Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhvaz Beynəlxalq Hava Limanı
General-leytenant Qasim Süleymani adına Əhvaz Beynəlxalq Hava Limanı (əvvəllər Əhvaz Beynəlxalq Hava Limanı adlandırılmışdı) (IATA: AWZ, ICAO: OIAW) (fa: فرودگاه بین‌المللی اهواز) İranın Əhvaz şəhristanında fəaliyyət göstərən bir hava limanıdır. Yerli istiqamətlərə və Dubay, İstanbul və Küveyt kimi regional beynəlxalq istiqamətlərə uçuşlar təklif edir. == Hava limanının yerinin dəyişdirilməsi və yenidən adlandırılması == 2012-ci ilin dekabr ayında Agence France-Pressenin yaydığı məlumata görə Əhvaz hava limanının altından neft yataqları kəşf edildiyi üçün yerinin köçürüləcəyi bildirildi. 2017-ci ilin iyun ayında Əhvaz Hava limanı əvvəlki istilik rekordunu 127.4°F (53.0°C) qıraraq 129.2°F (54.0°C) səviyyəsinə çatdıqda yeni bir temperatur rekorduna imza atdı.İranlı general-leytenant Qasım Süleymaninin 3 yanvar 2020-ci ildə ABŞ Silahlı Qüvvələrinin Bağdad Beynəlxalq Hava limanına təşkil etdiyi hücum nəticəsində öldürülməsindən qısa müddət sonra Əhvaz şəhristanının səlahiyyətliləri bu Beynəlxalq hava limanının adını Qasim Süleymaninin şərəfinə dəyişdirərək Qasim Süleymani adına Beynəlxalq Hava Limanı qoydular.
Allah
Allah ( الله , romanlaşdırılmış : Allāh, Allāh, ar) — İbrahimi dinlərdə yeganə Allahı bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.). Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik bir dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur.
Alvan
Alvan və ya Buquz/Buğuz - Xocavənd rayonunun Avdur kəndi ərazisində qala adı. Başqa adı olan Buquz / Buğuz XIX əsrdə Gürcüstanda (indi Kaxeti mxaresinin Axmeta munisipalitetində) Alvani-Samebo və Albani Kvemo, Batum əyalətinin Artvin dairəsində Alvanqala, Alvanikam, Alazan çayının aşağı axarında Alvan düzü və s. adlarla mənşəcə eynidir. XI-XII əsr rus mənbələrində Alban ölkəsinin adı Alvanya kimidir. Gürcüstanda Kvemo Alvani və Zemo Alvani (Axmeta rayonu) kənd adları ilə mənşəçə eynidir. 1006-cı ilə aid mənbədə Zəngəzurda Alvançay (ermənicə yazılışda Ağuanget) adı (Həkəriçayın qədim adı) da bu sıraya aiddir.
Alvar
ToponimlərAlvar (kommuna)
Amvaj
Amvaj adaları (ərəb. جزر أمواج‎) — Hind okeanına daxil olan Fars körfəzində yerləşən suni adalardan ibarət olan arxipelaq. İnzibati cəhətdən Bəhreynin Muharrak muhafazasına daxildir. == Coğrafiyası == Amvaj adaları Muharrak adasından şimal-şərdə qərarlaşır. Arxipelaq Muharrak adası ilə uzunluğu bir kilometrə çatan iki avtomobil yolu ilə birləşir. Arxipelaq oval formaya malikdir. Onun uzunluğu 2,4 km. , eni isə 2,1 km təşkil edir. Sahəsi 2,79 km²-dir. 2010-cu ilə olan məlumata görə arxipelaqda 10000 insan yaşayır.
Ağvan
Ağvani və ya Ağvan — Ermənistanın indiki Sünik mərzində kənd. Ağvan (çay) — Şuşa rayonu ərazisində çay. Qarqar çayının qoludur.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. == Coğrafiyası və təsviri == Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Havay
Havay (ing. Hawaii) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Honolulu şəhəridir. == Coğrafi Mövqeyi == Havay arxipelaqı Sakit okeanın mərkəzində 3300 kilometr uzunluğunda böyük bir əyri yaradan, ada və riflərdən ibarətdir. Arxipelaq şərqdə Havay adasında başlayır və təxminən 180-ci meridianda yerləşən Kure atolunda bitir. Havay arxipelaqı 8 böyük adadan təşkil olunub. Bunlar ştatın 99 %-ni təşkil edən Oahu, Havay, Maui, Kauai, Lanai, Molokai, Niihau və Kahoolave adalarıdır. Əhalinin böyük hissəsi elə bu adalarda yaşayır. Sahəsi 8150 km2 olan Havay adası ölkənin 2/3-ni təşkil edir. Yerli əhali bu adanı sadəcə olaraq "Böyük Ada" adlandırır.
Əhvaz
Əhvaz (fars. اهواز‎) — İranda şəhər, Xuzistan ostanının inzibati mərkəzi. İranın cənub bölgələrinə Əl-Əhvaz deyirlər ki, ərəblərin yaşadığı yerdir. İranın neft və qaz istehsalatı bu bölgədən asılıdır və ölkənin gəlirinin çox faizi buradan əldə olunur.
Ahar
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. == Təbii fəlakətlər == 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. == İqtisadiyyatı == 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Ahoa
Ahoa — Uollis və Futunada yerləşən kənddir. Kənd Uollis adasının qərb sahilində yerləşən Hahake rayonuna daxildir. 2008-ci ilin statistikasına görə əhalinin sayı 437 nəfərə bərabərdir. Kəndin cənub şərqində adanın ən böyük krater gölü olan Lalolalo gölü yerləşmişdir.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Avan
Avan (Ermənistan)
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bu günki Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avaş
Avaş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun Avaş kəndi Kürəkçi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Avaş kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrin ortalarında Pirembel kəndindən çıxmış ailələrin Avaş adlanan yerdə məskunlaşması nəticəsində bu kənd yaranmışdır. Türk dillərində və monqol dilində ablav (aş) sözü "qoruq", "uzaq", "yaşayış məskənindən kənar", "boş yer" və "sakitlik" kimi izah olunur. XIX əsrin əvvəllərində İrəvan xanlığının Göyçə mahalında Abaş kəndi də mövcud idi. Avaş eyni zamanda Həbəşistanda dağ dərəsinin və çayın adıdır. == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində yerləşir.
Avva
Avva və ya Aba (ivr.-aram. אבא, yun. ἀββᾶ) – arami-süryani dilində "ata". İvritcə אב (av), ərəbcə أب (abu), amharca አባት (abat) sözləri ilə eyni mənanı daşıyır. == Xristianlıqda == İlk dəfə olaraq, rahiblərə hörmətlə müraciət forması olaraq, abba sözü Suriyalı Efremin yazılarında rast gəlinir. Süryani, Qibti, Efiopiya kilsələrində "abun" ("atamız") şəklində olan söz kahinlərə, rahiblərə və yepiskoplara aid edilir. Fransada "avva" istənilən katolik keşişə aid edilən tituldur . == İstinadlar == == Xarici keçidlər == Богословско-литургический словарь Игум. Иннокентий (Павлов). Авва // Православная энциклопедия.
Hava
Hava — Yer kürəsinin atmosferini təşkil edən, azot və oksigendən ibarət təbii qaz qarışığı. Havanın elementləri temperatur, rütubət və təzyiqdir, hava hadisələri isə külək, yağıntı, şimşək və s.. Havanın dəyişməsinə səbəb Günəş radiasiyasının dəyişkənliyi, hava kütlələrinin yerdəyişməsidir. Hava elementlərinin mövcud durumu yaxın günlər üçün proqnoz verməyə imkan verir. Bu məlumatlar əsasında sinoptik xəritə tərtib edilir və havanın gələcəkdə necə olacağını müəyyənləşdirirlər.
YHVH
Tetraqrammaton və ya tetraqramma (yun. τετραγράμματον, от τετρα — «четыре» и γράμμα — «буква») yəhudi dini və kabbalistik ənənələrində digər tanrı titullarından fərqli olaraq, tanrının öz adı sayılan dörd hərfdən ibarət söz. Tetraqrammaton aşağıdakı dörd hərflə yazılır: Şablon:Dil-he2 (yud), Şablon:Dil-he2 (hey), Şablon:Dil-he2 (vav), Şablon:Dil-he2 (hey), nəticədə ‎Şablon:Dil-he2‎ sözünü əmələ gətirir. Latın hərfləri ilə tetraqram "YHVH" kimi transkripsiya edilir. Bu adın "olmaq", "mövcud olmaq" və ya "olmağa səbəb olmaq" mənasını verən feldən yarandığına inanılır. Hər halda, adın quruluşu və etimologiyası ilə bağlı konsensus yoxdur. Buna baxmayaraq, indiki dövrdə "yahve" forması demək olar ki, hamı tərəfindən qəbul edilir, lakin "yehova" kimi edilən tələffüz hələ də geniş istifadə olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Vikianbarda Tetraqrammaton ilə əlaqəli mediafayllar var.
Acvac (Salmas)
Acvac (fars. اجواج‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (82 ailə).
Allah-Taala
Allah ( الله , romanlaşdırılmış : Allāh, Allāh, ar) — İbrahimi dinlərdə yeganə Allahı bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.). Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik bir dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur.
Allah (Bəhailikdə)
Bəhailikdə Allah anlayışı monoteistikdir. Allah əbədidir, yaradılmamışdır və bütün mövcudatın mənbəyidir. O, şüurludur, dərkedilməzdir, əlçatmazdır, bütün vəhylərin qaynağıdır, əzəli və əbədidir, hər şeyi bilən, hər yeri əhatə edən və qüdrətlidir. İnsan idrakının fövqünə və birbaşa çıxış mümkün olmayan olsa da, Allah sifətləri bütün varlıq dünyasında təzahür edir. Yaradılışın məqsədi isə, yaradanı tanımaq və ona sevgi bəsləməkdir. Allah öz iradə və məqsədini, məzhərlər adlanan şəxslər vasitəsilə bəşəriyyətə çatdırır, o kəslər ki, peyğəmbərlər və elçilərdirlər və tarixin əvvəlindən indiyə kimi öz dinlərini açıqlamaqla bunu həyata keçirirlər. == Allah == Bəhai təliminə görə Allah təkdir və onun mahiyyəti fiziki dünya üçün tamamilə əlçatmazdır, odur ki, onun varlığı tamamilə dərkedilməzdir. Buna görə də, bütün tarix boyu insanlığın ortalığa çıxartdığı bütün Tanrı konsepsiyaları sırf insan ağlının təzahürüdür və Allahın mahiyyətini tamlıqla əks etdirmir. Allahın mahiyyəti dərkedilməz olsa da, insan Allahı onun məzhəri (peyğəmbəri) vasitəsilə tanıya bilər. Allahın məzhərləri ilahi sifətləri əks etdirirlər, onlar insanları hazırlayırlar ki, maddi həyat çərçivəsində öz ruhani aydınlanma məqsədinə yetişsinlər.
Allah (dəqiqləşdirmə)
Allah
Amon (allah)
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Amun (allah)
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.