SAMİ
SAMİDDİN
OBASTAN VİKİ
Samid İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi.Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür.Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb. == Hərbi xidməti == Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.Heydər Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirən gənc zabit Samid İmanov özünü pəşəkar hərbçi kimi formalaşdırmaq üçün durmadan çalışıb. Elə bu yolda Samid İmanov Türkiyə Respublikasında "Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası", "Komando təlimi və paraşütdən sərbəst atlamaq" kurslarına qatıldı. 2007-ci ildə "Anadolu-2007" və "Anadolu Qartalı-2007" birgə taktiki təlimlərlə yanaşı Samid İmanov həm də Pakistanda "Ləpirçi və antiterrorist", İsveçrədə "Dağ təlimi", Rumıniyada isə "Dağa dırmanma üzrə təlimatçı" kurslarında iştirak etdi.
Samid Əsgərov
Samid Gülmalı oğlu Əsgərov (12 oktyabr 1989; Boyat, Neftçala rayonu, Azərbaycan – 3 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsin şəhidi. == Həyatı == Samid Əsgərov 1989-cu il oktyabrın 12-də Neftçala rayonunun Boyat kəndində anadan olub. Cavid adında özündən kiçik bir qardaşı var. == Təhsili == 1996-cı ildə Neftçala rayonu Bəhruz Həşimov adına Boyat kənd tam orta məktəbinə daxil olmuşdur. 1999-cu ilə qədər həmin məktəbdə təhsil almış və sonra 1999-cu ildən 2005-ci ilə qədər təhsilini Neftçala rayonu Elton Həbibov adına 4 saylı orta məktəbdə davam etdirmişdir. 2005-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. 2008-ci ildə həmin liseyi bitirmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2012-ci ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirmişdir. == Ailəsi == Samid Əsgərov 2015-ci ilin yanvarın 17-si dayısı qızı Nübar xanım ilə ailə həyatı qurmuşdur. Bu nigahdan onların Kənan (2018) adlı oğlu dünyaya gəlir.
Baba Samid məqbərəsi
Baba Samid məqbərəsi — Səfəvilər dövrünə aid olan tarixi abidə. == Tarixi == Türbə Sabirabad rayonun Şıxlar kəndi ərazisində magistral yolunun kənarında yerləşir. Türbənin tarixi haqqında Azərbaycan Tarix İnstitutunun professoru, tarix-elmləri doktoru Məşədixanım Nemətova araşdırmalar aparmış və bu haqda fikirlərini dəfələrlə nəşr etdirmişdir. Baba Samid türbəsinin ərəb-fars dillərində yazılmış 9 sətrlik 1-ci 3 sətrində Qurandan XIX surə, 31-32-ci ayələr yazılmışdır. 4-5-ci sətrlər Həzrəti Əlinin (ə.s) tərifinə həsr olunmuş, qalan 4 sətrdə türbənin Səfəvi şahı 1-ci Təhmasib vaxtında Şirvan bəylərbəyisi Abdulla xan Ustaclının əmri ilə 993-cü ildə hicri ilinin zülqəddə ayında (XI-1585-ci miladi ili) «xoşbəxtliklər mənbəyi olan seyidlərin (burada seyid «böyük» mənasındadır) başçısı Baba Samid ibn Bektaş ibn Sultan Əli ibn Həzrəti Musa Ərriza üçün bina olunmuşdur» sözləri yazılmışdır. Kitabədən göründüyü kimi Baba Samid Hacı Bektaşın oğludur. Onu da İmam Rza (765-818) ilə bağlayırlar. Hacı Bektaşın İmam Rzanın oğlu kimi (yəni təriqət övladı) verilməsi onun rəhbərlik etdiyi cəmiyyətin şiəliklə məşğul olmasına işarədir. Sabirabad yaxınlığında yerləşən Baba Samid türbəsi hələ də əhali tərəfindən yad edilir,ancaq Sovet dövründə olan laqeydlik nəticəsində həm sufiliyin tədqiqi,həm də onların ənənələrini bilmək qeyri-mümkün olmuşdur. Bəktaşilik hərəkatının 16-cı əsrdə Azərbaycanda yayıldığı məlumdur.
Babək Samidli
Babək Mətləb oğlu Səmidli (7 yanvar 1974, Göyçay – 23 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhidi. Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrda minaya düşməsi nəticəsində şəhid olub. == Həyatı == Səmidli Babək Mətləb oğlu 1974-cü il yanvar ayının 7-də Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. === Təhsili === 1980-ci ildə Göyçay şəhəri 6 nömrəli orta məktəbə daxil olmuş və 1991-ci ildə həmin orta məktəbi bitirmişdir. 1993-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997-ci il, 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olmuşdur. === Ailəsi === Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Babək Səmidli 1997-ci ilin sentyabr ayından 1998-ci il may ayına qədər İstanbulda yerləşən Tuzla Piyadə məktəbində zabit vəzifəsində ixtisaslaşma kursunda təhsil almışdır. 1998-ci ilin avqust ayına qədər Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun briqadasında motoatıcı taqım komandiri vəzəfəsində təcrübə keçmişdir.
закады́чный повыбега́ть радиогра́мма разверте́ться сосцеобра́зный ...гене́з боре́ние ло́бби ма́точник на уще́рбе онеме́нье орогове́ть пла́мень шарови́дность пустота attackman avant-garde backboard fan-shaped greenyard jugulate Kuban rosewater послушный сыроварня