Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Benni
Benni — ad. Benni Urkides Benni Benson — Alyaska bayrağının yaradıcısı Benni Kristo — müğənni. Benni Devis — bəstəkar, musiqi yazıçısı, müğənni. Benni Cin Edkins — təqaüdə çıxmış Amerika Birləşmiş Ştatları Ordusunun əsgəri. == Həmçinin bax == Stefano Benni — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist.
Benzin
Benzin — neftdən emal edilən bir növ yanacaq. 150 °C'a qədər xam benzin, 150-250 °C'a qədər qaz yağı, kerosen, reaktiv yanacağı, 250-350 °C'a qədər dizel yanacağı, 350 °C sonra da ağır yağlar əldə edilir. Kimyəvi olaraq benzin xam neftin xüsusiyyətinə bağlı olaraq 120-dən çox karbohidrogen ehtiva edər. Bunların çoxu doymuş karbohidrogen quruluşunda olub, 4'den 12-ə qədər karbon ehtiva edərlər.Sintetik olaraq benzini Alman kimyaçı Bergius'un metodu ilə kömürdən əldə etmək mümkündür. Bu metoda görə kömür yüksək təzyiq altında katalitik hidrojenasyon ilə maye hidrokarbonlara çevrilir qaynama temperaturu 30-dan 200 °C-dək olan yüngül karbohidrogen yanacaq. Sıxlığı 0,75 q/sm³ qədər. İstilik yaratma imkanı 10500 kkal/kq (46 MC/kq, 34,5 MC/litr). Donma temperaturu -60 °C. == Mənbə == Цифровой железнодорожный код страны - собственницы вагона. Принадлежность вагонов. Коды стран, в которых зарегистрированы грузовые вагоны.
Benzu
Benzu (isp. Benzú) - İspaniyanın Şimali Afrikada yerləşən Seuta muxtariyyətinə tabe kiçik yaşayış məntəqəsi. Benzu Seuta şəhərinin özündən sonra Seuta Muxtariyyətinin ikinci ən böyük yaşayış məntəqəsi hesab olunur. 2011-ci ilin məlumatlarına əsasən 1.987 nəfər əhalisi vardır. Mərakeş ilə sərhəd bölgədə yerləşən Benzu şəhərindən Mərakeş ərazisinə düşən Jebel Musa dağlarını müşahidə etmək mümkündür.
Asuan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Atatürk bəndi
Atatürk su anbarı-Adıyaman və Şanlıurfa illəri arasında Fərat çayı üzərində qurulmuşdur, enerji və suvarma məqsədlidir.. GAP Layihəsi içində Karakaya su anbarının 180 m mənsəbində, Adıyaman ilindən 51 km uzaqlıqda, Şanlıurfa ilinin Bozova mahalından isə 24 km uzaqlıqda olub, Fərat Çayı üzərində qurulan anbardır. == İnşası və anbarın quruluşu == 1983-ci ildə tikintisi başlamış olan anbar 1992-ci ildə istismara verilmişdir. 8 turbinə sahib səddin yüksəkliyi 169 metrdir. Qaya tipli bir anbardır. Gövdə həcmi 84,5 milyon m³-dir. Xarici səthi qaya içidə olan gil və torpaqdır. Anbar gölünün təzyiqi ilə ilk inşasındakı yüksəkliyi 10 metr azalmışdır. İnşasına 4 noyabr 1983-cü ildə başlandı. 1994-cü ildə bitirilməsi planlaşdırılan su anbarı suvarma və enerji əldə etmək məqsədilə tikilmişdir.
Benni Benson
Con Ben "Benni" Benson (Oktyabr 12, 1913 – iyul 2, 1972) Alyaska bayrağının yaradıcısıdır. Benni 1927-ci ildə Alyaska ərazisi üçün bayrağın yaradıcısı kimi müsabiqənin qalibi olarkən 13 yaşı var idi ki, sonradan 1959-cu ildə Alyaska ABŞ-nin ştatına çevrilmişdir. == Həyatı == === Erkən illər === Con Ben Benson Alyaska ərazisinin Çiqnik şəhərində doğulmuşdur. O, Alyutik kimi isveç-amerikalı atanın və supik-rus olan anası Tatiana Şebolaynın övladı idi. Onun 3 yaşı olarkən anası vəfat etmiş və onların qayğısına qala bilmədiyi üçün atasından onu və qardaşı Karlı yetimxanaya qoymasına görə təzyiq edirdi. Benni Unalaşkada yerləşən Uşaqlar üçün Cessi Li evində və sonradan isə Sivardda böyümüşdür. === Tülkü ferması === 1932-ci ildə, kolleci bitirdikdən sonra Benni Cessi Li evini tərk etdi. O, atasının yanında, tülkü fermasında işləmək üçün Aleut adalarında fermanın yerləşdiyi Uqayuşak adasına geri qayıtdı. Kürk sahəsində işlər zəiflədiyi üçün Benni 1936-cı ildə Sietl şəhərinə köçdü. O, Alyaska bayrağı üçün keçirilən yarışda qazandığı 1000 $ məbləğlə Hemfil Dizel Mühəndislik Məktəbində Dizel mühərriki təmiri üzrə təhsili aldı.
Benni Devis
Benni Devis (21 avqust 1895, Nyu-York, Nyu-York ştatı – 20 dekabr 1979, Mayami, Florida) — bəstəkar, musiqi yazıçısı, müğənni. == Həyatı == Benni Devis 21 avqust 1895-ci ildə Nyu-Yorkda anadan olub. Əsasən mahnı bəstəçisi və vodevil müğənnisi kimi tanınıb. Bir çox filmlərə musiqi bəstələyib. 20 dekabr 1979-cu ildə Mayamidə vəfat edib. Devis, yeniyetmə ikən "vaudevill"də çıxış etməyə başladı. Blossom Seeley-də müşayiətçi işləyərkən mahnı yazmağa başladı. 1917-ci ildə Cek Yellen ilə "So Long Sammy" və C. Francis Reisner ilə "Good-bye Broadway. Hi Fransa"nı yazdı. İlk müvəffəqiyyəti Con Conrad və J. Russel Robinsonun musiqisi olan 1920-ci il "Margie" idi.
Benni Kristo
Ben Cristóvão (8 iyun 1987, Plzen) — müğənni. Pop və rap müğənnisi olan Benni Kristo 2020 Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı "Kemama" mahnısı ilə təmsil edəcəkdi.
Benni Urkides
Benni Urkides (ing. Benny Urquidez) – ABŞ aktyoru, kikboksçusu və horeoqrafdır. Yarışmalarda aktivliyinə görə "Reaktiv" (ing. The Jet) ləqəbini qazanmışdır. == Həyatı == Benni Urkides 20 iyun 1952-ci il tarixində ABŞ-nin Kaliforniya ştatının Los-Anceles dairəsində dünyaya gəlmişdir. Benni Urkidesin anası peşəkar güləşçi, atası isə boksçudur. Valideynləri ispan və hindu əsillidirlər. Bacısı Lilli Rodriges kikboks üzrə məşqçidir. 1958-ci ildə ilk məşqlərinə başlayır. 1973-1993–cü illər kikboksinq yarışması üzrə bir çox döyüş keçirmişdir.
Benzin nasosu
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir. == Mənbə == Объект 434. Техническое описание и инструкция по эксплуатации. Книга вторая. -М.: Военное издательство, 1986.
Benzin sovuran
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir. == Mənbə == Объект 434. Техническое описание и инструкция по эксплуатации. Книга вторая. -М.: Военное издательство, 1986.
Bəndi-Qeysər
Bəndi-Qeysər (ərəb. بند قیصر‎‎, tərcümədə Sezarın dambası) — İranın cənub-qərbindəki Şuştər şəhərinin su anbarının yaxınlığında antik irriqasiya kompleksidir. == Tarixi == Bu körpü Valeriana imperiyasının, həmçinin Sasani və Edes arasındakı müharibənin qarşısını almaq üçün tikilib. Bəzi mənbələrdə tikintinin 3, bəzilərində isə 7 il davam etdiyi barədə məlumatlar var (260-270-ci illərdə). Bəndi-Qeysərin memarı IX-X əsrdə at-Tabari və al-Masudidir. == Texniki xüsusiyyətləri == Körpü Harun çayı üzərində tikilmişdir. İrriqasiya-suvarma sistemləri Şuştar şəhəri ətrafında əkin sahələrinin suvarılmasında istifadə olunur. Bu körpünün uzunluğu 500 m-dir. Onun tikintisi zamanı 40-a yaxın arx çəkilmişdir. Bu arxların eni 6,6 m.
Bəndi-Türkistan
Bəndi-Türkistan — Əfqanıstanda dağ silsiləsi. Tarixi-coğrafi Türkistan ərazisinin cənub sərhədi.
Faiz bəndi
Kokaral bəndi
Kokaral bəndi — Kiçik Aral ilə Böyük Aral gölləri arasında yerəşən Berqa boğazında, Kokaral və aral rayonları ərazisində yerləşən bənd. Bənd Kişik Aral gölündə suyun səviyəsinin qorunub saxlanılması məqsədi ilə inşa edilmişdir. Bəndin uazunluğu 13 034 m, eni 100–150 m, hündürlüyü isə— 6 м metr təşkil edir. Bənddə 9 su ötürücü qurğular inşa edilmişdir. Onların hər biri 600 m³/s su ötürmə qabiliyyəti vardır. == Tarixi == XX əsrin 80-ci illərində Aral gölünün su səviyyəsinin azalması ilə şimalı cənubundan aralanmışdır. Su dar boğazla Kiçik və Böyük aral gölləri arasında axırdı. Burada suyun axınınln qarşısını alan dambanın inşasına iki dəfə cəhd göstərilmişdir. İlk qumlu bənd 1992-ci ildə inşa edilmişdir. Ancaq 1993-cü ilin yazında suyun səviyyəsinin xalxması ilə bənd dağılır.
Matteo Renzi
Matteo Renzi (İtalyan dilində təsəffüzü [matˈtɛːo ˈrɛntsi]; 11 yanvar 1975[…], Florensiya) — 2014-cü ilin fevral ayından 2016-cı ilin dekabr ayına qədər İtalyanın Baş naziri kimi xidmət etmiş İtalyan siyasətçisidir. 2016-cı ilin Dekabr ayında keçirilən referendum onun Konstitusiya islahatlarının ələyhinə nəticə verdiyindən sonra Renzi vəzifəsinə rəsmi istefa verərək son qoymuş və onun vəzifəsinə ölkənin prezidenti Sercio Mattarella tərəfindən Xarici İşlər Nazıri Paolo Gentiloni təyin edilmişdir.
Qanlıgöl bəndi
Qanlıgöl bəndi — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kəndindən şimalda Keçəldağın ətəyində yerləşən tarixi-memarlıq abidəsi. Küküçayın hövzə sində Dərələyəz silsiləsinin ətəyində, 2420 metr yüksəklikdə yerləşən və el arasında "Qanlıgöl" adlanan su anbarının qarşısında inşa edilmişdir. XVI əsrdən başlayaraq burada bir neçə dəfə bənd tikilmiş, ancaq möhkəm olmadığı üçün yazda qar-yağış sularından yaranan sellərə davam gətirməyərək dağılmışdır. XIX yüzilliyin ortalarında Naxçıvan da qəza rəisi işləyən A.P.Şahingirey burada bənd tikdirmişdir. Bu haqda məlumat gölün cənub tərəfində olan qaramtıl rəngli iri qaya parçası üzərində ərəb-fars və rus dilində həkk edilən kitabədə öz əksini tapmışdır. Ərəb əlifbası ilə yazılan kitabə çox narın hərflərlə yazıldığı üçün zaman keçdikcə aşınmış və oxunuşu çətinləşmişdir. Kitabədən görünür ki, Qanlı gölün qarşısındakı bənd 1865-ci ildə Naxçıvan mülkədarı 2-ci Kalbalı xanın himayəsi ilə qəza rəisi Şahingirey tərəfindən inşa etdirilmişdir. İri həcmli dağ daşlarından inşa edilmiş bəndin uzunluğu 45 metrdir. Bənddən suyun çıxan hissəsi yonulmuş daşlarla işlənmişdir, çıxış kanalının döşəməsinə daş döşənmişdir. Bəndin divarları iki yarımdairəvi kontrforsla möhkəmləndirilmişdir.
Sahil bəndi
Sahil bəndi – (rus. береговой вал, ing. beach-ridge) lə­pə­döyən axının fəaliyyəti ilə yaran­mış və plyajın arxa hissəsində yer­ləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir.Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. == Həmçinin bax == Sahil Eol relyef Sahil akkumulyasiyası == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Stefano Benni
Stefano Benni (it. Stefano Benni; 12 avqust 1947[…], Boloniya) — italyan yazıçı-satirik, şair, dramaturq, kinodramaturq, jurnalist. == Həyatı == Stefano Benni 12 avqust 1947-ci ildə İtaliyanın Bolonya şəhərində anadan olmuşdur. Libération, la Repubblica, il manifesto qəzetlərində və Əl-Doxa adlı ərəb jurnalında işləmişdir. == Əsərləri == Bar Sport (1976) Prima o poi l'amore arriva (1981) Terra!
Şahı bəndi
Şahı bəndi və ya Şəştraz bəndi — İranda tarixi bənd. XII əsrdə, Qəznəvilər dövründə tikilmişdir. Küsərx şəhristanında yerləşir. İranın milli əsərlərindən biri kimi qeydə alınmışdır.
Şəştraz bəndi
Şahı bəndi və ya Şəştraz bəndi — İranda tarixi bənd. XII əsrdə, Qəznəvilər dövründə tikilmişdir. Küsərx şəhristanında yerləşir. İranın milli əsərlərindən biri kimi qeydə alınmışdır.
Əsvan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Seçki senzi
Seçki senzi — seçki hüququndan istifadə etmək üçün konstitusiya və ya seçki qanunu ilə müəyyən olunmuş şərtlər. Senzlər hələ XVIII–XIX əsrlərdə tətbiq edilmişdir. Ən çox yayılmış seçki senzi aşaqıdakılar idi: Əmlak senzi — seçici müəyyən əmlaka sahib olmalıdır. Təhsil senzi — seçkilərdə iştirak etmək ucun müəyyən təhsil tələb olunurdu. Oturaqlıq senzi — bir ölkədə, yaxud şəhərdə müəyyən müddət yaşamaq tələbi. Vətəndaşlıq senzi — seçki hüququ yalnız müəyyən müddət ərzində bir dövlətin vətəndaşı olan şəxslərə verilirdi.Bir çox ölkədə cins senzi, yüksək yaş senzi və s. də tətbiq olunurdu. Zəhmətkeşlərin mübarizəsi nəticəsində müasir burjua dövlətlərində ümumi seçki huququ elan olunmuş, seçki senzinin çoxu ləğv edilmişdir. Buna baxmayaraq, seçkilərdə iştirak etmək üçün müxtəlif maneələr saxlanılmaqdadır.
Yassin Benzia
Yassin Benzia (8 sentyabr 1994[…]) — Əlcəzairli peşəkar futbolçu. Azərbaycanın "Qarabağ" klubunun hücumameyilli yarımüdafiəçisi.Əlcəzair milli komandasının keçmiş üzvu olan futbolçu, əvəllər Fransa Milli komandasının aşağı yaş qruplarında (U21, U19, U18, U17, U16 və U15 milli komandaları) çıxış edib. == Karyerası == === Klub === ==== Lyon ==== Yassin Benzia "Olimpik Lion" klubunun yetirməsidir. "Lion"un heyətində hücumçu 2012-ci il mayın 20-də Fransa çempionatında "Nitsa" ilə görüşün 87-ci dəqiqəsində Cimmi Briandı əvəzləyərək debüt edir. 4 oktyabr 2012-ci ildə Benzia ilk dəfə Avropa Liqasında çıxış etdi ("Hapoel"lə oyunda). Hücumçu ikinci hissədə Rəşid Ghezzalın əvəzinə meydana daxil olur. 22 noyabr 2012-ci ildə keçirilən turnirdəki növbəti oyununda Yassin Benzia "Lyon"un heyətində (Sparta Praqaya qarşı oyunda) ilk qolunu vurur. ==== Lill ==== 2015-ci il sentyabrın 1-də "Lill" 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayır. Mətbuat sövdələşmənin 1 milyon avro olduğunu yazır. 28 yanvar 2017-ci ildə, bir ildən çox çəkən qol vurmaq suskunluğundan sonra, Benzia "Lion"a 2–1 hesabı ilə qalib gəldikləri oyunda "Lill"in hər iki qolunu vurur.
Benz & Cie.
Benz & Cie. Rheinische Gasmotorenfabrik in Mannheim, 1883-cü ildə Karl Benz tərəfindən təsis edilmiş bir şirkətdir. 1885-ci ildə dünyada satış məqsədi ilə istehsal edilmiş və benzinli mühərrik ilə işləyən ilk avtomobili olan Motorwageni buraxmışdır. 1926-cı ildə bu şirkətin Qotlib Daymlerin Daimler Motoren Gesellschaft şirkəti ilə birləşməsi nəticəsində Daimler-Benz şirkəti yaradıldı.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.