Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balavani
Balavani Tiflis quberniyasının Duşeti qəzasında (indi Qori rayonunda) kənd adı. == Toponimkası == Balavani- Tiflis quberniyasının Duşeti qəzasında (indi Qori rayonunda) kənd adı. Pəhləvanlı adının gürcücə yazılışıdır. Tiflis əyalətinin Ağcaqala nahiyəsində Ərəbli tayfasının bir qolu və Borçalı elinin bir tayfası Pəhləvanlı adlanır. Orta əsrlərdə İrəvan əyalətinin Maku nahiyəsində Balaban kənd adı ilə eynidir.
Balaxanı
Balaxanı — Bakı şəhərinin Sabunçu rayonunda şəhərtipli qəsəbə. Neft bumundan əvvəl əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və bostançılıq olmuşdur. == Coğrafi mövqeyi və tarixi == Bakının ən qədim qəsəbələrindən sayılır. Qəsəbə Bakının şimal—şərqində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Zabrat qəsəbəsi, Digah və Məmmədli kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki — "Yuxarı" və "Aşağı" — məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu məhəlləsi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir. 1989-cu ildən başlayaraq, qəsəbənin qərb hissəsində Yeni Balaxanı adlanan yaşayış massivi formalaşmağa başlamışdır. Yeni Balaxanı massivi (Fazenda) Qədim Balaxanıdan fərqli olaraq, eni 10–15 metr olan paralel küçələr şəklində salınmışdır.
Balaxanı (1908)
Balaxanı qısametrajlı sənədli filmi rejissor Miron Qrossman tərəfindən 1908-ci ildə çəkilmişdir. Kinosüjet Bakı həyatından bəhs edir. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Filmin üzərində işləyən == Rejissor: Miron Qrossman Operator: Miron Qrossman == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
Balaxanı bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Balaxanı hamamı
Balaxanı qum hamamı — Balaxanı qəsəbəsi ərazisində yerləşən XIV əsrə aid tarix-memarlıq abidəsi. Ümumilikdə hamam binası bir-biri ilə əlaqəli üç hissədən ibarətdir. Birinci hissə əsas girişdir. Burdan dəhliz soyunma, paltar saxlama və hamam geyimi geyinmə otaqlarına aparır. İkinci hissə isti və soyuq su hovuzları ilə təchiz olunmuş böyük çimmə zalıdır. Bu zala yanlardan müxtəlif fərdi proseslər üçün nəzərdə tutulmuş kiçik otaqlar da birləşir. == Tarixi == Balaxanı qum hamamı tədqiqatçılar tərəfindən XIV əsrə aid edilir. Sonradan bu tip hamamlar Abşeron ərazisində geniş yayılmış, XVII, XVIII və XIX əsrlərdə Abşeron yarımadasının müxtəlif hissələrində Balaxanı qum hamamının memarlığını xatırladan hamam binaları tikilmişdir. == Memarlıq xüsusiyyətləri == Ümumilikdə hamam binası bir-biri ilə əlaqəli üç hissədən ibarətdir. Birinci hissə əsas girişdir.
Balaxanı qəsəbəsi
Balaxanı — Bakı şəhərinin Sabunçu rayonunda şəhərtipli qəsəbə. Neft bumundan əvvəl əhalinin əsas məşğuliyyəti əkinçilik, bağçılıq və bostançılıq olmuşdur. == Coğrafi mövqeyi və tarixi == Bakının ən qədim qəsəbələrindən sayılır. Qəsəbə Bakının şimal—şərqində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Zabrat qəsəbəsi, Digah və Məmmədli kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki — "Yuxarı" və "Aşağı" — məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu məhəlləsi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir. 1989-cu ildən başlayaraq, qəsəbənin qərb hissəsində Yeni Balaxanı adlanan yaşayış massivi formalaşmağa başlamışdır. Yeni Balaxanı massivi (Fazenda) Qədim Balaxanıdan fərqli olaraq, eni 10–15 metr olan paralel küçələr şəklində salınmışdır.
Ovdan (Balaxanı)
Ovdan — Şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə Balaxanı qəsəbəsində tikilmiş ovdan. Ovdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Balaxanı qəsəbəsində yerləşən ovdan şirvanşah əmiri Xacə Zeynəddinin göstərişi ilə XIV əsrdə inşa olunub. Pilləkənlərin quruluşu Şirvanşahlar sarayında olduğu kimi, bir qədər hündürdür. Ehtimal olunur ki, Qum hamamı inşa edildikdən sonra ilk dövrlər Ovdandan götürülən su ilə təchiz olunub. Ovdan mənbəyindən su götürmək üçün 40 pilləkəni üzü aşağı düşmək lazımdır. Pilləkənlər lay daşlardan yonulub, düz su mənbəyinə qədər enir. Ovdanın çox az bir hissəsi torpağı üzərində, əsas hissəsi torpağın altındadır. Ovdanın girişindən su mənbəyinə qədər üzü aşağıya 15 metr məsafə var. Tikilinin yerin altındakı hissəsinin tağvari dəhliz şəklində olması üzərindəki torpaq qatı ağırlığının təzyiqi nəticəsində çökməsi ehtimalını heçə endirir.
Afrika kəkilli çalağanı
Afrika kəkilli çalağanı (lat. Aviceda cuculoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Balaxanı-Sabunçu rayonu
Sabunçu rayonu (əvvəlki adı: Lenin rayonu) — Bakı şəhərinin rayonu. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin Lenin rayonu Sabunçu rayonu adlandırılmışdır. == Tarixi == 29 aprel 1992-ci ildə Lenin rayonu adı dəyişdirilərək Sabunçu rayonu adlandırılmışdır. Həmçinin Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Razin qəsəbəsinə adı verilmiş və 1992-ci ildə Bakıxanov qəsəbəsi adlandırılmışdır. == Mədəniyyəti == Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşmışdır. Rayonda 46 məktəb, 3 internat və 25 səhiyyə müəssisələri fəaliyyət göstərir. Sabunçu rayonu ərazisində müxtəlif mülkiyyət hüququna məxsus 75 sənaye, 53 tikinti, 9 nəqliyyat, 2 kənd təsərrüfatı və 370 ticarət obyekti və sair fəaliyyət göstərir. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən rayonda 231.271 nəfər əhali yaşayır. == Etnik tərkib == == İqtisadiyyatı == Məşğul əhalinin əsas hissəsi mədənçıxartma sənayesindən, rayonda fəaliyyət göstərən neft avadanlıqlarının istehsalı müəssisəsindən, çörək, fındıq və digər istehsal, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.Hazırda rayon üzrə məşğul əhalinin sayı 30273 nəfər, o cümlədən sənayedə çalışanların sayı 8777 nəfər, tikintidə 1378 nəfər, büdcə təşkilatlarında 1210 nəfər, təhsildə 4860 nəfər, səhiyyədə 4296 nəfər, digər sahələrdə 9752 nəfərdir.
Balaxanı (film, 1908)
Balaxanı qısametrajlı sənədli filmi rejissor Miron Qrossman tərəfindən 1908-ci ildə çəkilmişdir. Kinosüjet Bakı həyatından bəhs edir. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Filmin üzərində işləyən == Rejissor: Miron Qrossman Operator: Miron Qrossman == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
Balaxanı Sənaye Parkı
Balaxanı Sənaye Parkı (Balaxanı Eko-Sənaye Parkı) təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə yaradılıb. == Tarix == Balaxanı Sənaye Parkı — 4 may 2011-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən biri olan Balaxanı Eko-Sənaye Parkının yaradılması qərara alınmışdır. 28.12.2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" və "Bakı şəhərində Balaxanı Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" imzalanmışdır. 19 dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfində Balaxanı Sənaye Parkının təməli qoyulmuşdur. == Məqsəd == Parkın yaradılmasında məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır . == Hədəf == Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaq olacaq. Park ərazisində mexaniki emal və istehsal qurğuları üçün bütün şəraitlər və lazımi dəstək Hökumət tərəfindən təmin ediləcək. Sənaye Parkının Balaxanı poliqonuna və tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına yaxınlığı xammal və enerji təchizatı və əldə edilmiş xam material və ya istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına əlverişli imkan yaratmış olacaq. Yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə potensial sahibkar və investorlar üçün Parkın xarici və daxili infrastrukturunun qurulması planlaşdırılır. Belə ki, xarici infrastruktur kimi yol salınacaq, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək.
Balaxanı qum hamamı
Balaxanı qum hamamı — Balaxanı qəsəbəsi ərazisində yerləşən XIV əsrə aid tarix-memarlıq abidəsi. Ümumilikdə hamam binası bir-biri ilə əlaqəli üç hissədən ibarətdir. Birinci hissə əsas girişdir. Burdan dəhliz soyunma, paltar saxlama və hamam geyimi geyinmə otaqlarına aparır. İkinci hissə isti və soyuq su hovuzları ilə təchiz olunmuş böyük çimmə zalıdır. Bu zala yanlardan müxtəlif fərdi proseslər üçün nəzərdə tutulmuş kiçik otaqlar da birləşir. == Tarixi == Balaxanı qum hamamı tədqiqatçılar tərəfindən XIV əsrə aid edilir. Sonradan bu tip hamamlar Abşeron ərazisində geniş yayılmış, XVII, XVIII və XIX əsrlərdə Abşeron yarımadasının müxtəlif hissələrində Balaxanı qum hamamının memarlığını xatırladan hamam binaları tikilmişdir. == Memarlıq xüsusiyyətləri == Ümumilikdə hamam binası bir-biri ilə əlaqəli üç hissədən ibarətdir. Birinci hissə əsas girişdir.
Balaxanı İdman Mərkəzi
Cümə məscidi (Balaxanı)
Balaxanı Cümə Məscidi — XIX əsrə aid tarix-memarlıq abidəsi, məscid. Azərbaycanın Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşir. == Haqqında == Balaxanı Cümə Məscidinin tikilmə tarixi ilə bağlı dəqiq məlumat olmasa da, məscidin içərisində qorunub saxlanan daş kitabədə hicri təqvimlə 1290-cı ildə (1873-cü il) tikildiyi yazılıb. Məscid o dövrün neft milyonçularının xeyriyyə yardımları və qəsəbə sakinlərinin ianələri hesabına inşa olunub. Sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi. Balaxanı Cümə məscidi də bu dövrdə ibadətə bağlanıb. 1937-1989-cu illər məscidin binasında mədəniyyət evi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, 1992-ci ildə dindarların istifadəsinə verilib.
Jerdon kəkilli çalağanı
Jerdon kəkilli çalağanı (lat. Aviceda jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Madaqaskar kəkilli çalağanı
Madaqaskar kəkilli çalağanı (lat. Aviceda madagascariensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Balaxanı-Sabunçu Polis Meysterliyi
Balaxanı-Sabunçu Polis Meysterliyi və ya Balaxanı-Sabunçu Polis İdarəsi — Bakı şəhərinin Balaxanı-Sabunçu ərazisindəki neft mədənlərini mühafizəsini təmin edən Azərbaycan Xalq Cümhuriyyətinin polis qurumu. == Haqqında == Polis meysterliyi XIX əsrin sonunda Bakıda neft sənayesinin sürətlə inkişaf etdiyi bir vaxtda, 1897-ci ildə yaradılmışdır. Qurum, 17 aprel 1917-ci il tarixində Bakı Xalq Komissarları Soveti polismeysterliyi tərəfindən ləğv edilmişdir. Qurum, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə yenidən bərpa edilmiş, şəhərin neft mədənləri rayonlarında qayda yaradılması ona həvalə olunmuşdu. Polis meysterliyinin ərazisi 7 polis məntəqəsinə (Sabunçu, Ramana, Zabrat, Balaxanı, Suraxanı, Binəqədi, Corat) bölünmüşdü. Məntəqələrə pristavlar başçılıq edirdilər 1920-ci il mayın 14-də Bakı İnqilab Komitəsinin qərarı və Bakı Şəhər Milis İdarəsinin əmri ilə Balaxanı-Sabunçu Polismeysterliyi ləğv edilib, Balaxanı-Sabunçu Milis idarəsi adlandırılıb. Bununla belə, xidməti ərazisinin böyüklüyü və xüsusi əhəmiyyəti nəzərə alınaraq, Bakı Şəhər və Qəza Milis İdarəsinə tabe edilməklə ona müəyyən müstəqillik verilib. == Mədəniyyətdə == Polis meysterliyi, Azərbaycan kinosunun pioneri olan Aleksandr Mişonun Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları adlı qısametrajlı sənədli filminin diqqət mərkəzidir. == Mənbə == Balaxanı-Sabunçu Polis Meysterliyi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild.
Balaxanı-Sabunçu Polis İdarəsi

Sakit okean kəkilli çalağanı
Sakit okean kəkilli çalağanı (lat. Aviceda subcristata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli çalağan cinsinə aid heyvan növü.
Erkən Pliosen (Balaxanı əsri) epoxası
== Erkən Pliosen (Balaxanı əsri) epoxası == Erkən pliosen (Balaxanı və ya Məhsuldar qat əsri) epoxası Azərbaycan Respublikası relyefinin inkişafında mühüm mərhələ olmuşdur. Belə ki, bu dövrdə dənizin reqressiyası zamanı onun səviyyəsi indikindən xeyli aşağı düşmüş və transqressiv fazasında isə Qusar-Dəvəçi, Ceyrankeçməz və Aşağı Kür çökəkliklərini örtmüşdür. B.Ə. Budaqova görə (1969, 1976) Şahdağ və Bazardüzü-Tufan massivlərinin hündürlüyü yüksək dağlığın səviyyəssinə çatmış və buzlaşmaya məruz qalmışdır. Kür çökəkliyinin relyefi balaxanı əsrində dənizin transqressiya (əsrin əvvəli və ortasının sonu) və reqressiyaları (əsrin ortasının əvvəli və əsrin sonu) ilə əlaqədar olaraq dəyişikliklərə məruz qalmışdır. Transqressiyalar zamanı çökəkliyin quru sahələri azalmış və hövzə akkumulyasiya sahəsini təcəssüm etdirmişdir. Reqressiyalar zamanı isə dəniz Aşağı Kür çökəkliyində saxlanılmış və akkumulyativ düzənliklərin sahəsi genişlənmişdir. Kiçik Qafqazın relyefinin inkişafında Balaxanı əsri mühüm rol oynamışdır. Bu zaman kontinental şəraitdə inkişaf edən Qazax çökəkliyində diskonform inversion və ya çevrilmiş morfostrukturların formalaşması və onların ekzogen parçalanması davam edir. Balaxanı əsrində Respublika ərazisi relyefinin inkişafının ümumi təmayülünə uyğun olaraq Lənkəran bölgəsində də Talış və Burovar horst-antiklinor, Peştəsər monoklinal və Qızılqaya diaklinal silsilələri qalxmaqda davam edir və mövcud düzəlmə səthləri, deformasiyaya məruz qalır. Yardımlı və Lerik depressiyaları relyefdə nisbətən dayaz çökəkliklər şəklində əks olunurlar.
Balaxanı-Sabunçu Polis İdarəsi Süvari Qorodovoylarının At Oynatmaları (1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. == İstinadlar == == Mənbə == Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898)