Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaqular
Kaqular (lat. Rhynochetidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin günəşvağıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Baqlad
Baqlad (mac. Baglad) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Baqqal
Baqqal — pozulmadan saxlanılabiləcək yarı təzə və ya konservləşdirilmiş yemək maddələrini, müxtəlif təmizlik vəsaitlərini topdan ya da pərakəndə satan bir tacir.
Bağlan
Bəğlan vilayəti
Çaqulak adası
Çaqulak adası (ing. Chagulak Island) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada. == Coğrafiya == Amukta adasından sonra Dörd Dağ adaları qrupuna daxil olan ikinci qərbdə yerləşən adadır. Çaqulak yaşayışı olmayan, diametrdi 3 km olan adadır. Adada sönmüş stroto vulkan vardır. Maksimal hündürlüyü 1142 metrdir. İqlimi soyuqdur. Duman və atmosfer yağıntıları adi haldır.
Baqqal (dəqiqləşdirmə)
Baqqal
Baqqal (kənd)
Baqqal — Azərbaycan Respublikasının Şəki rayonunun Biləcik kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisi 528 nəfər təşkil edir ki, onun da 267 nəfəri kişi, 261 nəfəri isə qadındır. Baqqal kəndi Şəki rayon mərkəzindən şimal-qərbdə yerləşir. == Tarixi == 1910-cu il üçün Yelizavetpol quberniyasının xatirə kitabçasında Bakxal kəndində 40 ev və 202 nəfər "tatar-sünni" sakini göstərilib. 1915-ci il üçün Qafqaz təqvimi buraxılışında Nuxa qəzasında adı Bakxal (mənbədə belə adlanır) olan, 177 nəfər əhalisi olan kənd göstərilib. 1921-ci ildə Azərbaycan kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinə görə Baxkal kəndində 194 nəfər (45 təsərrüfat), əsasən azərbaycanlı türklər (yəni azərbaycanlılar) yaşayırdı. Əhalisinin 99 nəfəri kişi və 95 nəfəri qadın olub.
Baqqal (Şəki)

Baqqal bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baqqal dili
Baqqal dili (ukr. Бакальска коса, krımtat. Baqqal beli, Бакъал бели) — Krımın şimal-qərbində yerləşən dil. Dil ərazisi Baqqal dili lanşaft parkı mövcuddur. Park 2000-ci ildə təşkil edilmişdir. == Coğrafoya == Dil cənub-şərqdən şimal-qərbə istiqamətlənir. Qara dənizin Karkinit körfəzi akvatoriyasına daxildir. Baqqal gölü və Baqqal buxtası ilə əhatələnmişdir. Şimalında Pesçannıy burnu yerləşir. Burunda Baqqal adlı mayak yerləşir.
Bağlar (Kəleybər)
Bağlar (fars. باغلار‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Bugula decumbens
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == Ajuga abnormis (Rouy) Prain Ajuga alpina Fr. [Illegitimate] Ajuga barrelieri Ten. Ajuga breviproles Borbás Ajuga candolleana (Rouy) Prain Ajuga densiflora Ten. [Illegitimate] Ajuga pyramidalis Huds. [Illegitimate] Ajuga repens Gueldenst. ex Ledeb. Ajuga reptans var. albiflora Tinant Ajuga reptans var.
Bugula obliqua
Şərq dirçəyi (lat. Ajuga orientalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Arealı == Siciliyadan İranın şimal-qərbinə qədər yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü (7) 10-30 sm, gövdəsi düz və yaxud əyilib qalxan, sadə, yumşaq yuna oxşar tükü olan çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları bitkinin çiçəkləmə dövrünə qədər qalandır, uzunsov-ellipsvaridir, qısa saplağa pazşəkilli daralandır, kənarları dairəvi-dişlidir. Gövdə yarpaqları azdır, demək olar ki, oturaqdır; çiçək altlığı yarpaqları enlidir, oturaqdır, gövdə həcmini artırandır, yumurtaşəkilli, enli-ellipsvari və yaxud əksinə, yumurtaşəkillidir, iri dişli və ya bölünmüş formadadır, aşağı hissədə tam kənarlıdır, adətən çiçəkləri ötüb keçir. Çiçək köbəsi çoxçiçəklidir, çox vaxt gövdənin demək olar ki, əsasından başlayan sünbülşəkilli çiçək qrupunda yerləşmişdir.Tacın uzunluğu 13-16 mm-dir, mavi rəngdədir. Fındıqlar xırda olub, uzunluğu 2 mmdir,torvari-qırışlıdır. Aprel ayında çiçəkləyir, aprel-iyul (avqust) aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında.
Bugula orientalis

Bugula reptans
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == Ajuga abnormis (Rouy) Prain Ajuga alpina Fr. [Illegitimate] Ajuga barrelieri Ten. Ajuga breviproles Borbás Ajuga candolleana (Rouy) Prain Ajuga densiflora Ten. [Illegitimate] Ajuga pyramidalis Huds. [Illegitimate] Ajuga repens Gueldenst. ex Ledeb. Ajuga reptans var. albiflora Tinant Ajuga reptans var.
Hüseyn Baqqal
Hüseyn Baqqal — krım tatar rəqqas, baletmeyster, teatr rejissoru. Müasir krım tatar xoreoqrafiyasının banisi. 6 il sürgün həyatı yaşayıb. 1955-ci ildə bəraət qazanıb. == Həyatı == 22 aprel 1897-ci ildə Simferopolda ərzaq dükanı sahibinin ailəsində anadan olub. Ailə Tokal Cami məhəlləsində 32 nömrəli evdə yaşayırdı. 1923-cü ildən etibarən Simpferopolda yerləşən Krım tatar teatrında fəaliyyət göstərməyə başlayıb. Aktyorluq və rəqqaslıqla yanaşı həm də solo konsertlər də verirdi. 1927-ci ildə Frankfurt-Mayn şəhərində keçirilən Beynəlxalq İncəsənət Ustaları festivalının laureatı olub. Sonradan Krım tatar Teatrının baş xoreoqrafı seçilib.
Vaqula gölü
Vaqula gölü (est. Vagula järv; Vaqqola) — göl Estoniya ərazisində yerləşir. Bırumaa qəzası ərazisində, Vıru şəhərindən 2 km qərbdə qərarlaşır. 2 km aşağıda Tamula gölü qərarlaşır. Gölün sahilində Yavere, Roozizare və Yoba kəndləri yerləşir. Gölün cənubunda isə Vaqula dəmiryolu stansiyası mövcuddur. Gökün ümumi sahəsi 518,7 hektardır. Şərqdən qərbə uzunluğu 4,6 km, şimaldan cənuba eni isə 1,7 kilometrdir.. Gölün maksimal dərinliyi 11,5 metr, orta dərinliyi isə 5,2 metrdir. Sahilləri düzənlikdir, əsasən qum və gildən təşkil olunmuşdur.
Körfəzdəki bağlar
Körfəzdəki bağlar (ing. The Gardens by the Bay; Taman di Persisiran; வளைகுடா தோட்டம்) — Sinqapurun mərkəzində, Marina su anbarına bitişik 101 hektar (250 akr) ərazini əhatə edən təbiət parkı. Park: Bay South Garden (Marinanın cənubunda), Bay East Garden (Marinanın şərqində) və Bay Central Garden (Dauntoun Kore və Kallanqda) ibarət üç sahil bağından ibarətdir. Bağların ən böyüyü Grant Associates tərəfindən hazırlanmış 54 hektar (130 akr) ərazini əhatə edən Cənub bağıdır. Onun Çiçək Qübbəsi dünyanın ən böyük şüşə istixanasıdır.Körfəzdəki bağlar, şəhərdə yaşıllıq və floranı yaxşılaşdırmaqla həyat keyfiyyətini yüksəltmək məqsədi ilə "Bağlar şəhəri"nə çevirmək planlarının bir hissəsi idi. İlk dəfə 2005-ci ildə Sinqapurun Milli Günü ilə bağlı mitinqində Baş nazir Li Syan Lun tərəfindən Körfəzdəki bağlar Sinqapurun ilk şəhər açıq istirahət məkanı və milli simvolu olmaq üçün nəzərdə tutulduğu elan edilmişdi. Sinqapurun məşhur turistik məkanı olan park 2014-cü ildə 6,4 milyon ziyarətçi qəbul edib, 2015-ci ilin noyabrında 20 milyonu, 2018-ci ildə isə bu ziyarətçi sayı 50 milyonu keçib. == Mərkəzi bağ == Mərkəzi bağ Şərq və Cənub bağları arasında əlaqə rolunu oynayacaq. Şəhər mərkəzindən Sinqapurun şərqinə qədər uzanan mənzərəli gəzintilərə imkan verən 3 kilometrlik (1,9 mil) sahil zolağı ilə 15 hektar (37 akr) ərazini əhatə edir. == Şərq bağı == Şərq bağının sahəsi 32 hektardır (79 akr) və Marina Su Anbarı ilə həmsərhəd olan 2 kilometrlik (1.2 mil) ərazini əhatə edən gəzinti sahəsi var.
Bağlan (Duzluca)
Bağlan — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarixi == Kəndin adı 1901-ci il qeydlərində Gülabi kimi qeyd olunur.
Baqul Berdiyeva
Baqul Berdiyeva (18 may 1995) — Türkmənistanlı qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Türkmənistanı təmsil edir. Baqul Berdiyeva İslam Həmrəyliyi Oyunlarında iştirak etmişdir. Son dəfə 2017 İslam Həmrəyliyi Oyunlarında mübarizə aparmışdır.
Rəqs edən bağalar (film, 1935)
== Məzmun == Burada Qambay adlı oğlanın atası ilə sirkə getməsindən, heyvanların oyun çıxarmalarını görəndən sonra təlimçi olmaq fikrinə düşməsindən bəhs edilir. == Film Haqqında == Film yazıçı Abdulla Şaiqin "Oyunçu bağa" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Abdulla Şaiq Ssenari müəllifi: Aleksandr Popov Quruluşçu operator: Muxtar Dadaşov İkinci rejissor: Qəmər Salamzadə == İstinadlar == == Mənbə == Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 132. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.