ərəb. bəqqal
Keçmişdə ərzaq malları satan dükançı. Rus dilində бакалейная sözü buradandır. (“Koroğlu” dastanının lüğəti)
Düyünü baqqaldan alıb tökdü torbaya. (“Koroğlunun Qars səfəri”)
*
Almaçı şam üçün yağ-düyü alanda baqqala dedi, yaxşısından, Koroğluya layiq olandan ver. (Paris nüsxəsi, 8-ci məclis)