Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ateroskleroz
Ateroskleroz arteriyaların daxili hissəsinin ateroma ( lipidlər , kalsium və digər mənşəli damar daxili tıxanmalar) yığılması səbəbindən daraldığı bir xəstəlikdir. Başlanğıcda ümumiyyətlə heç bir simptom olmur. Şiddətli dövrü başladıqda isə hansı arteriyaların tıxanması təsirindən asılı olaraq koronar arteriya xəstəliyi, insult, periferik arteriya xəstəliyi və ya böyrək problemləri ilə nəticələnə bilər. Simptomlar ümumiyyətlə orta yaşa qədər özünü göstərmir. Profilaktik tədbirlərə sağlam qidalanmaq, idman etmək, siqaret çəkməmək və normal çəki saxlamaq aid olunur. Lakin xəstəlik əgər müəyyən edilərsə müalicəsi statinlər kimi xolesterolu azaltmaq üçün dərmanlar, qan təzyiqi dərmanları və ya aspirin kimi laxtalanmanı azaldan dərmanları əhatə edə bilər. Eləcə də müəyyən əməliyyat müdaxilə prosedurlar da həyata keçirilə bilər. == Tarix == İlk dəfə 1575-ci ildə təsvir olunması vəziyyətin 5000 ildən çox əvvəl insanlarda meydana gəldiyini təsəvvür etməyə imkan verir. Ateroskleroz xəstəliyinin adı səhiyyəyə ilk dəfə 1904-cü ildə F. Marşan tərəfindən tətbiq edilmişdir. 1911-ci ildə isə patoloq N. N. Aniçkov eksperimental yolla ateroskleroz xəstəliyinin əsas məzmununu öyrənmiş və göstərmişdir ki, ateroskleroz hiperlipidemiya zamanı qanda olan xolesterinlərin damar divarına infiltrasiyası nəticəsində baş verir.