BƏKLƏMƏK

f.
1. Mühafizə etmək, qorumaq, keşiyini çəkmək.
Bizə çün qədr bulunmaz, çıxalım dünyadan; Müştəri yox, necə bir bəkləyəlim bazarı. Füzuli.
Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani.
Əhli-halın bəzminə huşyar olan layiq deyil; Bəkləyən meyxanə qapısın bu cənnət babidir. Qövsi.

2. Gözləmək.
…Nabat xala yavaş-yavaş qazanıb, evin məxaricini təmin edir və iqtisadi ehtiyacı olmadığından oturub, özünə adlı-sanlı bir kürəkən bəkləyirdi. B.Talıblı.
Hardasan, gözlərim həp səni bəklər; Bax, övladın necə giryandır, ana! S.Vurğun.
[Bülənd] Sonadan bəklədiyini görmürdü. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏKLƏMƏK bəkləmək bax 1. gözləmək 1; 2. qorumaq
BƏKLƏMƏ
BƏKMƏZ

Digər lüğətlərdə

гляциоло́гия жёрнов кабелеукла́дчик квалифици́роваться на́ручи уго́дничание цве́тень чистова́я жесточа́йший закомплексо́ванный непристу́пность ноздрева́тость окказионали́зм припёка прозаседа́ть пупо́к реализа́торский стряпать Chalybean handshook hypnotizer выкатываться пластичный подразнить фисташка