BALL

i. 1. (məktəbdə şagirdlərin biliyinə və əxlaqına verilən qiymət) mark; 2. (küləyin, zəlzələnin və s. gücünü göstərmək üçün istifadə edilən ölçü vahidi) force; magnitude; 20 ~ gücündə külək force-twenty wind; 8 ~ gücündə zəlzələ earthquake of magnitude eight

BALQABAQ
BALLADA
OBASTAN VİKİ
Ball
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
Dragon Ball
Dragon Ball (yap. ドラゴンボール) — Akira Toriyamanın manqası və onun əsasında yaradılmış eyni adlı anime. == Xarici keçidlər == Dragon Ball — Internet Movie Database saytında.
The Fame Ball Tour
The Fame Ball Tour — Lady Gaga-nın The Fame Monster albomundakı mahnılara verilmiş konsert turu. Bu tur indiyə kimi ən yaxşı keçirilmiş turlardan bir hesab olunur. Həm də bu tur təzə çıxan müğənninin ən çox qazanc gətirmiş turu hesab olunur. == Haqqında == Tur 27 noyabr 2009-da başlamış,6 may 2011-ci ildə sona çatmşdır. Bu vaxt ərzində 119 şov baş tutmuşdur. Bunlardan 6-ü Avropa-da, 15-i Okeaniya-da,4-ü Asiya-da baş tutub. Bu vaxt ərzində Gaga 227.4 milyon ABŞ dolları gəlir əldə edib.
Aloe ballii
Aloe ballii (lat. Aloe ballii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Aloe ballyi
Aloe ballyi (lat. Aloe ballyi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü.
Anthemis ballii
Anthemis ballii (lat. Anthemis ballii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Aşağı Ballıqaya
Aşağı Ballıqaya (digər keçmiş adı: Qarahunc) — Azərbaycan Respublikasının Goranboy rayonunun Qızılhacılı qəsəbə inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd düzənlikdə yerləşir. 1922-ci ildə Birgöz Ballıqayadan köçüb gəlmış ailələr tərəfindən salınmışdır. Oykonimlər Xankəndi rayonu ərazisində, Xaçınçayın sol sahilində yerləşən qədim Ballıqaya kurqanlarının adından yaranmışdır.
Ballabur
Ballabur — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.[1] == Əhalisi == == İstinadlar == 1.Aqşin Əliyev. Cənub bölgəsinin abidələr ensiklopediyası Bakı 2018.
Ballada
Ballada — italyan dilində "ballare" sözündən olub, "rəqs etmək" deməkdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə hekayəti-mənzumə (حکایهی-منزومه) adlandırılmışdır. == Tarixi == Ballada bir janr kimi çox uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Əvvəllər ballada rəqsvari mahnılara deyilirdi. Orta əsrlərdə bir sıra Qərbi Avropa xalqlarında ballada hekayət xasiyyətli mahnılara çevrilir. Bu mahnılar, adətən, hər hansı bir musiqi alətinin müşayiəti ilə ifa edilərək lirik, dramatik məzmunda olurdu. Balladalar xalq şair-müğənniləri olan trubadur və truvyorlar tərəfindən yaradılır, jonqlyor, menestrel və bardlar tərəfindən ifa edilirdi. XVIII əsrin ortalarında Şotland xalq balladalarından ibarət şer məcmuələri meydana çıxır. XIX əsrdə ballada ədəbi-poetik janr kimi genişlənir. Müxtəlif ölkələrin romantik — şairləri — N. V. Höte, V. Hüqo, H. Heyne, A. Mitskeviç; eləcə də rus şairləri — V. Jukovski, A. S. Puşkin, M. Lermontov və b.
Balladalar (Şopen)
Polyak bəstəkar Frederik Şopenin 1831-1842-ci illər arasında yazdığı 4 ballada hal-hazırda piano repertuarının ən çətin əsərlərindən sayılmaqla yanaşı, bəstəkarın ərsəyə gətirdiyi ən gözəl əsərlər kimi də qiymətləndirilir. Ballada termini instrumental musiqiyə ilk dəfə məhz Şopen tərəfindən gətirilmişdir. Şopenə qədər ballada yalnız şeir forması idi, musiqi olaraq isə yalnız vokal tərzdə ifa olunurdu. Şopenin yaratdığı, hər biri tək hissədən ibarət olan bu 4 əsər romantik musiqidə yenilik idi və romantik musiqinin sərhədlərini daha da genişləndirirdi. Romantik dövrün ən qüdrətli bəstəkarlarından olan List, Brams və s. bəstəkarlar da Şopenin yaratdığı bu tərzdən ilhamlanıb sonralar öz balladalarını yazmışlar. Şopenin yaratdığı ballada tərzi özünə məxsus keyfiyyətləri ilə sonata tərzindən kəskin şəkildə fərqlənir. Məsələn, güzgü reprizası (rekapitulyasiya zamanı iki ekspozisiyonal melodiyanın əksinə verilməsi) kimi. Əsərlərin 4-ü də ballada olmasına baxmayaraq, onlar bir-birilərindən ciddi surətdə fərqlənirlər, lakin müasir musiqi teoriyaçılarının fikrincə onların oxşar yanları da çoxdur. Məsələn, "ballada ölçüsü" adlanan musiqi ölçüsü, güzgü reprizası və struktural dominantlığın gecikdirilməsi kimi.
Ballads en Espanol
Ballads en Espanol — Roxette qruppunun ispan dilində albomudur.
Ballar
Ballar — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == BALLAR-Əsli Ballıdır. Kəbirli tayfasının Qərvəndli qolunun Ballılar tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Ballılar qışı Mil düzünün Çatlan, yayı Kəlbəcərin /arıyer, Alakollar və Daş piləkən/ yaylaqlarında keçirən maldar eli idi. Balılar/Ballar oyk., sadə. Ağdam rayonunun Uçoğlan inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Keçmışdə qıŞı Mil düzünün Catalan, yayı isə Kəlbəcər rayonunun Alagöllər yaylağında keçirən balılar (kəbirlilərin qərvəndli qolunun tirəsi) elatına mənsub ailələr tərəfindən salınmış bu kənd həmin elatın adını daşıyır. Etnotoponimdir.
Ballata
Ballata (it. ballata,ballere sözündən əmələ gəlir,tərcümədə "rəqs etmək" deməkdi)- XIII-XV əsirlərdə yaranan İtaliyadapoeziya və musiqi forması,Ars Nova dövrünə aid olan lirik məzmunlu səciyyəvi janrlarından biri. XIII əsrdə və XIV əsrin birinci yarısında təksəsli,amma XIV əsrin ikinci yarısında isə (italyan Ars Nova dövründə) çoxsəsli rəqsli mahnıya çönür.Ən mühüm ballata musiqi nümunələrini italiyalı bəstəkar Françesko Landini yaradıb.Digər müəlliflər isə Landininin davamçıları sayılır:Nikkolo Perudjiyskiy,Bartolino Paduanskiy,Andrea Florentinskiy. Poeziya forması:ripresa (nəqərat)+stanza (oxumağın başlığı)+ripresanın təkrarı.Stanza isə öz növbəsində iki piedaya (duru) və volta (dönüş) bölünür.Ripresanın və voltun qurum uzunluğu eynidi,piedin qurumu isə ayrıdı.Ripresada və voltda şeir sayı birdən dördə qədər ola bilər (çox vaxt 3 dənə olur),piedalarda yalnız 2 dənə ola bilər.Bir sətirli ripresiya müasir mənbələrdə ballata minima adlanır,iki sətirli-ballata minore,üç sətirli-ballata mezzana,dörd sətirli isə ballata grande.Həmdə bir neçə stanzalı ballatalarda olur,onların çox vaxt sxemi bundan ibarətdir:ripresa+birinci stanza+ripresa+ikinci stanza+ripresa. Musiqi forması:iki hissədən ibarətdir,və bir qayda kimi olaraq,ikinci hissədə musiqi sonluğlar birləşir (birləşməssiz çox az vaxt olur),və açığ və bağlı kandensiyalar itifadə olunur bu formada. Məsələn,3 səsli Non avrà ma' pietà adlı olan ballatanın musiqili və mətinli forması belədi: Cədvəllə aid qeydlər:Kiçik latın həriflər qafiyəni göstərir,onların yanında olan eynən rəqəmlər isə şeirdə heca miqdarını göstərir.Latın baş hərfləri isə musiqi bölmələrini qeyd edir.B1 və B2 başında olan sətirüstü rəqəmlər musqi "polustorofların" ayrı sonluğuna işarə edir. Əgər ballatada bir neçe «metastrof» (stanza+ripresa),o zaman bütün musiqinin və mətnin qurumunun bütün ardıcılığı (uzunluğu və qafiyələnməsi) növbəti «metastroflarda» təkrarlarnır. XV əsrdə ballata musiqidə istifadədən çıxır,amma hələdə şairanəlikdə geniş yayılır.Uzun müddətdən sonra yaddan çıxan bədii ballata,yalnız XIX əsirdə D`Annuntsio və Cozue Karduççi əsərlərində canlanır. == Ədəbiyyatda == Suchla B.R. Studien zur Provenienz der Trecento-Ballata. Göttingen, 1976 Baumann D. Die dreistimmige italienische Lied-Satztechnik im Trecento.
Balleni adaları
Balleni adaları (ing. Balleny Islands) — Üç böyük adadan və çoxlu sayda kiçik adalardan ibarət, insan yaşamayan arxipelaqdır. Vulkan mənşəli Cənub okeanı (Somov dənizi) və cənubdan Yeni Zelandiya ilə əhatələnmişdir. == Coğrafiyası == Arxipelaqa üç böyük ada daxil olur — Yanq, Bakl və Sterj adaları. Həmçinin bir çox xırda adacıqlardan və qayalardan ibarətdir. Adaların hündürlüyü dəniz səviyyəsindən 1524 m yüksəkliyə qədər çatır. Ərazinin çox hissəsi buzlaqlarla örtülmüşdür. Arxipelaqın uzunluğu təxminən 160 kilometrə qədər uzanır. Adalarda Adeli pinqvini və Antarktika pinqvininlərinin böyük koloniyaları yerləşir. Adalar Antarktika haqqında konvensiyaya görə Yeni Zelandiyaya yaxın olan Antarktika ərazisinə (Rossa ərazisi) daxil edilmişdir.
Ballerus
Ballerus — Çəkikimilər fəsiləsinə daxil olan balıq cinsi. Əsasən Asiya ərazisində yayılmışdır. Cinsə 2 növ daxildir.
Ballerus ballerus
Göy balıq (lat. Ballerus ballerus) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər fəsiləsi daxil olan balıq növü. == Təsviri == Bədən enlidir, yan tərəflərdən isə güclü sıxılmışdır. Bədəni boyunun üçdə biridir. Başı micvaridir. Başının yuxarı hissəsini tutan ağzı bir qədər yuxarı qalxır. Anusu nisbətən uzundur. Pulcuqları isə kiçik olur. Göy balıq xarici görünüş baxımından Porulara (lat. Ballerus sapa) bəzəsələr də, ağız quruluşu və pulcuqlarının balaca olması seçilirlər.
Ballerus sapa
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. == Yayılması == Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. == Morfoloji əlamətləri == Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Ballieria
Clibadium (lat. Clibadium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Sinonim == Oswalda Cass. Baillieria Aubl. Orsinia Bertol. ex DC. Ballieria Juss. Trixis Sw. Trichapium Gilli Oswaldia Cass. Oswaldia Less.
Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Balliqaya (Zəngəzur)
Balliqaya — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. == Toponim == Oradakı "Ballı qaya"nın adındandır. Qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. == Əhalisi == 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. == Həmçinin bax == Ballıqaya (Qubadlı) Ballıqaya (Ağdam) == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Balliqaya (dağ)
== Toponim == Ballıqaya - Yeizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı. Ermənicə Meqrakar adlandırılmışdır. == Həmçinin baxi == Ağbaba (dağ) Boz Abdal (dağ) == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları. Bakı, 1987.
Ballistik raket
Ballistik raket — nüvə və ya digər başlıq daşıya bilən uzun mənzilli idarə olunan və ya güdümsüz mərmi. Bu raketlər tək bir nüvə başlıq daşıya biləcəkləri kimi birdən çox başlıq daşıyaraq bu başlıqları fərqli hədəflərə göndərə bilər. == Növləri == Qısa mənzilli ballistik raket Orta mənzilli ballistik raket Qitələrarası ballistik raket.
Ballistika
Ballistika (alm. Ballistik‎. yun. ballo - atıram, tullayıram, tolazlayıram) İdarəolunmayan raketlərin, artilleriya mərmilərinin, aviabombaların, güllələrin və s. hərəkətləri barədə elm. Ballistika, ali riyaziyyat, nəzəri mexanika, qaz dinamikası, termodinamika, barıtın və partlayıcı maddələrin və s. nəzəriyəsinə əsaslanan texniki fəndir. Daxili və xarici ballistika fərqlənirlər. == Daxili ballistika == Daxili ballistika, atıcı PM-in yanmasının təsirindən topun lüləsinin kanalında (mexaniki sərbəstliyi müəyyən şərtlərlə məhdudalaşan) mərminin və yaxud başqa cismin hərəkətini, eləcə də atəş zamanı lülə kanalında yaxud barıt raketinin kamerasındakı başqa proseslərin qanunauyğunluqlarını öyrənir. Daxili ballistika atəşi, barıtın kimyəvi enerjisinin istilik enerjisinə, sonra isə doldurmanın, mərminin və topun hərəkətli hissələrinin mexaniki işinə çevrilməsini qəliz termodinamik və qazodinamik proses kimi nəzərdən keçirərək atəş hadisəsində aşağıdakı mərhələləri fərqləndirir: hazırlıq - barıtın yanmasının başlamasından mərminin hərəkətinin başlamasına qədər; 1-ci (əsas) - mərminin hərəkətinin başlamasından barıtın yanmasının sonuna qədər; 2-ci - barıtın yanmasının sonundan mərminin lülə kanalından uçması anına qədər(qazların adiabatik genişlənməsi mərhələsi) və barıt qazlarının mərmiyə və lüləyə sonrakı-təsiri mərhələsi - mərminin lülə kanalından uçmasından ona qazların təsirinin kəsilməsinə qədər.Daxili ballistikanın əsas bölmələri pirostatika, pirodinamika və topların, raketlərin, atıcı silahların ballistik layihələndirilməsidir.
Ballok qraflığı (Alabama)
Bullok dairəsi (ing. Bullock County) ― ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 10.914 nəfər olmuşdur. Qraflıq mərkəzi Yunion-Sprinqs şəhəridir. Dairə ABŞ Vətəndaş müharibəsi ərzində Konfederasiya ordusunda xidmət edərkən ölmüş ştat senatoru Edvard Ballokun şərəfinə adlandırılmışdır.
Ballokumya
Ballokumya (alb.: Ballokume) - Alban mətbəxinə aid şirniyyat, külçə növü. Albaniyanın Elbasan şəhərrində yaranıb. Hal hazırda Albaniyadan başqa Şimali Makedoniya və Kosovoda yaşayan albanlar arasında çox məşhurdur . Adətən 14 mart tarixində qeyd olunan "Dita e Verës" (albancadan "Yay günu") bayramı zamanı hazırlanır. == Etimologiya == Albaniyada olan inanca görə şirniyyatın bu cür adlanmasına səbəb, Elbasanı idarə edən Osmanlı valisi ilk dəfə qarğıdalı unundan hazırlanmış bu şirniyyatı yeyərkən, "Është ba si llokume!" (albancadan "Rahat ulqum kimi dadlıdır") deyə çığırır. Sonra bu "Është ba si llokume!" kəlməsi, qısalaraq "Ballokumya" adını alır. Şirniyyatın digər bir növu isə "kulaç me finj" (albancadan "kullu külçə) adlanır. == Tarixi == Şirniyyat ilk əvvəllər ancaq Elbasanda qeyd olunan, 2004-cu ildən isə Albaniyada dövlət bayramı statusu alan "Dita e Verës" bayramı ilə əlaqədar olaraq bişirilir. "Dita e Verës" bayramı, Albaniyada islama qədər olan və bütpərəst inanclara bağlı olan bir bayram olub. Albaniyada olan inanca görə bu şirniyyat indiki adını ilk dəfə XVI əsrdə, Elbasan şəhəri Osmanlı İmperiyasının tərkibində olduğu zaman alıb .
Ballota
Ballota (lat. Ballota) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Ballota:The Plant List saytında takson barədə məlumat.
Ballota hirsuta
Ballota hirsuta (lat. Ballota hirsuta) — dalamazkimilər fəsiləsinin ballota cinsinə aid bitki növü.

Digər lüğətlərdə

вы́точка гида́льго де́нежно-вещево́й изрисо́вываться кото́мка отума́ниться верба́льный ве́тер в голове впереме́жку зака́иваться за́ячья губа пёхом плаце́нта подиви́ться пойти́ самоутеше́ние ту́бус absorptiometer activated agro-industrial fetish leptokurtosis Z очуметь таракан