Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bazovıy
Bazovıy — Şimal Torpağına daxil olan ada. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. == Coğrafiyası == Kara dənizində, Oktyabr İnqilabı adasında yerləşən Jiloy yarımadasından 500 metr qərbdə yerləşir. Ətrafında kiçik adalar vardır: Obmannıy adası 1,5 km cənub-şərqdə, Zabor adası 2 km şimal-qərbdə və Kolosov adaları 2,7 km qərbdə yerləşir. == Xüsusiyyətləri == Cənub-qərbdən şimal-şərqə uzanışdır. Burada uzunluq 850 metrdir. Sahilləri alçaqdır. Adada hansısa hündürlük yoxdur. Ada alcaqboylu otlarla örtülü olur.
Boris Baykov
Boris Pavloviç Baykov (24 iyul 1896, Kislovodsk, Terek vilayəti – 6 oktyabr 1958, Bakı) — Azərbaycan-sovet teatr və kino aktyoru, pedaqoq, Azərbaycan SSR xalq artisti (1940). == Həyatı == Boris Baykov 24 iyul 1896-cı ildə Terek vilayətinin Minutka kəndində (hazırda Kislovodsk şəhəri) anadan olmuşdur. O, Həştərxan və Dağıstan Rus Dram teatrında çıxış etmiş, 1930–1952-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur.Boris Baykov Azərbaycan kinosunda da müxtəlif xarakterli obrazlar yaratmış, bir neçə filmə çəkilmişdir. Bundan əlavə o, Bakı Teatr Texnikumunda pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.Boris Baykov 6 oktyabr 1958-ci ildə Bakıda vəfat etmişdir.