AYVAZ

mətbəx, karvansara xidmətçisi; hərbi gəmidə cərrah köməkçisi; f. sərin külək; zefir.
AYPOLAD
AZAD
OBASTAN VİKİ
Ayvaz Həsənov
Ayvaz Dursun oğlu Həsənov (2 may 1929, Məscidli Görarxı – 1990, Marneuli) — Gürcüstan SSR dövlət və partiya xadimi, Gürcüstan SSR Ali Sovetinin deputatı. == Həyatı == Ayvaz Həsənov 1929-cu ildə mayın 2-də Marneuli rayonunun Meçidli Gorarxı kəndində doğulub. Ayvaz Dursun oğlu ali təhsil aldıqdan sonra, ilk dəfə vəzifə başında əmək fəaliyyətinə Qullar kəndindəki Atçılıq sovxozunda müdir kimi başlamışdır. O, 1958-ci ildən 1975-ci ilə qədər Qarayazı, Qaçağan, Marneuli, Alget kimi böyük təsərrüfatlara rəhbərlik etmişdir. 1975-ci ildə Ayvaz Həsənov Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olundu. 1981-ci ildə bu vəzifədən azad edilmişdir. 1989-cu ildə Ayvaz Həsənov Marneuli Rayonu İcraiyyə Komitəsinin sədri təyin etmişdir.
Ayvaz Xələfli
Xələfli Ayvaz Alı oğlu — coğrafiya elmləri doktoru, professor. == Həyatı == Ayvaz Xələfli 1942-ci ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1949-cu ildə Cil kəndində birinci sinifə getmiş, oranı bitirdikdən sonra 1959-cu ildə Ardanış kənd orta məktəbini bitirmiş, həmin ildə də təhsilini davam etdirmək üçün Bakıya getmiş və Bakı dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1965-ci ildə təhsilini başa vurub, təyinatla öz kəndlərinə qayıdıb fizika müəllimi işləmişdir. 1965-ci ilin noyabrında hərbi xidmətə çağrılmış, bir ilik hərbi xidmətdən sonra Bakı şəhərinə qayıdıb Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstititu nəzdində olan Yer fizikası bölməsində paleomaqnetizm və Yer maqnetizmi laboratoriyasında baş mühəndis vəzifəsinə işə qəbul olunmuşdur. Bir il işlədikdən sonra aspiranturaya daxil olub Leninqrad şəhərinə oxumağa getmiş, aspiranturanı bitirdikdən sonra Leninqrad şəhərində elmi tədqiqat institunda elmi işini davam etdirərək orada yaşamışdır. 1977-ci ilin noyabrına qədər orada yaşamışdır. Həmin ildə Leninqrad şəhərindən evini dəyişib Bakıya gəlmiş, akademyanın Geologiya İnstitutunda elmi işlərini davam etdirmişdir. Azəbaycanda aparılan paleomaqnit tədqiqatlarını davam etdirimş, ilk olaraq aparılan tədqiqatların nəticəsi olaraq Azərbaycan, eləcədə bütün Qafqaz ərazisinin qonşu ölkələrin ərazisində aparılan paleomaqnit tədqiqatların nəticələri ilə müqayisəli şəkildə paleotektonik bərpasını vermişdir. 100 çap vərəqi elmi iş yazmışdır, o cümlədən 6 monoqrafiya, 90 dan çox məqalə 15 elmi məruzə etmişdir.
Ayxan Ayvaz
Ayxan Ayvaz (tam adı: Həsənov Ayxan Eyvaz oğlu; 1 aprel 1992, Tbilisi) — azərbaycanlı yazıçı və jurnalist. == Həyatı == Ayxan Ayvaz 1 aprel 1992-ci ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olub. Atası, yazıçı Eyvaz Əlləzoğlu 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərmişdir. 1998-ci ildə ailə Bakıya gəlir və Ayxan Ayvaz da ilk təhsilini burada alır. 2009-ci ildə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin rus dili ixtisasına qəbul olunub, 2014-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə atası Eyvaz Əlləzoğlu insultdan dünyasını dəyişib. Həmin il yazıçının anası da vəfat edib. O illərdə yazıçı bir neçə yerdə aktiv jurnalistika fəaliyyəti ilə məşğul olur. Eyni zamanda ailəni dolandırmaq üçün qarovulçu kimi də çalışır. 2019-cu ilə ailə həyatı qurub.
Kazım Ayvaz
Kazım Ayvaz (türk. Kazım Ayvaz; 10 mart 1938, Rizə, Rizə ili – 18 yanvar 2020, İsveç) — Türkiyə güləşçisi (yunan-roma güləşi), Olimpiya çempionu, iki qat dünya çempionu. == Bioqrafiyası == Rizə yaxınlığındakı Çataldere kəndində anadan olub. 1953-cü ildə İstanbulda güləşlə məşğul olmağa başladı. 1957-ci ildə Adriatik Kubokunda "bürünc" qazanaraq beynəlxalq aləmdə ilk debütünü etdi. 1958-ci ildə dünya çempionu adını qazandı. 1959-cu ildə Balkanlar çempionatda "qızıl" qazandı, 1960-cı ildə isə ikinci oldu. 1960-cı ildə Romada keçirilən Yay Olimpiya Oyunlarında 79 kiloqram çəki dərəcəsində (orta çəki) mübarizə aparırdı. İlkin olaraq yarışda 24 nəfər güləşçi mübarizə aparırdı. Dördüncü turdan sonra Kazım Ayvaz digər iki iştirakçı ilə birinci yeri bölüşdürürdü.
Ramiz Həsənov (Ayvaz oğlu)
Ramiz Ayvaz oğlu Həsənov (20 avqust 1961, Məscidli Görarxı, Marneuli rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri. Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır. 1983–1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərmişdir. 1993–1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışmışdır. 1997–2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olmuşdur. 2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. 14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. 2008–2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olmuşdur.
Armen Ayvazyan
Armen Ayvazyan (erm. Արմեն Այվազյան) – erməni tarixçisi və politoloqu, "Ararat" strateji araşdırmalar mərkəzinin rəhbəri, İrəvanda yerləşən və gədim əlyazmaların saxlandığı elmi-tədqiqat mərkəzinin (Matenadaran) baş elmi işçisi. Ayvazyan 14 may 1964 – cü ildə İrəvanda anadan olub. 1992 – ci ildən tarix elmləri namizədi, 2004 – cü ildən isə siyasi elmlər doktorudur. 1992 – ci ildən 1994 – cü ilə kimi Ermənistan prezidentinin köməkçisi, Ermənistan xarici işlər nazirinin müşaviri, ATƏT – dəki Ermənistan nümayəndə heyətinin sədri kimi çalışıb. Bir sıra ABŞ universitetlərində fəaliyyət göstərib; 1995 – ci ildə Karneqi korporasiyasının qrantı əsasında "Konfliktlərin analizi və həlli" proqramı çərçivəsində (Sirakuz universitetinin, (Syracuse University) Maksvel Vətəndaşlıq və İdarəçilik məktəbində); 1997 – 98 – ci illərdə Fulbraytın (The Fulbright Program) qrantı əsasında Stanford universitetinin Rusiya və Şərgi Avropa araşdırmaları mərkəzində çalışıb. 2000–2001 – ci illərdə Aleksandr Onasis fondunun qrantı əsasında ELIAMEP (Hellenic Foundation for European & Foreign Policy) fondunda çalışıb. Armen Ayvazyan həmçinin Ermənistandakı Amerikan universitetində (American University of Armenia) Politologiya və Beynəlxalq münasibətlər fakultəsində dəvət olunmuş professor kimi çalışıb, həmçinin İrəvan Dövlət universitetində və Ermənistan Dövlət İdarəçilik Akademiyasının politologiya kafedrasının professoru kimi çalışıb. Ayvazyan 2004–2005 – ci illərdə Avropa Komissiyasının maliyələşdirdiyi "Ermənistanda korrupsiyanın hüquqi və sosial səbəblərinə qarşı kompaniya" qrupunun rəhbəri olub. Öz elmi işlərində Ayvazyan qərbdəki siyasi və elmi dairələri Ermənistan tarixini bilərəkdən saxtalaşdırmaqda ittiham edir.
Ayvazovski adası
Ayvazovski adası — Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. İnzibati cəhətdən Saxalin vilayətinin Şimali Kuril şəhər dairəsinə daxildir. Adada yaşayış yoxdur. Ada rus rəssamı İvan Ayvazovskinin şərəfinə adlanfırılmışdır. Şikotan adasının cənubunda Ayvazovski buxtasında qərarlaşır. Şikotan adasından 200 metrlik boğaz ayırır. Buxtadan şimal-şərqdə Doqquzuncu dalğa adası yerləşir. Cənub-qərbi hündür, qayalıq və sıldırımlıdır. Şimal-şərq və cənub-qərb sahilləri arasında qumlu çimərlik yerləşir.
Həsən Ayvazov
Həsən Səbri Ayvazov
Həsən Səbri Ayvazov (krımtat. Asan Sabri Ayvazov; 6 (18) may 1878, Alupka, Tavriya quberniyası[d] – 17 aprel 1938, Simferopol) — Krım tatar yazıçısı, tənqidçisi, pedaqoqu, ictimai xadimi. Represiya qurbanı. == Həyatı == Həsən Səbri Ayvazov 1878-ci ilin may ayının 6-da Krımın Alupka qəsəbəsində kasıb bir tatar ailəsində doğulmuşdu. Doğulduğu qəsəbədəki mədrəsəni bitirdikdən sonra orada müəllimlik edən Həsən Səbri dünyanı dərk etdikcə xalqının əsarət altında inlədiyini görürdü. Azadlığın yollarını arıyırdı. İstanbula, Qahirəyə gedərək təhsilini artırırdı. === Maarifçilik fəaliyyəti === Xalqını oyatmaq üçün qəzetdən əvəzsiz bir tribuna kimi istifadə edir, teatr tamaşaları vastəsilə oxumaq bilməyən, yaxud azsavadlı insanlara təsir etmək istəyir. "Nədən bu hala qaldıq?" pyesini 1906-cı ildə Bakıdakı "Fyüzat" jurnalında çap etdirir. Heç bir il keçmir ki, (1907-ci ildə(1324 h.) pyes Bakıda kitab şəklində çap olunur, səhnəyə qoyulur.
Musa Ayvazov
Musa Abdulla oğlu Ayvazov — müəllim, Gürcüstan SSR Əməkdar Müəllimi (1973). Musa Ayvazov, 21 mart 1921-ci ildə Gürcüstan Respublikasının Borçalı(Marneuli) rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Sadaxlı kənd 7 illik məktəbini (1936), Sarvanda Borçalı türk pedoqoji texnikumunu (1939) bitirmişdir. Mollaoğlu (1939-1945), Xüldərə (1945-1947) və Təzəkənd kənd (1947-1958) ibtidai məkrəblərində müdir-müəllim işləmişdir. Ömrünün 50 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Fədakar əməyi yüksək hökumət mükafatları və fəxri fərmanları ilə qiymətləndirilmişdir. Sadaxlı kənd 1 saylı orta məktəbində işləyərkən 1973-cü ildə Gürcüstan SSR Əməkdar Müəllimi fəxri adına layiq görülmüşdür. Musa Ayvazov 1998-ci il fevralın 7-də dünyasını dəyişmişdir.
Məhərrəm Ayvazov
Suren Ayvazyan
Suren Baxşiyeviç Ayvazyan (erm. Սուրեն Բախշիի Այվազյան; 9 yanvar 1915, Xınzırək, Zəngəzur qəzası – 20 may 1981, İrəvan) — erməni şair, yazıçı, jurnalist və tərcüməçi. Suren Baxşiyeviç Ayvazyan 1915-ci il yanvarın 9-də Zəngəzur qəzasının (indiki Ermənistanın Sünik mərzi) Xınzırək kəndində anadan olmuşdur. 1934-cü ildə Gorus pedaqoji məktəbini bitirmiş, Xanazax kəndində müəllim olaraq çalışmışdır. 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Böyük Vətən müharinəsində iştirak etmişdir. 1945-ci ildən Azərbaycan KP MK-nin Bakıda erməni dilində çıxan orqanı "Kommunist" qəzetində çalışmışdır. 1953-cü ildən İrəvanda yaşamışdır. 20 may 1981-cü ildə İrəvan şəhərində vəfat etmiş, doğma kəndində bastırılmışdır. 1937-ci ildən çap olunur.
İvan Ayvazovski
İvan Ayvazovski (rus. Иван Константинович Айвазовский, erm. Հովհաննես Այվազովսկի; 17 (29) iyul 1817, Feodosiya, Tavriya quberniyası[d], Rusiya imperiyası[…] – 19 aprel (2 may) 1900[…], Feodosiya, Tavriya quberniyası[d], Rusiya imperiyası[…]) — erməni əsilli rus rəssamı. Ayvazovskinin əsərlərinin yarıdan çoxunu dəniz mənzərələri təşkil edir. İvan Ayvazovski ümumdünya rəssamların arasında ən yaxşı dəniz mənzərələri yaradan rəssam hesab olunur. İvan Ayvazovski Krımda Qaradənizin sahilində yerləşən kiçik Feodosiya şəhərində kasıb erməni ailəsində dünyaya gəlmişdi. Simferopolda təhsil aldığı zaman, rəssamlıq qabiliyyətinə görə I Nikolay tərəfindən Sankt-Peterburq şəhərinə rəssamlıq təhsili almağa göndərilmişdir. 1836-cı ildə rəssamlıq təhsililini bitirdikdən sonra dövlət tərəfindən Avropaya göndərilmişdi. İllərlə davam edən səyahətlər zamanı müxtəlif ölkələrdə sərgiləri açılmışdı. Həmin dövrdə İvan Ayvazovski Avropada ən məşhur rus rəssamı hesab olunurdu.
Şura Ayvazov

Digər lüğətlərdə