya V'in daşınmasını satışa çıxardı.Aspyr, ayrıca bir çox albomlar və sənədli filmlər istehsal etdi və payladı. 2015-ci ildə Aspyr, Quantic Dream tərəfindən hazırlana Fahrenheit: İndigo Prophecy'ni, həm hazırladı, həmdə nəşr etdi, bu onların daşınma sahəsinin xaricindəki təkmilləşdirilən ilk oyunu edir.
Aşdod
Aşdod — İsrailin Cənub bölgəsində, Aralıq dənizi sahilində yerləşən şəhər. == Haqqında == Şəhərin əhalisi 240.400 nəfərdir və İsrailin ən böyük 5-ci şəhəridir. Şəhərin adı e.ə. 17-ci ildə Kənan mənbələrində çəkilir. Aşdod həm də İsrailin ən böyük limanıdır və ölkə idxalının 60 %-i buradan həyata keçirilir. Həmçinin ölkənin əhəmiyyətli sənaye şəhəridir. Müasir Aşdod isə 1956-cı ildə qurulmuş və 1968-ci ildə şəhər statusu qazanmışdır. Şəhər əhalisinin əsasını Rusiya və İstambuldan köçüb gələn gürcü yəhudiləri təşkil edir.
Aşpaz
Aşpaz — peşəsi yemək bişirmək olan insan. Bu iş tənəffüs orqanları, ürək-damar sistemi, qidalanma orqanları, böyrək və sidik yolları, dayaq-sümük aparatı, əsəb sistemi xəstəlikləri, əllərində dəri xəstəliyi və bakteriya daşıyıcılığına malik insanlara tövsiyə olunmur. Aşpazın işi üçün sanitariya kitabı tələb olunur. Aşpaz yalnız müəyyən yeməklərin hazırlanmasında praktik bacarıqlar tələb etmir, həm də qida istehsalının təşkili, məhsulların xüsusiyyətləri haqqında dərin nəzəri biliklər tələb edir.
Kapsid
Kapsid — genetik materialını ehtiva edən virusun zülal zərfidir. Protomerlər deyilən bir neçə oliqomerik (təkrarlanan) struktur alt hissədən ibarətdir. Fərdi zülallara uyğun gələn və ya uyğun gəlməyən müşahidə edilən üç ölçülü morfoloji alt birləşmələrə kapsomerlər deyilir. Kapsidi təşkil edən zülallara kapsid zülalları və ya viral zərf zülalları (VCP) deyilir. Kapsid və daxili genoma nukleokapsid deyilir . Kapsidlər quruluşlarına görə geniş şəkildə təsnif edilir. Əksər viruslarda zəncir və ya ikozahedral kapsid var. Bakteriofaqlardakı kimi bəzi viruslar elastiklik və elektrostatik məhdudiyyətləri səbəbindən daha mürəkkəb quruluşlar inkişaf etdirmişdir. 20 bərabər tərəfli üçbucaqlı üzə sahib olan icosahedronun forması bir kürəyə yaxınlaşır, spiral forması isə bir silindr boşluğunu tutur, lakin silindrin özü deyil, yay şəklini xatırladır. Kapsid kənarları bir və ya daha çox zülaldan ibarət ola bilər.
Kaspi
Kaspi (şəhər) — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. Kaspi bələdiyyəsinin inzibati mərkəzidir. Kaspi bələdiyyəsi — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kaspi şəhəridir. Kaspi (qəzet) — qəzet Kaspi (kurslar) — Bakıda hazırlıq kursları Kaspi vilayəti – Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində, 1840–1846–cı illərdə mövcud olmuş inzibati ərazi vahidi. Kaspilər – Kaspianada yaşamış qədim etnoslardan biridir.
USAID
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (ing. United States Agency for International Development; USAID) — ABŞ hökumətinin xarici yardım təşkilatı. == Tarix == USAID-in tarixi İkinci dünya müharibəsindən sonra Avropanın yenidən qurulmasına dair Marşal planından və prezident Trumen administrasiyasının Dördüncü Bənd Proqramından başlamışdır. 4 sentyabr 1961-ci ildə ABŞ Konqresinin qəbul etdiyi Xarici Yardım Aktına əsasən iqtisadi yardım proqramlarını idarə etmək üçün agentliyin yaradılmasını nəzərdə tuturdu. Həmin akta müvafiq olaraq 3 noyabr 1961-ci ildə prezident Con Kennedi USAID-in təsisi haqqında sənəd imzalamışdır. 2005-ci ildə USAID təmsilçiləri təxribatçı fəaliyyətə görə Eritreyadan da qovulublar. Son 5 il ərzində Efiopiya, Rusiya və Belarus öz ərazilərində USAID nümayəndələrinin fəaliyyətini dayandırıblar. == Əsas diqqəti == USAID-in əsas diqqəti uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlib. Proqramları kənd təsərrüfatı və ticarət, qlobal səhiyyə, demokratiya və humanitar yardıma dəstək göstərir. ABŞ-nin əsas kəşfiyyat orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi bir çox hallarda öz əməliyyatlarını həyata keçirərkən USAID-dən pərdələnmək üçün istifadə edir.
İspik
Yaşayış məntəqələri Azərbaycandaİspik (Quba) — Quba rayonunda kənd.Rusiyadaİspik (Dağıstan) — Dağıstanda kənd.
Şahid
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Alpı
Alpı — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Alpı Ucar rayonunun Qulabənd (Güləbənd) inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kənd keçmışdə Alplı adlanmışdır. Bəzi mənbələr bu toponimi Alplı etnotoponiminin fonetik dəyişikliyə uğramış forması kimi qəbul edir. Türk dillərində alp "böyük, iri, yüksək"; "qəhrəman"; "atıcı"; "pəhləvan"; monqol dilində alba/alpa "vergi, gəlir novu"; "məcburi xidmət" deməkdir. Beləliklə, Alpı kəndinin adı "böyük kənd" və ya "vergi verən kənd" mənasını ifadə edir. == Əhalisi == Alpı kəndində əhalinin sayı 1042 nəfərdir.
Amid
Amid (Soyuqbulaq) — İranın Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. Amid Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Həsənli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Heydərov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Amid İsmayılov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi. Amid Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. Amid Salayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Apia
Apia — Samoanın yeganə şəhəri və paytaxtı. == Əhalisi, dil və dini == Əhalisi 35 min nəfərdən çoxdur. Şəhərdə əsasən м samoalılar (93 %), avropalılar və avropa-polineziya qarışığı olan insanlar yaşayır. Rəsmi dillər samoa və ingilis dilləridir. Dini inancları olanlar əsasən protestantlar (50 %) və katoliklərdir (45 %). == Mənbə == Samoa Starts Daylight Saving Time in 2009 Словарь географических названий зарубежных стран. — 3-е изд. перераб. и доп. — М.: Недра, 1986.
Apis
Apis (münbitlik allahı) — münbitlik allahı. Apis (arı) — bal arısı cinsi. Apis (şəhər) — şəhər. Apis (Yunan mifologiyası) — Yunan mifologiyası.
Alaid adası
Alaid adası (ing. Alaid Island; aleut. Игиҥинаҳ) — Aleut adaları qrupuna daxil olan ada. Semiçi adaları, Near adaları qrupuna daxildir. Vulkan mənşəllidir. Semiçi adalarının ən qərb nöqtəsini təşkil edir. Ondan şərqdə Nizki adası yerləşir. Oda öz növbəsində Alaid adasına qumlu dillə birləşir. Attu adasından 25 km şərqdə qərarlaşır. Uzunluğu 4,9 km, maksimal hündürlüyü 204 metrdir (Semiçi adalarının ən hündür nöqtəsidir.).
Alaid vulkanı
Akaid vulkanı — Böyük Kuril cərgəsinə daxil olan Atlasov adasında yerləşən vulkan. Vulkan günümüzdə belə fəaliyyətini göstərir. O Kuril adalarında mövcud olan ən hündür və ən şimalda yerləşən vulkandır. Stratovulkan kraterə malik bir zirvədir. Vulkanın hündürlüyü 2339 metr təşkil edir. Oxot dənizi dibindən 2850–3000 metr hündürlükdə qərarlaşır. Vulkanın dəniz səviyyəsində uzununluğu 12–17 km təşkil edir. Kraterin diametri 900–1300 metrdir. Konusun dərinliyi 200 metr təşkil edir. Kraterin daxilində cavan konus vardır ki, onunda hündürlüyü 250 metrdir.
Alosa caspia
Alosa caspia (lat. Alosa caspia) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Xəzər dənizində geniş yayılıb. Aqraxan körfəzindən Ural və Embaya qədər olan sahədə kürü tökürlər. Azsulu illərdə Volqa deltasına girir və xeyli yuxarı qalxırlar. == Morfoloji əlamətləri == Qəlsəmə dişcikləri çoxsaylı (50-180), nazik, uzundur. Bel üzgəcində 13-15, anal üzgəcində 15-20 şüa vardır. Qəlsəmə qapaqları arasında başın hər iki tərəfində bir tünd ləkə vardır. Bu cür ləkələr bədənin yanlarında da mövcuddur. Çənələrində dişlər zəif inkişaf etmiş, nazikdir.