Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vladimir Putin və Mariya Lvova-Belovanın həbsi haqqında qərar
17 mart 2023-cü ildə Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə qərar verdi. Rusiya Federasiyasının Prezidentinə qarşı Rusiya - Ukrayna müharibəsi zamanı azyaşlı uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiya edilməsində ittiham irəli sürülüb. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasinda ilk dövlət və dövlət başçısı kimi Putin BCM tərəfindən həbs edilməsi tələb edilən üçüncü dövlət başçısı oldu. Ondan əvvəl BCM Sudan prezidenti Ömər əl-Bəşir və Liviya hökmdarı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürmüşdü. Putinlə birlikdə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın da həbsinə qərar verilib . Reuters-in qeyd etdiyi kimi, qərarın verilməsindən sonra Roma Nizamnaməsini ratifikasiya etmiş 123 ölkədən hər hansı birində Putin və Lvova-Belova peyda olarlarsa həbs olunaraq BCM-ə təhvil verilməlidirlər. 2022-ci ilin noyabrına olan məlumatlara görə, Ukraynadan Rusiyaya 300 mindən 705 minədək uşaq aparılıb. Uşaqlar məcburi övladlığa götürülməyə, ruslaşdırmaya və bütün şəxsi məlumatlarının dəyişdirilməsinə məruz qalırlar. Rusiya hakimiyyəti həm yetimləri, həm də valideynləri olan uşaqları çıxarır. Xüsusilə, yüzlərlə ukraynalı uşaq Xersondan Rusiya tətil düşərgələrinə, bəzi hallarda valideynlərin icazəsi olmadan və ya valideynlərə təzyiq nəticəsində göndərilib.