bakirə
baldız
OBASTAN VİKİ
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
Bal (dəqiqləşdirmə)
Bal — arılar tərəfindən bitkilərdən toplanan, çox güclü şəfaverici təsiri olan təbii qida. Bal (rəqs) — təntənəli rəqs növü.
Bal (rəqs)
Bal (fr. bal, it. ballo alm. ball‎) — hər iki cinsdən insanların cüt şəkildə rəqs etdiyi çox sayda iştirakçıların toplandığı mərasim. Ballar adı rəqs məclislərindən və diskotekalardan toplantının təntənəsi, ciddi etiketi və əvvəldən seçilmiş klassik rəqs ifası ilə seçilir. == Ədəbiyyat == Е. Дуков. Общественные балы и концертная культура XVIII в. // Дуков Е.В. Концерт в истории западноевропейской культуры. М., 2003, с.
Bal arısı
Bal arısı (lat. Apis mellifera) – Pərdəqanadlılar dəstəsinin əsl arılar fəsiləsinə aid həşərat növü. Vətəni Cənubi Asiyadır. Hər arı ailəsi bir ana arıdan, 60–80 min işçi arıdan və yay vaxtı bir neçə yüz erkək arıdan ibarət olur. Yuvalarını ağac koğuşlarında, qaya yarıqlarında və s. dalda yerlərdə düzəldir. Ayrı-ayrı arı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyildir, buna görə də bal arıları üçün "ailə" məfhumu bioloji təsərrüfat vahidi kimi qəbul edilmişdir. Bal arısı beçə verməklə çoxalır; partenogenez səciyyəvidir. Yayda əmələ gələn erkək arılar payızda tələf olur. Qışlamaya yalnız ana və işçi arılar qalır.
Bal ayı
Bal ayı — evliliyin ilk ayı ki gəzməkdə keçirilir, evliliklərini səmimiyyət və inzivada qeyd etmək üçün yeni evlilər tərəfindən keçirilən ənənəvi tətil.
Bal porsuğu
Bal porsuğu — Lüğətdə "The meanest creature" adlanan "Manyak Porsuq". Bu heyvan gündə 80 km yeriyərək qabagına çıxan hər şeyi yeyir. Faktiki olaraq bir yuvası yoxdur. Tapdığı bir çuxurda yatır. Balı çox sevdiyinə və dərisinin qalın olması səbəbindən arıları vecinə almadığına görə Bal Porsuğu da deyilir (Honey Badger). Hətta kral Kobranı belə zəhərlənənə qədər yeyər, zəhərin təsirilə özündən getsə belə yenidən ayılıb yeminə qaldığı yerdən davam edər. Çox cəsarətlidir, kefinə görə aslanlarla belə dava edər. Təbiətdə görülmüş nadir heyvanlardandır.
Bal pətəyi
Bal pətəyi və ya Bal şanı — bal və yumurtalarını saxlamaq üçün arıların mumdan hazırladığı yuvacıqlar. Bal pətəyinin qəribə memarlığı tarix boyunca insanların marağına səbəb olmuşdur. Yan-yana altıbucaqlılardan təşkil olunan bu quruluş, son dərəcə dəqiq olub ortalama divar qalınlıqları 0.1 mm-dir. Bu orta rəqəmdən fərqlənmə isə, ən çox 0.002 mm-ə qədərdir. Pətəklərin inşasında həndəsə qaydalarına ideal şəkildə riayət olunur. Dairə, müəyyən bir sabit sahəni əhatə edən ən qısa kənar uzunluğuna malik həndəsi formadır. Məsələn, sahəsi 10 sm² olan kvadrat və dairənin çevrə uzunluqları müqayisə edildikdə dairənin çevrəsinin daha qısa olduğunu görərik. Ancaq bal pətəyinin inşasında vəziyyət heç də belə deyil. Burada bal pətəyinin geniş çərçivəsi, bərabər və daha kiçik sahələrə bölünəcəkdir və bölmə əməliyyatında ən az çevrə uzunluğuna malik quruluş istifadə ediləcəkdir. Çərçivəni, bərabər sahələrə malik kiçik dairələr şəklindəki pətəklərə bölmək istəsək, yuxarıda ifadə edildiyi kimi ən qısa kənar xüsusiyyəti təmin edəcək, fəqət dairələrin kənarları arasında qalan boşluqlar üçün daha çox mum sərf edilmiş olacaqdır.
Bal tortu
== Ərzaq == Xəmir üçün 3 yumurta 1,5 stəkan şəkər 1,5 xörək qaşığı bal 100 qr yağ 3 stəkan un 1 çay qaşığı soda. Krem üçün 1 banka qatılaşdırılmış süd 200 qr kərə yağ. == Hazırlanma qaydası == Yumurta şəkərlə çalınır, bal və yumşaq kərə yağı əlavə edilib qarışdırıla – qarışdırıla 5 dəq odun üstündə vamla bişirilir. Oddan götürəndən sonra qarışdırmaya ara vermədən ona 1 çay qaşığı çay sodası və tədricən un əlavə olunur. Sonra xəmir 5 – 6 yerə ayrılıb (təxminən 2 xörək qaşığı) un tökülmüş taxta üstündə 0,5 sm qalınlığında yayılır və 6 – 8 dəqiqə duxovkada bişirilir. Hər layın üstünə krem çəkilib üst – üstə yığılır. Üst qata da krem çəkilib yaymalardan çıxmış ovuntu səpilir. Krem hazırlamaq üçün ağzı açılmamış qatılaşdırılmış süd bankası su olan qazana qoyulub 2 ssat qaynadılır. Fikir vermək lazımdır ki, süd qabı həmişə suyun içində olsun, əks təqdirdə banka partlaya bilər. Sonra banka soyudulur və yaxşı çalınmış kərə yağı ilə qarışdırılmış krem hazırlanır.
Bal şəlalələri
Ballı şəlalələr (qaraç.-balk. Бал чучхурла) — Qaraçay-Çərkəz Respublikasında şəlalələr qrupu. Şəlalələr Alikonovka və Eçki-Baş çayları üzərində yerləşib Maloqaraçayevsk rayonuna daxildirlər. Bu adla həm də yaxınlıqda yerləşən təbii-rekeresiya mərkəzi və turizm bazası adlanır. Şəlalələrə ən yaxın yaşayış məntəqəsi Kommunstroydur. Rayon mərkəzi Uçkekendən şəlalələrə qədər məsafə 10 km, Kislovodsk şəhərinə olan məsafə isə 20 km-dir. Ballı şəlalələr qrupuna 5 şəlalə daxildir. Onlardan üçü: Jemçujnıy, Skrıtıy və Şumnıy (Şeytan dəyirmanı) Alikonovka çaynda yerləşir. Digər iki şəlalə isə, Böyük və Kiçik Ballı şəlalə Eçki-Baş çayındadır. Çay 18 metr hündürlükdən Alikonovka çayına tökülərək Böyük Ballı şəlaləsini yaradır.
Bal (film, 2010)
Bal — 2010-cu ildə çəkilmiş türk filmidir. Film 60-cı Berlin Beynəlxalq Film Festivalının ən prestijli mükafatı olan "Qızıl Ayı" mükafatını almışdır. == Yayım == Film 16 Fevral 2010-cu ildə 60-cı Berlin Beynəlxalq Film Festivalında tənqidçilərin bəyənməsinə təqdim olunmuşdur. == Məzmun == Filmdə Yusifin iç dünyası Qara dənizin möcüzəvi ortamı içərisində göstərilmişdir. Film Yusifin evdə ana-atasıyla, məktəbdə müəllim və dostları ilə olan münasibətlərindən bəhs edir. Yusifin atası arıçıdır, anası isə çay tarlasında çalışır.
Bal Qandahar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Bal arısının zərərvericiləri
Bal arısının zərərvericiləri - Varroa destructor (Parasitiformes), Acarapis woodi (Trombidiformes) kimi növlər bal arısının əsas zərərverici gənələridir. == Varroa destructor == Varroa destructor Anderson & Trueman, 2000 zərərverici gənəsi həm Apis mellifera, həm də Apis cerena arılarında parazitlik edir. Dişi gənənin uzunluğu 1,1-1,2 mm, eni isə 1,6-1,7 mm olub, bədəni qırmızımtıl qəhvəyi rəngdə və yastı olur. Əsasən arıların qarıncıq hissəsinin halqaları arasına yapışır və buradan arının hemolimfası ilə qidalanaraq yaşayır. Dişi gənələr içərisində erkək və işçi arıların sürfələri olan yuvalara girərək sürfə qidası ilə qidalanırlar. Yuvanın ağzı bağlandıqdan 60-70 saat sonra yumurta qoymağa başlayırlar. Bir dişi gənə 4-6 yumurta qoyur ki, bunlardan da 4 ədədi həyatda qala bilir. Yumurtaların birindən erkək, digər üçündən isə dişi varroalar çıxır. Varrotoz olan arı ailələrinin məhsuldarlıq qabiliyyəti aşağı düşür, bir sıra viruslu və nozematoz kimi xəstəliklərin yaranmasına şərait yaradır. === Mübarizə üsulları === Arıçılar varroa gənəsi ilə mübarizədə planlı şəkildə həyata keçirilən kimyəvi və bioloji mübarizə üsullarından istifadə edirlər.
Bal və yonca
Honey and clover (ハチミツとクローバー, Haçimitsu to kuro:ba, Bal və yonca) — Çika Umino tərəfindən yaranmış manqa və onun əsasında J.C.Staff tərəfindən istehsal olunmuş anime serial. Anime 14 aprel 2006-cı ildə Fuji TV-də noitaminA blokunun ilk animesi kimi yayımlandı. == Məzmun == Kollecdən 10 dəqiqəlik məsafədə hamamsız altıotaqlı ev. 25 il bundan əvvəl tikilib, aylıq ödəmə haqqı - 38 000 yen. Heç bir səs izolyasiyası olmayan uçuq ev. Yaşayanların hamısı tələbədir. Pəncərələr şərqə baxdığından səhərlər işıqlı olur. Bədii kollecin tələbəsi Yuta Takemoto özbaşına tələbə həyatına qədəm qoyur. O, sempayları Şinobu Morita və Takumi Mayama ilə bir evdə otaq tutub və özünə həyatda yer tapmaq ümidləri ilə doludur. Günlərin bir günü kollecin cavan professorlarından biri Şüci Hanamoto onları qardaşıqızı Haqumi ilə tanış edir.
Əsl bal arıları
Əsl bal arıları (lat. Apis) — Əsl arılar fəsiləsinə mənsub cins. == Təsnifatı == Yarımcins Micrapis Apis andreniformis F. Smith, 1858 Apis florea Fabricius, 1787Yarımcins Megapis Apis dorsata Fabricius, 1793 — nəhəng arıYarımcins Apis Apis cerana Fabricius, 1793 Apis koschevnikovi Enderlein, 1906 Apis mellifera Linnaeus, 1758 — bal arısı == İstinadlar == == Ədəbiyyat == Осычнюк А. З., Панфилов Д. В., Пономарева А. А. Надсемейство Apoidea. // Определитель насекомых европейской части СССР. Л., 1978. Т. 3, ч. 1: Перепончатокрылые. С. 279—518.
Bal Qandadhar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Bal arısının bakterial xəstəlikləri
Bal arısının bakterial xəstəliklərinə — Amerikan çürüməsi, Avropa çürüməsi və septisemiya xəstəlikləri daxildir. == Amerikan çürüməsi == Bu xəstəlik olduqca təhlükəli olub, həm bal arılarında (Apis mellifera), həm də digər arı növlərində rast gəlinir. Xəstəliyi yaradan Paenibacillus larvae adlı bakteriyadır. Xəstəlik sürfələrə işçi arılar tərəfindən sporlar vasitəsilə keçir. Paenibacillus larvae bakteriyası qram müsbət, düz çubuq ya da əyri çubuq şəkilli, 0,5-0,8 μm eninə və 1,5-6 μm uzunluğuna malik bakteriyadır. Bu bakteriyanın sporları ancaq sürfələrdə xəstəlik törədib, yetkin arılarda xəstəlik əmələ gətirmir. Paenibacillus larvae subsp. larvae sporları ellips formasındadır, temperatur və kimyəvi maddələrə qarşı olduqca davamlıdır. Sporlar 35-60 il canlı qalıb xəstəlik törətmə qabiliyyətinə malikdir. Bu xəstəlik zamanı sürfələr yuvalarda qeyri-düzgün şəkildə düzülür.
Bal arısının virus xəstəlikləri
Bal arısının virus xəstəliklərinə — deformasiya qanad virusu, talamus sürfə çürüməsi virusu, qara ana arı virusu, kəşmir arı virusu, xroniki arı iflici virusu, arı X virusu, arı Y virusu, bulanıq qanad virusu, misir arı virusu, filamentoz arı virusu, torba çürüməsi virusu və s. göstərmək olar. == Deformasiya qanad virusu == Bu virus Apis mellifera və Apis cerena-da xəstəlik törədir. Virusla yoluxma zamanı qanadlarda büzüşüklük, gövdədə kiçilmə və rəngsizləşmə meydana çıxır. Xəstə arılar sürfə və pup mərhələsində ölürlər. Xəstəlik əsasən varroa ilə yayılır. == Qara ana arı virusu == Bu xəstəlik ilk dəfə olaraq üzəri örtülmüş ana arı yuvalarında sürfə və ya pup mərhələsində rast gəlinmişdir. Ölü arıların sürfə və pupları tünd qəhvəyidən qara rəngə çevrilir. Xəstə sürfələrin rəngi isə açıq sarı rəngdə olur. Bu virus işçi arılara öz sürfələrini qidalandırdığı zamanı keçir.
"Balta Mika" Milli Parkı
"Balta Mika Braile" (Parcul Natural Balta Mică a Brăilei) — Rumıniyanın cənub-şərqində milli park. Milli park Breila judetsi ərazisində yerləşir. Əsasən su-bataqlıq əraziləri əhatə edir. Sahəsi 17 529 hektar olan bu qoruq Dunay çayının iki kiçik qolu arasındadır. Dunayın mənsəbindən 62 km qərbdədir. Jurjen və Vadu-Ouy kənləri yaxınlığındadır. "Balta" adlı bu ərazidə 7 ada, 52 kiçik göl var. Milli park Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin V kateqoriyasına daxildir. == Ümumi məlumat == Ərazidə yerləşən əsas coğrafi obyeklər Braile düzənliyi, Böyük Braile adası və Kiçik Braile adasıdır. 12 mart 2000-ci ildə ərazi milli park elan edilmişdir.
109 saylı Balakən seçki dairəsi
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı (film, 1898)
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı ― rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Film Azərbaycan kinosu tarixində çəkilmiş ilk filmlərdən biridir. Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur.Sujetdəki quyunun Balaxanı ərazindəki “21060” nömrəli quyu olduğu iddia olunur. Sözügedən quyu 1898-ci ilin noyabr ayında VI horizontdan sutkalıq 11 ton neft hasilatı ilə istismara verilmişdir və hələ də istismar olunur.Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri — "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır. == İstinadlar == == Xarici keçidlər == 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı — YouTube == Mənbə == Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.
2015 Baltimor etirazları
2015 Baltimor etirazları ABŞ-nin Maryland əyalətinin ən böyük şəhəri Baltimorda reallaşan etiraz və qiyamlar. 19 aprel 2015 tarixində Freddie Graydan ölümü üzərinə başlamışdır. Şəhər sakinlərindən 25 yaşındakı afroamerikan Freddie Gray həbs olunduqdan bir həftə sonra öldü. Tutuklandığında sağlam olan Grey daha sonra onurğa və qırtlağından yaralanıb. Yaralanma səbəbi və şəraiti rəsmi olaraq açıqlanmayıb. 25 aprel 2015-ci ildə başlayan etirazlar əsnasında 20 polis məmuru yaralandı. Bölgədə fövqəladə hal elan edilərkən həbslər minimum 200 rəqəminə çatdı.
Adi baldırğan
Adi baldırğan (lat. Heracleum sphondylium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. == Sinonimləri == Heracleum alpinum subsp. benearnense Rouy & E.G.Camus Heracleum alpinum subsp. pyrenaicum (Lam.) Rouy & E.G. Camus Heracleum alpinum var. pyrenaicum (Lam.) Pers. Heracleum austriacum var. elegans Crantz Heracleum ceretanum Sennen Heracleum granatense Boiss. Heracleum longifolium Jacq. Heracleum montanum Schleich.
Adi balqabaq
Adi balqabaq (lat. Cucurbita pepo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik mədəni birevli ot bitkisi olub, gövdəsinin uzunluğu 10 m olub, spiralvari burulan bığcıqları vardır. Adi balqabaq gövdəsi rəndələnmiş, yonulmuş, tikanlı və sərt tükcüklü, yarpaqları tikanlı-kələ-kötür, ürəkşəkilli, beşpərli və itidir. Çiçəkləri bircinsiyylətli, sarı, iri, tək və ya erkəkciyi dəstəlidir. Çiçək tacı zəngşəkilli, 5-10 sm diametrli, itiuclu və düzqalxandır. Meyvəsi iri, diametrli, 15-40 sm, şarşəkilli və ya ellipsvari formalı, çoxsaylı sarımtıl-ağ toxumlardan ibarətdir. İyun ayında çiçəkləyir. Muskat balqabağın gövdəsi küt, yumşaq tükcüklü, yarpaqları 5-7 pərli, dəyirmi-böyrəkşəkilli və iti pərlidir. Tacı iti qatlanmışdır.
Adi balzamin
Adi xınagülü (lat. Impatiens noli-tangere) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin balzaminkimilər fəsiləsinin xınagülü cinsinə aid bitki növü.
Adi balıqçıl
Adi balıqçıl (lat. Alcedo atthis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin balıqçıl cinsinə aid heyvan növü. == Haqqında == Azərbaycanda nominativ yarımnövlə təmsil olunmuşdur. Sərçədən bir qədər iridir. Üstü göyümtül-yaşıl, quyruqüstü parlaq-göy, boğazı oxra-ağımtıldır. Dimdiyində, peysərinə tərəf gözlərindən keçməklə enli zolaq uzanır. Bədəninin altı paslı-kürəndir. Dimdiyi qırmızımtıldır. Uçuşu sürətli, tez-tez qanad çalmaqladır. Adətən suyun düz üstündə uçur.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akvarium balıqları
Akvarium balıqları (ing. Aquarium fishery) — Əsasən, xırda, əlvan rəngli, əksər hallarda qeyri-adi formalı və özünəməxsus davranışlı, akvariumlarda yaşaya və arta bilən balıqlar. Akvarium balıqlarının əksəriyyəti təbii şəraitdə tropik və subtropik ölkələrin şirin sularında yaşayır. 1000-dək növü əhatə edir. Bunlar, əsasən, çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə və xarasinlər fəsiləsinə, həmçinin çəkidişlikimilər dəstəsinə aid balıqlardan ibarətdir. Müasir akvariumlarda əksər vaxtlarda akulalar, murenlər, angvillər, daşlıq xanıları, kəpənyibalıqlar, dəniz məleykələri, sandıqbalıqlar, beli buynuzlular kimi dəniz balıqları yetişdirilir. Düzgün saxlanıldıqda təbii şəraitdəkindən artıq 3–5, bəziləri 15 ilədək yaşaya bilir. Uzaq hibridləşdirmə nəticəsində yeni cinslər alınmışdır. Bir sıra tropik ölkələrdə akvarium balıqlarnın yetişdirilməsi və dekorativ balıqçılıq əsas gəlir sahəsi və elmi eksperimentlər obyektidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Aleksandr Baluyev
Aleksandr Baluyev (6 dekabr 1958, Moskva) — Rusiya aktyoru. == Həyatı == Aleksandr Nikolayeviç Baluyev 6 dekabr 1958-ci ildə Moskvada anadan olub. MXAT Məktəb Studiyasında təhsil alıb (1980). Sovet Ordusu Teatrı (1980–1986), Yemoloyev adına Mərkəzi Teatrda (1986) çalışıb. Kinodakı fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb.
Aloe ballii
Aloe ballii (lat. Aloe ballii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Aloe ballyi
Aloe ballyi (lat. Aloe ballyi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Amazon yaşıl balıqçılı
Amazon yaşıl balıqçılı (lat. Chloroceryle amazona) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinin balıqçıllar fəsiləsinin yaşıl balıqçıl cinsinə aid heyvan növü.
Amblyseiulella baltazarae
Amblyseiulella baltazarae (lat. Amblyseiulella baltazarae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin amblyseiulella cinsinə aid heyvan növü.
Andrey Balançivadze
Andrey Melitonoviç Balançivadze (gürc. ანდრია მელიტონის ძე ბალანჩივაძე;19 may (1 iyun) 1906, Sankt-Peterburq – 28 aprel 1992, Tbilisi) — Sovet, gürcü bəstəkarı, pedaqoqu, ictimai xadimi. Sosialist Əməyi Qəhrəmanı (1986). SSRİ xalq artisti (1968). İki dəfə Stalin mükafatı (1946, 1947) və Şota Rustaveli adına Gürcüstan SSR Dövlət Mükafatı (1969) laureatı. == Həyatı == Andrey Balançivadze 1906-cı il mayın 19-da (1 iyun) Sankt-Peterburqda (digər məlumatlara görə - 1905-ci ildə) bəstəkar Meliton Balançivadzenin ailəsində anadan olmuşdur.O, ilk musiqi təhsilini Sankt-Peterburqda almağa başlamışdır. 1918-ci ildə təhsilini Kutaisidə, atasının yaratdığı musiqi məktəbində davam etdirir. Andrey Balançivadze 1921-1926-cı illərdə Tiflis Konservatoriyasında M. M.İppolitov-İvanovun (.N.Çerepnin və S.S.Barxudaryandan da musiqi təhsili alıb) və fortepianoda - İ.S.Aysberqin bəstəkarlıq siniflərində təhsil alıb. Eyni illərdə Gürcüstan Fəhlə Teatrı, Satira Teatrı, Tiflis Proletar Teatrı, Fəhlə Gənclər Teatrı və s. çalışıb.
Annovka (Baltas)
Annovka (rus. Анновка) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 71 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 20 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 90 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (50%) tatarlar (35%) üstünlük təşkil edir.
Antarktika balinaquşu
Antarktika balinaquşu (lat. Pachyptila desolata) — Fırtınaqumukimilər dəstəsinə daxil olan növ. == Görünüşü == Bədəninin uzunluğu 25–27 sm, çəkisi 150–160 q təşkil edir. Qanadları arasında məsafə 58–66 sm-dir. Cinsə daxil olan digər növlərlə çaşdırılsada xüsusən Pachyptila salvini növü ilə səhv salınır. Uçuş zamanı isə demək olar ki, tanımaq mümkün deyil. Antarktika balinaquşunun dimdiyi Pachyptila salvini növünün dimdiyinə nisbətdə qısadır. == Yarımnövləri yayılma arealı == Pachyptila desolata desolata — Kroze adaları, Kergelen və Makkuori adası. Pachyptila desolata alter — Oklend adaları və Herd adası və Makdonald adaları. Pachyptila desolata banksi — Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Orkney adaları, Cənubi Şetland adaları, Skott adası.
Anthemis ballii
Anthemis ballii (lat. Anthemis ballii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Antuan Jerom Balar
Antuan Jerom Balar (fr. Antoine-Jérôme Balard; 30 sentyabr 1802 – 30 mart 1876) — fransız kimyaçısı, 1844-cü ildən Paris Elmlər Akademiyasının üzvü. == Həyatı == Antuan Jerom Balar 1802-ci il sentyabrın 30-da Monpelyedə anadan olmuşdur. 1826-cı ildə o, Monpelyedə əczaçılıq fakültəsini bitirmiş və 1834-1836 illərdə əczaçı kimi çalışmışdır.. O 1836-1845-ci illərdə Əczaçılıq Məktəbində və Monpelye Universitetində, 1845-ci ildə Sorbonnada, 1846-1851-ci illərdə Parisdəki Ali Normal Məktəbdə və 1851-ci ildən isə Kolleci de Fransda. dərs demişdir. == Elmi fəaliyyəti == Elmi tədqiqatın əsas sahəsi qeyri-üzvi kimyadır. (1826-cı ildə o Aralıq dənizi duz mədənlərinin duz məhlullarını tədqiq edərkən murid( lat.muria – duzlu məhlul) adlı yeni element kəşf etmişdir. Paris Elmlər Akademiyasının J.L.Gey-Lyussak və L.J.Tenarın daxil olduğu Komissiyası Baların yeni kəşfini təsdiq etmiş, lakin adı uğursuz olduğu üçün, yeni “Bromo” adını təklif (yunanca bromos üfunətli deməkdir) etmişlər. 1830-cu ildə London Kral Cəmiyyəti alimi ən yüksək mükafatlardan biri olan Kral medalı ilə təltif etmişdi.
Arabesk (balet)
Arabesk ya Arabesk duruşu (it. arabesco — ərəb) — klassik rəqsin əsas duruşlardan biri. Bu zaman əllər allongeé vəzittətində, işlək ayaqlar dizlərdən və topuqdan tarım açılmiş şəkildə, biri döşəməyə barmaqlar üzərində dirənmiş, digəri isə arxaya açılmış, ifadəli nəzərlər uzaqlarad dikilmiş olur.
Argentina raqulu balqabağı
Argentina raqulu balqabağı - Argentina mətbəxinə aid yemək. Bonduelle mərcisi, Bonduelle Gold qarğıdalısı, balqabaq, kartof, bibər, soğan, pomidor, keşniş (təzə yarpaqlar), kuraqa, kərə yağı, bitki yağı, sarımsaqdan istifadə olunmaqla hazırlanır, keşniş toxumu (koriandr), zirə kimi ədviyyatlar və duz (zövqə görə) əlavə olunur.
Qan və Bal diyarında (film, 2011)
Qan və Bal diyarında — 2011-ci ildə ABŞ tərəfindən istehsal edilən romantik-dram filmi. Filmin rejissoru Ancelina Colidir. Filmin büdcəsi 13 milyon dollardır. == Haqqında == Filmdə Bosniya müharibəsi fonunda müəyyən bir sevgi hekayəsi təsvir edilir.

Digər lüğətlərdə

заба́лтывание запа́йка клику́ша мылова́ренный объеда́ть протоми́ться спил бараба́нные перепонки трещат у кого-л девятиле́тний ма́льва настига́ть невосстанови́мый отгова́ривать прокорми́ть дараги мать монолог мразь long-haul airline philological акварелист амуниция вольт геометрия отбор