Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bərikə
Bərikə (ərəb. بريكة‎) — Əlcəzairin şimal-şərqində, Batna vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərq hissəsində, Ores dağ silsiləsi ərazisində, dəniz səviyyəsindən 450 metr (1,480 ft) yüksəklikdə yerləşir.Bərikə ölkənin paytaxtı Əlcəzairdən təxminən 255 kilometr (158 mil) cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərdə 104,388 nəfər yaşayır. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Biskra şəhərində yerləşir.
Bəhriyə Üçox
Bahriyə Üçox (1919, Trabzon – 6 oktyabr 1990, Ankara) Türk tarixçi və siyasətşünası, ehtiyat kadrdan senator, Ordu millət vəkili və Sosial-demokrat Xalqçı Partiya Məclis üzvü. == Həyatı == Hamit Ataçın qızıdır. Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Coşqun Üçox ilə evlənmiş və Qumru adlı bir qızı olmuşdur. İlk və orta məktəbi Orduda oxuyan Üçox, İstanbul Kandilli qız liseyini bitirdi. Ali təhsilini Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi orta əsr türk-islam tarixi ixtisası üzrən alıb. O, eyni zamanda Ankara Dövlət Konservatoriyasının Opera bölümündə də təhsil almışdır. Samsun və Ankarada on bir il müəllimlik etdikdən sonra, 1953-cü ildə Ankara Universiteti İlahiyat fakültəsində müəllim kimi çalışdı. O, bu fakültənin ilk qadın müəllimidir. 1957-ci ildə doktor, 1964-cü ildə "İslam Dövlətlərində Qadın Hökmdarlar" adlı dissertasiyası ilə də dosent olmuştur. Farsca və ərəbcəni yaxşı dərəcədə bilirdi.
Bezilə (Sərdəşt)
Bezilə (fars. بزيله‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 118 nəfər yaşayır (24 ailə).
Fəribə Vəfi
Fəriba Vəfi (az.-əbcəd فریبا وفی‎, fars. فریبا وفی‎; 1962, Təbriz) — Azərbaycan əsilli İran yazıçısı. Onun ən məşhur əsərləri arasında "Zirzəmi quşu" və "Tibet arzusu" var. O, yaradıcılığına görə İranda çoxlu mükafata layiq görülmüşdür. Onun əsərləri Azərbaycan, türk, rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir. == Həyatı == Fəriba Vəfi 21 yanvar 1963-cü ildə İranın Təbriz şəhərində, azərbaycanlı bir ailədə anadan olmuşdur. Onun ilk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" (Dar omğe səhnə) «Çeşmə» nəşriyyatı tərəfindən 1996-cı ildə nəşr edilmişdir. Onun ikinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" (Hətta vağti mixandim) «Nəşri-mərkəz» nəşriyyatı tərəfindən 1999-cu ilin payızında nəşr edilmişdir. 2002-ci ildə həmin nəşriyyat Vəfinin ilk romanını – "Zirzəmi quşu" (Pərəneyə man) əsərini nəşr etmişdir. Bu roman Gülşiri və Yelda mükafatlarına layiq görülmüşdür.
Qəribə müharibə
Qəribə müharibə (3 sentyabr 1939 – 8 may 1940) — İkinci dünya müharibəsinin əvvəlindən heç bir hərbi əməliyyatın aparılmadığı 8 aylıq dövrün adıdır. Avropanın bütün böyük gücləri bir-birinə müharibə elan etməsinə qarşılıq, bu dövrdə Almaniyanın işğallarına qarşı irimiqyaslı bir hərbi reaksiya verilməmişdir. Bu müharibə Almaniyada "Sitzkrieg" ("oturan müharibə", Blitzreqə bir göndərmə), Fransada "Drôle de guerre" ("gülməli müharibə") və Polşada "Dziwna wojna" ("qəribə müharibə") adlandırılmışdır. Vinston Çörçill isə bu müharibə üçün Şəfəq müharibəsi ifadəsini işlədib. == Gözləmə prosesi == Alman ordusunun böyük hissəsi Polşada olsada, Ziqfrid xəttində daha kiçik bir birlik Fransa sərhədini gözləyirdi. Sərhədin digər tərəfində Majino xəttində İngilis və Fransız qoşunları var idi. Bu dövrdə qırıcı təyyarələr arasında çox kiçik miqyaslı toqquşmalar və iti döyüşlər baş verdi. Kral Hərbi Hava Qüvvələri Almaniyaya dair təbliğat broşuraları yayımladı. Sərhədlərində vuruşmayan tərəflər Norveçdə döyüşlə məşğul olacaqlar. Müharibənin başlaması ilə İngiltərə və Fransa Amerika silah istehsalçılarına böyük həcmdə silah sifarişləri verir.
Qəribə valvisiya
Qəribə valvisiya (lat. Welwitschia mirabilis) — Qnetokimilər sinfinə aid velviçiyakimilər sırasının yeganə müasir növü. Namibiya və Anqolaya xasdır. Bitki adətən ingilis dilində "welwitschia" kimi tanınır, lakin tumbo ağacı adı da istifadə olunur. Namada "kharos" və ya "khurub", afrikaansda "tweeblaarkanniedood", Damarada "nyanka", Hereroda "onyanqa adlanır. Qeyri-rəsmi mənbələrdə bitki adətən "canlı fosil" kimi istifadə olunur. == Adlandırma == Velviçiya, 1859-cu ildə indiki Anqolada bitkini təsvir edən ilk avropalı olan Avstriyalı botanik və həkim Friedrich Velviçin adını daşıyır. Velviç bitkidən o qədər heyrətə gəldi ki, "bir toxunuşun xəyal məhsulu olduğunu sübut etməsindən qorxaraq diz çöküb ona baxmaqdan başqa heç nə edə bilmədi." London Linnean Cəmiyyətindən Dalton Hooker Velviçin təsvirindən istifadə edərək və Namibiyada bitkini müstəqil şəkildə qeydə almış rəssam Tomas Bainesin materialı ilə birlikdə material toplayıb, növləri təsvir etdi. == Haqqında == Canlı fosil bitkisi olaraq da bilinən ən uzun ömürlü bitkilərdən biri yenə Afrikada tapılan ən nadir bitki növlərindən biridir. Bu qəribə görünüşlü bitkinin odunlu, qalın, qısa və qalın gövdəsi var.
Qəribə soğan
Qəribə soğan (lat. Allium paradoxum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Hündürlüyü (5) 10-25 (30) sm-dir. Soğanağı yumurtaşəkilli və ya şarşəkilli olub, qalınlığı 1 sm-ə qədərdir və boz qınlıdır. Gövdəsi zəifdir, bir ədəd kökətrafı yarpağı vardır, onunla birgə rəngsiz dəriciyə oxşar qın geyinmişdir. Yarpaq demək olar ki, gövdəyə bərabərdir və ya ondan uzundur, xətvari neştərşəkillidir, eni 5-15 mm-dir, ortdan və ya aşağıdan qaidəsinə doğru daralmış və kütdür. Qını ağ rəngli, pərdəşəkillidir, qaidəsinə qədər iki uzunsov-neştərvari qanadlara bölünmüşdür, çətirdən qısadır. Çətirinin 1-5 (8) ədəd əyilən çiçək saplağı vardır, çox vaxt soğanaqla olur; çiçək saplağı çiçəklərə bərabər və yaxud ondan 1,5 dəfə uzun olur, çiçək altlığı yoxdur. Çiçək yanlığı enlizınqırova oxşar, tutqun-ağ rəngli olub,üzərində limon sarısı rəngdə çalarları vardır. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Qəribə bellevaliya
Qəribə bellevaliya (lat. Bellevalia paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 2-2,5 sm enində, tünd, 1,5-2 sm enində boz qınla örtülüdür. Gövdə 30 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 2-3, uzunsov, dar-xətvari və ya dar-lansetvari, 0,5-1 (1,5) sm enində, aşağıdan sıxılmışdır. Salxım çoxçiçəkli, sıx, 2-6 sm uzunluğunda, uzunsov ovaldır. Çiçəkyanlığı qara, mavi, 5 mm uzunluğunda, uzunsov-zəngvari, çiçək saplağına bərabərdir.
Bədriyə Tahir Gökmən
Bədriyə Tahir Gökmən — ilk Türk qadın pilotdur."Gökmən Bacı" adı ilə tanınır. == Həyatı == 1932-ci ildə Vecihi Uçuş Məktəbində aviasiya təliminə başladı. Dövlət qulluqçusu olduğu müddətdə uçuş təliminə davam etdi. 1933-cü ildə nişan aldı. Abdurrahman Türkkuşu ona Gökmən ləqəbini verdi. Gökmən Bacı kimi tanınan Bədriye Tahir 1934-cü ildə Soyad Qanunu qəbul edilərkən Gökmən soyadını götürdü.Bədriye Tahir, aviasiya səyləri səbəbindən bir çox reaksiya və maneə gördü. Aviasiya ilə maraqlandığı üçün maaşından kəsildi və nəticədə işindən qovuldu. 1934-cü ildə Vecihi Məktəbi, şagirdlərin döş nişanlarını təsdiqləmək üçün onların Hava Qüvvələri Müsteşarlığı tərəfindən test edilməsini istədi. Ancaq imtahan komitəsi gələndə imtahan keçirilə bilmədi, çünki məktəbin yeganə aktiv təyyarəsi məhv edilmişdi, nümayəndə heyəti yenidən gəlməkdən imtina etdikdə məktəb bağlandı və Gökmən Bacı-nın pilotluğu təsdiqlənmədi. O dövrdə işdən qovulan Bədriye Tahir Gökmənin sonrakı həyatı məlum deyil.
Qəribə Adam (1979)
== Məzmun == Burada çox mühüm mənəvi məsələlərə toxunulmuşdur: insan, onun mənəvi təmizliyi, öz ləyaqəti uğrunda mübarizəsi. Filmdə pulun hakim olduğu bir ölkədə təmiz adamın ağır taleyindən danışılır. Gənc vəkil Əhmədə (Qriqore Qriqoriu) doğruluğuna, təmizliyinə görə "Qəribə Adam" ləqəbi verilir. Pulun hakim kəsildiyi, rüşvətxorluğun geniş yayıldığı, əşya azarının epidemiya xarakteri daşıdığı cəmiyyətdə ağır sınaqlara düçar olan, beləliklə də sarsılıb ruh düşkünlüyünə qapılan Əhməd həyata inamı itirir. Bəlkə də səhv etdiyini, yanıldığını düşünən vəkil natəmiz adamlar cərgəsinə qoşulur. Lakin bu yad mühitə uyğunlaşmağa, mənəvi saflığına, təmizliyinə axıradək xəyanət etməyə, vicdanının səsini susdurmağa Əhmədin gücü çatmır. Çünki o, təbiətən başqa adamdır. Belə sarsıntılar keçirdiyi bir vaxtda fəhlə Səlim (Q.Səlimov) Əhmədin köməyinə gəlir, onu xilas edir. Əhməd Səlimin və onun dostlarının namuslu, vicdanlı olduqlarını, saf hisslərlə yaşadıqlarını görür, yenidən xeyirxah insanların sırasına qayıdır. == Film haqqında == Film aktrisa Tanilə Əhmərovanın kinoda ilk işidir.
Qəribə Görüşlər (1969)
== Məzmun == Elmi-kütləvi film Azərbaycanın qoruq yerləri haqqındadır.
Qəribə Əhvalat (1960)
== Məzmun == Filmdə spirtli içki həvəskarları tənqid olunur və gülüş atəşinə tutulur. Kinofelyetonun qəhrəmanı Kefçilov (Lütfəli Abdullayev) sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Bundan sonra o, çoxlu xoşagəlməz hadisələrlə qarşılaşır. Nəhayət əmin olur ki, belə həyat tərzi heç kimə xeyir gətirə bilməz.
Qəribə adam (film, 1979)
== Məzmun == Burada çox mühüm mənəvi məsələlərə toxunulmuşdur: insan, onun mənəvi təmizliyi, öz ləyaqəti uğrunda mübarizəsi. Filmdə pulun hakim olduğu bir ölkədə təmiz adamın ağır taleyindən danışılır. Gənc vəkil Əhmədə (Qriqore Qriqoriu) doğruluğuna, təmizliyinə görə "Qəribə Adam" ləqəbi verilir. Pulun hakim kəsildiyi, rüşvətxorluğun geniş yayıldığı, əşya azarının epidemiya xarakteri daşıdığı cəmiyyətdə ağır sınaqlara düçar olan, beləliklə də sarsılıb ruh düşkünlüyünə qapılan Əhməd həyata inamı itirir. Bəlkə də səhv etdiyini, yanıldığını düşünən vəkil natəmiz adamlar cərgəsinə qoşulur. Lakin bu yad mühitə uyğunlaşmağa, mənəvi saflığına, təmizliyinə axıradək xəyanət etməyə, vicdanının səsini susdurmağa Əhmədin gücü çatmır. Çünki o, təbiətən başqa adamdır. Belə sarsıntılar keçirdiyi bir vaxtda fəhlə Səlim (Q.Səlimov) Əhmədin köməyinə gəlir, onu xilas edir. Əhməd Səlimin və onun dostlarının namuslu, vicdanlı olduqlarını, saf hisslərlə yaşadıqlarını görür, yenidən xeyirxah insanların sırasına qayıdır. == Film haqqında == Film aktrisa Tanilə Əhmərovanın kinoda ilk işidir.
Qəribə görüşlər (film, 1969)
== Məzmun == Elmi-kütləvi film Azərbaycanın qoruq yerləri haqqındadır.
Qəribə şeylər (teleserial, 2016)
Qəribə Şeylər (ing. Stranger Things) - Daffer qardaşları tərəfindən Netflix platforması üçün yaradılmış ABŞ elmi fantastika və qorxu teleserialı. Daffer qardaşları Şon Levi və Den Kohenlə birlikdə serialın icraçı prodüserləridirlər. Serialın birinci mövsümünün əsas rollarında Vaynona Rayder, Devid Harbor, Finn Vulfhard, Milli Bobbi Braun, Qeyten Matarazzo, Kaleb Maklaflin, Nataliya Dayer, Çarli Hiton, Kara Buono və Mettyu Modayn, köməkçi rollarında Noa Şnapp və Co Kiri çıxış edirlər. İkinci mövsümdən etibarən Şnapp və Kiri əsas rol ifaçıları olmuş, Deykr Montqomeri, Şon Astin və Pol Rayzer da onlara qoşulmuşdur. Praya Feryuson isə ikinci mövsümdə köməkçi rolda oynamışdır. Üçüncü mövsümdə Mayya Houk da aktyor heyətinə qatılmış, Ferqyuson əsas rol ifaçısı olmuşdur.Birinci mövsüm 1983-cü ilin noyabrında İndiana ştatının uydurma Houkins qəsəbəsində başlayır. Qəsəbə ətrafında baş verən fövqəltəbii hadisələrdən sonra itən bir gənc oğlanın axtarışları başlanır, eyni zamanda psixokinetik güclərə malik olan müəmmalı qız ortaya çıxır. Qız oğlanın dostları ilə dostlaşır və onu axtarmağa kömək edir. İkinci mövsüm 1 il sonra - 1984-cü ilin oktyabrında baş verir və itmiş oğlanın normal vəziyyətə qaytarılması cəhdləri və yeni təhlükədən bəhs edir.
Qəribə əhvalat (film, 1960)
== Məzmun == Filmdə spirtli içki həvəskarları tənqid olunur və gülüş atəşinə tutulur. Kinofelyetonun qəhrəmanı Kefçilov (Lütfəli Abdullayev) sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Bundan sonra o, çoxlu xoşagəlməz hadisələrlə qarşılaşır. Nəhayət əmin olur ki, belə həyat tərzi heç kimə xeyir gətirə bilməz.
Qəribə əjdaha (film, 1984)
== Məzmun == Film kitaba məhəbbətdən, onu qoruyub saxlamağın vacibliyindən bəhs edir. Müasir, böyük şəhərin həyətlərinin birində baş verən bir hadisə dəcəl oğlana öz səhvlərini başa düşməyə, düzəltməyə, dəcəllikdən əl çəkməyə kömək edir. Müasir nağıl janrında olan film çox sadə və aydın bir yolla kitabları cırıb dəcəllik etməyin nə qədər pis, dostluğun, çətin dəqiqələrdə bir-birinə köməyə yetməyin nə qədər yaxşı olduğunu göstərir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rəssam: Reyn Raydme Operator: Antonina Korotnitskaya Bəstəkar: Azər Dadaşov Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Arifə Hatəmi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Bizim qəribə taleyimiz (film, 2005)
== Məzmun == XX əsr Azərbaycan ədəbiyyatı klassiki, böyük nasir və dramaturq İlyas Əfəndiyevin yaradıcılığı həmişə ədəbi tənqidin də, ictimaiyyətin də diqqət mərkəzində olub. Dramaturqun həyat və fəaliyyətini əhatə edən film İlyas Əfəndiyevin oğulları, müasir ədəbiyyatımızın aparıcı simalarından biri olan xalq yazıçısı Elçinin və filologiya elmləri doktoru, professor, əməkdar incəsənət xadimi Timuçin Əfəndiyevin ataları haqqında danışdıqları xatirələrin üzərində qurulub. Əslində, onların söylədikləri xatirədən daha çox, İlyas Əfəndiyevin şəxsiyyəti barədə, onun yaradıcılıq xüsusiyyətləri haqqında deyilən səmimi və düşündürən fikirlərdir. Gənc rejissor tərəfindən bu fikirlərin ekran təcəssümü mexaniki yox, yaradıcı şəkildə, yəni deyilənlərin estetik qavranışı ilə verilib. Buna görə də film canlı və səmimi alınıb. Rejissor İlyas Əfəndiyevlə bağlı sənədli kadrlara, eləcə də ayrı-ayrı əsərlərindən səhnələrə o qədər də çox yer ayırmayıb, lakin buna baxmayaraq, böyük ədibin dolğun ekran obrazını yarada bilib. Filmin ümumi yaradıcı əhval-ruhiyyəsi, süjet xəttindəki fikir ardıcıllığı imkan verib ki, İlyas Əfəndiyevin timsalında bütün canı ilə, qanı ilə xalqına, vətəninə bağlı olan, heç bir konyukturaya uymayaraq milli ədəbiyyatımızın qızıl fonduna məxsus sənət inciləri yaratmış bir sənətkarın portreti ərsəyə gəlsin. Yaradıcılıq uğurunun əldə edilməsində quruluşçu operator Mətləb Yaqubovun da rolu olub. Onun çəkdiyi kadrlar peşəkarlığı ilə seçilir. Operator çalışıb ki, həm rejissorun, həm də ssenari müəllifinin İlyas Əfəndiyev şəxsiyyətindən və sənətindən doğan xarakterik cizgiləri mavi ekranda canlandırmaq istəyini kamera ilə təcəssüm etdirsin.
Qəribə şeylər (1-ci mövsüm)
ABŞ istehsalı Qəribə şeylər (Stranger Things) serialının ilk mövsümü 15 iyul 2016-cı ildə Netflix platformasında yayımlanmışdır. == Mövzu == Haukins Milli labaratoriyasında "Tərs dünya"ya keçid portalı yaranır. Bu keçiddən gələn məxluq Uill Bayers və Barbara adlı iki uşağı qaçırdır. Uillin anası Coys və qəsəbənin polis müdürü Cim Hopper uşaqları axtarmağa başlayırlar. Həmçinin 11 ləqəbli telekinez kiçik qız labaratoriyadan qaçır və Uillin dostlarına - Mayk, Dastin və Lukasa Uilli tapmaqda kömək edir. == Rollarda == === Baş rollar === Vaynona Rayder - Coys Bayers rolunda David Harbor - Cim Hopper rolunda Fin Vulfhard - Mayk Viler rolunda Milli Bobbi Braun - On bir (EI) rolunda Geyt Matarazzo - Dastin Henderson rolunda Kaleb Maklaflin - Lukas Sinkler rolunda Natali Dayer - Nansi Viler rolunda Çarli Haton - Conatan Bayers rolunda Kara Buono - Karen Viler rolunda Metyu Modin - Martin Brenner rolunda === Köməkçi rollar === Noa Şnapp - Uill Bayers rolunda Co Kerri - Stiv Harrinqton rolunda Şannon Purser - Barbara Holland rolunda Ross Partric - Loni Bayers rolunda Co Çest - Ted Viler rolunda Mark Stecer - Qəribə məxluq rolunda Rob Morqan - polis Povell rolunda Con Paul Reynolds - polis Kallahan rolunda Randall Havens - Skott Klark rolunda Aimi Mullins - Terri İves rolunda Katerina Dayer - Conni Freyzr rolunda Piyton Uiç - Troy rolunda Keyd Cons - Ceyms rolunda Çester Raşinq - Tommi rolunda Çelsi Talmec - Kerol rolunda Anniston Prays - Holli Viler rolunda Kris Sullivan - Benni Hammond rolunda Tobia Yelinek - baş agent rolunda Susan Şalhob Larkin - Florens (Flo) rolunda == Epizodlar == Epizod 1 - "Uill Bayersin yoxa çıxması"Dostlarından ayrılıb evə qayıdan Uill yolda qəribə məxluq görür. Həmin məxluq dövlətə məxsus labaratoriyadan qaçan canavardır. Epizod 2 - "Mepl küçəsindəki qəribə məxluq"Lukas, Mayk və Dastin meşədə rastlaşdıqları qızla danışmağa cəhd edirlər. Coysa qəribə telefon zəngi gəlir Epizod 3 - "Milad bayramınız mübarək"Nansi Barbı axtarmağa başlayır və Conatanın nə axtardığını öyrənir. Coys Uillin elektrik vasitəsilə danışdığına inanır.
Qəribə təsadüf və ya həmişə təmizlikdə
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı.Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. == Məzmun == Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük. O, dostu Jenyanı hamama dəvət eləmək üçün onlara gedir.
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
== Məzmun == Film Azərbaycanda və dünyanın müxtəlif bölgələrinin qaynar nöqtələrində, xüsusilə müharibə zonalarında çəkilişlər aparan şücaətli reportyorlardan bəhs edir. == Film haqqında == Film Çingiz Mustafayevə həsr olunmuşdur. Filmdə Çingiz Mustafayevin, ANS, BBC, WTN, CNN telekompaniyalarının videoarxivlərindən və Gürcüstan Milli Televiziyasının "Dragon's Sindrome" filmindən istifadə olunmuşdur. Filmin çəkilişlərinə Azərbaycan Dövlət Televiziyası köməklik göstərmişdir.
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
== Məzmun == Şücaətli jurnalistlərdən bəhs edən filmin ikinci hissəsində Çingiz Mustafayev başda olmaqla ekstremal vəziyyətə düşən qorxmaz reportyorlardan danışılır. Filmdə belə vəziyyətdən çıxan jurnalistlər keçirdikləri hiss və həyəcanlarını bölüşürlər. == Film haqqında == Film Çingiz Mustafayevin xatirəsinə həsr olunmuşdur.
Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı.Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. == Məzmun == Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük. O, dostu Jenyanı hamama dəvət eləmək üçün onlara gedir.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2012)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2013)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.