Ağqılçıq
Ağqılçıq — Azərbaycanın qədim çəltik sortu. Sünbülcükləri qılçıqlı, küləşi sarı, dəni ağ və iridir. 1000 dənin çəkisi 32–35 qramdır; düyü çıxımı 60–62%-dir. Xörəyinin keyfiyyəti yaxşıdır. Orta yetişəndir; yerə yatmır, dəni tökülmür, xəstəliklərə davamlıdır. Mayın birinci yarısında səpilir, Vegetasiya dövrü 130–140 gündür. 1 hektardan 20–37 sentner məhsul yığılır. Su və gübrəyə tələbkardır.