Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mestia
Mestia (gürc. მესტია) — Qafqaz sıra dağlarında 1500 metr yüksəklikdə, şimal-qərbi Gürcüstanda yerləşən şəhər.
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Aşıq Bəsti
Aşıq Bəsti (tam adı:Bəsti Kərbəlayı Bayraməli qızı; 1836, Lev – 1936, Lev, Kəlbəcər rayonu) — XIX əsrin tanınmış qadın Azərbaycan aşığı. == Həyatı == Aşıq Bəsti 1836-cı ildə Kəlbəcərin Lev kəndində dünyaya gəlib. Təhsil almasa da ağılı və hazırcavablığı ilə seçilib. Aşıq Ələsgər, Ağdabanlı Aşıq Qurban kimi ustad aşıqların şeir məclislərində tez-tez iştirak edirmiş. Aşıq Bəstinin özünün də çoxlu şagirdləri olub. == Yaradıcılığı == Əsasən bayatı, gəraylı, qoşma və ağılar yazıb. Onun həyatı çətinliklərlə dolu olub. 17–18 yaşlarında bir çobanı sevmiş, amma bəylər çobanı qətlə yetirdiyindən bu sevgi vüsala çatmadan tamamlanmışdır. Bu hadisədən sonra ata-anası onu ərə vermək istəmişlərsə də, o ömrünün sonuna qədər ərə getməmişdir. Şeirlərinin əsas mövzusunu haqsızlıqlardan şikayət, zülmkarlara üsyan motivləri təşkil edir.
Bəsti Bağırova
Bəsti Məsim qızı Bağırova (10 aprel 1906, Abdullabəykürd, Yelizavetpol qəzası – 27 fevral 1962, Bağçakürd, Qasım İsmayılov rayonu) – Azərbaycanda məşhur pambıq ustası. Azərbaycanda iki əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü. İki dəfə Sosialist Əməyi Qəhrəmanı (1947, 1950). == Həyatı == 1905-ci ildə Goranboy rayonun Bağçakürd kəndində anadan olmuşdur. 1930–1933-cü illərdə Azərbaycan SSR Qasım İsmayılov rayonu "Bağçakürd"(sonralar B. Bağırova adına) kolxozunun kolxozçusu, 1933–1950-ci illərdə həmin kolxozda manqa başçısı və 1953–1962-ci illərdə sədri olmuşdur. Bakı Ali Partiya Məktəbini bitirmişdir (1952). AKP-nin XXIII–XXV qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. SSRİ Ali Sovetinin (I–III çağırış), Azərbaycan SSR Ai Sovetinin (IV–V çağırış) deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 3 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla, ÜİKTS-in böyük qızıl medalı ilə təltif edilmişdir. Bağçakürd kəndinə Bəsti Bağırovanın tunc büstü qoyulmuşdur.
Bəsti Cəfərova
Bəsti Cəfərova (13 iyun 1959, Bakı) — aktrisa. Azərbaycanın xalq artisti (1998), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru (2013). == Həyatı == Bəsti Əli qızı Cəfərova 13 iyun 1959-cu ildə Bakıda doğulub. 1976-cı ildə Bakı şəhəri 82 nömrəli tam orta məktəbi bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik dövründə baş rejissor, Əkrəm Əylislinin "Quşu uçan budaqlar" psixoloji dramını tamaşaya hazırlayan Tofiq Kazımovun dəvətilə Akademik Milli Dram Teatrına çağırılıb və adı çəkilən əsərdə Səltənət rolunu oynayıb. Milli rejissorlarımızın fəxri, səhnə klassiklərimizin cərgəsində layiqli yer tutan, böyük sənətkar Adil İsgəndərovun kursunda təhsil alan Bəsti Cəfərova ali təhsilini 1980-ci ildə başa vurub. Təyinatla Akademik Milli Dram Teatrına göndərilib və aktyor truppasına aktrisa götürülüb. Bəsti Cəfərova Akademik Milli Dram Teatrda işləyə-işləyə rejissor Vaqif İbrahimoğlunun Tədris teatrında hazırladığı özünün işləməsində "Mən Dədə Qorqud…" (Oğuz Xatunu və Dəli Domrulun anası), Antuan de Sent Ekzüperinin "Təskinlik verməyi unutmayın" ("Kiçik şahzadə", Qızılgül, Göl çiçəyi, və Fanarçı), Yuğ Dövlət Teatrında Məhəmmədhüseyn Şəhriyarın "Heydərbaba" əsəri əsasında səhnələşdirildiyi "Salam" (Qadın) əsərlərinin tamaşalarında da cazibəli rollar oynayıb. Akademik teatrda oynadığı rollar səhnə təcəssümündə daha geniş şəkildə üzə çıxıb. Səltənət ("Quşu uçan budaqlar", Ə.Əylisli), Nazlı ("Əliqulu evlənir"), Bənövşə ("Nişanlı qız" S. Rəhman), Qadın ("Sizi deyib gəlmişəm…", Anar), Əsmər ("Günah", R.Əlizadə), Bədidə və Nigar ("Qanlı Nigar", S.Şendil), Gülruh ("Şeyx Xiyabani"), Azadə xanım ("Dəlilər və ağıllılar"), Ağabəyim ağa ("Hökmdar və qızı"), Lalə ("Büllur sarayda"), Sürəyya ("Tənha iydə ağacı"), Xurşidbanu Natəvan ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev), Solmaz ("Od gəlini", C.Cabbarlı), Martrio ("Dişi canavar", F.Q. Lorka), Qonerilya ("Kral Lir", V.Şekspir), Qaliyə və Adlay ("Sokratı anma gecəsi", Ç.Aytmatov və M.Şahanov), Ədilə ("Poçt şöbəsində xəyal", Elçin), Fedra ("Fedra", J.Rassin), Afət ("Afət", H.Cavid), Qadın ("İnsan səsi", J.Kokto), Xanuma ("Xanuma", A. Saqarelli), Jivka ("Nazirin xanımı", B. Nuşiç), Qətibə İnanc ("Qətibə İnanc", M.S. Ordubadi) və s.
Bəsti Qasımova
Bəsti Qasımova (25 noyabr 1993, Naxçıvan Muxtar Respublikası) — Azərbaycanlı müğənni, AzTV-nin solisti. == Həyatı == Bəsti Vasif qızı Qasımova 1993-cü il noyabr 25-i Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 2003–2005 illərdə Naxçıvan Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin Rəsm ixtisası (Təsviri incəsənət) üzrə Ələsgər Əsgərlinin sinfində təhsil almışdır. 2005–2009 illərdə Naxçıvan şəhər 3 saylı Musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır. 2006–2008 illərdə Naxçıvan şəhər Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Rəqs dərsi almışdır. 2006–2010-cu illərdə Naxçıvan Qızlar Lisseyində orta təhsil almışdır. 2010–2014-cü illərdə Naxçıvan Musiqi Kollecinin İfaçılıq fakultəsinin Vokal sənəti üzrə təhsil almışdır. 2014–2016 illərdə Naxçıvan Dövlət Universitetində təhsil almışdır. 2016–2018-ci illərdə Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakultəsinin Solo oxuma ixtisası üzrə təhsil almışdır. 2018–2019 cu illərdə Bakı Musiqi Akademiyasının İfaçılıq Fakultəsinin Solo oxuma ixtisası üzrə Natəvan Şeyxovanın sinfində təhsil almış və məzun olaraq bakalavır təhsilini başa vurmuşdur.
Bəsti Sevdiyeva
Sevdiyeva Bəsti Sevdiyar qızı (1958, Bakı) – xanəndə, əməkdar artist. == Həyatı == Bəsti Sevdiyar qızı 1958-ci ildə Bakı şəhəri Qaradağ rayonu Ceyildağ qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə 224 saylı orta məktəbin I sinfinə daxil olmuş və 1975-ci ildə həmin məktəbi bitirmişdir. Onun hələ məktəb illərindən musiqiyə, ifaçılığa çox böyük həvəsi vardır. Mədəniyyət evində fəaliyyət göstərən özfəaliyyət dərnəyində çalışmış və bir çox müsabiqələrin diplomantı, laureatı, həmçinin "Oxu tar" 1973-1975-ci illərin qalibi olmuşdur. Məhz bu müsabiqələrdə korifey sənətkarlar Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, İslam Rzayev, Şövkət Ələkbərova və başqalarının iştirakı və seçimi Bəsti Sevdiyevanın gələcəkdə peşəkar xanəndə, müğənni kimi yetişməsinə dəlalət etmişdir. Artıq B.Sevdiyeva 17 yaşında Xalq artisti İ.Rzayevə anturaj olaraq M.Maqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertdə iştirak etmişdir. 1977-ci ildə o, M.A.Əliyev adına Az. Dövlət İncəsənət İnstitutunun musiqili komediya teatrı aktyoru fakültəsinə daxil olmuş və 1982-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirmişdir. Tədris illərində o, məşhur Prima-tenor Xalq artisti L.İmanovdan dərs almışdır.
Damnatio ad bestias
Damnatio ad bestias (latın dilindən sözbəsöz olaraq "heyvanlara verilmə", ad bestias, ad bestie, tez-tez sadəcə şirlər tərəfindən yeyilmə, şirlərin parçalaması; daha dəqiq isə vəhşi heyvanların parçalaması) — Qədim Romada ölüm cəzası növü. Edam növü sirk arenasında məhkumların parçalanması üçün heyvanların (çox vaxtı şirlərin) önünə atılmasından ibarət idi. Romalılar tərəfindən Qədim Şərqdən götürülərək bu cəzalandırma üsulu Romada e.ə. II əsrdən tətbiq edilməyə başlanmışdır, Qədim Şərq ölkələrində analoji cəza ən azı e.ə. VI əsrdən mövcud idi. Eramızın I—III əsrlərində edam əsasən xristianlığı qəbul edən ilkin nümayəndələrə qarşı tətbiq olunurdu (lat. christianos ad leones — "xristianları şirlərə"), buna görə bu cəza çarmıxa çəkmə ilə yanaşı xristian müqəddəslərinin əzablı vəfatlarının ən məşhur səbəblərindən birinə çevrildi. Xristianlığın imperiya tərəfindən qəbul edilməsi ilə bu təcrübə digər cinayətkarlara qarşı yönəldildi yalnız 681-ci ildə tamamilə ləğv edildi. Məcazi mənada, "şirlərin önünə atmaq" fiziki və ya (daha çox hallarda) mənəvi zərərdən qaçınmaq praktiki olaraq mümkünsüz olan aqressiv rəqiblər arasında kimsəni tamamilə hazırlıqsız tək buraxmaq deməkdir. == Tarixi == === Qabaqkı vaxtlar === Bibliyada bəhs olunan Daniyal peyğəmbərin (e.ə.
Bastiya
Bastiya — Korsika regionunda əsas ticarət şəhəridir. Yuxarı Korsika departamentinində yerləşir. Əhalisi 42,9 min nəfərdir (2005). Bastiya adanın ən ucqar nöqtəsi Kors burnunun sahillərində yerləşməklə, Korsikanın əsas iqtisadi mərkəzi hesab edilir. Aralıq dənizi iqlim tipinə malik olub, qışda temperatur-8°С , yayda isə 23°С olur (bəzən illik orta temperatur 15°С). İllik yağıntıların miqdarı isə illik-700 mm-dir. == Bastiyanın ətrafı == Ənənəvi olaraq yay fəslində şəhər əhalisi-şəhərdən 16 km aralıda Bastiyanın cənubuna La-Manş sahillərinə gəlirlər. Sahillər şam meşələri ilə əhatə olunub. Bura plajlarda restoranlar çoxluq təşkil edir. Ancaq demək olar ki, dəniz sahilləri çirklənmişdir.
Bebbia
Bebbia (lat. Bebbia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Bebbia atriplicifolia (A.Gray) Greene Bull. Calif. Acad. Sci. 1(4A): 181 1886 [1885] Bebbia juncea (Benth.) Greene Bull. Calif. Acad. Sci.
Beotiya
Beotiya (yun. Βοιωτία) – Yunanıstan rayonlarından biri. Paytaxtı Levadiya şəhəridir. Əhalisi 130 768 nəfərdir.
Bergia
Berqiya (lat. Bergia) — elatinaceae fəsiləsinə aid bitki cinsi.
Bespin
Bespin — "Ulduz müharibələri" kainatında uydurma planet. Bespin qalaktikanın ucqar sektorunda yerləşən böyük bir qaz nəhəngidir. Planetin iki peyki var və onun qaz kütləsində yaşayış üçün nazik əlverişli atmosfer təbəqəsi var. Bespinin atmosferində dəbdəbəli meqapolis olan Bulud şəhəri, yanacaqdoldurma məntəqəsi olan Şinuk stansiyası və Uqnorqrad şəhəri yerləşir. Planet bir çox həyat növlərinə ev sahibliyi edir. Bespində üzgüçülük hovuzları nadir bir lüks hesab olunur. Planet ilk dəfə "Yeni ümid" (1977), sonradan isə "İmperiya cavab zərbəsi vurur" (1980) filmində nümayiş olunur. == İstinadlar == == Xarici keçidlər == Bespin — Vukipediya saytında.
Beştau
Pyatiqorsk — (türk dillərində - Beş dağ) - Rusiya Federasiyasında yerləşən şəhər Stavropol diyarına daxildir == Tarixi == Müasir Pyatiqorsk Stavripol ölkəsində məşhur kurort şəhəridir; Kuma çayınin qolları üzərində, Maşukun ətəklərində yerləşir. Şəhərin bu günkü adı Pyatiqorsk onun əsil adı olan Beş dağ toponiminin rus dilinə tərcüməsi ilə meydana gəlmişdir. Belə ki, məntəqənin öz adını götürdüyü Beştau (hünd. 1402 m.) dağ silsiləsi Maşuk, Keçəl dağ, Kızıl Kurqan, Yutsa və Beş tau dağlarından ibarətdir. 1334-cü ildə bu ərazilərdə olmuş ərəb səyyahı İbn Bəttutə "Biş daq" deyə müasir Pyatiqorsk yerləşən qədim məntəqədən bəhs edir. Rusların XVI əsrdə Qafqazla ilk tanışlığında Beş Daq onların da diqqətini cəlb etmişdir. Hələ 1627-ci ildə tərtib olunmuş Böyük Çertyoj kitabında Beş Dağ ərazilərində müalicəvi isti suların oldu]u göstərilir.1. Pyatiqorskın kurort şəhəri kimi tarixi isə 1803-cü ildə başlayır. 1773-cü ildə rus alimi Qoldenştedt "icti dağ" adlandırdığı Maşuk dağının yamaclarındakı müalicəvi isti kükürdlü suları tədqiq edir. 1774-cü ildə Küçük Qaynarca sülhü şərtlərinə görə Kabarda ölkəsi (Kabarday) Beş Dağ diyarı ilə birlikdə Rusiyaya verildi.2.
Breşia
Breşia (it. Brescia) — İtaliyanın Lombardiya regionunda sənaye şəhəri. Şəhər Alp dağları ətəklərində yerləşir. Lombardiya region mərkəzi olan Milandan sonra, bölgənin ikinci böyük yaşayış mərkəzidir. Şəhər əhalisi (10.2010-cu ilə görə) 190.809 nəfərdir. Breşia vilayəti İtaliyada olan ən böyük vilayət olub əhalisi 1.2 milyondur. Brescia tarixində ən mühüm və mühüm müasir rəssam Francesco Filippini fransız impressionizminə qarşı italyan impressionizmi hesab edilən "Filippinismo" bədii cərəyanının banisi olmuşdur.
Bəstam
Bəstam — İranın Simnan ostanının Şahrud şəhristanının Bəstam bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,382 nəfər və 1,997 ailədən ibarət idi.
Bəstək
Bəstək — İranın Hörmüzgan ostanının şəhərlərindən və Bəstək şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,959 nəfər və 1,765 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Costia
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Dəstna
Dəstna— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,111 nəfərdən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Hertia
Hertia (lat. Hertia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Hertia alata (Thunb.) Kuntze Hertia angustifolia (DC.) Kuntze Hertia cheirifolia (L.) Kuntze Hertia ciliata (Harv.) Kuntze Hertia cluytiifolia (DC.) Kuntze Hertia intermedia (Boiss.) Kuntze Hertia kraussii (Sch.Bip.) Fourc.
Hestiya
Hestiya — Yunan mifologiyasında ilahə. Zevsin bacısıdır. Mifologiyada haqqında ən az məlumat olan ilahədir.
Nestea
Nestea – alkoqolsuz içkidir. Soyuq çaydır. Nestea brendi məşhur İsveçrə kompaniyası olan Nestle kompaniyasına mənsubdur. 1977-ci ildən etibarən istehsal edilmişdir. == Tərkibi == Tərkibi bu maddələrdən ibarətdir: Su, şəkər, limon turşusu, Sitrat-Natrium, estrakt çayı və aromatizorlar == Maraqlı faktlar == ABŞ, İsrail və Meksika kimi ölkələrdə Nestea içkisindən diet kimi istifadə edilir. İsrail ölkəsində istehsal olunan Nestea içkisi Coca-Coladan daha məşhurdur.
Restit
Restit — qalıq anatektit süxur; tərkibcə prosesdə anatektik ərinməmiş kristallik qalıqdan: biotit ± hornblend + qranat ± kordiyerit + filiz mineralı + (bəzən) kvarsdan ibarət süxur. Anatektik temperaturda yenidən ərinməmiş metamorfik süxurlarla (amfibolitlər, mərmərlər, kvarsitlər və b.) birlikdə olur. Restit termini melanosom, kinsigit, skialit, relikt süxurlar anlayışlarına yaxındır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Basta
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüsseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüsser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Anogeissus bentii
Anogeissus bentii (lat. Anogeissus bentii) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin annoqeyssus cinsinə aid bitki növü.