Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babuin
Babuin (lat. Papio cynocephalus) — əntərkimilər fəsiləsinin pavianlar cinsinə aid məməli heyvan. Bədəninin uzunluğu 60–70 sm, quyruğunun uzunluğu 50 sm-ədək olur. Başı it başına oxşayır; burun dəlikləri üzünün qurtaracağında yerləşir, köpək dişləri güclü inkişaf etmişdir. Tükü açıq-sarı rəngdədir (sarı pavian adı da buradandır). Mərkəzi və Şərqi Afrikada yayılmışdır; bozqır və dağlıq yerlərdə məskunlaşır. Gündüzlər fəaldır, əsasən, yerüstü həyat keçirir. Bitki (meyvələr, soğanaqlar və s.) və heyvani (həşəratlar, xırda onurğalılar) yemlərlə qidalanır; bəzən k.t. bitkilərinə çox zərər vurur. Babuin qrup halında yaşayır; sürüyə yaşlı erkəklər başçılıq edir.
Babadin
Babadin — Azərbaycan Respublikasının Laçın rayonunun Təzəkənd inzibati ərazi vahidində mövcud olmuş kənd. Kənd ərazisi 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Dağətəyi ərazidədir. Baba və din (xalq terminologiyasında "hündür yer, təpə"; "düşərgə, dincəlmək üçün yer") sözlərindən düzəlib. "Hündür təpə" mənasını ifadə edir. Oykonim ərazidəki dağların birinin adından törəmişdir. Kəndin yaşlı sakinlərinin söyləməsindən aydın olur ki, Babadin sözü "dinə inananların alisi", "əsl dinə inananlar", "əvvəldən, qədimdən dinə inananlar" mənasını ifadə edir, "baba" və "din" sözlərinin birləşməsindən əmələ gəlmiş mürəkkəb sözdür. Babadin (Babadinli) tayfa adıdır. Burada "baba" ulu, böyük, ali, uca mənasındadır. Qasımuşağı tayfasının Kavanlı tirəsi qədim Babadin tayfa adını yaşatmaq, əbədiləşdirmək məqsədi ilə Hacısamlı nahiyyəsinin ərazisində əsası qoyulmuş Babadin kəndinin adında yaşatmağa çalışmışlar.
Babunə
Aşağı Babunə (Çaroymaq)
Babuşkin
Babuşkin — Rusiya Federasiyasında yerləşən şəhər. Buryatiya Respublikasının tərkibinə daxildir.
Balsin
Balsin (fars. بالسين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Tircayı kəndistanında, Türkman qəsəbəsindən 19 km şimal-şərqdədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,323 nəfər yaşayır (328 ailə).
Bartın
Bartın (türk. Bartın) — Türkiyənin Bartın ilinin inzibati mərkəzi. Şəhərdən keçən Bartın çayından dənizə getmək mümkündür. Türkiyədə dəniz nəqliyyatına uyğun tək axarsudur. == Etimologiya == Qurulduğu Bartın axınının qədim adından (Parthenios) adını alan şəhər, Pafaqoniyanın qədim şəhərlərindən olan Sesamos (Amasra), Kromna (Kurucaşile) və Erythinoi (Çakraz) sərhədlərindədir. Bartın çayına Roma dövründə Parthenius deyilirdi. Axın sahilində qurulan şəhər Partheniya adlanırdı. Zamanla bu ad Bartına çevrildi. == Tarixçə == 7 sentyabr 1991-ci ildə il statusu almışdır. Bartının 4 ilçəsindən biridir.
Basqın
Basqın - Düşmənə gözləmədiyi yerdən və bilmədiyi bir vaxtda zərbə endirməkdir. == Digər mənaları == Talamaq məqsədi ilə edilən hərəkət.
Hayuin
Hayuin - mineral == Haqqında == Hayuin - (Na,Ca)8-4[(SO4)2-1 ï(AlSiO4)6]. Al Fe3+-lə və Na K-la cüzi əvəzlənməsi müşahidə edilir. Sodalit ilə izostrukturdur. Hayuin və nozean fasiləsiz sıranın sonuncu üzvləridir. Göy, bəzən ağ; qələvi süxurlarda hidrotermal mənşəlidir. == Həmçinin bax == Mineral == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Labuan
Labuan malay Labuan— Malayya Federasiyasının tərkibinə daxil olan federal ərazidir. Ərazi tərkibinə bir neçə ada daxildir ki, bunlarda əsas Labuan-ın indinki adını daşıyır. İnzibati mərkəz — Bandar-Labuan şəhəridir.
Tabiin
Tabiin (ərəb. اَلتَّابِعُونَ‎) — Məhəmməd peyğəmbəri görməmiş, səhabələrlə görüşmüş və onların vasitəsilə peyğəmbərdən hədis rəvayət etmiş şəxslərə deyilir. Onlar səhabələrin ətrafında olduqlarına və öz biliklərini onlardan aldıqlarına görə "tabiin" adlanırlar. Tabiin sözünün hərfi mənası səhabələrə tabe olanlar, ardıcıllar anlamındadır. Hədis rəvayətçilərinin ikinci nəslini tabiinlər təşkil edir. Tabiinin şagirdlərinə və onlardan hədis rəvayət edənlərə "təbəi-tabiin" deyilir (yəni tabiinə tabe olanlar, tabiindən rəvayət edənlər). == Tərifi == Tabiin dövrü peyğəmbərin vəfatından sonra (hicri 11) başlamış və hicri 180-ci ildə sona çatmışdır. İslam fiqhi Quranda deyilənlərə əsaslanır, əgər birmənalı şərh yoxdursa, o zaman peyğəmbərin hədislərimə müraciət olunur, əgər onlarda da yoxdursa, tələbələrinin hədislərinə və s. baxılır. Tabiin hədisləri İslam fiqhində mühüm mərhələdir.
Tatuin
Tatuin (ing. Tatooine) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planetin adı film saqasının bəzi səhnələrinin çəkildiyi Tunisin Tatavin vilayətindən gəlir. Tatuin isti olması ilə yanaşı, Anakin Skayuolker/Dart Veyderin doğulduğu yerdir. Tatuin səhra planetidir. Planet səthinin 1%-dən az hissəsi su ilə örtülüdür. Onun iki günəş var, bu da planetdə çox isti atmosfer yaradır. Burada hökumət yoxdur, planet quldurlar, narkotik alverçiləri və muzdlular üçün azad məkandır.
Baknin
Baknin (vyet. Bắc Ninh) — Vyetnamın şimal-şərqində şəhər, Baknin vilayətinin paytaxtı. == Tarixi == 1884-cü ilin martında Baknin Fransa ordusu ilə Qara Bayraq Ordusu arasında döyüşün yerinə çevrilmişdi. Şəhər Fransa qoşunları tərəfindən alınmışdı, bundan sonra vilayətin müstəmləkə administrasiyasının siyasi, iqtisadi və mədəni mərkəzi olmuşdu. Baknin 1904-cü ildə dəmir yolu ilə bağlanmışdı. 2006-cı ilin yanvarında Baknin şəhəri vilayət hökuməti şəhəri statusuna yüksəlmişdir. == Coğrafiyası == Mütləq hündürlüyü dəniz səviyyəsindən 12 metrdir. Ölkənin paytaxtı Hanoy şəhərindən 31 km şimalda yerləşir.
Babil
Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır. == Tarixi == Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür: Qədim (e.ə. XIX–XVI); Orta (e.ə. XVI–XII); Yeni (e.ə.
Babir
Babir — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 29,5 km qərbdədir.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Banin
Əsədullayeva Ümmülbanu (bəzi mənbələrdə Ümm-Əl-Banu) Mirzə qızı (Banin); (18 dekabr 1905[…], Bakı – 23 oktyabr 1992[…], Paris, Fransa) — Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı, model, XX əsr Azərbaycan mühacirət ədəbiyyatı nümayəndəsi. == Həyatı == Məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin 18 dekabr tarixində anadan olub. Öz tərcümeyi halında o yazır: "Mən doğma anamı tanımırdım. 1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən hakimiyyət Qafqazı millətlərarası qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri, rusları, kürdləri, iranlıları üz-üzə qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam doğma Bakıdan uzaqda yerləşən bir kəndə göndərir. Doğuş çox ağır keçir, yaxınlıqda həkim olmadığından anam həyatla vidalaşır, mən isə sağ qalıram". Bu hadisədən sonra anasının şərəfinə qızını Ümmülbanu adlandırırlar. Banin atasını həbsxanadan azad etmək, xarici pasport alıb Türkiyəyə qaçmaq üçün istəmədiyi, lakin nüfuzlu bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır.
Bağin
Bağin— İranın Kirman ostanının Kirman şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,616 nəfər və 1,903 ailədən ibarət idi.
Ababin (Miyanə)
Ababin (fars. ابابين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 71 nəfər yaşayır (29 ailə). == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Kağızkonan bölgəsinin eyniadlı kəndistanında, Kağızkonan qəsəbəsindən 21 km şimalda, Xalxal-Miyanə avtomobil yolunun 19 kilometrliyindədir.
Baburi adası
Babur adası — Azərbaycanda bir ada. Bakı şəhərindən 70 kilometr cənub-qərbdə, ölkənin şərq hissəsində yerləşir.
Babuyan arxipelaqı
Babuyan arxipelaqı — Luzon boğazında, Luson adasındn şimalda yerləşən arxipelaq. Luson adasından Babuyan boğazı, Betan adalarından isə Balitanq boğazı ilə ayrılır. Arxipelaqın sahəsi 620 km²-dir. Babuyan axipelaqına daxil olan 5 iri ada: Babuyan adası (100 km²), Dalupuri (50 km²), Kalayan (196 km²), Kamiquin (166 km²), Fuqa adası (100 km²).6 kiçik ada: Barit (3,8 km²), Didikas (0,7 км²), İrao (0,2 km²), Pamoktan (0,3 km²), Panuitan (2,3 km²), Pinon (0,04 km²).İki qaya: Dilayaq (<0,3 km²), Mabaq (0,7 km²).İnzibati cəhətdən Kaqayan vilayətinə daxildir.
Babuşkin adası
Babuşkin adası — Yeni Torpaq arxipelaqına daxil olan iri bir ada. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Ada Barens dənizi ilə əhatələnmişdir. Maksimmal hündürlüyü 40 metrdir. Şimal adasının qərb sahillərində yerləşən Çaev körfəzinin akvatoriyasına aiddir. 1930-cu ildə Otto Şmidt və Vladimir Vizenijn rəhbərliyi altında "Qeorqi Sedov" gəmisində təşkil olunmuş ekspedisiyada iştirak etmiş, sovet təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı Mixail Babuşkinin şərəfinə adlandırılmışdır.
Bacuni adaları
Bacun adaları (ing. Bajun Islands, Baajun Islands) və ya Bacuni adalrı (ing. Bajuni Islands, it. Isole dei Bagiuni) — Hind okeanı sahilləri boyunca, Somalinin cənubunda uzanan adalar. Adalar sayları elədə çox olmayan Bacuni xalqının köklü yaşayış yeri sayılır. == Tərkibinə daxil olan adalar == Kisimayo (Chisimaio) Kandaivu (Kandhaivu) Fuma (Fuma) Koyama (Coiama) Nqumi (Ngumi) Tenina (Thenina) Tovay (Chovaye) Teqadi (Tegadi) Tula (Chula) Çandraa (Chandraa) Darkasi (Darkasi) Ambu (Ambu) Qua (Gua) == Tarixi == Tovai adasında daşdan şəhərin qalıqları vardır. Bu tip tikililər Keniyanın Lamu arxipelaqında rastlanılır. == Əhali == 1913-cü il məlumatına görəyalnız iki iri adada yaşayış vardır — Tovai (və ya Çovae 0°52′19″ c. e. 42°09′33″ ş.
Baffin Torpağı
Baffin torpağı (ing. Baffin Island, inuktitut ᕿᑭᖅᑖᓗᒃ, Qikiqtaaluk) — Kanada Arktik arxipelaqına daxildir. Sahəsi 478 min km²-dir. Atlantik okeanda yerləşir. Baffin Torpağında yerləşən Nettillinq gölü dünyada adada yerləşən ən böyük göldür.
Baffin dənizi
Baffin dənizi (ing. Baffin Bay, fr. Baie de Baffin) — bəzən Baffin körfəzi də adlandırılır. Dəniz Şimal Buzlu okeanına daxildir. Atlantik okeanına daxil olan Labrador dənizi ilə cənubdan hüdudlanır. Qərb sahilləri Qrenlandiya adası ilə hüdudlanır. Şimaldan - cənuba uzunluğu 1130 km təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Burada çoxlu aysberqlər əmələ gəlir. Atlantik okeanıın isti suları ona təsir göstərir.