Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Boqoslov adası
Boqoslov adası (Rusiya) — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada.
Boqoslov adası (ABŞ)
Boqoslov adası və ya Aqasaquk (aleut. Aĝasaaĝux̂, ing. Bogoslof Island) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Umnak adasından şimalda yerləşir. Əhalisi yoxdur. == Tarix == 1867-ci ildə Alyaska ilə birlikdə ABŞ-yə satılır. Rəsmi olaraq, hazırkı ad 1881-ci ildə yerli əhalinin adaya "Sözlərin tanrısı" və ya "Tanrının sözü" dediyini öyrənərək amerikalılar tərəfindən adaya verilmişdir. Yerli əhalinin xatirələrinə görə, 1787-ci ildə rus dənizçilərinin bu adaya enərək oraya pravoslav xaçı qaldırdıqları və buna görə də ona "İlahi" adını verdikləri göstərilir. == Coğrafiya == Sahəsi ≈0,7 km² (173 akr).
Boqoslov adası (Rusiya)
Boqoslov adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Berinq dənizinə daxil olan Natali, Pyotr və Pavel buxtalarının girəcəyində, Otvesnı burnundan şərqdə yerləşir. Boqoslov adası yerli əhəmiyyətli zooloji təbiət abidəsidir. onun ərazisində morjlara aid yataq və quş koloniyalarının yuvalama əraziləri vardır. Status 28 dekabr 1983-cü ildə Kamçatka vilayəti Xalq deputatları sovetinin qərarı ilə verilmişdir. Dağlıq ada qayalıqlardan ibarətdir. Sahilləri su üstü və su altı daşlarla doludur. Qərb sahilləri nisbətən hündürdür. Şimal-qərb sahillərində isə gilli çimərlik vardır. Ərazisi ot-kol bitkiləri ilə örtülüdür.