Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Atribut
Atribut (lat. attribuo — vermək, kəsb etdirmək) — qalıcı, əsas xüsusiyyətlər, sifətlər. Söz latın mənşəlidir, hərfi mənada "verirəm", "bəxş edirəm" deməkdir. Müasir anlamda çox işlənir. Misal üçün, dövlətin atributları, təşkilatın atributları və s. Azərbaycan dövlətinin himninin atributlarını onun sözləri və musiqisi təşkil edir. Atributlar elə şeylərdir ki, onlarsız həmin varlıq, şey yaxud predmet nə düşüncədə nə də reallıqda mövcud ola bilməz. Orta əsrlərdə sxolastika və metafizikada şeyin təbiətini təşkil edən, onun ayrılmaz subsitansional əlaməti. Qrammatikada və məntiqdə — şeyin ona mülahizədə verilən istənilən, o cümlədən aksidental əlaməti. Əgər sonuncu mənasında Atribut predikatın sinonimidirsə, birinci mənasında o, şeyi yalnız özlüyündə, başqa predmetlərə dəxli olmadan səciyyələndirən predikasiya növüdür.
Tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Atrium
Memarlıqda atrium (pl.: atria or atriums) bina ilə əhatə olunmuş açıq hava və ya üstü örtülmüş böyük məkandır.Atria, Qədim Roma iqamətgahlarının ümumi xüsusiyyət idi, məqsəd iç məkanı işıqla təmin etmək və havalandırmaq idi. XIX əsrin sonu və XX əsrin sonlarında hazırlanmış müasir atriumlar əsasən, bir neçə mərtəbəli olub , şüşəli dam və böyük pəncərələrə malikdir, adətən binanın əsas giriş qapılarının dərhal arxasında (foyedə) yerləşir. Osmanlı memarlığında "avlu" adlanır və osmanlı saraylarında tez-tez rast gəlinir.
Atribis (nom)
Atribis (q.yun. Ἀθριβίτης νομός), Kem-ur(q.misir 𓈪) və ya Ka-kem (q.misir ; "qara öküz") — Qədim Misirdə inzibati rayon (nom). Atribis Aşağı Misirdə yerləşirdi və regionda sayca onuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Kem-ur", "Ka-xem", "Ka-kam" və "Ka-kem" daxildir. Tədqiqatda bu nom adətən "L10" adlandırılır.
Tribyut albom
Tribyut albom və ya albom-tribyut (ing. tribute, hərfi mənada tərcüməsi: vergi, xərac, kollektiv hədiyyə), yalnız kəverlərdən ibarət musiqi albomudur . Çox vaxt belə bir albom bir müəllifin, ifaçının və ya musiqi qrupunun müxtəlif musiqiçilər tərəfindən yazılmış və bu ifaçıya həsr olunmuş əsərlərinin toplusudur. Adətən bu cür albomlar, hər hansı bir sənətçinin əsərlərinin kəver versiyalarını ifa edən musiqiçilərin həmin sənətçiyə olan ehtiram və hörmət əlamətidir. Əgər tribyut albom müəllifin özü tərəfindən buraxılırsa, bu, adətən kəverləri yaradanlara minnətdarlıq əlaməti kimi olur. Bu konsepsiyanın tətbiqi 1981-ci ildə mərhum italyan bəstəkarı Nino Rotanın şərəfinə Amarcord Nino Rota LP -ni (ing. long play - qrammafon valı) buraxan musiqi prodüseri Hal Vilnerə aid edilir. Daha sonra onun rəhbərliyi altında Thelonius Monk, Disney Cartoons, Kurt Veill, Çarls Mingus və Harold Arlenə həsr olunmuş albomlar yaradıldı. Ən uğurlu tribyut albom, 1998-ci ildə beynəlxalq hit-paradların zirvəsinə çatan Amerika metal qrupu Metallicanın 2005-ci ildə buraxdığı "Garage Inc." albomudur. Albom, Rock Hardın "Bütün zamanların 500 ən böyük rok və metal albomu" siyahısında 500-cü yeri tutdu.
Hərbi tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Konsulyar tribun